Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   63

_____________Milli Kitabxana_____________ 
22 
köməyilə obrazın necə yaradılmasının bədii prinsiplərini, 
müxtəlif emosional halların ifadə metodlarını vokal sənəti və 
instrumental musiqilə  məşğul olanlardan ötrü həmişə qoruyub 
saxlayır. Tamaşalarda adətən  20  və ya 30 raqa- dan istifadə 
edilir. “Körpəsini yatızdıran ana” səhnəsi üçün raqa seçilir: 
Karuna (zəriflik), Adbuta (sürpriz, qəfil sevinc) və  Şrinqara 
(sevgi). 
       Səhnə obrazının müəllifi, - xanəndə, - improvizə 
qanunlarına  əsaslanaraq öz qəhrəmanının vokal partiyasını 
yaradır. Orkestr həmin dəqiqə instrumental musiqini 
xanəndənin oxuduğuna kökləməyə çalışır. Tutaq ki, hər hansı 
bir səhnədə tamaşanın qəhrəmanı çoxdan gözlədiyi qələbənin 
sevincini yaşamalıdır.  Belə  səhnə üçün aktyor Vira, - 
qəhrəmanlıq,- rasasını seçir. Öz özlüyündə bu rasaya uyğun 
raqanın ritmik xüsusiyyətləri orkestrə yaxşı  məlumdur. Odur 
ki, qısa bir müddət  ərzində vokalçı ilə sazəndələr arasında 
anlaşma  əmələ  gəlir. Demək olar ki, bu anlaşma ideal 
səviyyədədir. Sazəndələr xanəndəni təkcə böyük həssaslıqla 
dinləmirlər, həm də onun hər bir hərəkətini diqqətlə izləyirlər. 
Çünki aktyor-xanəndə sazəndələrə 
əksərən 
əlinin, 
barmaqlarının, mimikalarının vasitəsilə melodiyanın istiqaməti, 
pauzalar, yeni ritmik zəminə keçid barədə  işarələr verir. 
Beləliklə, “Şilpaşastra” risaləsində müxtəlif sənət növlərinin 
pilləvari düzümü bildirir ki, qədim hindlilərin estetik fikri 
tarixində poetik söz musiqilə bir kontekstdə, səsin və sözün 
vahidliyi, birgə mövcudiyyəti kimi qavranılır.  
       Bədii mətnin seyrçiyə vurğulu-ritmik üslubda çatdırılması 
hind teatr sənətinin  ənənəsindəndir. Hind teatrında səhnədən 
aktyorun adi danışığı belə musiqilə çuğlaşmaşdır. Hind musiqi-
li teatrında ən vacib söz, replika və ya fikirlər aktyor-xanəndə 
tərəfindən oxunduqdan sonra onlar sanki bir də sazəndələrin 
musiqi alətlərində, bu alətlərin spesifik “dil” sistemində təkrar 


_____________Milli Kitabxana_____________ 
23 
olunur. Burada ritm sözün, düşüncənin əvəzləyicisidir. Hind 
aktyorları təsdiq edirlər ki, tamaşa zamanı belə pauzalar, yəni o 
vaxt ki, orkestrdə  cəmləşmiş alətlər dilə  gəlib öz lisanlarında 

danışır”, onlara hava və  su  kimi  lazımdır. Oyun 
müddətində belə fasilələr aktyorun yeni epizoda 
hazırlaşmaq imkanıdır.  
     Hind teatrının milli özünəməxsus ifadə vasitələrini 
nəzərdən keçirərkən qeyd olunmalıdır ki, ritm səhnə 
fəaliyyətinin nəbzidir. Bir çox mətləbləri hind 
teatrının tamaşaçısı ritm vasitəsilə qavrayır: məsələn, 
ilin fəslini, personajların xarakterini, iştirakçının 
emosional ovqatını. Hind musiqili tamaşalarını müşa-
yət edən orkestrin içində “mridanq” adlanan təbilin 
(nağaranın) yeri xüsusidir. “MRİDANQ” sanskritcə 
“gildən düzəldilmiş”  deməkdir. Bu onu bildirir ki, 
çox qədim zamanlarda mridanq- ların sağanığı gildən, 
eynilə dolçalar kimi, hazırlanarmış. Hindistanda açıq 
səma altında göstərilən tamaşaların nə  səhnə 
tərtibatı olurdu, nə  də afişası.  Bu baxımdan 
mridanqların gur səsi haradasa afişa funksiyası 
daşıyır, seyrçilərin tamaşaya cəlb olunmasına kömək 
edirdi. Mridanq tamaşada ritmik qəlibləri, - 
THORALARI, - müəyyən edən əsas alətdir. Rəqqas 
da, xanəndə  də, sazəndə  də bu thoraları öncə  əzbər 
öyrənməli, sonradan öz şəxsi təcrübəsinə  tətbiq 
eləməlidir. Kathak rəqs üslubunun ritmik quruluşunu 
təcəssüm etdirən sillabik varianta diqqət yetirək: 
                Tha, Thoora – Thaka, Thoonqa 


_____________Milli Kitabxana_____________ 
24 
                Thaka Diqa Diqa Diqa Diqa Thoonqa – 
                Tha, Thooq – Thaka Thoonqa – 
                Thaka Diqa Diqa Diqa Diqa Thom 
                Thaka Thaka Diqa Diqa Thaka, Thaka, 
Qadi, Qina, Thome 
                Thaka Thaka Diqa Diqa Thaka Thaka 
Qadi Qadi Thome. 
 
       Növbəti variant bharata-natyam üslubundan 
ötrüdür: 
                 
Tha, Dhin -Thaka, Naka - Djani, Thaka, Dhim, 
Dhim 
                 Thaka, Thaka – Digi, Digi, Thaka, Thari, Thom. 
                 Thalanqu, Thaka, Dhimi – Thatinqana, Thom 
                 Thalanqu, Thaka, Dhimi – Thatinqana, Thom 
                 Thalanqu, Thaka Nini Namitgi - Nani .... 
       Hind milli musiqisinə çoxsəslilik yaddır, ona görə 
saydan asılı olmayaraq xanəndələr həmişə unison 
oxuyurlar. Lakin buna baxmayaraq hind ənənəvi 
teatrının vacib ifadə  vəsitələrindən biri də  xor hesab 
olunur. Xor hind teatrında nağılçının  əvəzləyicisidir, 
özünəməxsus  şərhçidir, seyrçilərin yaxın kö-
məkçisidir. Sanki o, tamaşa zamanı aktyorlar 
tərəfindən saxlanılmış boş məsamələri doldurur, lazım 
olan, ehtiyac duyulan izahatı verir. Xor eyni vaxtda 
aktyorla həmsöhbət ola bilir, onu xəbərdar olmadığı 
məsələlərdən agah edir. Düzdür, ara-sıra hind 
tamaşalarındakı xoru antik teatrın ayrılmaz hissəsi 
sayılan xorla da müqayisə edirlər. Lakin Avropa 


_____________Milli Kitabxana_____________ 
25 
ölkələrində bu cür milli teatr formasının bənzəri 
yoxdur. Bu bənzərsizliyin bir təzahürü də ondadır ki, 
hind  ənənəvi teatrının bir cox təzahür formalarında 
eyni bir rol iki səhnə sənətçisinin yaradıcılığının nəti-
cəsində təşəkkül tapır; yəni plastik parçaları bir aktyor 
göstərir, musiqidən və dialoqdan ibarət hissələrisə 
digər aktyor ifa edir. Daha doğrusu, mim-rəqqas öz 
tərəfmüqabilinin oyunu əsasında (bəyan edilmiş mətn 
və musiqinin) qəhrəmanın plastik obrazını  səhnə 
məkanına çıxardır. Bütün tamaşa boyu artıq bu ifaçı 
bir kəlmə də olsun danışmır, bir nəğmə belə oxumur. 
Bu zaman xor tamaşanın tam səlahiyyətli yaradıcısı 
kimi qalan hər nə varsa, öz üzərinə götürür. Hind 
teatrında xor, antik xordan fərqli olaraq, həmişə 
səhnədədir; səhnənin elə bir yerində ki, istər seyrçilər, 
istərsə  də aktyorlar onları çox yaxşı müşahidə edə 
bilirlər. Səhnədə xor və orkestr əksərən eyni bir 
küncdə  məskunlaşır.  Əgər antik yunan teatrında xor 
kütləni, müəyyən bir zümrəni, qrupu təmsil edirsə, öz 
çıxışını öyüdlər üzərində qurursa, hadisənin, 
vəziyyətin mənəvi-əxlaqi nəticəsini söyləyirsə, burada 
xor daha çox aktyorun yöndaşıdır, nağılçı şəxsiyyəti-
nin, mövqeyinin ifadəçisidir.  
       Hindistanda  teatr  orkestrinin  tərkibi, yəni 
musiqiçilər heyəti, adətən, bir o qədər də böyük 
olmur. Bu orkestr üç növ alətin, - zərb, nəfəs və simli 
alətlərin,  - üç qrupda cəmləşməsindən  əmələ  gəlir. 
Əgər Hindistanın cənubunda mridanq orkestrdə üstün-


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə