Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə31/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   27   28   29   30   31   32   33   34   ...   256

65 

 

Almaniya,  İtaliya və SSRİ-dən öz ərazi bütövlüyünə  təminat almalı idi.Əgər 



Türkiyə bu təklifləri rədd etsəydi, onda hər üç dövlət öz mənafelərinin təmin 

edilməsi üçün zəruri olan diplomatik və  hərbi addımları atmalı idi. Sovet tərəfi 

təklif edirdi ki. Bolqarıstan SSRİ-nin təhlükəsizlik zonasına daxil edilməli, bu 

məqsədlə iki ölkə arasında qarşılıqlı yardım haqqındaı  pakt imzalanmalıdır. 

Noyabr ayının 25-də Molotov Alman səfiri fon Şulenburqla söhbətində 

Bolqarıstanla SSRİ arasında pakt bağlanmasını  Və Boğazlarda sovet silahlı 

qüvvələrinə baza verilməsini Sovetlərin Üçlər ittifaqına qoşulmasının mühüm şərti 

kimi  əsaslandırdı. V.Molotov Alman səfirinə ultimatum formasında elan etdiyi 

bəyanatda dəqiqləşdirirdi ki, Batum və Bakıdan cənuba ümumi istiqaməti Fars 

körfəzinə doğru olan sahələr SSRİ-nin  ərazi genişlənməsinin mərkəzi kimi 

tanınmalıdır. Bu o demək idi ki, Britaniya imperiyası mülklərinin statusunda hər 

hansı  dəyişikliklərdə SSRİ  həlledici söz sahibi olmalı idi. V.Molotov bəyanatda 

tələb edirdi ki, yaxın aylar ərzində Boğazlar istiqamətindən coğrafi baxımdan 

SSRİ-nin təhlükəsizliyini təmin etmək üçün SSRİ-nin Qara dəniz sərhədlərinin 

təhlükəsizlik zonasına daxil olan Bolqarıstan ilə Sovet İttifaqı arasında qarşılıqlı 

yardım haqqında pakt imzalanmalıdır. Eyni zamanda o, tələb edirdi ki, 

uzunmüddətli icarə şərtləri ilə SSRİ-yə Bosfor və Dardanelldə quru qoşunları və 

hərbi dəniz qüvvələri üçün baza yaradılması nəzərdə tutulmalıdır. Hələ V.Molotov 

Berlində ikən  İ.Stalin ona göndərdiyi gizli teleqramda izah edirdi ki, Sovet 

qoşunlarının Bolqarıstana yeridilməsi ideyasını Qara dənizə girişi qorumaq üçün 

fikirləşmişdir. Bu məsələ indi ona görə  təxirəsalınmaz xarakter almayıb ki, 

Türkiyə İngiltərə ilə bağlıdır, ona görə aktual xarakter alıb ki, İngiltərə donanması 

adalan və Yunanıstan limanlarını tutub və Türkiyə ilə sazişdən istifadə edərək o 

hər zaman SSRİ sahillərini hədələyə bilər. 

Göründüyü kimi, Türkiyə  ətrafında 1940-cı ildə Alman bloku, İngiltərə  və 

SSRİ-nin iştirak etdiyi çox mürəkkəb diplomatik oyun gedirdi. Berlinə yollanan 

V.Molotov Türkiyəyə qarşı Sovetlərin maraqlarının Almaniya tərəfindən təmin 

edilməsi istiqamətində çox ciddi tələblər irəli sürdü. Bunlar ilk növbədə Boğazlara 

aid idi, lakin bununla məhdudlaşmırdı. Berlin danışıqlarının gedişində Stalinin 

əlavə göstərişlərindən aydın olur ki, Molotova Türkiyənin bölüşdürülməsi 

haqqında  məsələni müzakirə etmək səlahiyyəti verilmişdir. Güman etmək elə də 

çətin deyildi ki, 1940-cı ildə SSRİ Türkiyənin Bolqarıstanla Sovet İttifaqı arasında 

bölüşdürülməsini nəzərdə tuturdu. İ.Stalin belə hesab edirdi ki. boğazlar haqqında 

məsələnin dinc yolla həlli Türkiyəyə  təzyiq vasitəsi kimi Sovet qoşunları 

Bolqarıstana buraxılmadan mümkün deyildir. 1940-cı ilin noyabr ayının 25-də 

İ.Stalinin Kommunist İnternasionalı  İcraiyyə Komitəsinin  baş  katibi 

 

G.Dimitrova  dediyi   sözlər bunun  açıq  təzahür 



  


66 

 

forması idi. İ.Stalin deyirdi: "Biz türkləri Asiyaya qovacağıq. Bu necə Türkiyədir? 



Orada iki milyon gürcü, milyon yarım erməni, bir milyon kürd və s. var. Türklər 

yalnız 6-7 milyondurlar". Eyni zamanda İ.Stalin G.Dimitrova bildirdi ki, bu gün 

biz qarşılıqlı pakt bağlamaq haqqında təklifləri bolqarlara verəcəyik. Biz 

bolqarların Midiya-Enos xəttinə, Qərbi Trakiyaya, Dedeağac, Drama və Kavala 

olan  ərazi iddialarını müdafiə edəcəyik. Türkiyəyə münasibətdə biz baza tələb 

edirik ki, Boğazlardan bizə qarşı istifadə etməsinlər.  Əgər SSRİ ilə Bolqarıstan 

arasında pakt imzalanacaqsa, Türkiyə Bolqarıstana qarşı vuruşmağa cəsarət 

etməyəcəkdir və Balkanlarda vəziyyət tamam ayrı cür görsənəcəkdir.  İ.Stalin 

Kominternin baş katibinə tövsiyə edirdi ki, bu təklifləri bolqarların geniş dairələri 

bilməlidir. Digər tərəfdən V.Molotov Berlindən qayıtdıqdan sonra Sofiyadakı 

Sovet müvəqqəti işlər vəkili A.Lavrişevə vurduğu teleqramda bildirdi ki, əgər 

kimsə Bolqarıstanın təhlükəsizliyinə  təminat verə bilərsə, bu yalnız Rusiya ola 

bilər. V.Molotov qeyd edirdi ki, yeni Sovet təkliflərinə Bolqarıstanda indiki 

rejimin saxlanmasına təminat verilməsi və Bolqarıstanın  Şərqi Frakiyada 

Türkiyəyə ərazi iddialarının təmin edilməsi daxil edibcəkdir (64). 

Alman səfiri fon Şulenburqla müzakirə edilən məsələlərə V.MoIotov 1940-cı 

ilin dekabr ayının 30-da İtaliya səfiri Rosso ilə söhbətində yenidən qayıtdı. 

Rumıniyanın ərazi bütövlüyünə İtaliya və Almaniya tərəfindən verilən təminatlar 

Sovet rəhbərliyinin etirazına səbəb olmuşdu. Görüş zamanı V.Molotov bunun 

mənasını  səfirdən soruşurdu. Boğazlarla bağlı V.Molotov sərt mövqe nümayiş 

etdirərək bilmək istəyirdi ki, İtaliya Qara dəniz istiqamətindən Boğazlarda 

təhlükəsizliyin təmin edilməsi ilə bağlı SSRİ-nin maraqlarını qəbul edirmi? Daha 

sonra o, əlavə etdi ki, İtaliya Balkanlarda və Asiyada Sovet maraqlarını tanımağa 

hazırdırmı?  İtaliya xarici  işlər naziri Çiano Molotovun qaldırdığı bu məsələlərə 

aydınlıq gətirmək üçün almaniyalı  həmkarı Ribbentropla məsləhətləşdikdə 

Ribbentrop cavab vermişdi ki, Berlin və Roma Balkanları bilavasitə öz təsir 

dairəsində hesab edirlər. Ribbentrop İtaliya səfiri D.Alfieri ilə söhbətində qeyd 

etmişdi ki, ona belə  gəlir ki, Molotov ikili oyun oynayır və onun üzünə qapı 

bağlandıqdan sonra pəncərədən daxil olmaq istəyir. Ona görə Ribbentrop məsləhət 

görmüşdü ki, ruslarla münasibətdə çevik mövqedə dayanmaq lazımdır. O təklif 

edirdi ki, Qara dənizi biz Rusiyanın və digər sahilyanı dövlətlərin daxili dənizi 

kimi tanıya bilərik, eyni zamanda Montrödə imzalanmış sazişə baxılmasını  vəd 

edə bilərik. Lakin Türkiyənin mümkün reaksiyasını  nəzərə alaraq Şərqi Aralıq 

dənizində onlara güzəştə gedə bilmərik (65). 

Göründüyü kimi, dekabr ayının ortalarında SSRİ-yə hücum planını  təsdiq 

etdikdən sonra Almaniya bu danışıqlar aparmaqda maraqlı deyildi. Noyabr ayında 

aparılan sovet-alman danışıqları elə bir nəticə verməsə də. 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə