Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə27/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   23   24   25   26   27   28   29   30   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



56

Gəldik çeşməyə, 

Sudan içməyə, 

Ağca qoçlara 

Təzim etməyə. 

Qoç  sözünün meliorativ (müsbət) konnotasiya bildirməsinə dair nümunələrə nəzər yetirək: 

Məsələn: Koroğlu hala gəlüb yerinə, sazun endirüb sinəsinə görək qoç dəlilərə nəmə sifariş edər: 

  At belinə dolan qoç dəlilərim, 

Sizdən iki intizarum var mənim. 

Təmam bir-birindən xoş dəlilərim, 

İntizarda bu qərarum var mənim[4, 275]; 

Baxanda Dəmirçioğlu getdi hizar şöhlələrə, dedi: 

– Yanı, bu qızı Qoç Koroğlu alar mənə?![4, 151] 

Ancaq təəssüf ki, hazırda Qoç Koroğlu ifadəsirişxəndlik çalarında işlənərək, 

onapeyorativ(mənfi) konnotasiya da yüklənmişdir: İndi çoxları baş sındırır ki, ayə, görəsən, bu 

qədər zırıltıdan sonra MTN-lə bərabər ölkəni də söküb-dağıdan əsas fiqur – qoç Koroğlu – Eldar 

Mahmudov haqqında...[2] 

Bundan başqa, Azərbaycan dilində dəvə  kimi kinli, Çin dilində isə dəvə  kimi dözümlü, 

pələng  kimi cəsur, siçan  kimi qorxaq,rus dilindəat  kimi dözümlü, aslan  kimi cəsur, dovşan  kimi 

qorxaq və s. 

4. Qismən müxtəlif konnotativ mənalı leksika.Bu tipə daxil olan vahidlər ayrı-ayrı 

mədəniyyətlərdə olan anlayışları ifadə edir, lakin bu leksik vahidlər qismən fərqlənən emosional 

mənaya malikdir. Müxtəlif dillərdə mövcud olan belə mədəni konnotasiya linqvomədəni birliyi əks 

etdirir. Qismən fərqlənən mənaya malik ekvivalent leksika bir əşya haqqında başqa millətin 

təsəvvürləri ilə uyğun gələn və ya gəlməyən assosiasiyalar doğurur, ətraf aləmdəki faktlara fərqli 

münasibət əks etdirir. Bu göstərir ki, millətlərarası mədəniyyətdə milli spesifikanı birlikdə ifadə 

edənoxşarlıq və fərqlərmövcuddur. 

Azərbaycan dilində yöndəmsiz yerişi olan, deyiləni gec anlayan insan, kobud insan “ayı” 

adlandırılır. Rus xalqında isəayı  həm yöndəmsizliyi, həm də rəhmdilliliyi, sadəliyitəmsil edir, 

simvollaşdırır, yəni bu söz özündə sanki iki obrazı gizlədir: kobud, güclü, ağırçəkili, lakin mehriban 

insan və adaxlı, nişanlı (oğlan). Rus dilində belə bir ibarə var: хозяин в дому, что медведь в бору. 

Ayı – ev sahibi. Rus xalqının həyatında belə bir simvol-əlamət vardır: yuxuda ayı görmək toy 

olacağına işarə edir; yəni yuxuda ayı – nişanlı, adaxlı deməkdir. “Xeyirxah ev sahibi, adaxlı, 

balyeyən, şirnisevən” obrazına görə ruslar ayıya insan adları verirlər. Burada həm nəvazişkar 

“ev”adları (Mişa, Mişka, Mişuk), həm də “rəsmi”, yəni ad, ata adı və soyaddan ibarət bir tam ad olur 

(Mixail İvanıç (Potapıç) Toptıgin). 

Beynəlxalq cəmiyyətdə bir millətin mədəniyyəti bəzən başqa bir millətin mədəniyyətinin 

təsiri altında olur, bu da sözlərin mənasında müəyyən dəyişikliklərə səbəb olur. 

Məsələn,  ağ  sözü hindlilərdə və çinlilərdə ənənəvi olaraq bədbəxtlik, ölüm rəmzini ifadə 

edir. Buna görə də dəfn mərasimində hər şey ağ rəngdə olur, insanlar ağ rəngli paltar geyinirlər. 

Lakin tədricən digər mədəniyyətlərin təsiri altında ağ sözü fərqli bir məna kəsb etmiş və təmizlik, 

xoşbəxtlik rəmzi olmuşdur. Məsələn, gəlinin toy paltarı ağ rəngdədir. Nəticədə, Çin dilində ağ sözü 

iki məna qazanmışdır: bədbəxtlik və xoşbəxtlik. Rus dilində ağ sözünün mənası yalnız ikinci məna 

(xoşbəxtlik) ilə üst-üstə düşür. Azərbaycan dilində isə ağ sözü həqiqi mənada işləndikdə müsbət (ağ 

gün – firavanlıq, səadət, xoşbəxtlik), məcazi mənada isə həm müsbət, həm də mənfi konnotativ 

semantikaya malik olur: 

üzünü ağ etmək/eləmək– müsbət konnotasiya; 

ağ etmək/eləmək – şişirtmək, həddi keçmək; həddini aşmaq, əndazədən çıxmaq, cızığndan 

çıxmaq – mənfi konnotasiya; 

ağ olmaq – həddi keçmək, ifrat dərəcədə olmaq– mənfi konnotasiya; 

üzünə ağ olmaq – kobud cavab vermək, etiraz etmək; nankorluq etmək, tabe olmamaq; 

söz/cavab qaytarmaq, üzünə qayıtmaq – mənfi konnotasiya. 

5. Ekvivalentsiz konnotativ leksika. Bu leksika milli tendensiyaları, fikirləri əks etdirən, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



57

parlaq milli özünəməxsusluğa malik olan leksikadır. Müxtəlif ölkələrin mədəniyyətləri arasında 

ziddiyyət olduğunu təsdiq edən çoxlu sayda belə söz var. Bu sözlərin milli-spesifik semantik 

komponentləri həm linqvistik, həm də ekstralinqvistik amillərdən asılıdır, buna görə də milli 

tendensiyaları, fikirləri səciyyələndirən leksika sosial reallıqları, milli mədəniyyəti və emosional 

mənanı əks etdirməsinə görə  fərqlənir. 

Ekvivalentsiz leksika – bir mədəniyyətdə mövcud olub başqa mədəniyyətdə rastlanmayan 

əşyaları ifadə edən və parlaq milli xüsusiyyətə məxsus olan leksikadır. O həm ifadə edilən reallıqlar 

səviyyəsində, həm də mədəni konnotasiyalar səviyyəsində unikaldır, buna görə də ekvivalentsiz 

konnotativleksika hesab edilir. 

Dillərarası kommunikasiyada və ya bədii əsərlərin oxunması zamanı müxtəlf 

mədəniyyətlərdə eyni sözlərin mənalarının konnotasiyalarında meydana çıxan ziddiyyətər üzündən 

kommunikantlar tez-tez maneələrlə və anlaşılmazlıqlarla rastlaşırlar.  

Dilimizdə milli koloriti parlaq şəkildə ifadə edən külli miqdarda elə sözlər mövcuddur ki, 

onların başqa dillərdə, xüsusən də qeyri-türk dillərində analoqu yoxdur. Həmin sözlər insanın 

əşyalara, həyat hadisələrinə həssas, subyektiv münasibətini ifadə edir. Məsələn, dilimizdə göy 

adamifadəsisimic adammənasında, qırmızı adamsözü üzə deyən; həyasız, sırtıq mənasında, boz 

adamutanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan adam mənasında, boz sifət 

göstərmək üzə bozarmaq, nəzakətsizlik etmək, özünü ədəbsiz, qaba aparmaq mənasında işlədilir. 

Qeyd etmək lazımdır ki,frazeoloji vahidlərdə dilin konnotativ vahidləridir. Xüsusən, cümlə 

quruluşlu frazeoloji vahidlərdə etnik, milli təfəkkürün izləri görünür. Azərbaycan xalqının milli 

təfəkkürünü səciyələndirən belə dil vahidləri həm müsbət, həm də mənfi konnotasiya 

daşıyıcılarıdır.Müsbət konnotasiya bir çox cümlə quruluşlu frazeoloji vahidlərdə müşahidə olunur. 

Məsələn:  Bir əli yağda, bir əli balda frazeoloji vahidində insanın rahat, firavan yaşayış tərzindən 

xəbər verən məna vardır.Mənfi konnotasiyaya, əsasən, zərbi-məsəllərdə rast gəlinir. Məsələn: Bu 

xına o xınadan deyil; Hərə bir zurna çalırvə s. 

Ölkələr arasında əməkdaşlığın inkişafı ilə ekvivalentsiz leksika dəyişir. Keçmişdə 

ekvivalentsiz leksikaya daxil olan bəzi sözlər, məsələn, sovet, traktor sözləri indi artıq 

ekvivalentdir. 

Beləliklə, müxtəlif dillərdəki leksik vahidlərin oxşarlıq və fərqlərinin yuxarıda qeyd edilən 5 

variantına əsaslanaraq belə nəticə çıxarmaq olar ki, milli mədəniyyəti əks etdirən leksikanın 

özünəməxsusluğu həm onun ifadə etdiyi reallıqların özünəməxsusluğundan, həm də mədəni 

konnotasiyaların spesifikasından ibarətdir. Ayrı-ayrı dillərdə milli mədəniyyəti əks etdirən leksika 

dilxarici gerçəkliyi bilavasitə və birbaşa əks etdirir, təbiətin xüsusiyyətlərini, adətləri, insanların 

ətraf aləmə münasibətini, müxtəlif ölkələrin ictimai quruluşunu qeyd edir və nəsildən-nəsləötürür. 

Buna görə də xarici dilə mükəmməl yiyələnmək üçün linqvistik ölkəşünaslıq xarakterli biliklərin 

mənimsənilməsi ilə yanaşı, dilin kumulyativ

1

 funksiyasına da xüsusi diqqət yetirmək lazımdır. 



 MƏNBƏ VƏ ƏDƏBIYYAT 

1.

 



Rüstəm S. Seçilmiş əsərləri: 3 cilddə, I cild. Bakı: “Şərq-Qərb”, 2015, 256 səh. 

2.

 



http://www.azadliq.info  n 133574.html 

3.

 



http://www.carpetsmagazine.com/%C9%99trafl%C4%B1/Tarix,Folklor-v%C9%99-

Mifologiya-m%C9%99nb%C9%99yi 

4.

 

http://www.folklorinstitutu.com/arasdirmalar/Koroglu.pdf 



 

 

                                                            



1

Sözün kumulyativ funksiyası– informasiyanın dilin  lüğət tərkibində və mətnlərdə toplanması və saxlanması. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə