Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə21/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   17   18   19   20   21   22   23   24   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



43

8. Ziya K. Səhnə dili haqqında. Bakı, 1947. 

9. Siebs Th. Deutsche Aussprache. Reine und gemäßigte Hochlautung mit Wörterbuch. 19., 

umgearbeitete Auflage. Berlin, 1969. 

10. Jones D.An English Pronouncing Dictionary. London, 2002. 

11. Р.И.Аванесов. Русское литературное произношение. М., 1972. 

 

İnternet resursları 



 

12. http://nedir.az/orfoepiya-nedir-orfoepiya-haqqinda 

13. https://azerdict.com/izahli-luget/orfoepiya 

14. http://studme.org/1494051118424/literatura/orfoepiya 

15. http://megalektsii.ru/s48425t1.html 

 

Agil Jafarov 



Ortophonia issues in Azerbaijan language 

 

Summary 



 

Ortophonia and orphoepy terms are specified in the language position in the article. The 

author clarifies how to use this or that term and which is accurate in the language position. 

 

Key words: orthophony, orphoepy, pronunciation style, experimental phonetics, 



pronunciation norms 

 

 



 

Aynel Məşədiyeva, fil.ü.f.d., dosent 

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Elmi katib 

aynel.meshadiyeva@mail.ru 

 

MÜASİR TÜRK DİLLƏRİNDƏ VƏ DİALEKTLƏRİNDƏ FEİLİ BAĞLAMALARIN ŞƏXS 



VƏ HAL ŞƏKİLÇİLƏRİ İLƏ İŞLƏNMƏSİNƏ DAİR 

 

 



Məlum olduğu üzrə, feilin şəxssiz formalarının əsas xüsusiyyəti şəxslər üzrə dəyişməzlikdir. 

Buna görə də onları şəxssiz, yaxud da qeyri-predikativ forma adlan-dırırlar. Linqvistik ənənəyə görə 

şəxssiz fellər həmçinin infinit formalar, şəxsli fellər isə finit formaları adını almışlar. 

Dilçilikdə feili bağlamalara feilin bütün əsas qrammatik kateqoriyalarına, o cümlədən şəxs 

kateqoriyası vasitəsi ilə subyekt oriyentasiyasına malik canlı forması kimi baxılır. Lakin feili 

bağlamalara feil formasını şəxsli (finit) edən xüsusiyyətlər xas deyildir. Feili bağlama başqa 

hərəkətlə nisbətdə olan hərəkəti – paralel olaraq bu və ya başqa hərəkətləri bildirir. 

 

Belə qənaətə gəlmək olar ki, feili bağlama tabe olan formadır, lakin eyni zamanda verbal və 



predikativlik əlamətlərini saxlayır. 

 

Təsrif oluna bilən və özünün xüsusi mübtədası olan bəzi türk dillərinin, buryat və evenk 



dillərinin feili bağlamalarını buna misal gətirmək olar. Lakin, buna baxmayaraq, onlar ayrı cümlə 

düzəltmək qabiliyyətinə malik olmayan asılı predikatlardır.   

           Türkoloji  elmində  feili  bağlamalar  adətən  dəyişməyən  fel  forması  kimi  şərh  edilir.  Feili 

bağlamaların bu cür tərifinə M. Askarova [1, s.4], A.Tursunov [12, s.4], N.P. Dırenkova [5, s.130], 

İ.P. Pavlovun [11, s. 2] və başqalarının əsərlərində rast gəlmək olur. Feili bağlamaları həmçinin 

şəxssiz forma adlandırırlar, belə ki, feilin şəxssiz formalarının əsas xüsusiyyəti onların şəxslər üzrə 

dəyişməməsidir.  

           Fikrimizcə,  müasir  türk  dillərində  feili bağlamaların dəyişməyən forma kimi təyin edilməsi 

qeyri-qənaətbəxşdir. Həmin tərifi türk dillərində feili bağlamalara aid etmək çətindir. Çünki, türk 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



44

dillərində feili bağlama formalarının yalnız şəxs şəkilçiləri deyil, həmçinin hal şəkilçilərini də qəbul 

etdikləri hallarla rastlaşırıq.  

           Feili  bağlamaların  türk  dillərində  dəyişməyən  forma  kimi  tərifi  bəzi  dilçilərin  əsərlərində 

tənqidi təhlilə məruz qalmışdır. Bəzi təriflərə nəzər yetirək. Məsələn, Y. Janmavov qeyd edir: “Türk 

dillərində feili bağlamalar qətiyyən dəyişməyən fel formasını ifadə etmir. Onlar, bir qayda olaraq

özündən sonra morfoloji kateqoriyaların şəkilçilərini qəbul etmirlər, lakin onların müsbət və mənfi 

formaları, fel növlərinin formaları ola bilər. Bundan başqa, feili bağlama formaları ayrı-ayrı dillərdə 

tez-tez şəxs şəkilçiləri, bəzən isə hətta hal şəkilçiləri qəbul edirlər” [3, s. 5-6].  

           Y.İ.Ubryatovanın  “Yakut dilinin sintaksisinə dair tədqiqat” əsərində düzgün olaraq qeyd 

edilir: “Yakut dilində feili bağlamalar bir də ona görə sözdəyişdirici formalara aid edilməlidir ki, 

onlar hər şeydən əvvəl xəbər şəkilçiləri formasında şəxs şəkilçiləri qəbul edir” [13, s.42].  

 

“Yakut dilində, E. İ.Korkina qeyd edir ki, feili bağlamaların əksəriyyəti şəxs və hal 



şəkilçilərini qəbul edir. Bundan başqa, şəxs və kəmiyyət üzrə də dəyişir [9, s.11]. Daha sonra 

müəllif qeyd edir: “Məsələn, -an, a-ıı, -aarı, -maorı, -ımına, -bakka şəkilçili fe-li bağlamalar hər iki 

halda bütün üç şəxslərdə şəxs şəkilçiləri (xəbər şəkilçiləri) qəbul edə bilərlər [3, s. 11].  

Türk dillərində feili bağlama formalarının şəxs şəkilçiləri ilə işlənməsi çoxfunksiyalı 

xarakter daşıyır.  

 

Müasir türk dillərində və dialektlərində feili bağlamaların şəxs şəkilçiləri ilə işlənməsi 



probleminin öyrənilməsinin zəruriliyi həmin mövzuya həsr olunan xüsusi tədqiqatların olmaması ilə 

müəyyənləşdirilir. 

 

Bəzi müasir türk dillərində feili bağlamaların şəxs şəkilçiləri ilə işlənməsinin ifadə 



üslublarının fərqli xüsusiyyətlərinə malikdir. 

            Feili  bağlamaların  morfoloji  kateqoriyaların  şəkilçilərini  qəbul  etməsi  hallarına  bəzi  türk 

dillərində tez-tez rast gəlinir. Belə hal əsas etibarilə yakut dilində feili bağlamaya təsadüf edilir. 

Belə ki, bu dildə demək olar ki, bütün feili bağlama formaları özünə xəbər şəkilçisi birləşdirir.  

          Müasir yakut dilində şəxs şəkilçiləri ilə işlənən feili bağlamaların vasitəsilə sintetik mono- və 

polisubyektiv, polipredikativ konstruksiyalar, habelə həmin feil for-maları ilə ifadə olunan sadə 

cümlə xəbəri əmələ gəlir. 

          Feili  bağlamalar  yakut  dilində  polisubyektiv polipredikativ cümlələrin tabe olan hissəsində 

hərəkəti həyata keçirən şəxsin göstərilməsinin zəruriliyi zamanı şəxs şəkilçiləri ilə işlədilir.  

 

          Feili  bağlamalar  yakut  dilində  fel  forması  kimi,  feilin  bütün  qrammatik  kateqoriyalarına  – 



feilin növlərinə, təsdiq və inkar formalarına malikdir.  

          Bəzi misallara baxaq. Müasir yakut dilində -an feili bağlaması şəxs şəkilçilərini qəbul edir.  

 

1.

  Barammın - mən gedərkən                         1. Barammıt – biz gedərkən 



2.

  Barannın - sən gedərkən                           2. Barannıt - siz gedərkən  

3.

  Baran - o gedərkən                                  3. Barannar - onlar gedərkən 



 

-A/ıı şəkilçili feili bağlamalar yakut dilində yalnız təkrar işlənərkən özlərinə xəbər şəkilçisi 

birləşdirə bilər. Məsələn, tək halda birinci şəxs – bara - barabın-gedərək, cəm halda birinci 

şəxs – kele –kelebit - gələrək, körö – köröbün – baxaraq [9, s.32].  

           Müasir  yakut  dilində  -a/-ıı şəkilçili feili bağlamalar qoşa işləndikdə şəxs şəkilçisi qəbul 

etmirlər. Misallara baxaq: Kııs mutuqu ılan buoru  хаhа-хаhа, Aleksandr dieki кörü teliir – Qız 

budağı götürərək və daim torpağı qurdalayaraq Aleksandr tərəfə baxır.  [9, s.32]. 

           Yakut  dilində  elə  hallar  var  ki,  -a/-ıı şəkilçili feili bağlamalar qoşa formada 1-ci və 2-ci 

şəxsdə şəxs şəkilçisi qəbul etmədən işlənir. Bir misal gətirək: Bihigi künühün üörene –üörene 

kiehetin üleliibit– Biz gündüz oxuyaraq, ax-şamlar işləyirik [9, s.32].  

          Müasir yakut dilində şəxs şəkilçiləri qəbul edən bir neçə feili bağlama formalarına da baxaq:  

-  ımına  şəkilçili feili bağlama (-an  şəkilçili feili bağlamanın inkar forması) - barımınabın - 

məngetmədən - 1-ci şəxs tək hal forması; - aarı şəkilçili feili bağlama - onoroorubut – biz edərək- 

1-ci şəxs cəm hal forması; - ımaarı – (-aarı  şəkil-çili feili bağlamanın inkar forması), (qeyd edək 

ki, bu feili bağlama şəxs şəkilçisi ilə və onsuz işlənə bilər) - barımaarıbın – mən getmədən- 1-ci 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə