38
lazımdır. Almaniya səfiri Papenlə bağlı məsələyə toxunaraq R.Saydam dedi ki,
onun missiyasının başlıca məqsədi Türkiyənin İngiltərə və SSRİ ilə
yaxınlaşmasına mane olmaqdır və Türkiyə hökuməti bu barədə məlumatlıdır. Baş
nazir bildirdi ki, Papen Birinci Dünya müharibəsi dövründə qurduğu köhnə
əlaqələrə arxalanaraq bu niyyətini həyata keçirmək istəyir, lakin Papenin bu
niyyəti uğur qazanmayacaqdır (67).
Bütün bunlara baxmayaraq, aprel-may aylarında Ankarada başlanan Türkiyə-
Sovet danışıqları 1939-cu ilin payızında Moskvada davam etdirilsə də elə bir
nəticə vermədi. Belə ki, 1939-cu ilin avqust ayının 23-də artıq hücum etməmək
haqqında Sovet-Almaniya müqaviləsi imzalanmışdı və bununla da Sovet İttifaqı
özünün xarici siyasətdə əsas kursunu müəyyən etmişdi. Hücum etməmək haqqında
Sovet-Alman müqaviləsinin bağlanması Avropada güclənən təcavüzkar əleyhinə
geniş cəbhə yaradılmasına bəslənilən ümidləri boşa çıxartmaqla yanaşı, Türkiyə
tərəfindən də həyəcanla qarşılandı. Türk tarixçilərindən Ahmet Şükrü Esmer və
Oral Sanderin dediyi kimi, "Türkiyə ilə Sovet İttifaqının yolları ayrıldı" (68).
Beləliklə də, SSRİ ilə Almaniya arasında məlum 23 avqust müqaviləsinin və ona
əlavə olan gizli protokolların imzalanması ilə dünya böyük müharibənin bir
addımlığında dayanmalı oldu.
39
II FƏSİL
Dünya müharibəsinin birinci mərhələsində
Sovet-Türkiyə münasibətlərinin əsas istiqamətləri
Sovet İttifaqı ilə Almaniya arasında hücum etməmək haqqında 23 avqust
1939-cu il müqaviləsinin bağlanması İkinci Dünya müharibəsinə hazırlığın
sonuncu hadisəsi oldu. "Yeni sabah" qəzeti 28 avqust tarixli sayında Sovet-Alman
müqaviləsi ilə bağlı qeyd edirdi ki, baş verən hadisə nəticəsində sülh cəbhəsi
Sovet İttifaqının köməyinə ümidini itirdi. Əgər Rusiya sülh cəbhəsinə qoşulsaydı,
ola bilsin ki, müharibə olmazdı. Lakin indi müharibə təhlükəsi güclü şəkildə
artmaqdadır. "Yeni sabah"ın ehtimalı düz çıxdı. Bu müqavilənin məntiqi davamı
olaraq sentyabrın 1-də Almaniya Polşaya müharibə elan etdi. İki gün sonra
sentyabrın 3-də İngiltərə və Fransanın Polşa ilə olan müqavilə öhdəliklərinə uyğun
olaraq Almaniyaya müharibə elan etmələri dünyada yeni hərbi, siyasi, diplomatik
vəziyyətin yaranması ilə nəticələndi. İkinci Dünya müharibəsi başlandı.
Bu dövrdə Türkiyənin xarici siyasətinin çıxış nöqtəsini ölkəni müharibədən,
hərbi əməliyyatlardan kənar saxlamaq, təcavüzün dəf edilməsi üçün etibarlı
müdafiə sistemi qurmaq və bu sistemi beynəlxalq müqavilələr bağlamaq yolu ilə
möhkəmləndirmək təşkil edirdi. Polşadakı hadisələri Türkiyə diqqətlə izləyirdi.
Polşa təslim olduqdan sonra səfir Cemal Hüsnü Taray başda olmaqla Varşavadakı
Türkiyə diplomatik korpusu Polşa hökuməti ilə birlikdə ölkəni tərk etmiş və
Buxarestə gəlmişdi. Bir müddət Rumıniyada qaldıqdan sonra Türkiyə diplomatik
heyəti Polşa hökuməti ilə birlikdə Fransaya getmiş, Fransa təslim olduqdan sonra
Ankaraya dönməli olmuşdu. C.H.Taray Türkiyənin tanınmış diplomatlarından idi.
1930-1936-cı illərdə İsveçrədə səfir işlədiyi zaman o, eyni zamanda Türkiyəni
Millətlər Cəmiyyətində təmsil etmişdi (1).
Polşanın təslim olması ilə bağlı tanınmış türk jurnalisti Hüseyn Cahid Yalçın
"Yeni sabah" qəzetin 23 sentyabr 1939-cu il tarixli sayında yazırdı ki, Polşa
dövləti rusların müdaxiləsi nəticəsində çökdü. H.C.Yalçın Türkiyənin ən tanınmış
jurnalistlərindən biri olduğundan Sovet səfiri S.Vinoqradov Xarici İşlər
Komissarlığının mətbuat şöbəsinin müdiri Palqunova və Yaxın Şərq şöbəsinin
müdiri Novikova göndərdiyi hesabatda qeyd edirdi ki, Yalçının fikri ilə Türkiyə
Respublikasının prezidenti özü belə hesablaşır (2). Müharibə başlandıqdan sonra
"Ulus" qəzetindəki yazılarında Ahmet Şükrü Esmer belə bir ideyanı təbliğ edirdi
ki, SSRİ-nin siyasəti düzgün deyildir, müharibə məhz Sovetlərin günahı
ucbatından başlanmışdır. Uzun müddət, 1939-cu ilin payızına qədər SSRİ-nin
xeyrinə
40
yazılar verən "Tan" qəzeti də Sovet-Alman müqaviləsindən sonra antisovet
düşərgəyə keçdi və Sovet İttifaqının Almaniya ilə imzaladığı paktla müharibənin
başlanmasında başlıca rol oynadığını təbliğ etməyə başladı. "Tan"ın yazıları o
qədər sərt mövqedən yazılırdı ki, “Правда” qəzeti "Ankarada bazardır, bazarda isə
"Tan" qəzeti" məqaləsi ilə ona cavab verməli olmuşdu. 'Tan"ın redaktoru
Zekeriyye Sertel əvvəl SSRİ-yə rəğbət bəsləyən qəzetçilərdən sayılsa da,
müharibə başlayandan sonra ilk redaktorlardan idi ki, Sovetlərin xarici siyasətini
imperialist siyasət adlandırmışdı. Türkiyədə çıxan nüfuzlu "Vakıt" qəzetinin də
mövqeyi belə idi. Asım Us "Vakıf' dakı yazılarında qəti şəkildə təsdiq edirdi ki,
SSRİ hazırda Avropada baş verən müharibənin əsas günahkarıdır. O belə hesab
edirdi ki, SSRİ Boğazları tutmaq istəyir və əlavə edirdi ki, Türkiyə buna heç vaxt
yol verməz. Sovet səfirliyinin məlumatında göstərilirdi ki, bütövlükdə İstanbul və
Ankarada 42 gündəlik qəzet və 169 jurnal nəşr olunur. Müharibə başlandıqdan
sonra onların əksəriyyəti SSRİ-ni bu müharibədə əsas günahkarlardan biri kimi
damğalayırdı (3).
İkinci Dünya müharibəsi başlandıqdan sonra SSRİ-nin 1939-cu ilin
sentyabrında Polşaya hərbi müdaxiləsi, Qərbi Ukrayna və Qərbi Belorusiyanı işğal
etməsi, Rumıniyaya qarşı ərazi iddiaları irəli sürməsi, Balkanlarda hərbi və siyasi
cəhətdən fəallaşması Türkiyənin diqqətindən kənarda qala bilməzdi. Ölkə
prezidenti İ.İnönü dünya müharibəsinin başlanmasından az sonra Türkiyə Böyük
Millət Məclisindəki çıxışında deyirdi: "Avropa böhranı sülhü qorumağa yönəlmiş
mübarizənin zaman-zaman ümidverici səhifələrindən sonra büsbütün alovlanmış
və nəhayət, hərb faciəsinin partlaması meydana gəlmişdir. Sizin səmimi
hissiyyətinizə də tərcüman olduğuma əmin olaraq bu vəziyyətdən dərin iztirab və
hüzn duyduğumuzu deməyə bilmərəm. Cümhuriyyət hökuməti bütün bu dövrlərdə
sülhə xidmət etmək və öz təhlükəsizliyini təmin etmək üçün mübarizəsini əsas
vəzifə kimi həyata keçirmişdir" (4).
Müharibə astanasında imzalanmış Sovet-Alman müqaviləsi Türkiyə siyasi
dairələrində böyük həyəcana səbəb olsa da, Türkiyə hökuməti Sovetlərə
münasibətdə əvvəlki əlaqələri saxlamaqda və daha da dərinləşdirməkdə maraqlı
idi. 1939-cu ilin may-iyun aylarında Türkiyənin İngiltərə və Fransa ilə ikitərəfli
bəyannamələr imzalaması, müharibənin ilk günlərində Böyük Britaniyanın
Türkiyənin ərazi bütövlüyünə təminat verməsi yalnız siyasi dairələrdə deyil,
ictimai fikirdə də müsbət qarşılanmışdı. Lakin Türkiyə prezidenti İ.İnönü belə bir
təminatı SSRİ-dən də almaq istəyirdi (5). Bunu Türkiyənin Sovet İttifaqı ilə
qarşılıqlı yardım haqqındaı ikitərəfli pakt bağlamaq cəhdləri də təsdiq edir.
Sovet-Türkiyə münasibətlərinin çox tanınmış araşdırıcısı B.M.Potsxveriya
Sovetlərin dağılmasından sonra bu dövrün hadisələrini təhlil edib haqlı olaraq belə
qənaətə gəlir ki, Türkiyə hökuməti bir tərəfdən İngiltərə və