Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə71/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   67   68   69   70   71   72   73   74   ...   256

148 

 

haribə başa çatdıqdan bir neçə həftə sonra Sovet xarici siyasətinin yeni açıqlanan 



gizli tərəfləri  əməkdaşlıq mərhələsinin arxada qaldığını  və müharibə dövrünün 

əməkdaşlığının  əvvəlcə qapalı, az sonra isə açıq rəqabətlə  əvəzləndiyini təsdiq 

edirdilər. Tanınmış rus alimi V.O.Peçatno 1945-1946-cı illərdə Sovet-Amerika 

münasibətlərinin inkişaf meyllərini tədqiq edərək haqlı olaraq bu münasibətləri 

"İttifaqdan düşmənçiliyə doğru" adlandırır və 1945-ci ilin may-iyun aylarını ABŞ 

istimai-siyasi dairələrində Sovet siyasətinə münasibətə dair ən gərgin müzakirələr 

dövrü kimi səciyyələndirir (2). 

Avropada müharibə başa çatdıqdan sonra Yaxın və Orta Şərq müttəfiqlərarası 

münasibətlərin ən kövrək regionuna çevrildi. Yeni açıqlanan Sovet arxiv sənədləri 

məhz  İran və Türkiyəyə münasibətdə SSRİ ilə Britaniya və ABŞ arasında 

ziddiyyətlərin yarandığını, onların tədricən soyuq müharibənin ilk qarşıdurmasını 

şərtləndirdiyini, geosiyasi maraqların toqquşduğunu və bu zəmində artıq ideoloji 

qarşıdurmanın bəzi tərəflərinin meydana çıxdığını göstərir.  1945-ci ilin iyun 

ayının 7-dən iyul ayının 6-na qədər Sovet rəhbərliyinin İran və Türkiyə ilə bağlı 

qəbul etdiyi qərarlar və irəli sürdüyü tələblər sonradan soyuq müharibə kimi 

dəyərləndirilən dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Bu seriyadan olan 

tədbirlər arasında ilk olaraq iyunun 7-də SSRİ xarici işlər komissarı V.Molotov 

Moskvadakı türk səfiri S.Sarperi qəbul edib Boğazlara birgə  nəzarət, Bosfor və 

Dardanell rayonunda Sovetlərə hərbi baza verilməsi, Qars və Ərdahanın SSRİ-yə 

qaytarılması haqqında Sovet tələblərini elan etməsini göstərmək zəruridir. Bundan 

3 gün sonra iyun ayının 10-da İ.Stalin "İranın  şimalında Sovet sənaye 

müəssisələrinin təşkil edilməsi haqda" SSRİ Xalq Komissarları Sovetinin gizli 

qərarını imzaladı (3). İyun ayının 18-də V.Molotov yenidən S.Sarperlə görüşdü və 

Sovet tələblərini ultimativ qaydada irəli sürdü. Bu görüşdən az sonra iyun ayının 

21-də  İ.Stalin  "İranın  şimalında neftlə  bağlı  geoloji-kəşfiyyat işləri haqqında" 

SSRİ Dövlət Müdafiə Komitəsinin qəti şəkildə gizli saxlanılan qərarını imzaladı. 

Dövlət Müdafiə Komitəsinin 21 iyun tarixli gizli qərarı Yaxın  Şərqin enerji 

ehtiyatları  uğrunda gərgin mübarizənin başlanmasından xəbər verirdi (4). Ən 

nəhayət, iyul ayının 6-da ÜİK(b)P MK-nın Siyasi Bürosu "Cənubi Azərbaycanda 

və  İranın  şimalının digər vilayətlərində separatçı  hərəkatın təşkili üzrə  tədbirlər 

haqqında" qərar qəbul etdi (5). Siyasi Büronun 6 iyul qərarına görə,  İranın 

şimalında yerləşən Azərbaycan vilayətində  dəstəklənən separatist hərəkat 

muxtariyyat alınması və daha sonrakı mərhələdə bu vilayətin Sovet Azərbaycanı 

ilə birləşdirilməsi ilə  nəticələnməli idi. Sovetlərin burada möhkəmlənməsi onun 

Yaxın və Orta Şərqə nüfuz etməsi, regionun enerji ehtiyatlarına yaxınlaşması, 

xüsusilə SSRİ-nin ərazi tələblərinə daxil edilən Türkiyənin şərq vilayətlərinin ələ 

keçirilməsi üçün strateji məntəqə rolunu oynamalı idi 

 



149 

 

Avropada müharibə başa çatdıqdan sonra Türkiyənin beynəlxalq vəziyyəti elə 



də qənaətbəxş deyildi.  Müharibənin  sonunda demək olar ki,Türkiyə beynəlxalq 

aləmdə  tənha qalmışdı.  İkinci Dünya müharibəsinin  əvvəllərində  həm Türkiyə, 

həm də müttəfiqlər üçün əlverişli olan bitərəflik siyasəti müharibənin sonunda onu 

təcrid olunmuş  vəziyyətə salmışdı. Mart ayının 19-da 1925-ci ildə imzalanmış 

Sovet-Türk müqaviləsi ləğv edildikdən sonra Türkiyə bir növ qeyri-müəyyən 

halda idi. Hökumət yetkililəri axıra qədər bilmirdilər ki, gündən-günə güclənən 

Sovet təzyiqləri fonunda ABŞ  və Böyük Britaniya Türkiyəni müdafiə edəcək

yoxsa Şimal təhlükəsi qarşısında o tənha qalacaqdır. Bütövlükdə konturları cızılan 

yeni dünya düzəninə Türkiyə belə qeyri-müəyyənlik vəziyyətində daxil olurdu. 

     Belə bir beynəlxalq durumda olmasına baxmayaraq Türkiyənin siyasi 

dairələri müharibədən sonrakı dünyanın inkişaf meyllərini düzgün 

müəyyənləşdirdi və ona doğru getməyə başladı. 1945-ci il may ayının 19-da 

ölkədə ənənəvi olaraq keçirilən gənclik və idman bayramında çıxış edən prezident 

İ.İnönü türk gənclərinə müraciət edərək dedi: "Müharibənin doğurduğu çətinliklər 

ucbatından həyata keçirdiyimiz bir sıra tədbirlərdən imtina etmək fikrindəyik. 

Ölkəmizin siyasi və ideoloji həyatında demokratik prinsiplərin geniş tətbiqi üçün 

şərait yaranmaqdadır. Öz mövcudluğunun ilk günündən başlayaraq Böyük Millət 

Məclisi bizim ən demokratik müəssisəmiz olaraq idarəçilik sükanını öz əlində 

saxlayır və ölkəni demokratiya yolu ilə aparır" (6). Prezident İ.İnönü bu çıxışında 

ölkədə yeni, ikinci bir partiyanın yaranacağına aydınlıq gətirmiş, çoxpartiyalılığa 

keçməyin zəruriliyi haqqında açıqlama verirdi. O, Türkiyədə bir sıra islahatların 

keçiriləcəyi, fövqəladə qanunların ləğv edibcəyi, ölkənin siyasi həyatının 

müharibədən sonrakı dövrdə daha da demokratikləşməsi barədə  cəmiyyətdə 

dolanan söhbətlərə  də müəyyən aydınlıq gətirdi. Prezident İnönünün 19 may 

tarixli çıxışında qoyulan məsələlər San-Fransisko konfransında müzakirə edilən 

ümumdünya problemləri və Birləşmiş Millətlərin hər bir xalqın "demokratik bir 

rejimə sahib olmaq" haqqındakı prinsipi ilə tam səsləşirdi. İ.İnönünün tövsiyəsi ilə 

Röyter Agentliyinə müsahibə verən Türkiyənin xarici işlər naziri və ölkənin San-

Fransisko konfransındakı nümayəndə heyətinin başçısı H.Saka qeyd etmişdi ki, 

Cümhuriyyət hökuməti siyasi bir institut olmaq etibarilə müasir demokratiyanın 

yolu ilə  əzmlə inkişaf etməkdədir. Konstitusiyamız nəinki  ən irəli getmiş 

konstitusiyalarla müqayisə edib bilər, hətta bəzilərini çox geridə qoya bilər. Eyni 

zamanda H.Saka Röyter Agentliyi vasitəsilə vurğulamışdı ki, müharibədən sonra 

demokratiyanın bütün təzahürləri Türkiyədə inkişaf edəcəkdir. San-Fransisko 

konfransına gedən Türkiyə numayəndə heyətinin digər bir üzvü Ahmet Şükrü 

Esmer isə Amerika ictimaiyyətinə müraciətində bildirmişdi ki, türklər Amerika 

millətinə böyük rəğbət göstərir və bu millətin xoş niyyətlərinə böyük etimad 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə