Microsoft Word Himalay-dramaturgiya doc



Yüklə 1,88 Mb.
Pdf görüntüsü
səhifə47/60
tarix08.09.2018
ölçüsü1,88 Mb.
#67226
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

Himalay Ənvəroğlu____________________________________
 
 
 
 
187 
mövzusunda yazdığı diplom işi diqqətimizi cəlb etdi. Bu 
mikrotədqiqat işi möhtəşəm, zəngin tarixi və  ənənəsi olan, uzun 
illər professor Mir Cəlal Paşayevin rəhbərliyi altında fəaliyyət 
göstərən ADU-nun Azərbaycan  ədəbiyyatı tarixi kafedrasında 
yerinə yetirilmişdir. O da maraqlıdır ki, V kurs tələbəsinin 
qarşısıalınmaz istəyi ilə seçilən və professor Cəfər Xəndanın 
başçılıq etdiyi kafedrada təsdiq olunan bu diplom işinə  rəhbər 
akademik Məmməd Arif təyin edilmişdi. Bu gərçək tarixin şahidi 
Davud Orucovla eyni kursda təhsil alan respublikanın  əməkdar 
müəllimi, filologiya elmləri doktoru İmamverdi Əbilov da o illəri 
xatırlayarkən öz şəxsi bacarığı, erudisiyası və İnsani keyfiyyətləri 
ilə  fərqlənən həmkarının sözügedən mövzunu seçməsini təsadüfi 
saymır. Yaddaşlarda yaşayan xatirələrdən o da məlumdur ki, 50-
ci illərin gəncləri Mir Cəlal müəllimi özləri üçün ən doğma adam 
hesab edir və əsərlərini sevə-sevə oxuyurdular. 
Təbii ki, tələbələrin Mir Cəlal müəllimə  hədsiz 
sevgisindən kafedra xəbərsiz deyildi. Söz yox, o da nəzərə 
alınmışdır ki, Məmməd Arifə ancaq kifayət qədər hazırlıqlı 
tələbənin diplom işini həvalə etmək olar. Belə bir mövzunun 
diplom işi olaraq gündəmə  gətirilməsi, hər  şeydən  əvvəl,  əlbəttə 
ki, Mir Cəlal yaradıcılığına məhəbbət və ehtiramdan irəli gəlirdi. 
Diplom işinin müəllifi D.Orucovu yaxından tanıyanlar bilir ki, 
hələ gəncliyindən o, öz pedaqoji fəaliyyətində həmişə Mir Cəlalın 
əsərlərini dönə-dönə oxuyar, yeri gəldikcə ona müraciət edər
hekayələrindən ibrətamiz mİsallar gətirər və çox zaman fikrini 
onun aforizmləri ilə tamamlayardı. 
Görkəmli tənqidçi Məmməd Arifin bu müəllim – 
tələbənin diplom işinə rəhbərliyi öhdəsinə götürməsi bir tərəfdən 
mövzunun aktuallığından, müasirliyindən irəli gəlirdisə, digər 
tərəfdən Mir Cəlalın bir yazıçı kimi ədəbiyyatımızda mötəbər söz 
sahibi olmasına bəslənilən ehtiram duyğusundan qaynaqlanırdı. 
Bu məsələdə “Yaşıdlarım” romanının zamanın hüdudlarını  aşan 
və  bədii sistemində  gеrçək yer alan struktur düşüncə imkanı, 
çoxsaylı Mir Cəlalsevər oxucu kütləsinin əsərə dərin marağı az rol 
oynamamışdır. Bu baxımdan  əsərin nəşr olunduğu andan (1952) 
_______ 
Азярбайъан драматурэийсы: тарихилик вя мцасирлик
 
 
 
188
tənqidçi və ədəbiyyatşünasların düşüncə predmetinə çevrilməsi də 
təbii idi. O da məlumdur ki, həmin çağlarda çoxları “Yaşıdlarım”ı 
birnəfəsə oxuyurdu. 
Yazıçının özünün hələ  “Ədəbiyyat qəzeti”nin 31 mart 
1945-ci il tarixli sayında çap etdirdiyi məqaləsi “Yaşıdlarım” 
romanında çözüləcək olayların bəzi incə  məqamları barədə ilkin 
təsəvvür formalaşdırırdı: “Bizim adamların bir hünəri ondadır ki, 
gərgin döyüş məqamında öz idealları və yüksək İnsani hissləri ilə 
yaşaya bilirlər. Düşmən bizi müharibə dövründə çox şeydən 
məhrum etsə  də, qəlbimizin  əməllərindən məhrum edə bilmədi. 
Edə  də bilməzdi.  Əməllər hər zaman, hər yerdə bizə qüvvət
üstünlük və qalibiyyət verir. Mənim  əsas qəhrəmanlarım bu 
əməllərlə yaşayan İnsanlardır”. 
Vətəndaş – sənətkarın bu deyimləri “Yaşıdlarım”ın tale 
yolları ilə inamla irəliləyən, böyük amallarla yaşayan Kərimzadə, 
Nəriman, Səlim, Hədiyyə kimi qəhrəmanlarını  əməl və vicdan 
sahibi kimi dərindən duyub anlamaqda oxucuya yardım edir. 
Romanın süjet konsepsiyası barədə 50-ci illərin  ədəbi tənqidinin 
vulqar-sosioloji düşüncə 
tərzindən qaynaqlanan bəzi 
dəyərləndirmələrini zaman baxımından təbii qəbul etmək olar.  
Bu baxımdan “Mir Cəlalin “Yaşıdlarım” romanı” adlı 
konseptuallığı ilə  səciyyələnən diplom işinin bir tədqiqat  əsəri 
olaraq məhz 1955-ci ildə yazıldığı  nəzərə alındıqda,  əlbəttə ki, 
təhlillərdə sovet dövrü ideoloji ehkamlarının təsirinin 
duyulmasına təəccüb edilməməlidir. Çünki ideologiyanın məxsusi 
olaraq humanitaryönümlü araşdırmaları sözügedən dönəmdə öz 
təsiri altında saxlamaq üçün nə kimi səylər göstərdiyi danılmaz 
həqiqətdir. Ona görə  də görkəmli yazıçımızın vaxtdan uca 
romanının gənc tədqiqatçı tərəfindən araşdırılarkən dövrün ədəbi 
tənqidi üçün xarakterik olan siyasi-ideoloji baxış bucağının 
tələbindən irəli gələn qənaətlərin yer almasını müəyyən mənada 
başa düşmək olar. Bununla yanaşı, diplom işi müəllifinin 
romanda bədii  əksini tapan yazıçı idealını duyması, gеrçək 
dəyərlər barədə  səmimi açıqlamalar verməsi ideoloji dalğanın 
təsirinə bir o qədər də  məruz qalmadığını,  əsasən, mahiyyətə 


Himalay Ənvəroğlu____________________________________
 
 
 
 
189
önəm verdiyini göstərir. Burada bizim nəzərimizi cəlb edən əsas 
məqam isə o dövrün ədəbi tənqidində çox mötəbər söz sahibi olan 
akademik Məmməd Arifin elmi rəhbərliyi altında yazılan bu 
diplom işinin müəllifinin kövrək qələminin məhsulu ilə Mir 
Cəlalşünaslığa öz töhfəsini vermək istəyidir. Zənnimizcə, müəllif 
öz istəyinə tam nail olmuşdur. Öncə diplom işinin mətni bu 
qənaətə gəlməyimizə haqq verir. 
Giriş, üç fəsil, nəticə və kitabiyyat hissəsindən ibarət olan 
diplom işində müvafiq olaraq ilk öncə Mir Cəlalın tərcümeyi-halı, 
yaradıcılıq bioqrafiyası, hekayə janrı sahəsində uğurlu axtarışları 
təhlil predmetinə çevrilir. Elə ilk səhifələrindən müəllifin Mir 
Cəlalın  ədəbi irsinə  və yaradıcılıq üslubuna bələdliyi açıq hiss 
olunur. Tədqiqat  əsərinin bir yerində oxuyuruq: “Mir Cəlalın 
görkəmli rus və Azərbaycan klassiklərinin təsiri ilə yazması 
təbiidir. Lakin o qətiyyən özündən  əvvəlki yazıçıları  təqlid 
etməmişdir.  Əksinə, Mir Cəlal həmin  ədiblərin yaradıcılıq 
xüsusiyyətlərini tamamilə orijinal bir surətdə davam etdirərək, 
Azərbaycan sovet nəsrində özünəlayiq yer tutmuşdur. Hər kəs 
hiss edir ki, Mir Cəlalın hekayələrinin sətirləri arasından  Ə. 
Haqverdiyevin üslubunun ətri gəlir. Onu da heç kəs inkar edə 
bilməz ki, Mir Cəlalın üslubu yalnız özünə məxsusdur”. Bu kimi 
fikirlərini inkişaf etdirən müəllif,  ədibin “Dirilən adam”, “Bir 
gəncin manifesti”, “Təzə şəhər” romanlarını da diqqətə çəkir, bu 
əsərlər haqqında zamanın pafosu ilə  səsləşən bir sıra maraqlı 
mülahizələr söyləyir. D. Orucov bu kontekstdə belə bir həqiqəti 
də  dərk edib ki, M. Cəlalın romanlarında tariximizin mühüm və 
ciddi məsələləri  əks olunmuşdur. Diplom işində bilavasitə 
“Yaşıdlarım” romanının tədqiqinə  qədər yer alan təhlilləri Mir 
Cəlalın bədii nəsr təsərrüfatına yığcam tarixi ekskurs hesab etmək 
olar. Müəllif öncə “Yaşıdlarım”ın meydana gəlməsinin ilkin 
səbəblərini düşüncə müstəvisinə  çıxarır və bununla romanın 
daxili süjetində yer alan incə məqamları yorumlamaq və təhlilləri 
əsas problematika üzərinə yönəltmək imkanı qazanır. 
“Yaşıdlarım” romanında da tarixi taleyimizin bilavasitə  İkinci 
Dünya müharibəsi dövrü olayları canlı  İnsan xarakterlərində  və 
_______ 
Азярбайъан драматурэийсы: тарихилик вя мцасирлик
 
 
 
190
talelərində öz təcəssümünü tapmışdır. Diplom işinin strukturunun 
ehtiva edən “Yaşıdlarım” romanının mövzu və ideyası, “Əsərdəki 
surətlərin xarakteristikası”, “Əsərin dili haqqında” fəsilləri 
müəllifə mövzunu ədəbi-tarixi düşüncə axarında incələmək 
imkanı vermək baxımından səciyyəvidir. Bu struktur gənc 
tədqiqatçıya “Yaşıdlarım”ı dövrün ədəbiyyatşünaslıq təfəkkürü 
müstəvisində  dəyərləndirmək və kontekstdə romanın özəl 
cəhətlərini Mir Cəlal nəsrinin aparıcı istiqamətləri ilə bir araya 
gətirmək imkanı yaratmışdır. “Yaşıdlarım”ın mövzusu, ideyası, 
əsas surətlərilə bağlı açıqlamalarda  ədibin ümumən roman 
qəhrəmanlarının yer alması mövzunu tipoloji tədqiqat müstəvisinə 
incələmək istəyindən xəbər verir. Yeri gəldikcə Azərbaycan və 
rus  ədiblərinin bədii örnəklərinə kontekst xarakterli müraciətlər 
məhz tədqiqatın çevrəsinə  məqsədyönlü  şəkildə genişləndirmək 
istəyi kimi qəbul edilməlidir. Bunu gənc müəllifin tədqiqatından 
aşağıdakı mülahizəsi də isbat edir: “M.Y.Lermontov göstərir ki, 
yazıçı gözəgörünməz bir psixoloqdur. O, hadisələri təsvir edir, 
oxucu isə  nəticə  çıxarır. Mir Cəlal da belə bir sənətkardır”. 
Həqiqətən də, Mir Cəlal  əsərlərində oxucunu düşünməyə sövq 
edən psixoloji məqamlar qədərincədir. Yeri gəlmişkən qeyd 
etmək lazımdır ki, tədqiqatçının sərbəst təfəkkür gəzişmələri 
nəticəsində romanın bədii sistemi, zaman çərçivəsi və başlıca 
konflikti barədə kifayət qədər inandırıcı  qənaət formalaşır. 
Romanın aparıcı 
qəhrəmanlarının xarakterlərinin özəl 
xüsusiyyətlərinin mahiyyət müstəvisində  sərgilənməsi də 
tədqiqatçının məhz konkret bədii faktlara istinad etdiyini göstərir. 
Tədqiqat müəllifinin “Yaşıdlarım” romanının aparıcı 
qəhrəmanlarından biri olan Kərimzadənin aşağıdakı sözlərini 
müstəviyə  çıxarması deyilənlərə  əyani mİsaldır: “Bizim havaya 
axıb gedən gücümüz, Kürün, Arazın cilovlanmış suyu, səfalı 
yaylaqlarımızın səhhət, şəfa, həyat havası, çiçəklərimizin ətri, hər 
dağ  ətəyində yatan, kim bilir qızılımız, gümüşümüz, misimiz, 
neftimiz... Bunlar, bunların hamısı bir söz deyir: “İş bilən 
mütəxəssis”!  
 


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə