Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə20/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   16   17   18   19   20   21   22   23   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



41

rəddin Veysəllinin rəhbərliyi ilə böyük bir işçi qrupu tərəfindən hazırlanaraq nəşr olunmuşdur (1). 

Lakin orfofoniya haqqında dilçiliyimizdə məlumat az olduğundan bəzən dilçilərimiz tərəfindən tez-

tez «orfofoniya nədir?», «orfofoniyanın orfoepiyadan fərqi nədir?» və ya «bu elə orfoepiyadır da» 

və s. sual və ifadələr işlədilir. Bu fikirlərə aydınlıq gətirmək üçün məsələnin əsl mahiyyətinə 

varmaq istərdik.  

Dil sistemində bir dil vahidinin və yaxud söz birləşmələrinin müxtəlif variantlarının iki və 

daha artıq fərqli ifadə formaları meydana çıxanda norma problemi yaranır. Dil norması – dil 

sisteminin ictimai kommunikasiya prosesində möhkəmlənmiş və seçilmiş, ən davamlı şəkildə 

istifadə olunan vahidlərinin kompleksini təşkil edir.  

Normanın linqvistik statusu yazılı nitqin şifahi nitqə təsiri nəticəsində ədəbi dil və dialektlərdə 

gedən dil proseslərinin müxtəlif aspektlərdən qavranılması zaman müəyyən olunur. Norma dildaxili 

kateqoriya kimi dil sisteminə aiddir. Norma dil sisteminə məxsus səs vahidinin bütün potensial 

imkanlarını reallaşdırır, səs vahidinin funksionallığını artırır. Burada təbii ki, səslərin müasir 

tədqiqat metodları tətbiq edilməklə ciddi eksperimental-fonetik araşdırma nəticəsində təqdim 

olunan norma nəzərdə tutulur.  

Müxtəlif dilçilik ədəbiyyatlarında, lüğətlərdə təqdim olunan normanı da qeyd etmək məqsədə-

uyğun olardı. 

Dil sistemində – fonetik, leksik, morfoloji, sintaktik normalar var və bu normalarda baş verən 

dəyişikliklər də burada öz ifadəsini tapır. Dilin fonoloji sisteminin tələffüz normasının 

formalaşmasına daima təsiri olduğu üçün bura dil sistemində gedən fonoloji dəyişikliklərin də 

böyük təsiri vardır. Bu isə fələffüz normasının dilin fonoloji sistemindən çox asılı olduğunu 

göstərir. Bununla yanaşı qeyd etmək lazımdır ki, fonoloji sistem yalnız fonemlərin düzülüşündən 

deyil, eyni zamanda bu fonemlərin qarşılıqlı əlaqələrindən, distribusiyasından, uyğunlaşmasından, 

funksional yükündən və yerdəyişməsindən asılıdır.  

Tələffüz normalarından danışarkən, ilk növbədə onun 2 aspektini – orfoepiya və orfofoniyanı 

qeyd etmək lazımdır. Orfoepiya – yunanca «orthos» (doğru, düzgün) və «epos» (danışıq, nitq) 

sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orfoepiya – sözün komponentlərinin normativ tələffüz 

qaydalarını və fonem tərkibini müəyyən edən qaydaların məcmusudur. Məlum olduğu kimi, 

orfoepiya ədəbi dilin formalaşması ilə əlaqədardır. Bu zaman şifahi nitqin fəaliyyət dairəsi 

genişlənir və natiqlərin nitqinin yeni formaları yaranır. Ayrı-ayrı dillərdə orfoepik norma bir-birin-

dən fərqli şəkildə təzahür edir və ədəbi dilin əsas normalarından biri olduğunu sübut edənə kimi 

müəyyən inkişaf yolu keçir. 

Orfoepik norma – dildaxili kateqoriya və kodlaşdırılmış norma kimi izah olunur. Dil 

kateqoriyası kimi dil sistemi tərəfindən təqdim olunan potensial imkanlara malikdir. Bu zaman 

norma bəzi ictimai faktorların təsirinin nəticəsi kimi qəbul olunmalıdır. Bu norma müəyyən zaman 

daxilində müəyyən dil kollektivinin nitqi kimi qəbul olunur. Eyni zamanda orfoepik norma dil 

kodifikasiyası kimi lüğətlərdə verilmiş qaydaların ifadəsi kimi mövcud olur. Bu zaman orfoepik 

norma kodifikatorun istifadə etdiyi təhlil metodları ilə izah olunur. 

Tələffüz normalarının ikinci aspekti isə orfofoniyadır. Orfofoniya – funksional səs 

vahidlərinin tələffüz normalarının, hər bir sözün tərkibindəki fonem allofonlarının tələffüz 

qaydalarıdır. Burada fonemlərin tələffüz variantları və yaxud çalarlarının tələffüzü öyrənilir. 

Tələffüz variantları isə allofonlar hesab olunur. Qeyd etdiyimiz kimi, allofonlar fonemin konkret 

şəkildə təzahürü, variantı və növüdür. Məsələn, əl,  əla, müəyyən, nə üçün vahidlərində qara 

verilmiş saitlər ə foneminin allofonlarıdır. Habelə əl-lər, göz-zər, qız-dar, nar-rar, adam-nar sözlə-

rindəki  l,  z,  d,  r,  n səsləri əsas (invariant) hesab olunan l foneminin allofonlarıdır. Əl, lələ, dədə, 

nədən vahidlərində bütün səslər /ə/ foneminin allofonlarıdır. 

Heca, sait və samitin müəyyən fonetik əhatə dairəsində olması da ən yüksək variantlığının 

yaranmasına şərait yaradır.  

Orfoepiya və orfofoniyanın fərqləndirilməsi prosesinin ardıcıl aparılması çox mühümdür. Belə 

ki, orfoepiyada müxtəlif funksional vahidlər müqayisə edilirsə, orfofoniyada isə eyni funksional 

vahidin müxtəlif səs reallaşmaları müqayisə edilir. Orfoepiya və orfofoniyanın fərqləndirilməsi 

dialekt sözlərinin ədəbi dildə işlənməsində, xarici dilləri öyrənərkən tələffüz səhvlərinin 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



42

düzəldilməsində xüsusi əhəmiyyətə malikdir. Orfofoniyada həmçinin sözün normativ fonem və 

yazıdakı hərf tərkibi müqayisə edilir. Gördüyümüz kimi, orfofonik norma problemi dildə bir fonem 

vahidinin müxtəlif tələffüz formalarında işləndiyi zaman yaranır. 

Orfoepiya və orfofoniya arasındakı münasibətlər fonemin müxtəlif baxımdan izahı ilə 

əlaqədardır. Sözün normativ fonem tərkibi bəzən fonemlərin realizasiyası – işlənməsi zamanı 

pozula bilir. Bəzən bu fonetik hadisənin əksi baş verir, yəni fonemlərin normaya uyğun tələffüzü 

zamanı sözün fonem tərkibi dəyişir.  

Qeyd edək ki, orfofoniya sözdəki hər hansı səsin fonematik variantlarının yaranma səbəbini də 

araşdırır. Məhz bu baxımdan orfofonik variantlıq yalnız fonoloji sistemə aid edilir və bəzən dil 

daşıyıcıları tərəfindən hiss olunmur. Bu variantlıq dil sisteminin hər hansı bir inteqral əlamətinin 

pozulması ilə müşahidə olunur. Əgər bu əlamət hər hansı bir fonemin differensial əlaməti 

sayılmırsa, o zaman inteqral əlamət hesab oluna bilər.  

Əlbəttə, yalnız dil sisteminin əsas inkişaf amillərinə uyğun gələn əlamətlər bu baxımdan 

səciyyələnir.  

Səs variantlarını seçərkən müxtəlif fonetik, fonoloji və ekstralinqvistik faktorlar nəzərə 

alınmalıdır. Bu kodlaşdırılmış normadan dilin səs sisteminin taleyi çox asılıdır.  

Bütün dillərin səs sistemində sait və samitlər bir-birindən kəskin surətdə fərqlənən, aydın ifadə 

olunmuş funksional xüsusiyyətləri ilə seçilən dil vahidləridir. Bu nöqteyi-nəzərdən 2 dilin fonoloji 

sistemini müqayisə edərkən bu səciyyəvi xüsusiyyətləri nəzərə almaq lazımdır.  

Nitq axınında fonemlərin real funksionallaşmasını nəzərə alaraq deyə bilərik ki, bu 

funksionallaşma  minimal tələffüz vahidi – heca daxilində yalnız ayrı-ayrı səslərin deyil, həm də bu 

səslərin qarşılıqlı təsirinin öyrənilməsinə imkan yaradır.  

Orfofoniya həm də seqment vahidlərin (fonemlərin) və superseqment  vahidlərin (vurğu və 

intonasiyanın) normativ reallaşması kimi başa düşülməlidir.  

Orfoepik və orfofonik normaların xüsusiyyətləri tələffüz tipindən asılıdır. Bu zaman tam 

tələffüz forması və natamam tələffüz forması müəyyən olunur. Natamam tələffüz forması adından 

da göründüyü kimi səhv tələffüz formasıdır.  

Ədəbi tələffüz formasında yayınmalar bəzən dialekt və digər dillərin tələffüz formasının təsiri 

ilə olur.  

Müəyyən vurğu altında tələffüz olunmuş saitlərin, samitlərin, sait və samit birləşmələrinin 

xüsusiyyətləri, onların orfoepik və orfofonik xüsusiyyətlərinin öyrənilməsi bu səslərin tələffüzünün 

effektiv metodikasının yaranmasına kömək edir. 

Tələffüz normalarının təhlili dilin fonoloji sisteminin əsas inkişaf amillərinin öyrənilməsində 

xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, tələffüz normalarına ekstralinqvistik faktorların, cəmiyyətdə 

gedən ictimai proseslərin də böyük təsiri vardır.  

Tələffüz normalarının real inkişaf yolu dilin fonoloji sistemini və onda olan variantlıqla 

səciyyələnir. Bu isə ilk növbədə tələffüz normasının linqvistik kateqoriya olmasına dəlalət edir. 

Lakin tələffüz norması eyni zamanda sosial anlayışdır və sosiolinqvistik kateqoriyadır. 

Sosiolinqvistik faktorlar dil sistemi daxilində bu sistemin qanunauyğunluqları ilə ziddiyyət təşkil 

etmədikdə tələffüz normalarına öz müsbət təsirini göstərə bilər. 

Azərbaycan dilinin orfofoniyası və orfoepiyasının mənimsənilməsi düzgün tələffüz 

qaydalarının öyrənilməsinə imkan yaradır. 

 

ƏDƏBIYYAT 



1. Azərbaycan dilinin orfofoniya lüğəti. Bakı, 2016. 

2. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984. 

3. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı, 2007. 

4. Əfəndizadə Ə. Azərbaycan dilinin orfoepiyası (nam dis.). Bakı, 1954.  

5. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1970. 

6. Veysəlov (Veysəlli) F. və b. Eksperimental fonetika. II hissə, Bakı, I, 1980. 

7. Yadigar (Veysəlli) F. Fonetika və fonologiya məsələləri. Bakı,  1993. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə