Himalay Ənvəroğlu____________________________________
187
mövzusunda yazdığı diplom işi diqqətimizi cəlb etdi. Bu
mikrotədqiqat
işi möhtəşəm, zəngin tarixi və ənənəsi olan, uzun
illər professor Mir Cəlal Paşayevin rəhbərliyi altında fəaliyyət
göstərən ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında
yerinə yetirilmişdir. O da maraqlıdır ki, V kurs tələbəsinin
qarşısıalınmaz istəyi ilə seçilən və professor Cəfər Xəndanın
başçılıq etdiyi kafedrada təsdiq olunan bu diplom işinə rəhbər
akademik Məmməd Arif təyin edilmişdi. Bu gərçək tarixin şahidi
Davud Orucovla eyni kursda təhsil alan respublikanın əməkdar
müəllimi, filologiya elmləri doktoru İmamverdi Əbilov da o illəri
xatırlayarkən öz şəxsi bacarığı, erudisiyası və İnsani keyfiyyətləri
ilə fərqlənən həmkarının sözügedən mövzunu seçməsini təsadüfi
saymır. Yaddaşlarda yaşayan
xatirələrdən o da məlumdur ki, 50-
ci illərin gəncləri Mir Cəlal müəllimi özləri üçün ən doğma adam
hesab edir və əsərlərini sevə-sevə oxuyurdular.
Təbii ki, tələbələrin Mir Cəlal müəllimə hədsiz
sevgisindən kafedra xəbərsiz deyildi. Söz yox, o da nəzərə
alınmışdır ki, Məmməd Arifə ancaq kifayət qədər hazırlıqlı
tələbənin diplom işini həvalə etmək olar. Belə bir mövzunun
diplom işi olaraq gündəmə gətirilməsi, hər şeydən əvvəl, əlbəttə
ki, Mir Cəlal yaradıcılığına məhəbbət və ehtiramdan irəli gəlirdi.
Diplom işinin müəllifi D.Orucovu yaxından tanıyanlar bilir ki,
hələ gəncliyindən o, öz pedaqoji fəaliyyətində həmişə Mir Cəlalın
əsərlərini dönə-dönə oxuyar, yeri
gəldikcə ona müraciət edər,
hekayələrindən ibrətamiz mİsallar gətirər və çox zaman fikrini
onun aforizmləri ilə tamamlayardı.
Görkəmli tənqidçi Məmməd Arifin bu müəllim –
tələbənin diplom işinə rəhbərliyi öhdəsinə götürməsi bir tərəfdən
mövzunun aktuallığından, müasirliyindən irəli gəlirdisə, digər
tərəfdən Mir Cəlalın bir yazıçı kimi ədəbiyyatımızda mötəbər söz
sahibi olmasına bəslənilən ehtiram duyğusundan qaynaqlanırdı.
Bu məsələdə “Yaşıdlarım” romanının zamanın hüdudlarını aşan
və bədii sistemində gеrçək yer alan struktur düşüncə imkanı,
çoxsaylı Mir Cəlalsevər oxucu kütləsinin əsərə dərin marağı az rol
oynamamışdır. Bu baxımdan əsərin nəşr olunduğu andan (1952)
_______
Азярбайъан драматурэийсы: тарихилик вя мцасирлик
188
tənqidçi və ədəbiyyatşünasların düşüncə predmetinə çevrilməsi də
təbii idi. O da məlumdur ki, həmin çağlarda çoxları “Yaşıdlarım”ı
birnəfəsə oxuyurdu.
Yazıçının özünün hələ “Ədəbiyyat qəzeti”nin 31 mart
1945-ci il tarixli sayında çap etdirdiyi məqaləsi “Yaşıdlarım”
romanında çözüləcək olayların bəzi incə məqamları barədə ilkin
təsəvvür formalaşdırırdı: “Bizim adamların bir hünəri ondadır ki,
gərgin döyüş məqamında öz idealları və yüksək İnsani hissləri ilə
yaşaya bilirlər. Düşmən bizi müharibə dövründə çox şeydən
məhrum etsə də, qəlbimizin əməllərindən məhrum edə bilmədi.
Edə də bilməzdi. Əməllər hər zaman,
hər yerdə bizə qüvvət,
üstünlük və qalibiyyət verir. Mənim əsas qəhrəmanlarım bu
əməllərlə yaşayan İnsanlardır”.
Vətəndaş – sənətkarın bu deyimləri “Yaşıdlarım”ın tale
yolları ilə inamla irəliləyən, böyük amallarla yaşayan Kərimzadə,
Nəriman, Səlim, Hədiyyə kimi qəhrəmanlarını əməl və vicdan
sahibi kimi dərindən duyub anlamaqda oxucuya yardım edir.
Romanın süjet konsepsiyası barədə 50-ci illərin ədəbi tənqidinin
vulqar-sosioloji düşüncə
tərzindən qaynaqlanan bəzi
dəyərləndirmələrini zaman baxımından təbii qəbul etmək olar.
Bu baxımdan “Mir Cəlalin “Yaşıdlarım” romanı” adlı
konseptuallığı ilə səciyyələnən diplom işinin bir tədqiqat əsəri
olaraq məhz 1955-ci ildə yazıldığı nəzərə alındıqda, əlbəttə ki,
təhlillərdə sovet dövrü ideoloji ehkamlarının təsirinin
duyulmasına təəccüb edilməməlidir. Çünki ideologiyanın
məxsusi
olaraq humanitaryönümlü araşdırmaları sözügedən dönəmdə öz
təsiri altında saxlamaq üçün nə kimi səylər göstərdiyi danılmaz
həqiqətdir. Ona görə də görkəmli yazıçımızın vaxtdan uca
romanının gənc tədqiqatçı tərəfindən araşdırılarkən dövrün ədəbi
tənqidi üçün xarakterik olan siyasi-ideoloji baxış bucağının
tələbindən irəli gələn qənaətlərin yer almasını müəyyən mənada
başa düşmək olar. Bununla yanaşı, diplom işi müəllifinin
romanda bədii əksini tapan yazıçı idealını duyması, gеrçək
dəyərlər barədə səmimi açıqlamalar verməsi ideoloji dalğanın
təsirinə bir o qədər də məruz qalmadığını, əsasən, mahiyyətə
Himalay Ənvəroğlu____________________________________
189
önəm verdiyini göstərir. Burada bizim nəzərimizi cəlb edən əsas
məqam isə o dövrün ədəbi tənqidində çox
mötəbər söz sahibi olan
akademik Məmməd Arifin elmi rəhbərliyi altında yazılan bu
diplom işinin müəllifinin kövrək qələminin məhsulu ilə Mir
Cəlalşünaslığa öz töhfəsini vermək istəyidir. Zənnimizcə, müəllif
öz istəyinə tam nail olmuşdur. Öncə diplom işinin mətni bu
qənaətə gəlməyimizə haqq verir.
Giriş, üç fəsil, nəticə və kitabiyyat hissəsindən ibarət olan
diplom işində müvafiq olaraq ilk öncə Mir Cəlalın tərcümeyi-halı,
yaradıcılıq bioqrafiyası, hekayə janrı sahəsində uğurlu axtarışları
təhlil predmetinə çevrilir. Elə ilk səhifələrindən müəllifin Mir
Cəlalın ədəbi irsinə və yaradıcılıq üslubuna bələdliyi açıq hiss
olunur. Tədqiqat əsərinin bir yerində oxuyuruq: “Mir Cəlalın
görkəmli rus və Azərbaycan klassiklərinin təsiri ilə yazması
təbiidir. Lakin o qətiyyən özündən əvvəlki yazıçıları təqlid
etməmişdir. Əksinə, Mir Cəlal həmin ədiblərin yaradıcılıq
xüsusiyyətlərini tamamilə orijinal bir surətdə davam etdirərək,
Azərbaycan sovet nəsrində özünəlayiq yer tutmuşdur.
Hər kəs
hiss edir ki, Mir Cəlalın hekayələrinin sətirləri arasından Ə.
Haqverdiyevin üslubunun ətri gəlir. Onu da heç kəs inkar edə
bilməz ki, Mir Cəlalın üslubu yalnız özünə məxsusdur”. Bu kimi
fikirlərini inkişaf etdirən müəllif, ədibin “Dirilən adam”, “Bir
gəncin manifesti”, “Təzə şəhər” romanlarını da diqqətə çəkir, bu
əsərlər haqqında zamanın pafosu ilə səsləşən bir sıra maraqlı
mülahizələr söyləyir. D. Orucov bu kontekstdə belə bir həqiqəti
də dərk edib ki, M. Cəlalın romanlarında tariximizin mühüm və
ciddi məsələləri əks olunmuşdur. Diplom işində bilavasitə
“Yaşıdlarım” romanının tədqiqinə qədər yer alan təhlilləri Mir
Cəlalın bədii nəsr təsərrüfatına yığcam tarixi
ekskurs hesab etmək
olar. Müəllif öncə “Yaşıdlarım”ın meydana gəlməsinin ilkin
səbəblərini düşüncə müstəvisinə çıxarır və bununla romanın
daxili süjetində yer alan incə məqamları yorumlamaq və təhlilləri
əsas problematika üzərinə yönəltmək imkanı qazanır.
“Yaşıdlarım” romanında da tarixi taleyimizin bilavasitə İkinci
Dünya müharibəsi dövrü olayları canlı İnsan xarakterlərində və
_______
Азярбайъан драматурэийсы: тарихилик вя мцасирлик
190
talelərində öz təcəssümünü tapmışdır. Diplom işinin strukturunun
ehtiva edən “Yaşıdlarım” romanının mövzu və ideyası, “Əsərdəki
surətlərin xarakteristikası”, “Əsərin dili haqqında” fəsilləri
müəllifə mövzunu ədəbi-tarixi düşüncə axarında incələmək
imkanı vermək baxımından səciyyəvidir. Bu struktur gənc
tədqiqatçıya “Yaşıdlarım”ı dövrün ədəbiyyatşünaslıq təfəkkürü
müstəvisində dəyərləndirmək və kontekstdə romanın özəl
cəhətlərini Mir Cəlal nəsrinin aparıcı istiqamətləri ilə bir araya
gətirmək imkanı yaratmışdır. “Yaşıdlarım”ın mövzusu, ideyası,
əsas surətlərilə bağlı açıqlamalarda ədibin
ümumən roman
qəhrəmanlarının yer alması mövzunu tipoloji tədqiqat müstəvisinə
incələmək istəyindən xəbər verir. Yeri gəldikcə Azərbaycan və
rus ədiblərinin bədii örnəklərinə kontekst xarakterli müraciətlər
məhz tədqiqatın çevrəsinə məqsədyönlü şəkildə genişləndirmək
istəyi kimi qəbul edilməlidir. Bunu gənc müəllifin tədqiqatından
aşağıdakı mülahizəsi də isbat edir: “M.Y.Lermontov göstərir ki,
yazıçı gözəgörünməz bir psixoloqdur. O, hadisələri təsvir edir,
oxucu isə nəticə çıxarır. Mir Cəlal da belə bir sənətkardır”.
Həqiqətən də, Mir Cəlal əsərlərində oxucunu düşünməyə sövq
edən psixoloji məqamlar qədərincədir. Yeri gəlmişkən qeyd
etmək lazımdır ki, tədqiqatçının sərbəst təfəkkür gəzişmələri
nəticəsində romanın
bədii sistemi, zaman çərçivəsi və başlıca
konflikti barədə kifayət qədər inandırıcı qənaət formalaşır.
Romanın aparıcı
qəhrəmanlarının xarakterlərinin özəl
xüsusiyyətlərinin mahiyyət müstəvisində sərgilənməsi də
tədqiqatçının məhz konkret bədii faktlara istinad etdiyini göstərir.
Tədqiqat müəllifinin “Yaşıdlarım” romanının aparıcı
qəhrəmanlarından biri olan Kərimzadənin aşağıdakı sözlərini
müstəviyə çıxarması deyilənlərə əyani mİsaldır: “Bizim havaya
axıb gedən gücümüz, Kürün, Arazın cilovlanmış suyu, səfalı
yaylaqlarımızın səhhət, şəfa, həyat havası, çiçəklərimizin ətri, hər
dağ ətəyində yatan, kim bilir qızılımız, gümüşümüz, misimiz,
neftimiz... Bunlar, bunların hamısı bir söz deyir: “İş bilən
mütəxəssis”!