Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə30/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   26   27   28   29   30   31   32   33   ...   256

63 

 

təkbətək nə danışdıq. V.Molotov divara, tavana göz gəzdirdi, içində  təzə 



qızllgüllər olan böyük çin vazasına xüsusi diqqət yetirdi. O ehtiyat edirdi ki, 

ingilis və amerikan cəsusları və ya Hitlerlə Molotovun danışıqları barədə məlumat 

almaqda maraqlı olan almanlar burada hər yerdə  səs yazmaq üçün mikrofon 

quraşdıra bilərlər" (59). 

1940-cı ilin noyabrında Berlində aparılan danışıqlarda aydın oldu ki, Sovet 

İttifaqı öz təsirini yeni ərazilərə yaymaq fikrindədir. Bu danışıqların aparılması ilə 

bağlı  İ.Stalinin V.Molotova verdiyi göstərişlərdə mövcud dünya düzənindəki 

dəyişikliklərin mümkün istiqamətləri əks olunmuşdu. Şərqi Avropada baş vermiş 

dəyişikliklərdən sonra 1940-cı ilin payızında artıq söhbət SSRİ-nin Balkanlarda 

(Rumıniya və Bolqarıstanda), Türkiyədə (Qara dəniz boğazlarında) və  İranda 

xüsusi maraqlarından gedirdi (60). 

İ.Stalin təklif etmişdi ki, Berlin danışıqları zamanı SSRİ-nin Avropada, eyni 

zamanda Yaxın və Orta Asiyada (Şərqdə-C.H.) maraq dairəsmin genişləndirilməsi 

haqqında məsələni Hitlerin qarşısında qoymaq lazımdır və bu məsələlər müvafiq 

Sazişdə öz əksini tapmalıdır.  İ.Stalinin irəli sürdüyü Sovet iddialarına görə 

danışıqların başlıca məsələsi kimi Bolqarıstana Sovet qoşunları yeridilməli, Dunay 

və onun dənizə töküldüyü ərazilərin bir hissəsində Sovetlər hərbi baza yaratmaq 

hüququna malik olmalı  idi.  Türkiyəyə  gəldikdə  Stalin  bildirmişdi  ki,  Türkiyə 

haqqında məsələ və onun taleyi bizim iştirakımız olmadan həll edib bilməz, belə 

ki, bizim Türkiyədə çox ciddi maraqlarımız vardır.  İ.Stalin öz direktivlərində 

V.Molotova tapşırıq vermişdi ki, əgər bizim Türkiyə ilə münasibətlərimiz 

haqqında soruşsalar bizim türklərə verdiyimiz cavab qaydasında demək lazımdır: 

SSRİ ilə qarşılıqlı   yardım haqqında paktın olmaması  onlara  SSRİ-dən  yardım 

tələb  etmək hüququ  vermir.  Bu tövsiyə ona işarə  idi ki, Balkanlarda vəziyyət 

gərginləşdiyi  şəraitdə Türkiyənin Moskvadakı  səfiri A.Aktay öz ölkəsinin 

adından SSRİ Xarici İşlər Komissarlığına Türkiyənin narahatlığını ifadə edən 

sorğu göndərmişdi. Noyabr ayının 4-də verilən cavabda SSRİ Xarici İşlər 

Komissarlığı Balkanlarda şəraitin gərginləşməsi ilə bağlı SSRİ-nin Türkiyəyə 

kömək göstərə bilməsi haqqında Ankaranın sorğusunu "anlamadığını" bildirmişdi. 

Moskva yada salmışdı ki, SSRİ ilə Türkiyə arasında qarşılıqlı    yardım haqqında 

pakt mövcud deyildir və bu barədə heç bir söhbət olmamışdır.  Lakin  görünür,  

Sovet rəhbərliyi   1939-cu  ilin  sentyabr-oktyabr  aylarında Moskva  

danışıqlarında Türkiyə    xarici    işlər naziri Ş.Saracoğlunun təkliflərini və  hələ 

ondan qabaq sentyabr ayının 8-də Türkiyənin təklif etdiyi müqavilə layihəsini çox 

tez yaddan çıxarmışdı. Tanınmış rus tarixçisi L.A.Bezımenski Sovetlərin Türkiyə 

sorğusuna 4 noyabr cavabını  dəyərləndirərək yazır ki, bu cavab 

mənəviyyatsızlıqdan xali deyildi. SSRİ ilə həmsərhəd dövlətlər kimi Rumıniya və 

Maca- 


 


64 

 

rıstanın taleyi də Stalini maraqlandırırdı.  İ.Stalinin təkliflərində Boğazlar ayrıca 



xatırlanmamışdı. Eyni zamanda Yunanıstan və Yuqoslaviyaya münasibətdə 

Almaniya və  İtaliyanın nə fikirləşdiyini aydınlaşdırmaq da Sovet rəhbərlərinin 

maraq dairəsinə daxil idi (61). 

Noyabr ayının 12-13-də Berlində aparılan danışıqlarda söhbət ilk növbədə 

Sovet İttifaqının 1940-ci ilin sentyabr ayının 27-də Almaniya, İtaliya və Yaponiya 

tərəfindən imzalanmış Üçlər İttifaqına daxil olmasından və dünyanın dörd dövlət 

arasında nüfuz dairəsinə bölüşdürülməsindən gedirdi. Sovetlər ilk növbədə 

Boğazlara nəzarəti  ələ keçirmək istəyirdi. Bunun üçün onlar Sovet qoşunlarının 

Boğazlara çıxmasına imkan yaradan Bolqarıstanla müqavilə bağlamağa böyük 

əhəmiyyət verirdilər. V.Molotov Hitlerlə danışıqlar zamanı  bəzi məsələlərə, o 

cümlədən "Böyük Asiya məkanı" barədə məsələyə aydınlıq gətirməyi zəruri hesab 

edirdi. Onun fikrincə, digər məsələlərlə yanaşı, Türkiyə  məsələsində  də aydınlıq 

yox idi. V.Molotova görə, Montrö sazişinə  dəyişiklik edilməli, Sovet hərbi 

gəmilərinin Qara dənizdən azad çıxışına və dönüşünə  təminat verilməlidir. 

Molotov təklif edirdi ki, Rusiya Türkiyə ilə danışıqlar stolu arxasında oturmalı və 

daim özünə qarşı təhlükə bölgəsi olan Boğazlarda hərbi baza saxlamaq hüququnu 

əldə etməlidir. Bununla yanaşı, o Bolqarıstanın Egey dənizinə  çıxışına təminat 

verilməsini də  zəruri hesab edirdi.(62) Berlində olarkən V.Molotov Türkiyəni 

İngiltərə ilə əməkdaşlıqdan ayırıb onu Üçlər İttifaqına cəlb etmək üçün ona təzyiq 

göstərmək və bu məqsədlə onunla ayrıca bir protokol imzalamağa hazır olduğunu 

bildirmişdi. 

Dünya müharibəsi başlandıqdan sonra Türkiyə hakimiyyət orqanlarının 

Boğazlar üzərində nəzarəti gücləndirməsi Sovetləri təmin etmirdi. 1940-cı ilin 14 

iyulunda Sovet bayrağı altında üzən "Moskva" katerinin Bosforun yuxarısında 

saxlanması SSRİ tərəfindən ayrı-seçkilik kimi qiymətləndirildi. Ankaradakı Sovet 

səfiri S.Vinoqradov Türkiyənin Montrö sazişinin 4-cü maddəsini pozduğunu 

xatırlatdıqda ona bildirilmişdi ki, Sazişin müdafiəçisi rolunda çıxış etmək 

Sovetlərin işi deyildir (63). 

Öz növbəsində Almaniya da Sovet İttifaqını Avropaya, o cümlədən Balkanlara 

buraxmaq fikrində deyildi. Qara dənizdə Sovetlərin xüsusi imtiyazını  qəbul etsə 

də, Berlin SSRİ-nin okeana yolunu daha çox Fars körfəzindən salmağa maraqlı 

idi. Molotov Berlindən qayıtdıqdan sonra Sovet rəhbərliyi dünyanın nüfuz 

dairəsinə bölünməsi haqqında Alman layihəsinə bir sıra düzəlişlər etdi. Bu sənədə 

görə, Bakı və Batumdan cənuba doğru Şərqi Türkiyə, Şimali İran və İraq da daxil 

olmaqla Fars körfəzinə doğru uzanan ərazilər sovet nüfuz dairəsinə daxil olmalı 

idi. Boğazlarda isə uzunmüddətli icarə əsasında Sovet quru qoşunlarının və dəniz 

qüvvələrinin hərbi bazası yaradılmalı idi. Bu məqsədlə Türkiyə dördlər   ittifaqına   

qoşulmağa   dəvət   edilməli,   yalnız   bundan   sonra 

 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə