Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə19/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   15   16   17   18   19   20   21   22   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



39

ki, türkcə və farscanı təhsilsiz öyrənə bilirik. Hər türkün farsca, hər farsın isə türkcə bilməyi 

lazımdır”. (7, s. 12-14). 

Böyük maarifçi və mədəniyyət xadimi M.Behbudi öz söylədiklərini dərindən və ətraflı təhlil 

etməklə kifayətlənmir, həm də irəli sürdüyü tezis və müddəaların həyati əsaslarını və zərurətini öz 

zamandaşlarına anlatmağa çalışır. XX yüzilin amansız reallıqları müstəvisində bu fikir və ideyalar 

bir qədər idealist təsir bağışlasa da, amma onların müasir dövrdə də mədəniyyətlərin qarşılıqlı təsiri 

və zənginləşməsi baxımından aktullığı, gərəkliliyi mübahisəsizdir: “Farsca bilənlər Firdovsi, Sədi, 

Hafiz və “Məsnəvi”dən (Cəlaləddin Ruminin məşhur əsəri nəzərdə tutulur.– Y.Q) necə ləzzət ala 

bilirlərsə, türkcə oxumağı bilənlər də Nəvai, Füzuli, Baqi, Sami, Əbdülhəq Hamid, Əkrəmbek, 

Sənayi, Nabi, Naci və başqalarından, həm də Tolstoy, Jül Vern və başqa müasir Avropa 

müəlliflərinin türkcəyə tərcümələrindən o dərəcədə zövqlənə bilirlər.” (7, s. 12-14).  

Məqalədə rus dilinin lazımlığı və cəmiyyətin mənəvi-ictimai ehtiyaclarını ödəmək üçün son 

dərəcə mühüm əhəmiyyətə malik olması barəsində də rasional  fikirlər irəli sürülüb. M.Behbudi 

müasir Avropa elminin və texnologiyasının yenilikləri ilə tanış olmaqdan ötrü fransız və rus 

dillərini bilməyin mühüm əhəmiyyəti olduğunu ayrıca vurğulayır: “Fərəng və rus alimlərinin 

əsərlərindən faydalanmaq rus və ya türk dillərini bilməklə mümkün olur, çünki bugün Osmanlı, 

Qafqaz və Qazan türkləri müasir elm adamlarının əsərlərini türkcəyə çevirib yaymışlar, yəni türkcə 

bilən adam zamanla ayaqlaşa bilir. Hər bir yeni və faydalı kitablar müxtəlif dillərdən türk dilinə 

tərcümə olunub. Ərəb mədəniyyəti Sokrat, Hippokrat, Əflatunlar kimi məşhur yunan mədəniyyəti 

nümayəndələrindən qidalandığı kimi, hazırkı zamanda biz də Tolstoy, Jül Vern, Keppler, Kopernik, 

Nyutonlardan öyrənməliyik”. (7, s. 12-14). Müəllifin rus dilinin Türküstan xalqlarının milli-mənəvi 

ehtiyaclarına cavab verməsi barəsindəki fikirləri, rusca ünsiyyətin ictimai-siyasi əhəmiyyəti 

haqqındakı düşüncələri də çox maraqlıdır: “Bizə lazımdır ki, öz xeyrimiz üçün rusca bilək, hökümət 

məktəblərində oxuyaq. Dövlət vəzifələrində işləmək üçün də rus dilini bilmək zəruridir. Vətənimizə 

və öz dinimizə xidmət etmək üçün, bir müsəlman kimi inkişaf etmək üçün rusca ünsiyyət qurmağı 

bacarmalıyıq. Çünki indiki zamanda ticarət də, sənayə və məmləkət işləri də, hətta dini-islama və 

millətə xidmət də elmsiz, təhsilsiz mümkün deyil. Məsələn, bugün “padşahın dumasında” öz 

dinimiz və millətimiz mənafeyi haqqında söz söyləmək, fikir demək imkanımız var.  Amma orada 

gedib çıxış etməyi, söz deməyi bacaran bir adamımız varmı? Bu səviyyəyə çatmaq üçün azı 10 il 

məktəbdə təhsil almalısan, zamanın ehtiyaclarından, qanunlardan, yeniliklərdən xəbərdar 

olmalısan”. (7, s. 12-14). 

Ötən yüzilin əvvəllərində qələmə alınmış bu məqalədə, əsas tezislərindən göründüyü kimi, 

Türküstanın ən mühüm icimai-siyasi və milli-mədəni ehtiyacları ardıcıl şəkildə təhlil edilir. Burada 

söylənmiş bir çox fikirlər o dövrdəki Azərbaycan maarifçilərinin və ziyalılarının mövqeləri ilə də 

üst-üstə düşür. Məqalədə XX əsrin əvvəllərinə qədər Türküstan ədəbi-ictimai mühitində yaşamış və 

davam edib gəlmiş ən mühüm ənənə və təcrübələr həm də yeni və müasir milli-mənəvi qayğılar 

aydın və sərrast şəkildə ifadə edilmişdir.  Məqalənin əsas ideyası və nəticəsi XX əsrin 

əvvəllərindəki Türküstanın gələcəyində mühüm rol oynayacaq milli dil siyasətini dəqiq 

ümumiləşdirirdi: “Fikrimizin xülasəsi budur ki, bizə dörd dil, yəni ərəb, fars, türk və rus dilləri çox 

lazımdır. Ərəb dili din üçün nə dərəcədə lazımdırsa, rus dili də yaşamaq , inkişaf etmək və müasir 

dünya ilə ünsiyyət qurmaq üçün o qədər zəruridir”. (7, s. 12-14). 

Əgər tale imkan versəydi, M.Behbudi də 1926-cı ildə Türk xalqlarının Birinci Türkoloji 

Qurultayının iştirakçıları sırasında olacaqdı. O, Türküstan nümayəndə heyətinin rəhbəri və ya ən 

azından liderlərindən biri kimi bu tarixi və misilsiz mədəni tədbirdə yüksək səviyyədə çıxış 

edəcəkdi. Amma amansız və namərd ölüm böyük maarifçinin arzularını yarımçıq qoydu. Yalnız 

M.Behbudinin yox, ümumən, özbək cədidlərinin milli varlıq, istiqlal və milli dil uğrunda Birinci 

Dünya müharibəsi ərəfəsində  geniş vüsət alan vətənpərvərlik mübarizəsini, təəssüf ki, Böyük 

Oktyabr sosialist inqilabı sona çatdırmağa imkan vermədi. Türküstanın tarixi taleyi və 

mədəniyyətinin sonrakı inkişaf yolları özlərini vətən uğrunda fəda etməyə həsr etmiş gənc və bir 

qədər idealist dünyagörüşlü maarifçilərin arzuladıqları kimi olmadı. İnqilabdan sonra Türküstan beş 

müstəqil respublikaya bölündü və bu respublikaların heç birində milli dil dövlət dili statusu 

qazanmadı. Mahmudxoca Behbudinin arzuladığı və ehtirasla müdafiə etdiyi dörd dil deyil, heç iki 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



40

dil sevdası da baş tutmadı. Beləliklə, Türküstan tarixinin müəyyən və çox qısa bir dövrü üçün 

böyük əhəmiyyət kəsb edən özbək maarifçilərinin – tarixdə məşhur  “cədidçilik” hərəkatı kimi 

şöhrətlənmiş ziyalıların milli dil mübarizəsi türk xalqları tarixinin maraqlı və undulmaz 

səhifələrindən biri kimi tarixə qovuşdu.  

 

ƏDƏBIYYAT 



 

1.

  Naim Karimov. Mahmudxoca Behbudiy. Toşkent, 2010. 



2.

  Poyan Ravşanov. Behbudiyninq sonqi manzili. “Özbəkistan adabiyoti va sanati”, 2010, 

№30.  

3.

  Halim Saidov.  Asl farzand. “Maarifat” qazeti, 22 yanvar, 2014.  



4.

  Hacı Muin. Behbudiy muxlislariga ochiq xat. “Turkistan” qazeti, 1922, 21 dekabr.  

5.

  Vadud Mahmud. Mahmudxoca Behbudiy tegrasiqa yiğilqan yozuvchilar.  “Turkistan” 



qazeti, 1923, 10 dekabr.  

6.

  Laziz Azizzoda. Mahmudxoca Behbudiy. “Maorif va okutivchi” jurnali, 1926, № 2.  



7.

  Mahmudxoca Behbudiy. İki  emas, tört til lozım. “Oyna” jurnali, 1913, № 1, s. 12-14.  

 

Yashar Gasimbayli 



 

                                                                Summary   

                            “Uzbek philosophers’ national language meeting” 

 

  The cultural and educational activity of Uzbek philosophers  known by the name of “ chadidler” 



that  widespreads in Turkestan is  dealt in the article of  “Uzbek philosophers’ national language 

meeting” in the beginning of XX century. Founder and leader in the development of this movement  

Mahmudxocha  Bexbudi’s  educational activity was important. In the great thinker and philosopher’ 

s works the main goals of the literary and cultural policy in the new era of Turkistan is enlightened. 

Demonstrating wisdom and fursightedness M. Behbudi tried to show  not only old centuries 

traditions of  language in Turkustan, but also  the main mission and duties of the modern 

communication in terms of changing political realities. The articles of  “Not only two, but also four 

language, The issue of language” , in generally reflect of the national language of the time its 

historical value and relevance hadn’t lost. 

 

           Key  words: The Uzbek philosphers, chadidlar, Mahmudhocha Behbudi, the struggle for 



national language, “The issue of language”, “Not only two, but also four language”. 

 

 



 

Aqil Cəfərov, fil.ü.f.d., dosent 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi 

dr.agil_jafarov@mail.ru 

 

AZƏRBAYCAN DİLİNDƏ ORFOFONİYA MƏSƏLƏLƏRİ 



 

Türkoloji dilçilikdə, o cümlədən Azərbaycan dilçiliyində hər zaman sözün düzgün tələffüz 

olunması orfoepiya kimi verilsə də, lakin dünya dilçiliyində aparılan eksperimental fonetik 

tədqiqatlar göstərir ki, sözün necə deyilməsi, yəni necə düzgün tələffüz olunması orfoepiyanın yox, 

orfofoniyanın tədqiqat obyektidir. Bu baxımdan müasir dilçilikdə maraq doğuran sahələrdən biri də 

orfofoniyadır. Bu termin son zamanlar Azərbaycan dilçiliyində işlənsə də, lakin dilçiliyimizdə bu 

termini ilk dəfə professor Fəxrəddin Veysəlli özünün «Eksperimental fonetika» və «Fonetika və 

fonologiya məsələləri» kitablarında işlədərək bu haqda məlumat vermişdir. O zaman alimin 

qaldırdığı təşəbbüs cavabsız qalsa da, hazırda «Azərbaycan dilinin orfofoniya lüğəti» professor Fəx-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə