Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə24/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   20   21   22   23   24   25   26   27   ...   256

51 

 

iqtidarımızda bulunan bütün qayreti sərf etmiş və bir müvəffəqiyyətin əldə edildiyi 



anlayışına varmışdıq. Buna rəğmən bizim mənfəətimizə olduğu  qədər  qarşı   

tərəfin   mənfəətinə    də   müvafiq   olduğunu   zənn etdiyimiz nəticənin  əldə 

edilməsi bu dəfə mümkün olmamışdır. Bununla bərabər, bilirsiniz ki, iki qonşu 

məmləkət arasındakı dostluq qüvvətli  əsaslara söykənmişdir. Bu dövrün 

müvəqqəti  şəraitindən doğan  şərtlər və imkansızlıqlar bu dostluğu ihlal 

etməməlidir (32). 

1939-cu ilin sentyabr ayının sonlarında Ribbentropun Moskvaya ikinci səfəri 

zamanı bir çox məsələlərlə yanaşı, Boğazlar probleminə  də toxunuldu. Bu 

mürəkkəb dövrü təhlil edən tanınmış Rusiya tarixçisi akademik A.N.Saxarov qeyd 

edirdi ki, bir tərəfdən  İngiltərə  və Fransanın                  SSRİ  əleyhinə sürüklədiyi 

Türkiyə ilə danışıqlar gedir, digər tərəfdən Türkiyənin arxasında SSRİ  və 

Almaniya boğazlar məsələsini müzakirə edirdilər (33). Belə bir şəraitdə Türkiyə 

Xarici işlər nazirinin Moskva danışıqlarını diqqətlə izləyən  İngiltərə  və Fransa 

rəsmiləri 1939-cu ilin yazından başlanan müzakirələri başa çatdırmaq üçün aktiv 

fəaliyyətə keçdilər. Oktyabr ayının 19-da Ankarada qarşılıqlı    yardım haqqında  

ingilis-fransız-türk   müqaviləsi    bağlanmaqla    bu   proses    başa    çatdı.    Bu 

müqavilənin birinci bəndinə görə, əgər Türkiyə hər hansı Avropa ölkəsi tərəfindən 

təcavüzə  məruz qalıb, həmin ölkəyə qarşı  hərbi  əməliyyatlara cəlb olunardısa, 

İngiltərə və Fransa ona bütün mümkün olan kömək və yardımları göstərməli idi. 

Müqavilənin ikinci maddəsi analoji situasiyada  Türkiyənin göstərəcəyi yardım 

barəsində idi. Bu maddəyə görə, hər hansı Avropa   ölkəsinin   təcavüzü   Aralıq   

dənizi   rayonunda   İngiltərə      və    Fransanın cəlb olunduğu müharibənin 

başlanmasına gətirib çıxararsa, Türkiyə onlara bütün mümkün kömək və 

yardımları göstərməyə borclu idi. İkinci maddədə  əlavə olaraq göstərilirdi ki, 

Türkiyə də müvafiq  rayonda qeyd edilən vəziyyətə düşərdisə, İngiltərə və Fransa 

ona həmin yardımı      göstərməli   idilər.      Üçüncü      maddə      Ş.Saracoğlunun   

Moskva danışıqlarında ciddi müzakirə mövzusu olan Yunanıstan və Rumıniyaya 

göstəriləcək kömək barədə idi. Bu maddəyə görə Türkiyə Yunanıstan və 

Rumıniyaya o halda yardım göstərməli idi ki, həmin öikələr qarşısında 13 aprel 

1939-cu il Sazişi ilə götürdüyü təminatlara görə  İngiltərə  və Fransa müharibəyə 

cəlb olunmuş olsunlar. Dördüncü maddə isə Aralıq dənizi rayonundan   kənardakı      

ərazilərdə  müttəfiqlərin   məsləhətləşmələrini tənzimləyirdi. Bu maddəyə görə 

tərəflərin verdiyi müvafiq təminatlarla bağlı  məsələ meydana çıxardısa, yəni 

yuxarıda qeyd edilən halların xaricində Fransa və İngiltərə bir Avropa dövləti ilə, 

bu dövlətin təcavüzü nəticəsində müharibəyə girirdisə, onda onlar təcili qarşılıqlı 

müzakirələr Keçirməli   idilər.   Lakin   bu   halda  Türkiyə   İngiltərə   və   Fransa   

ilə münasibətlərdə xeyirxah bitərəflik   mövqeyində dayanmalı idi. Beşinci 

maddəyə görə, bu müqaviləyə uyğun olaraq tərəflər müharibəyə girdikləri 

 



52 

 

təqdirdə silah işlədilməsi, ya da barış üçün birlikdə qərar verməli idilər. Qarşılıqlı 



yardım haqqında ingilis-fransız-türk müqaviləsi on beş il müddətinə imzalanırdı. 

Bu müddətin başa çatmasına altı ay qalmış tərəflərdən hər hansı birinin öz ləğvini 

arzu edən açıqlaması olmasaydı, avtomatik olaraq müqavilə daha beş ilə 

uzadılırdı. 

19 oktyabr 1939-cu il tarixli ingilis-fransız-türk müqaviləsinə  əlavə olaraq 

imzalanmış protokola görə Türkiyənin bu müqavilə ilə üzərinə götürdüyü 

öhdəliklər heç bir zaman onu Sovet İttifaqı ilə silahlı münaqişəyə  məcbur edə 

bilməzdi. Bu protokol bilavasitə Türkiyənin tələbi ilə imzalanmışdı. Bununla bir 

tərəfdən Türkiyə Sovetlərlə münasibətləri yaxşılaşdırmaq arzusunu nümayiş 

etdirirdisə, digər tərəfdən Türkiyəni SSRİ ilə hər hansı silahlı münaqişəyə cəlb edə 

biləcək halların qarşısını almış olurdu (34). 

Müqavilə ilə birgə imzalanmış  hərbi konvensiyada İngiltərə  və Fransanın 

Türkiyə  ərazisindəki yollardan, limanlardan, aerodromlardan və digər 

obyektlərdən istifadə etmələri, habelə  Mərmərə  dənizində  və Türkiyə  ərazisində 

bazalar inşa edilməsi nəzərdə tutulurdu. Lakin müharibənin sonuna qədər Türkiyə 

heç kimə onun ərazisindən, Boğazlardan və  məhəlli sularından hərbi məqsədlə 

istifadə etməyə icazə vermədi. 

Ən nəhayət, qarşılıqlı      yardım haqqında 19 oktyabrda imzalanmış üçtərəfli 

müqavilə  vəziyyətin tələb etdiyi təqdirdə ikitərəfli müqaviləyə çevrilə bilərdi. 

Yəni bir tərəfdə Türkiyə olmaqla bu müqavilə ingilis-türk və ya fransız-türk 

müqaviləsi kimi öhdəliklərin ikitərəfli qaydada davam etdirilməsini nəzərdə 

tuturdu. Əslində, 1940-cı ildə Fransa təslim olduqdan sonra 19 oktyabr müqaviləsi 

öz fəaliyyətini ingilis-türk müqaviləsi kimi davam etdirdi. 19 oktyabr 1939-cu il 

müqaviləsini imzalamaqla Türkiyə bir növ rəsmən müharibəyə daxil olmuş 

İngiltərə  və Fransanın vuruşmayan müttəfiqi oldu. Qərb ölkələri ilə müqavilə 

Türkiyənin münaqişədən kənarda qalmasında mühüm rol oynadı. 

Prezident İ.İnönü 1 noyabr 1939-cu ildə Böyük Millət Məclisindəki çıxışında 

19 oktyabr müqaviləsini yüksək qiymətləndirərək deyirdi: 19 oktyabrda imza 

edilən müqavilədə heç bir dövlətin  əleyhinə olmayaraq heç olmazsa təsirimizin 

yetişdiyi yerlərdə beynəlmiləl sülh və  təhlükəsizliyə xidmət etmək yolu ilə öz 

təhlükəsizliyimizi təmin etmək qayəsinə nail olunmuşdur. Biz bu müqavilə ilə 

hərb faciəsi içində iztirab çəkən Avropada bir təhlükəsiz məntəqə olmaq etibarilə 

bu faciənin genişlənməsinə  və inkişafına mane olmaq qayəsini güdürük. Bu gün 

olduğu kimi, sabah da məmləkətimizi hərb məntəqəsi xaricində saxlamağı 

əmniyyətimizi və  təhəddüdlərimizi unutmamaq şərti ilə millətimiz qarşısında  ən 

mühüm vəzifə hesab edirik (35). 

19 oktyabr müqaviləsi Almaniya tərəfindən ciddi etirazla qarşılandı. Hətta 

Ankaradakı Alman səfiri fon Papen ölkə rəsmilərini Türkiyəni tərk 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə