Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə24/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   20   21   22   23   24   25   26   27   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



49

TÜRKOLOJİ DİLÇİLİKDƏ FEİLLƏRİN LEKSİK-SEMANTİK BAXIMDAN 

QRUPLAŞDIRILMASINA DAİR 

 

Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində feil ən çox araşdırılmış nitq 



hissələrindəndir. Ən zəngin nitq hissəsi sayılan feil bəhsinin müxtəlif aspektlərinə həsr olunmuş 

araşdırmalar ya bir dilin, ya qohum olan dillərin, ya da müxtəlif sistemli dillərin materialları 

əsasında aparılmışdır. Lakin bu heç də feilin bir nitq hissəsi kimi mövcud xüsusiyyətlərinin 

hərtərəfli tədqiqi demək deyil. Feil semantik-struktur zənginliyi ilə digər nitq hissələrindən 

fərqləndiyindən, feillə bağlı öyrənilməmiş problemlər çoxdur. Belə araşdırılması vacib olan 

mövzulardan biri də feilin leksik-semantik məna qrupları məsələsidir. Feillərin leksik-semantik 

baxımdan qruplaş-dırılması müasir dilçilikdə ən aktual məsələlər sırasındadır. 

Türkologiyada feillərin leksik-semantik təsnifatı məsələlərinə XX əsrin 50-ci illərindən 

başlayaraq rast gəlinir. Bu dövrdən başlayaraq feillərin tematik baxımdan da qruplaşdırılmasına 

xüsusi diqqət yetirilməyə  başlanır. İlk dövrlərdə işin bu istiqamətdə aparılması ümumtürkoloji 

baxımdan həyata keçirilirdi. Həmin illərdən başlayaraq türkoloq-alimlərdən N.K.Dmitriyev, 

E.R.Tenişev, A.A.Yuldaşev, N.Z.Hacıyeva, V.F.Veşilova, K.M.Musayev və digər tədqiqatçıların 

əsərlərində müxtəlif türk dillərinin materialları əsasında feillərin bu və ya digər xüsusiyyətləri ön 

plana çəkilərək müxtəlif sayda leksik-semantik qruplara bölünür, hər bir tədqiqatçı öz mövqeyini 

rəhbər tutaraq verdiyi təsnifatda müəyyən yarımqruplar da qeyd edirdi. Onu qeyd etmək lazımdır ki, 

ayrı-ayrı türk dillərinə, xüsusilə, oğuz qrupu türk dillərinə aid materiallar əsasında feillərin leksik-

semantik bölgüsü Azərbaycan dilində də özünü göstərir ki, bu da feillərin əksəriyyətinin həmin 

dillərdəki feillərlə ortaq semantikaya və oxşar fonetik qabığa malik olması ilə bağlıdır. 

Belə ki, bu sahədə ilk təşəbbüslərdən biri kimi dəyərləndirilən N.K.Dmitriyev, 

V.M.Çistyakov və N.Z.Bakeyevanın 1952-ci ildə yazdıqları tatar və rus dili feillərinin 

semantikasının müqayisəli şəkildə araşdırılmasına həsr edilmiş iri həcmli məqalədə tatar və rus dili 

feilləri dörd semantik qrupda təsnif edilir: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür 

feilləri (1, s. 162-242). 

T.Çımanova məhz bu məqalədəki təsnifata əsaslanaraq qırğız dilindəki  nitq və deyim 

məzmunlu feilləri səkkiz qrupa ayırmağı lazım bilir: 1) nə isə haqqında danışmaq aktını bildirən 

feillər; 2) danışma tərzini bildirən feillər; 3) məlumatın ötürülməsini metaforik şəkildə ifadə edən 

feillər; 4) sual bildirən feillər; 5) cavab bildirən feillər; 6) xahiş bildirən feillər; 7) təsdiq bildirən 

feillər; 8) inkar bildirən feillər (2, s.122). 

E.R.Tenişevin “Türk dillərində hərəkət feilləri” adlı məqaləsi də feillərin leksik-semantik 

baxımdan qruplaşdırılması istiqamətində aparılan uğurlu tədqiqat əsəri hesab edilə bilər (3, s. 232-

294). Burada müxtəlif türk dillərinin materialları əsasında hərəkət feillərinin xarakterik xüsusiy-

yətləri araşdırılır, onların ifadə imkanları üzə çıxarılır və bir çox leksik-qrammatik səciyyəsi verilir 

ki, bu da feillərin leksik-semantik qruplarından biri olan hərəkət feilləri haqqında geniş təsəvvür 

əldə etməyə imkan yaradır. 

N.Z.Hacıyeva və A.A.Koklyanovanın “Türk dillərində nitq feilləri” adlı əsəri də feillərin 

leksik-semantik qruplarından biri olan nitq prosesi ilə bağlı feillər və onların leksik-qrammatik 

xüsusiyyətlərinin izahı baxımından əhəmiyyətlidir (4, s. 94).Bu, türk dillərində danışıq aktı ilə bağlı 

olan feillərin ilk təsnifatı kimi də dəyərləndirilə bilər. 

Ümumiyyətlə, “Türk dilləri leksikasının tarixi inkişafı” adlı məqalələr məcmuə-sində çap 

olunmuş əsərlərin əksəriyyəti feillərə, onun ayrı-ayrı xüsusiyyətlərinin araşdırılmasına həsr 

olunmuşdur. Bu əsərlərdən biri də A.A.Yuldaşevin türk dilləri materialları əsasında yazdığı “Hissi 

qavrayış feilləri” adlı məqaləsidir. Burada da təfəkkürlə bağlı olan feillərin bir hissəsini özündə 

birləşdirən qavrayış prosesi ilə bağlı feillər semantik və qrammatik baxımdan geniş təhlil edilir, 

onlara məxsus olan spesifik semantik əlamətlər və funksional xüsusiyyətlər dil faktları əsasında 

araşdırılır. Tədqiqatçı bu zaman bilavasitə həmin yarımqrupa daxil olan feillərin dilin ayrı-ayrı 

üslublarında və müxtəlif məqamlarda işlənməsi zamanı özünü göstərən səciyyəvi əlamətlərə xüsusi 

diqqət yetirir, onların sintaktik mövqeyi haqqında ətraflı məlumat verir. Bu isə müəyyən leksik-

semantik qrupa daxil olan feillərin əsas xüsusiyyətlərinin üzə çıxarılmasına, onlara xas olan 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



50

əlamətlərin müəyyənləşdirilməsinə bilavasitə kömək etməklə bütövlükdə dilin leksik qatının təsnif 

olunmasında əhəmiyyətli rolu ilə seçilir (5, s. 294-322). 

1947-ci ildə V.Veşilova “Türk dillərində hərəkət feilləri” adlı dissertasiyasında feillərin 

təsnifatı məsələsinə toxunsa da, daha sonralar dərc olunmuş “Türk dilində hərəkət feilləri” 

məqaləsində daha geniş və təkmil bir təsnifatla çıxış edir (6, s. 101-114). Bu məqalədə türk dilindən 

verilmiş dil faktları-hərəkət feilləri həm fonetik qabığı, həm semantik mənası, həm morfoloji 

quruluşu, həm də sintaktik xüsusiyyətləri ilə Azərbaycan dilinin uyğun semantik qrupa daxil olan 

feilləri ilə ortaq keyfiyyətə malik olduğundan türk dili hərəkət feilləri haqqındakı mülahizələri 

eynilə Azərbaycan dili feillərinə də aid etmək olar. 

Şərti olaraq üç bölmədən ibarət olan bu məqalədə müəllif türk dili feillərinin leksik-semantik 

qruplarını öz tərkibi və mənası etibarilə dörd leksik-semantik yarımqrupa bölür (hərəkət, iş, həyati 

proses və təbiət hadisələrini bildirən feillər) və türk dilindəki hərəkət feillərinin morfoloji quruluşu, 

qrammatik xüsusiyyətləri və leksik mənası haqqında müfəssəl məlumat verməklə onlar haqqında 

müəllifin şəxsi mülahizələri öz əksini tapmışdır. V.F.Veşşilova türk dili hərəkət feillərini morfoloji 

strukturuna görə kök feillər, düzəltmə (adlardan düzələn) feillər və mürəkkəb feillərə bölür və 

onların spesifik əlamətləri haqqında dil faktları əsasında ətraflı məlumat verir. Düzəltmə quruluşlu 

hərəkət feillərinin isimdən, sifətdən və nidalardan yarandığını qeyd edən tədqiqatçı, düzəltmə 

hərəkət feillərinin əmələ gəlməsində iştirak edən sözlərin feilin ifadə etdiyi hərəkət prosesinin 

mənasını bu və ya digər cəhətdən konkretləşdirdiyini, onu müxtəlif cəhətdən aydınlaşdırdığını 

göstərməklə həmin feillərin də altı qrupunu müəyyənləşdirir və doğru olaraq yazır ki, bu tipli 

feillərin yaranmasında iştirak edən adlar fərqli məna ifadə etdikdə hərəkət anlayışı mürəkkəb 

feillərlə ifadə olunur və bu cür feillərin yaranmasında köməkçi və ya müəyyən məqamlarda həm 

müstəqil, həm də köməkçi feil kimi işlənə bilən sözlər iştirak edir. 

Türk dilində hərəkət feillərini araşdıran tədqiqatçı, eyni zamanda, onların qrammatik 

xüsusiyyətləri haqqında da məlumat verir, bu tipli feillərin əksər hallarda məkani hallarla bağlı 

olduğunu, bu və ya digər hərəkətlərin müəyyən məkan daxilində baş verdiyini önə çəkir, bu zaman 

onların qrammatik mövqeyinə müəyyən aydınlıq gətirir. Bu isə türk dilində və həm də feilləri oxşar 

olan Azərbaycan dilində hərəkət məzmunlu feillərin qrammatik xüsusiyyətləri haqqında geniş 

təsəvvür əldə etməyə imkan verir. 

Məqalədə hərəkət feillərinin leksik mənasına da xüsusi diqqət yetirən müəllif 

N.K.Dmitriyevin, V.M.Çistyakovun və N.Z.Bakeyevanın fikirlərinə əsaslanaraq, onları «hərəkətin 

istiqamətini və vasitəsini bildirən feillər» adı ilə iki qrupa bölür. Müəllif hərəkət feillərini bu şəkildə 

qruplaşdırmaqla onun haqqında daha geniş məlumat verir və gələcəkdə bu yöndə aparılacaq 

tədqiqatlara müəyyən istiqamət vermiş olur. 

Qeyd etmək lazımdır ki, V.F.Veşşilovanın türk dilində hərəkət feilləri ilə bağlı apardığı bu 

araşdırma elmi və nəzəri baxımdan çox əhəmiyyətli olmaqla digər türk dillərində də hərəkət 

feillərinin semantik baxımdan daha ətraflı və elmi şəkildə araşdırılması üçün stimulverici mənbə 

rolu oynaya bilər. Lakin onun türk dili hərəkət feilləri ilə bağlı bölgüsündə və onların qrammatik 

funksiyalarının müəyyənləşdirilməsində, bizcə, müəyyən mübahisə doğuran cəhətlər də tapmaq 

olar. Belə ki, hərəkət feillərinin müəllifin əsaslandığı mənbə əsasında iki, sonra isə öz arqumentləri 

əsasında dörd qrupa bölünməsi və onlardan hansının daha məqbul hesab edilməsi müəyyən 

anlaşılmazlıq yaratdığı kimi, hərəkət feillərinin qrammatik funksiyalarının təhlili zamanı daha çox 

hallarda onların semantik tutumunu əsas kimi qəbul etməsi də mübahisə doğuran cəhət kimi qeyd 

edilə bilər. Bu zaman hərəkət feillərinin icra istiqaməti baxımından müxtəlif növlərinin meydana 

çıxma imkanlarının olması haqqında məlumat verilməməsi, bəzi feillərin hərəkət semantikası ilə 

yanaşı, həm də üzərində hərəkət icra olunan müəyyən obyekti də ehtiva etməsi, hərəkət məzmunlu 

feillərdə digər semantik çalarların da özünü göstərə bilməsi haqqında heç bir məlumat verilməməsi 

və s. məsələlər də türk dilində hərəkət feilləri haqqında tam və bitkin informasiyanın qıtlığından 

xəbər verən amillərdən hesab edilə bilər. 

L.N.Xaritonov “Yakut dilində feil əsaslarının tipləri” adlı  iri həcmli kitabında yakut dilində 

səs təqlidi sözlər əsasında feillərin xüsusi çəkiyə malik olmasını nəzərə alaraq bu qəbil feilləri 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə