Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə28/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   24   25   26   27   28   29   30   31   ...   256

59 

 

yayılcaqdır; üçüncüsü isə, ittifaq müqaviləsinə  əlavə olaraq imzalanmış ikinci 



protokola görə Türkiyənin müharibəyə girməsi ölkəni Sovetlərlə münaqişəyə cəlb 

edə bilər. Bu dəlilləri əsas gətirərək Türkiyə müharibədən kənarda qalmağa qərar 

verdi. 

Belə  qərar qəbul edilməsinə yüksək rütbəli və  vəzifəli hərbçilərin də ciddi 



təsiri olmuşdu. Sovet gizli məlumatlarında Baş qərargah rəisi marşal F.Çakmakın 

müharibəyə girməyin  əleyhinə olduğu qeyd edilir. Sovet məlumatlarına  əsasən, 

orduda böyük şəxsi nüfuzuna arxalanaraq marşal Çakmak Türkiyə xarici 

siyasətinə  həlledici təsir göstərmək imkanlarına malik idi. Sovet tərəfi marşal 

Çakmakın müharibəyə girməyin əleyhinə çıxış etməsini guya onun türk ordusunun 

zəif olmasını başa düşməsi ilə izah etsə  də,  əslində Türkiyə yüksək rütbəli 

hərbçilərinin müharibə əleyhinə yönəlmiş mövqeyi həmin dövrün siyasi şəraitinin 

düzgün qiymətləndirilməsi ilə bağlı idi (51). 

Məsələ burasında idi ki, Fransa təslim olduqdan sonra Türkiyənin neytral 

qalması  İngiltərə üçün də  əlverişli idi. Bir tərəfdən,  İngiltərə Türkiyəni zəruri 

hərbi ləvazimatla təchiz edə bilmirdi, digər tərəfdən Türkiyənin bitərəfliyi 

Almaniyanın Balkanlar vasitəsi ilə Fars körfəzinə doğru yolunu bağlayırdı. Öz 

növbəsində Sovet İttifaqı da həmin dövrdə Türkiyənin müharibəyə daxil 

olmasında maraqlı deyildi. Almaniya ilə müttəfiqlikdən  əlavə, bir tərəfdən 

müharibənin Yaxın  Şərqə yayılması SSRİ-nin təhlükəsizliyi üçün narahatlıq 

yaradar, digər tərəfdən isə Türkiyənin müharibəyə daxil olması Sovet İttifaqının 

Bessarabiya və Şimali Bukovina ilə bağlı planlarına maneçilik törədə bilərdi. 

Almaniya ilə imzalanmış gizli protokollara uyğun olaraq Sovet İttifaqı 26 iyun 

1940-cı ildə Bessarabiyanın SSRİ-yə qaytarılmasını  və  Şimali Bukovinanın isə 

verilməsini Rumıniyadan tələb etdi. Bir gün sonra Rumıniya hökuməti bu 

məsələləri dostcasına müzakirə etməyə hazır olduğunu bildirdi. Bununla yanaşı, 

Rumıniya hökuməti Sovet tələbinə münasibətlərini öyrənmək məqsədilə 

Almaniya,  İtaliya, Yuqoslaviya, Yunanıstan və Türkiyəyə müraciət etdi. Bu 

ölkələrdən bəziləri Rumıniya hökumətinə tövsiyə etdi ki, Sovet İttifaqının 

Rumıniyaya qarşı  ərazi iddiaları  məsələsini dinc yolla tənzim etsin. Belə mövqe 

tutanlardan biri də Türkiyə idi. Türkiyənin Buxarestdəki səfiri Abdullah Sübhi 

Tanriover 1931-ci ildən Rumıniyada diplomatik korpusa rəhbərlik etdiyindən 

Rumıniya siyasi dairələrində yetərincə tanınan bir diplomat idi. Sovet gizli 

sənədlərində onun Baş nazir və xarici işlər naziri Mixail Antonesku də xüsusi 

yaxınlığı qeyd edilir. Diplomatik kanallarla alınan məlumatlarda göstərilirdi ki, 

A.S.Tanriover M.Antonesku ilə söhbətdə SSRİ  də müharibənin Rumıniyanın 

maraqlarına uyğun olmadığını bildirmişdi. A.S.Tanriover tövsiyə etmişdi ki, güclü 

və qüdrətli Rusiya hər zaman Rumıniyanın qonşusu olacaqdır, müharibədən 

qaçmaq üçün hansısa yolu 

  

 

  



 


60 

 

axtarıb tapmaq lazımdır. O, Rumıniyanın Bessarabiyadan imtina etməsini də 



mümkün yollardan biri sayırdı (52). İyun ayının 27-də SSRİ ikinci dəfə 

Rumıniyadan mövqeyini açıq şəkildə bildirməyi tələb etdikdə, Buxarest ertəsi gün 

51 min kv.km ərazisi və 4 milyona yaxın  əhalisi olan Bessarabiya və  Şimali 

Bukovinanı Sovet İttifaqına verməklə razılaşmalı oldu. Nəzərə almaq lazımdır ki, 

Bessarabiyadan fərqli olaraq Şimali Bukovina əvvəllər heç vaxt Rusiya 

imperiyasının tərkibində olmamışdı. 

Rumıniyaya münasibətlə bağlı  hələ 1934-cü ilin fevralında Balkan paktı 

imzalanan zaman Sovet İttifaqı Türkiyə hökuməti ilə yazışmalar aparırdı. Bu 

yazışmalarda məqsəd pakt imzalanarkən Türkiyəni Bessarabiya məsələsində 

Rumıniyanı müdafiə etməklə bağlı üzərinə  hər hansı öhdəlik götürməkdən 

çəkindirmək idi. Həmin dövr Balkan paktına əlavə olaraq imzalanmış protokolda 

Türkiyə rus-rumın savaşı olacağı  təqdirdə Rumıniyaya kömək etməyəcəyini 

Sovetlərin tövsiyəsi ilə rəsmiləşdirməli olmuşdu.(53) 

Buxarestdəki türk səfiri A.S.Tanriover Balkan Antantasının  ən ciddi 

tərəfdarlarından biri idi. O təəssüf edirdi ki, bir sıra dövlətlərin siyasəti ucbatından 

Balkan Antantası dağılır və Almaniyanın Balkanlara doğru hərəkətinin qarşısının 

alınmasında öz rolunu oynaya bilmir. A.S.Tanriover Rumıniya, Macarıstan və 

Yuqoslaviyanın Almaniyanın Balkanlara doğru hərəkətinə mane ola biləcək 

Balkan Antantasını  zəiflətmək siyasətindən hiddətlə danışır və deyirdi ki, əgər 

bütün Balkan ölkələri özlərində cəsarət və qətiyyət tapsalar, Türkiyənin köməyi ilə 

almanların qabağını almaq, Balkanları alman işğalından xilas etmək olar. 

Buxarestdəki Sovet səfiri Lavrentievlə söhbətində o, Rumıniya kralının və 

Antoneskonun siyasətini pisləyərək bildirmişdi ki, Balkanları  işğal etməklə 

almanlar ancaq bir məqsəd güdürlər: SSRİ-yə  və Türkiyəyə hücum etmək üçün 

əməliyyat meydanı hazırlasınlar (54). 

Lakin 1940-cı ilin yayında Rumıniyaya qarşı iddialarına Almaniya və  İtaliya 

tərəfindən müqaviməti aradan qaldırmaq üçün Sovet İttifaqı iyun ayında  İtaliya 

səfiri Rosso ilə danışıqlarda bildirmişdi ki, SSRİ-nin tələbləri yerinə yetirildiyi 

təqdirdə Rumıniyanın digər rayonlarında Almaniya və  İtaliyanın maraqlarını 

onlarla razılaşdırmağa hazırdır. Almaniya isə öz növbəsində  tərəfdaşları ilə 

razılaşdırmadan oktyabr ayının 10-da Rumıniyaya ümumi sayı iki diviziyaya 

bərabər olan qoşun yeridib Dunay deltasının neft mədənlərində yerləşdirdi. Bu 

addımın zəruriliyi onunla əsaslandırılırdı ki, Rumıniyanın Balkanlardakı hakim 

mövqeyi və onun üzərində Almaniyanın nəzarəti digər Balkan ölkələri, İtaliya və 

xüsusilə SSRİ ilə qarşılıqlı  münasibətlərində  həlledici rol oynaya bilərdi. 

Mussolini narazılıq edirdi ki, Hitler həmişə onu baş vermiş fakt qarşısında qoyur. 

Lakin bu dəfə  mən ondan həmin qaydada əvəzini çıxacağam, o qəzetlərdən 

öyrənəcək ki, mən Yunanıstanı işğal etmişəm (55). 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə