Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə26/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   22   23   24   25   26   27   28   29   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



53

7. Харитонов Л.Н. Типы глагольной основы в якутском языке. М.-Л., Изд. АН СССР, 1954, 

с.312. 

8. Azərbaycan dilinin qrammatikası. I hissə (Morfologiya). Bakı, Azərb. SSR EA nəşri, 1960, 



321 s. 

9. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı, Elm, 1980, s.197. 

10. Mirzəyev H. Müasir Azərbaycan dilində feil. Bakı, Maarif, 1986, s.15. 

11. Кулиев Г.К. Семантика глагола в тюркских языках. Баку, Элм, 1998, 206 с. 

12. Quliyev H. Müxtəlifsistemli dillərdə feilin semantik təsnifatı. Bakı, 2001, 235 s. 

13. Рзаев С.А. Семантические разряды глагола в современном азербайджанском языке: 

Автореф. дис... канд. фил. наук. Баку, 1970, с.10. 

14. Cəfərov Q. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, Elm, 1984, s.86-113. 

15. Rəcəbli Ə. Göytürk dilində feilin semantikası. Bakı, Elm və təhsil, 2010, s.7. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



54

 

On the lexical-semantic classification of the verbs 



in Turkological linguistics 

 

Summary 



 

Verb is one of the parts of speech investigated most of all in Turkology and Azerbaijan 

linguistics. The classification of verbs from the lexical-semantic point of view is one of the most 

important problems in modern linguistics. The article is devoted to the investigation of the verbs, 

their groups, classes due to the lexico-semanti outlook. The author tries to look through the history 

of grouping of Turkic and Azerbaijani verbs, their classification from different approaches. 

 

Key words: verb, classification,  lexical-semantic, Turkic languages, investigation 



 

 

 



Aytən Bəylərova, fil.ü.f.d., dos. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, 

Müasir Azərbaycan dili şöbəsi, aparıcı elmi işçi 

ayten_beylerova@mail.ru 

 

AZƏRBAYCAN DİLİNDƏ KONNOTATİV LEKSİKANIN MİLLİ-MƏDƏNİ 



XÜSUSİYYƏTLƏRİ 

Dil və mədəniyyət sıx bağlıdır və bir-birindən asılıdır. Mədəniyyət öz əksini təkcə 

cəmiyyətin adət-ənənələrində, inanclarında, təsəvvür və dəyərlərində deyil, dil və nitqdə də tapır.  

Dildə əsas leksik mənanın konseptual (əşyəvi) əsası və onun konnotativ çalarları bir-

birindən asılıdır. Nitq situasiyası konnotativ çalarları meydana çıxardır, çünki insan nitqi həm 

konnotativ, həm də denotativ sistemdir. 

Konnotasiya – sözün və ya ifadənin əlavə məzmunudur, onu müşayiət edən, əsas məna ilə 

bağlı olan, müxtəlif növ ekspressiv, emosional və qiymətləndirici tonların ifadəsinə xidmət edən 

semantik və ya üslubi çalarlardır. Bu çalarlar ifadəyə təmtəraq, oynaqlıq, təbiilik və s. verə bilir. 

Konnotasiyanın dil funksiyalarının tədqiqi göstərir ki, konnotasiya tək insana fərdi şəkildə aid deyil,  

əsasən, dil daşıyıcıları üçün ümumi xarakter daşıyır, kütləvi, ictimai, yəni dil düşüncəsi hadisəsidir.  

Dünya dilçiliyində konnotasiya iki yerə bölünür:1) konkret konnotasiya;2) konnotasiya 

mühiti. 

Konkret konnotasiya və ya konkret təsəvvür danışan və ya dinləyicidə ünsiyyət prosesində 

yaranır. Konnotasiya mühiti isə dil vasitələrinin müəyyən növ təsəvvür və hisslərlə birəşdiyi 

sahədir, yəni konsituativ səciyyəlidir. Bundan əlavə, konnotasiya ictimai, dini, texniki və mədəni 

faktorlarla şərtlənən müəyyən nitq növlərinə də işarə edir. Sözü dil mədəniyyəti çərçivəsində 

müşayiət edən emosional və estetik assosiasiyalar müxtəlif etnodil sistemlərində mövcud ola bilər. 

Onların oxşarlıq və fərqləri kommunikasiya prosesində böyük əhəmiyyət kəsb edir. Bir dilin leksik 

vahidlərinin başqa dilin müvafiq vahidləri ilə müqayisəsi göstərir ki, onların semantik cəhətdən 

fərqlənməsi çox vaxt əşyaların fərqlərindən irəli gəlir. Bu həm fiziki xüsusiyyətlərə, həm də ictimai, 

emosional və mədəni əhəmiyyətəgörə fərqlər ola bilər, yəni reallıqlar planında fərqləri və mədəni 

konnotasiyalar planında fərqləri müqayisə etmək lazımdır.  

Linqvistik ölkəşünaslıq çərçivəsində leksik vahidlər onların milli-mədəni konnotasiyası 

aspektindəaraşdırılır. Həqiqətən də ayrı-ayrı dillərin milli-mədəni konnotativ leksikası mədəni 

komponentlərinə görə bir-birindən fərqlənir.Konnotasiyanın strukturunda bir neçə lay ayrılır: 

1. Ekvivalent konnotativ leksika. Beynəlxalq tendensiyaları əks etdirən leksika ayrı-ayrı 

dillərdə eyni ictimai və emosional mənaya malik olur. Yəni eyni əşyaları ifadə edən leksika ayrı-

ayrı xalqlarda eyni konnotativ semantikaya malik olur. Bu isə müxtəlif millətlərin 

mədəniyyətlərarası əlaqəsindən xəbər verir. Məsələn, bir çox dillərdə göyərçin  sözü sülh və ya 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



55

sülhə can atmanı, göy qurşağı sevinc və ümidi təmsil edir, sol, sağ sözləri isə öz nominativ 

funksiyalarından başqa, ümumi ictimai məna da kəsb edir, sol və sağ siyasi istiqamət, axın və 

meyillərin nümayəndələrini ifadə edir. 

2. Yalnız bir mədəniyyətdə olan konnotativ mənalı leksika. Müxtəlif mədəniyyətlərdəki 

əşyaları ifadə edən leksika təkcə bir xalqın mədəniyyətində emosional və estetik konnotasiyaya 

malik olur.Başqa sözlə, bir xalqa yaxın olan, başqa xalq üçün yaddır, bir xalq üçün parlaq 

assosiasiyalarla dolu olan, digəri üçün nisbətən boşdur. Məsələn, Azərbayan dilində sərv, 

narağacları yalnız əşya bildirmir, həm də emosional-etik və estetik assosiasiyalar doğurur.Sərv 

ağacının təsvirinə biz klassik ədəbiyyatımızda daha çox rast gəlirik. Qətran Təbrizinin, Nizami 

Gəncəvinin, Füzulinin əsərlərində ona tez-tez müraciət edilir.Həmin əsərlərdə təsvir edilən 

gözəllərin boyu assosiativ olaraq sərv ağacı ilə müqayisə edilir ki, bu da həmin sözün konnotativ 

mənasını bildirir.Nar ağacı keçmişdə bolluq, artım, doğum mənasını təmsil edirmiş. Azərbaycan 

xalq nağıllarından "Nar qız” nağılında gənc qız nəinki nar ağacından doğulur, o həm də həyatın 

başlanğıcını təmsil etməyə başlayır [3]. 

Başqa dillərdə də bu tip konnotasiya nümunələrinə rast gəlinir. Məsələn, rus dilində берёза 

(ağcaqayın) sözü ağac olmaqdan daha çox, Vətənin rəmzi, təcəssümüdür. Tozağacı ənənəvi rus 

məişətində həmişə böyük rol oynamışdır. Vətən, qələbə, müharibə haqqında bir çox şeirlərdə, bədii 

əsərlərdə  tozağacı simvolik sözünərast gəlinir.Рябина  (quşarmudu),  калина  (başınağacı),  вишня 

(albalı) sözləri rusbədii ədəbiyyatında və xalq mahnısında qadın məhəbbətini və gənclərin sevgi 

münasibətlərini təmsil edir, simvollaşdırır. Məsələn, quşarmudunun qırmızı rəngli meyvələrinin 

büzüşdürücü dadı var, lakin yeməkdən sonra ağızda müəyyən dad qalır. Bu sözün konnotasiyası 

folklor mənşəli assosiasiyalara əsaslanır: bədbəxt sevgi hissi ilə müqayisə edilir.  

Rus dilində belə konnotativ mənalı xeyli söz vardır:дуб  (küt, laqeyd və kobud insan 

haqqında),  şlyapa  (passiv, maymaq insan haqqında),жук  (diribaş, zirək insan haqqında), бирюк 

(adamayovuşmaz insan haqqında), заяц (biletsiz sərnişin haqqında), гусь (etibarsız, cüvəllağı insan 

haqqında),  мешок(şişman, ağır, yöndəmsiz insan haqqında), свистун  (yüngül davranışlı insan 

haqqında),  тряпка  (xaraktersiz, iradəsiz insan haqqında), слизняк  (iradəsiz, dəyərsiz insan 

haqqında) və s. Belə sözlərin mənasının konnotativ mədəni komponenti həmin leksik vahidin 

məcazi-metaforik mənası kimi çıxış edir.  

3. Müxtəlif, çox vaxt əks, zidd konnotativ mənalı leksika. Bu söz ayrı-ayrı mədəniyyətlərdə 

eyni olur, lakin milli mentaliteti əks etdirən emosional və sosial məna baxımından fərqlənir, bu 

mədəniyyətin insanlarına aydınolan müəyyən assosiasiyalar yaradır. Bəzən ayrı-ayrı dillərdə 

müəyyən sözlərin eyni denotatı, ancaq müxtəlif emosional-estetik məna çalarları və assosiasiyaları 

olur. Bu isə milli mədəniyyətin xüsusiyyətlərini əks etdirir. Məsələn, fil sözünün konnotasiyası rus 

dilində  yöndəmsizlik, biçimsizlik, sanskrit dilində isə qəşənglik, zəriflik, cazibə, məlahət;dəvə 

sözünün konnotasiyası ərəb dilində gözəllik, zəriflik, digər dillərdə kinlilik və s. bildirir. 

Sözün emosional, sosial mənası müəyyən milli-rəmzi mühitin əsasını təşkil edir.Sözün belə 

milli simvolizmi milli xüsusiyyətləri əks etdirir, insanların ətraf mühitə qarşı hisslərini, 

münasibətini və qiymətləndirməsini formalaşdırır. Lakin ekspressiv konnotativ leksika mütləq 

bütün dillərdə emosional boyalı deyil, çünki müxtəlif mədəniyyətlərin emosional və sosial 

assosiasiyaları bir çox hallarda üst-üstə düşmür. Konnotativ boyalı belə sözlər mənbəyi həyatın 

özündə, milli mədəniyyət və ədəbiyyatda olan sabit milli assosiasiyalarla, stereotiplərlə əlaqəlidir. 

Məsələn,  söyüd  sözü ağac növünü ifadə edir, lakin ruslarda qəm-qüssə ilə, kədərlə, çinlilərdə isə 

sakitliklə, dinc xoşbəxtliklə assosiasiya edilir; fikus – ruslarda ev rahatlığının, rifahın rəmzidir, 

çinlilərdə isə adi bitkidir və s. 

Milli mədəniyyətin özünəməxsusluğunu insanı müxtəlif heyvanlarla müqayisə edən ifadələr 

də göstərir. Məsələn, Azərbaycan dilində qoç güc, qüvvət, igidlik, cəsurluq, döyüşkənlik rəmzi kimi 

işlənmişdir. Bu isə təsadüfi deyil. Belə ki, qoç hələ qədimdən türkdilli xalqlar arasında müqəddəs 

heyvanlardan biri sayılmışdır. VIII əsrin türk xaqanı Güntəkinin qəbri üstə qoyulan qoç abidəsi 

bunu bir daha təsdiq edir.

 

Görkəmli Azərbaycan yazışısı Y.V.Çəmənzəminli "Qızlar bulağı” 



əsərində qoçun müqəddəs heyvan sayıldığını və ona azərbaycanlıların sitayiş etdiyini çox gözəl 

qeyd etmişdir: 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə