Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə18/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   14   15   16   17   18   19   20   21   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



37

K.Nasiri kimi klassikləri ilə müqayisə etmək olar. Özbək elmi fəlsəfi və maarifçi  ƏDƏBIYYATı 

M.Behbudi ilə başlanıb, yeni bir mərhələyə yüksəldi. M.Behbudi birincilərdən olaraq, Türküstanın 

çar Rusiyası əsarətindən xilas olmaq ideyasını irəli sürdu, əhalinin müstəmləkə zülmü altında 

əzildiyini də cəmiyyətə birinci o məlum qıldı. O, Türküstan milli oyanış hərəkatının təsisçisi və 

lideridir”.  M.Behbudinin şərəfinə söylənmiş bu sözlərdə onun maarif və mədəniyyətimiz 

tarixindəki yeri də, milli azadlıq mübarizəsinin  dərinləşməsindəki  misilsiz xidmətləri də, eyni 

zamanda, özbək xalqının xilası və inkişafı tarixindəki silinməz izləri də öz əksini tapmışdır”.  (1, s. 

4). 

XX yüzilin əvvəllərindən – 1913-cü ildən Mahmudxoca Behbudinin nəşr etdirməyə başladığı 



“Ayna” jurnalı Türküstan ölkəsinin ictimai-siyasi və ədəbi-mədəni həyatında silinməz iz qoydu. Bu 

jurnalın səhifələrində təkcə M.Behbudinin məşhur və tarixi məqalələri – “Dil məsələsi”, “İki deyil, 

dörd dil lazımdır”, “Ehtiyaci-millət”, “Millət necə tərəqqi edər”, “Teatr nədir”, “Sart sözü 

məchuldur”, “Buğda haqqında”, “Gənclərə müraciət”, “Amalımız və ya muradımız”, “Tənqid –

seçməkdir”, “Türküstan tarixi lazımdır”, “Cəhalət dərdləri”, “Bizdəki hallar və işlər”, “Bizə əziyyət 

verən mərəzlər”, “Mübahisə mədəniyyəti” və s. əsərləri deyil, müasirlərinin və davamçılarının 

Türküstan mədəniyyəti tarixində proqressiv rol oynamış onlarla məqalə və publisistik yaradıcılıq 

nümunələri də işıq üzü görmüşdür. Türküstan mədəniyyətinin və maarifinin inkişafı tarixində həri 

biri özünəməxsus səhifə açmış Abdulla Əvlani, Sədrəddin Ayni, Seyid Rza Əlizadə, Əbdurauf 

Fitrət, Siddiqi-Əczi Səmərqəndi, Təvvalla, Hacı Muin, Mahmud Tərzi və onlarla başqa müəlliflərin 

dünyagörüşü M.Behbudinin başçısı və təşkilatçısı olduğu ədəbi mühitdə formalaşmış, qələmləri 

məhz bu jurnal səhifələrində cilalanmışdı. 

XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri çar Rusiyasının tərkibində yaşayan türk 

xalqlarının ictimai-siyasi və mədəni-iqtisadi həyatında yenilənmə dövrü kimi səciyyələnir. Xüsusən, 

1905-ci il rus inqilabından sonra müstəmləkə xalqlarının ictimai və mədəni həyatında  baş verən 

dəyişikliklər bariz surətdə nəzərə çarpırdı. Rusiya imperiyasının nisbətən mərkəzi əyalətləri hesab 

olunan Kazan və Volqaboyu, eyni zamanda, Ukrayna və Krım regionunda yaşayan tatarların, 

Cənubi Qafqazda yaşayan müsəlman xalqlarının, xüsusən, azərbaycanlıların və Mərkəzi 

Türküstanda yaşayan müsəlman əhalisinin həyatında və güzəranında baş verən yeniliklər qarşılıqlı 

surətdə bir-birlərinə təsir edirdi. İctimai-siyasi və iqtisadi həyatdakı köklü dəyişmələr, feodal 

geriliyinin yeni kapitalist münasibətlərlə, orta əsrlər təsərrüfat həyatının yeni sənayeçilər və 

islahatçılarla əvəz olunması milli təfəkkürü hərəkətə gətirir, onun inkişafında yeni mərhələnin 

başlanmasına təkan verirdi. Türk xalqlarının ədəbi-mədəni həyatında maarifçilik hərəkatının 

yaranmasında və sürətlə yüksəlişində məhz yuxarıda qeyd etdiyimiz ictimai-siyasi və iqtisadi 

proseslər dayanırdı.  

Bu nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycan və Türküstanda maarifçilik hərəkatının mənşəyi, 

inkişaf yolları və mərhələləri arasında özünəməxsusluqlarla birlikdə, xeyli uyğunluqlar və 

bənzərliklər də diqqəti cəlb edir. Hər iki regionda maarifçilik mədəniyyətinin təşəkkülü, tarixi və 

mənşəyi son dərəcə yaxın olsa da, onların yaranma və ərsəyəgəlmə dövrləri arasında bir qədər 

fərqlilik mövcuddur. Məsələn, əsas bənzərlik bundan ibarətdir ki, hər iki ölkədə maarifçiliyin 

təşəkkülü və ilk rüşeymlərinin cücərməsi Rusiya istilasından sonrakı dövrlərə aiddir. Azərbaycan 

Türküstana nisbətən, təxminən, 50 il, yəni yarım əsr əvvəl Rusiya əsarətinə düşmüşdü. Elə bu 

səbəbdən də, bizdə maarifçilik meyllərinin ərsəyə gəlməsi də xeyli əvvələ təsadüf edir. Türküstan 

ölkəsinin Rusiya tərəfindən zəbt edilməsi XIX yüzilin 60-cı illərində başa çatır. Türküstan 

maarifçilik hərəkatının tarixini də tədqiqatçılar sonrakı onilliklərdən başlayırlar.  

Təbii ki, yeni epoxanın ictimai-fəlsəfi və estetik dünyagörüşü kimi formalaşmağa başlayan 

maarifçilik məfkurəsi özünə qədərki proqressiv mənəvi-mədəni dəyərləri qoruyub saxlamaqla 

birlikdə, bir sıra yeniliklər də gətirdi. Maarifçilik dünyagörüşünün bədii təfəkkürdə 

özünəməxsusluğunu açıq-aşkar göstərən ədəbi növ və janrlar meydana gəldi. Azərbaycanda 

maarifçilik estetikasının banisi və ilk böyük nümayəndəsi M.F.Axundzadə öz yaradıcılığında 

Şərqdə birinci olaraq maarifçi ədəbiyyatın nümunələrini yaratmağa müvəffəq oldu. Bu vaxta qədər 

Azərbaycan ədəbiyyatı üçün naməlum olan və işlək olmayan bir çox publisistik janrlar və məqalə 

janrı, dramatik janrlar meydana gəldi. Ümumən, ədəbiyyat şünaslıqda göstərildiyi kimi, maarifçilik 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



38

hərəkatının əsas bədii təzahürləri kimi publisistika, eyni zamanda, teatr və dramaturgiya diqqəti cəlb 

edir. Bu da ondan irəli gəlirdi ki, maarifçilər öz fikir və mövqelərini xalqa birbaşa çatdırmaq, 

oxucuya və tamaşaçıya daha yaxından və təsirli müraciət etmək istəyirdilər. Maarifçilərin 

yaradıcılığında publisistika və dramaturgiya janrlarının üstünlük təşkil etməsinin əsas səbəbləri 

məhz bu mənəvi-estetik məqsəd və ehtiyaclarla qırılmaz surətdə bağlı idi.  

Maarifçi ədiblərin ədəbi-mədəni fəaliyyətində bədii yaradıcılıq, təbii ki, əsas yer tuturdu. 

Amma onlar sadəcə yeni  ədəbiyyat yaratmaqla öz işlərini bitmiş hesab etmirdilər. Maarifçilər 

millətin ictimai-siyasi və mədəni dünyagörüşünü dəyişmək, müasirləşdirmək, xalqın həyatını 

yenidən qurmaq istəyirdilər. Məhz bu məqsəd və ehtiyacın nəticəsidir ki, onların ədəbi əsərlərində, 

xüsusən publisistikasında xalq və ölkə həyatının o dövr üçün aktual və zəruri olan, demək olar ki, 

bütün məsələlərinə, qayğılarına, həlli zəruri olan iş və milli vəzifələrə münasibət bildirildiyinin 

şahidi oluruq. Yeni dövlət quruculuğu, parlament, muxtariyyət, seçki mədəniyyəti, millət həyatınn 

müasir və sivil qaydalara uyğun tərzdə yenidən formalaşdırılması, teatr və mədəniyyət ocaqlarının, 

yeni və Avropasayağı məktəblərin yaradılması, cəmiyyətdə gedən çoxspektrli və mürəkkəb 

yenilənmə prosesində dilin mövqeyi və statusu, milli dilin mahiyyəti və funksiyası barəsində 

maarifçilər çoxsaylı məqalələr yazır, qızğın diskussiyalar aparırdılar. Türküstan maarifçilik 

hərəkatının banisi və XX əsrin əvvəllərindəki liderlərindən biri kimi Mahmudxoca Behbudinin 

məhsuldar və vətənpərvərlik duyğuları ilə yoğrulmuş yaradıcılığı yuxarıda qeyd etdiyimiz məsələlər 

nöqteyi-nəzərindən xüsusi ilə əhəmiyyətə malikdir.   

Özbək maarifçilərinin yaradıcılığında, xüsusən, publisistikasında milli dilin yeniləşən 

cəmiyyətdəki roluna və mövqeyinə fəal münasibət daha çox diqqəti cəlb edir. “Üsuli-cədid”, yəni 

yeni tipli, yeni tədris və təlim üsullarına əsaslanan məktəblərin tərəfdarları və təşkilatçıları kimi 

məşhur olan maarifçiləri onların fəaliyyətinin məhz bu cəhətinə görə həm də “cədidlər” 

adlandırırdılar. Mahmudxoca Behbudinin Türküstan cədidlərinin müəllimi və lideri kimi 

fəaliyyətini də məhz bu xüsusiyyət səciyyələndirirdi. Rusiya imperiyasında müsəlman xalqları 

həyatında və tarixində silinməz iz qoymuş maarifçilik hərəkatının, o cümlədən “Üsuli-cədid” 

məktəblərinin banisi kimi şöhrətlənmiş kırımtatar xalqının böyük oğlu İsmayıl bəy Qaspıralı 

Türküstan cədidlərinin də ehtiram bəslədikləri və pərəstiş etdikləri mənəvi lider idi. M.Behbudi özü 

və ardıcılları məhz İsmayıl bəy Qaspıralı məktəblərinin Türküstandakı ilk havadarlarından və 

yaradıcılarından biri olmuşdur. Yuxarıda söylədiyimiz kimi, yeni məktəb ideyası və ümumən, 

cədidizm hərəkatı milli dil məsələsinə özünəməxsus və təzə mövqelərdən yanaşmağı tələb edirdi. 

Türküstan cədidlərinin, o cümlədən, Mahmudxoca Behbudinin bu mövzudakı məqalələri fikrimizin 

isbatı ola bilər. Məsələn, M.Behbudinin “Dil məsələsi” və “İki deyil, dörd dil lazımdır” (1913) 

məqalələri bu cəhətdən diqqətəlayiqdir. Müəllif, xüsusən, “İki deyil, dörd dil lazımdır” məqaləsində 

burjua münasibətlərinin daxil olmağa başladığı Türküstan cəmiyyətində dil problemlərinin həlli 

nöqteyi-nəzərindən  bir sıra maraqlı fikirlər irəli sürür: “Biz Türküstanlılara türk, fars, ərəb və rus 

dillərini bilmək zəruridir. Türk, yəni özbək dilini ona görə bilməliyik ki, Türküstan xalqının 

əksəriyyəti bu dildə danışır. Fars dili isə mədrəsə və ədəb dilidir. Bugünə kimi Türküstanın hər 

tərəfində, bütün köhnə və yeni məktəblərində farsca nəzm və nəsr kitabları tədris edilməkdədir. 

Bütün mədrəsələrdə şəriət və dini kitablar ərəbcə tədris edilsə də, müdərrislərin təhlil və tərcümələri 

farsadır. Bu qayda, yəni dərs kitabının ərəbcə olması, müəllimin – türk, şərh və tərcümənin isə 

farsca olması bizdə bir ənənədir”. (7, s. 12-14). 

M.Behbudinin məqaləsində Türküstanda üç dilin – türk (özbək), ərəb və fars  dillərinin 

zəruriliyindən bəhs edilərkən bu məsələdə ənənənin həlledici əhəmiyyətə malik olması ətraflı təhlil 

edilir.  Müəllifin gətirdiyi əsas arqumentlər maraqlı və cəlbedicidir. O, yazır: “Türküstanda 

qədimdən bəri bu üç dil fəaliyyət göstərməkdədir. Məsələn, qədim tarixi “yarlıq”lardan, yəni tarixi 

sənədlərdən məlum olur ki, Türküstanda keçmişdə əmir və xanların əmr və fərmanları, mübarək 

göstərməyə və isbat etməyə çalışır: “Türküstanın Səmərqənd və Fərqanə vilayətlərində fars dilində 

(müəllif “tacik” dilində demək istəyir. – Y. Q.)  danışan bir neçə şəhər və kənd mövcuddur. Buxara 

dövlətinin dili farscadır. Fars şair və ədiblərinin əsərləri qiyamətə qədər ləzzəti tükənməyən bir 

mənəvi xəzinədir, bugün avropalılar ondan faydalanmaq üçün milyardlar sərf edirlər. Biz xoşbəxtik 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə