Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə33/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   29   30   31   32   33   34   35   36   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



68

İşğal edilmiş Qarabağ ərazisinin antropotoponimləri leksik-semantik və qrammatik-

morfoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir və Azərbaycan dilinin qanunauyğunluqları ilə öz 

izahını tapır. Haqqında bəhs etdiyimiz ərazinin antropotoponimlərinin qrammatik-morfoloji 

xüsusiyyətlərini aşağıdakı kimi təsnif etmək olar: 

1.

   -lar, -lər şəkilçiləri ilə formalaşanlar: 



a)

 Bu şəkilçilər bir sıra şəxs adlarına qoşularaq müəyyən qrupun, zümrənin həmin şəxsin 

törəmələri olduğunu bildirən yer adları yaradır. Məsələn: Nəbilər, Məmişlər  (Şuşa);  Hətəmlər 

(Laçın); Dadaşlar, İsalar, Rzalar  (Ağdam);  Alırzalar, Alolar, Babaşlar, Həsənlər  (Kəlbəcər); 

Əhmədalılar (Füzuli); Əfəndilər, Hüseynalılar (Cəbrayıl); Nəcəflər, Yusiflər (Zəngilan); Cavadlar 

(Xankəndi); 

b) Bəy, xan, paşa, kosa tipli sözlərə qoşularaq yer adları yaradır. Məsələn: Paşalar (Şuşa); 

Kosalar (Ağdam);  

c) -lar, -lər şəkilçiləri müəyyən zahiri əlamət və ləqəb, ayama və s. bildirən sözlərə əlavə 

olunaraq, həmin əlamət, ləqəb, ayama və s. ilə tanınmış nəslə və ya nəsil başçısına mənsub kokret 

qrup mənası ifadə edən oykonimlər yaradır. Məsələn: Ağakişilər  (Zəngilan);  Əmiralılar 

(Xocavənd);  

ç) -lar, -lər şəkilçiləri müəyyən sənət, peşə, dini mənsəb və s. məşğuliyyət növlərini bildirən 

sözlərə əlavə edilməklə konkret qrupun vaxtilə göstərilən sənət, peşə və s. ilə məşğul olmuş nəslə 

və ya nəsil başçısına mənsubluğunu, aidliyini ifadə edən yer adları əmələ gətirir. Məsələn: Hacılar, 

Seyidlər, Mollalar (Laçın);  

d) Birinci və ya ikinci tərəfi bəy, xan, qul sözlərindən, digər tərəfi isə şəxs adlarından əmələ 

gələn antropotoponimlər. Məsələn: Allahqulular, Səfixanlar, İmamqulular, Səfixanlar (Şuşa); 

Niyazqullar (Cəbrayıl); 

2. Şəxs adları əsasında formalaşan oykonimlər. 

a) Sadə şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər: Məsələn: 

Nurəddin  (Laçın);  Sədi  (Cəbrayıl);  Aladin  (Zəngilan);  Fərrux  (Xankəndi);  Xətai  (Xocavənd); 

Bayandur (Ağdərə). 

b) Mürəkkəb quruluşlu şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər: 

Məsələn:  Xanməmməd-Bünaən, Məmmədsəfi, Nəcəfalı  (Kəlbəcər);  Mollavəli  (Füzuli); 

Mollabürhan (Qubadlı); Pircamal (Xankəndi); 

c) Tərkibində bəy, xan, qul tipli sözlərin olduğu şəxs adlarının oykonimləşməsi: Məsələn: 

Alıqulu, Əliqulu (Laçın);  

ç) İkinci tərəfi kənd, oba, abad sözündən ibarət olan şəxs adlarından əmələ gələn: Məsələn: 

Salatınkənd  (Şuşa);  Cəfərabad  (Cəbrayıl);  Xəliloba  (Qubadlı);  Həsənabad, Mədətkənd 

(Xankəndi); 

d) İkinci tərəfi pəyə, təpə, dərə, qaya sözündən ibarət olan şəxs adlarından əmələ gələn: 

Məsələn:  Fətəlipəyə, Məlikpəyə  (Laçın);  Qurbantəpə  (Cəbrayıl);  Məmməddərə  (Xocavənd); 

Həsənqaya (Ağdərə). 

3. -lı, -li şəkilçisinin köməyi ilə formalaşanlar. Bu şəkilçi müxtəlif şəxs adlarına – tayfa, 

nəsil, tirə başçılarının adlarına qoşularaq, onlara mənsub mənası ifdə edən yer adları əmələ gətirir. 

A.İ.Popov göstərir ki, “belə adları bəzən patronimik və ya eponimik adlar adlandırırlar” (4, s. 7). 

Əslində “Azərbaycan toponimlər sistemində patronimik adların mühafizə olunmasının şərtləndirən 

əsas amil Azərbaycanda XIX əsrin 80-ci illərinə qədər feodal-patriarxal cəmiyyət qalıqlarının hökm 

sürməsi olmuşdur” (2, s. 163). 

a) Sadə və ya mürəkkəb quruluşlu şəxs adlarına qoşularaq. Məsələn: Əhmədli  (Laçın); 

Səfərli, Eyvazlı, Qasımlı, Qiyaslı, Maqsudlu, Məmmədbağırlı, Həsənçobanlı, Usublu, Yusifcanlı, 

Yusifli  (Ağdam);  Cəmilli, Kərəmli, Zülfüqarlı (Kəlbəcər);  Bəhmənli, Əbdürrəhmanlı, 

Kürmahmudlu, Veysəlli, Mahmudlu, Ələskərli, Qaraməmmədli, Qoçəhmədli, Pirəhmədli (Füzuli); 

Hasanlı, Xudayarlı, Xudaverdili, İsaqlı, Mehdili, Soltanlı, Süleymanlı, Yarəhmədli (Cəbrayıl); 

Balahəsənli, Bəxtiyarlı, Davudlu, Həmzəli, Qiyaslı,  Məlikəhmədli, Mərdanlı (Qubadlı); Mikayıllı, 

Xəlilli (Xankəndi); Məlikcanlı, Zakirli (Xocavənd); Bayandurlu, Rəcəbli (Ağdərə). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



69

b) Birinci və ya ikinci tərəfi şah, bəy, xan, ağa, hacı, kəlba, molla, mirzə, seyid, qul 

sözlərindən formalaşan antroponimlərə qoşularaq. Məsələn: Hacıxanlı, Qarabəyli, Vəlibəyli 

(Laçın);  Birinci və İkinci Alıbəyli, İmamqulubəyli, Qasımbəyli, Ağalarbəyli, Adıgözəlbəyli, 

Böyükbəyli, Əhmədağalı, Əliağalı, Hacıməmmədli, Həsənxanlı, İsmayılbəyli, Kəlbahüseynli, 

Qəhrəmanbəyli, Muradbəyli, Paşabəyli, Şükürbəyli, Tağıbəyli  (Ağdam);  Mollabayramlı, 

Nadirxanlı, Şahmansurlu (Kəlbəcər);  Alıxanlı, Hüseynbəyli, Kərimbəyli, Qaraxanbəyli, 

Mirzəcamallı, Mirzənağılı, Mollaməhərrəmli, Musabəyli, Seyidmahmudlu, Şükürbəyli, Seyidəhmədli 

(Füzuli);  Əsgərxanlı, Hacılı, Hacı İsaqlı, Məstalıbəyli, Mollahəsənli, Şahvələdli, Şıxalıağalı 

(Cəbrayıl);  Muradxanlı, Yusifbəyli  (Qubadlı);  Alıbəyli, Cahangirbəyli, Əmirxanlı, İsgəndərbəyli, 

Məmmədbəyli, Şəfibəyli, Məşədi İsmayıllı, Mirzə Həsənli (Zəngilan);  Mehdibəyli, Seyidbəyli 

(Xankəndi); İsmayılbəyli (Ağdərə). 

Fikir versək, tərkibində bəy, xan, ağa və s. sözlər olan oykonimlər sayca üstünlük təşkil 

edir. İlk baxışda düşünülə bilər ki, bu oykonimlərdə əks olunmuş şəxs adı ilə həmin kənd əhalisinin 

(tayfa, nəsil və tirənin) hansısa qohumluq əlaqəsi var. Əslində isə “antroponimlərə əlavə edilən –lı, -

li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin törəmələri olduğunu deyil, 

onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu bildirir. Ağdam rayonundakı 

İmamqulubəyli oykonimi keçmişdə Qarabağ düzündə yaşamış kəngərlilərə mənsub qaradolaq 

tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənədlərinin birində qeyd 

olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərəfindən 5 il müddətinə İmamqulu adlı bir 

bəyə bağışlanmış və onlar bəyin adı ilə bağlı İmamqulubəyli adlanmışdır”(2, s. 164). 

Eyni fikri  Zəngilan rayonunda kənd və inzibati ərazi vahidi olan Cahangirbəyli kəndi 

haqqında da demək olar. Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik 

lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) 

kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. 

Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir”(1, s. 117). 

 

Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəylə) həmin kənd əhalisinin heç bir 



qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə 

həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati 

mənsubluğunu bildirir. 

 

 Çox guman ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə 



ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi 

mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir. 

4.  -an şəkilçisinin köməyi ilə formalaşanlar. Məsələn: Fərəcan, Səfiyan (Laçın);  Şərifan 

(Zəngilan); 

5.  Sintaktik yolla yaranan antropotoponimlər: Məsələn: Ağalaruşağı  (Laçın); 

Abdullauşağı, Məmməduşağı (Kəlbəcər); Əliquluuşağı, Hüseynuşağı (Qubadlı). 

 Maraqlıdır ki, bu yolla yaranan oykonimlər ilkinliyini-orijinallığını müəyyən qədər 

saxlayıb. Bu coğrafi adlarda uşaq və -ı mənsubiyyət şəkilçisi tayfa, tirə və ya nəsli əks etdirir. 

Tədqiqatçılar qeyd edirlər ki, belə oykonimlərin bir çoxunda axırıncı komponentlər düşə bilər (2, s. 

166). Fikrimizcə, tədqiqatçı burada müəyyən səhvlərə yol vermişdi. Belə ki, onun fakt kimi irəli 

sürdüyü Qubadlı rayonunun Əliquluuşağı kəndindəki uşaq+ı komponentləri heç də düşməyib, ilkin 

variantını qoruyub saxlayıb. Çox güman ki, müəllif bu oykonimlərdən sonra işlənən kənd sözünü 

nəzərdə tutub. 

 

Ümumiyyətlə, Qarabağ ərazisində mövcud olan antropotoponimlərin tarixi bir neçə əsr 



əvvələ gedib çıxır. Belə ki, onların bir hissəsinin adlarına hələ XVIII əsrin əvvəllərində tərtib 

olunmuş siyahılarda (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri) rast gəlinir (3, s. 3 - 576). Həmin 

antropotoponimlərin əmələ gəlmə yolları Azərbaycan dilinin qanunları ilə öz izahını tapır. Halbuki 

tarixşünaslıqda hələ də belə bir fikir dolaşır ki, “guya Şuşa və onun ətraf yerlərinə türk 

(azərbaycanlı) əhali Pənah xan tərəfindən Şuşa şəhərinin əsası qoyulandan sonra gəlib 

yerləşmişdilər. Və yenə nədənsə Qarabağın etnodemoqrafik məsələlərinə və əhalinin yerləşməsinə 

toxunduqda mütləq şəkildə qeyd edilir ki, türklər (yəni azərbaycanlılar - E.M) Qarabağın aranında, 

ermənilər isə dağlıq hissəsində yaşamışlar. “Müfəssəl dəftər”in məlumatları bu fikirlərin əsassız 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə