Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə25/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   21   22   23   24   25   26   27   28   ...   256

53 

 

edəcəyi ilə  hədələdi. Faşist mətbuatı isə Türkiyə  əleyhinə quduz təbliğat 



kompaniyasına başladı. Berlində  çıxan qəzetlər Türkiyənin artıq neytral ölkə 

olmadığından və bu müqaviləyə görə onun bərk peşman olacağından yazırdılar. 

Moskva danışıqlarından az sonra Sovet İttifaqının özünü neytral ölkə elan 

etmiş Finlandiyaya təcavüzü Türkiyənin narahatçılığım daha da artırdı  və 19 

oktyabr müqaviləsinin doğruluğunu təsdiq etdi. Finlandiyaya Sovet təcavüzü 

Türkiyə siyasi dairələrində narahatçılıq yaratmaqla yanaşı, türk mətbuatında güclü 

etiraz dalğasına səbəb oldu. Az əvvəl Sovetlərlə dostluğu təbliğ edən mətbuat 

orqanları fin müharibəsi zamanı SSRİ-ni açıq  şəkildə  təcavüzkar və  işğalçı 

adlandırmağa başladı. H.C.Yalçın "Yeni Sabah" qəzetindəki məqaləsində yazırdı: 

"Moskva hamıdan yaxşı bilir ki, türklər kiminsə vassalı deyillər. Onlar görürlər ki, 

türk irqinə mənsub olan bir ovuc finlər öz müstəqilliklərini şərəflə qoruyurlar". İki 

gün sonra başqa bir məqaləsində o, qeyd edirdi ki, bugünkü Sovet İttifaqı 

imperialist çar Rusiyasının varisinə çevrilmişdir.  Əgər SSRİ  təcavüz siyasətini 

davam etdirsə, dünyanın müxtəlif guşələrində olan öz tərəfdarlarının etimadını 

birdəfəlik itirəcəkdir. Sovet xüsusi xidmət orqanları bu səpkidə yazıları onunla 

izah etməyə çalışırdılar ki, şayiələrə əsasən guya Yalçın ingilislər tərəfindən satın 

alınıb və onlardan 4 min funt sterlinq pul alıb. Sovet-fin müharibəsi zamanı 

Sovetlərin təcavüzkar niyyətlərinin artdığını  sərt formada ifşa edən mətbuat 

orqanlarından biri də "Son Poçta" qəzeti idi. Cəmaləddin Saracoğlunun da bu 

mövzu ilə bağlı "Yeni Sabah"dakı yazılan kifayət qədər sərt mövqedən yazılmışdı 

(36). Ankaradakı sovet diplomatik orqanları sovet-fin müharibəsinə türk 

mətbuatının belə sərt münasibətini ilk növbədə Türkiyə hökumətinin mövqeyi ilə 

əlaqələndirməyə çalışırdılar və belə hesab edirdilər ki, mətbuat siyasi dairələrin 

fikrini  əks etdirir. Sovet səfirliyinin məlumatında göstərilirdi ki, sovet-fin 

müharibəsi zamanı Türkiyə rəhbərləri sırf antisovet mövqe tutdular. 

    Lakin bunun əksinə olaraq qeyd etmək lazımdır ki, Türkiyə siyasi dairələri 

Sovetlərlə münasibətlərə son dərəcə ehtiyatla yanaşırdılar. Sovet-fin müharibəsi 

başlandıqdan sonra SSRİ-nin Millətlər Cəmiyyətindən Çixarılması müzakirə 

edildikdə 1936-cı ildən Türkiyəni Cəmiyyətdə  təmsil edən "Akşam" qəzetinin 

naşiri Necmettin Sadak bu müzakirələrdə  iştirak etmiş, fəqət SSRİ-nin Millətlər 

Cəmiyyətinin üzvlüyündən çıxarılmasına səs verməmişdi. Bu barədə N.Sadak özü 

Cenevrədən qayıtdıqdan sonra dekabrın 25-də "Tan" qəzetində çıxış etmişdi (37). 

    Sovet-fin  müharibəsi ilə bağlı iki məsələyə diqqət yetirmək lazımdır. 

Birincisi, Sovet İttifaqını vaxtilə 1933-cü ildə M.Litvinovun təşəbbüsü ilə  qəbul 

olunmuş "Təcavüzkarın müəyyən edilməsi haqda" əsasnaməyə istinad edərək 

Millətlər Cəmiyyətindən çıxardılar. İkincisi, rus tarixçiləri özlərinin də indi etiraf 

etdikləri kimi, bu müharibə Sovet dövləti rəhbərli- 

 

 




54 

 

yinin avantürist siyasətinin təzahürü idi və bu müharibədə SSRİ-nin mövqeyinə 



heç bir mülahizələrlə haqq qazandırmaq olmaz (38). 

Sovet  İttifaqı 19 oktyabr müqaviləsinə münasibətdə açıq  şəkildə  təmkinli 

mövqe tutsa da, uzun müddət gizli saxlanılan diplomatik sənədlərin araşdırılması 

fin müharibəsindəki antisovet mövqeyə  və digər məsələlərə görə SSRİ-nin 

Türkiyədən ciddi narazılıqlarının olduğunu təsdiq edir. SSRİ Xalq Xarici İşlər 

Komissarlığının Yaxın  Şərq  şöbəsinin müdiri N.Novikovun hazırladığı  sənəddə 

göstərilir ki, 1939-cu ilin oktyabrında SSRİ ilə danışıqları  kəsən Türkiyə 

nümayişkarcasına ingilis-fransız bloku ilə pakt imzalamaqla İsmət özünün 

ingilispərəst meylli xadim olduğunu bütünlüklə büruzə verdi. 

Sovet diplomatik orqanları belə hesab edirdilər ki, prezident olduqdan sonra 

İ.İnönü çox asanlıqla Türkiyənin SSRİ-yə deyil, İngiltərəyə meyllənməsinin 

zəruriliyini ona sübut edən qatı ingilispərəst qüvvələrinin təsiri altına düşmüşdür. 

Sovet tərəfi hətta belə güman edirdi ki, İ.İnönünün prezident seçilməsində 

ingilislərin iştirakı olmuşdur. Və guya onun ətrafındakı ingilislər tərəfindən satın 

alınmış adamlar İsmət paşanı inandırırdılar ki, Türkiyənin yeganə xilası İngiltərə 

ilə ittifaqdadır (39). 

1939-cu ilin payızında Avropada və eləcə  də dünyada baş verən hadisələr 

SSRİ XKS-nin sədri, xarici işlər komissarı V.Molotovun oktyabr ayının 31-də 

SSRİ Ali Sovetinin iclasında etdiyi "Sovet İttifaqının xarici siyasəti haqqında " 

geniş məruzəsində təhlil edilirdi. Məruzə bütövlükdə 1939-cu ilin avqust-sentyabr 

aylarında gerçəkləşdirilmiş sovet-alman əməkdaşlığına haqq qazandırılmasına 

yönəldilmişdi. Dünyada müharibənin başlanması üçün məsuliyyəti V.Molotov 

məharətlə ingilis-fransızların üzərinə qoyurdu və Polşanın Almaniya ilə SSRİ 

arasında bölüşdürülməsini  ədalətli və qanunauyğun bir hadisə kimi 

dəyərləndirirdi. V.Molotov deyirdi: "Almaniya ilə münasibətimiz kökündən 

yaxşılaşmışdır. Burada iş dostluq münasibətlərinin möhkəmlənməsi, praktiki 

əməkdaşlığın genişlənməsi və Almaniyanın sülhə olan cəhdlərində ona siyasi 

kömək edilməsi yolu ilə inkişaf etmişdir". Noyabr ayının 1-də və 2-də "Pravda", 

"İzvestiya", habelə respublika mətbuat orqanlarında dərc edilən bu məruzədə 

V.Molotov 1939-cu ilin sentyabr-oktyabr aylarında Türkiyə xarici işlər naziri ilə 

Moskvada aparılan danışıqlara geniş yer vermiş, danışıqların gedişini təhrif edərək 

Sovet-Türkiyə ittifaq müqaviləsinin bağlanmaması üçün bütün məsuliyyəti 

Türkiyə  tərəfinin üzərinə qoymuşdu. V.Molotov Moskva danışıqlarında Qara 

dəniz boğazları haqqında pakt bağlamaq ideyasına toxunur və bu paktın Türkiyə 

tərəfindən rədd edilməsini qeyd edərək deyirdi: "Sovet-Türkiyə danışıqları pakt 

bağlanması ilə  nəticələnmədi, lakin bizi maraqlandıran bir sıra məsələləri 

aydınlaşdırmağa, yaxud heç olmazsa az-çox müəyyənləşdir- 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə