Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə36/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   32   33   34   35   36   37   38   39   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



74

prosesdə özbək dili ilə eynilik təşkil edir (qüman).  

Azərbaycan dilində bu kateqoriyanı adlandırmaq üçün ərəb mənşəli qeyr və müəyyən 

sözlərindən istifadə olunmuşdur (qeyri-müəyyən əvəzlik). 

Türkmən dilində müşahidə olunan nəməlim termini də alınma olub, fars və ərəb calağından 

ibarətdir: na (fars) “qeyri”>nə + məlim (ərəb) “aşkar, bilinən” [19.S.350, 458]. 

Türk, uyğur, tatar, başqırd, qumuq, qazax, qaraçay-balkar dillərində bu termin milli kökə 

söykənir. Bütün bunlar qədim türk yazılı abidələrində qeydə alınmış belgüsüz “naməlum” [23.S.94] 

sözünün fonetik dəyişikliyə uğramış variantlarıdır. Qaqauz dilində işlənilən bellisiz termini isə 

qədim türkcədəki billüg  “məşhur” (dolayısı ilə “hamıya məlum olan”) sözünün bir qədər fonetik 

dəyişikliyə uğramış və inkar şəkilçisi qəbul etmiş variantıdır. 

Başqırd dilində işlənilən bildəhezlek almaştarı ifadəsi “qeyri-müəyyən, qeyri-məlum” 

mənalı  bildəhez sözündən götürülmüşdür, bu sözün də kökündə “nişan, əlamət” mənalı bildə 

leksemi durur [24.S.100].Bəlkə, bil+gə  g-d əvəzlənməsi bilikli,müdrik 

5)

  Qayıdış əvəzliyi (Azərbaycan), dönüşlülük zamiri (türk–M.Ergin), dönüşlü zamiri 



(T.Banquoğlu)//  şahıs zamiri (S.Güneş)// kendi sözcüğü (T.Gencan)// kendi adılı (N.Koç), qaydım 

çalışması  (türkmən),  çevirim aderlii (qaqauz), ozlik olmoşi (özbək),  özlük almaş (uyğur), bilqəlev 

almaşlığı (tatar), töşöm almaşı (başqırd), kaytım orunça (qumuq), beqitivçü almaş (Qaraçay-balkar), 

belqilev avıs (noqay),  özdik esimdik (qazax), özdük at atooç (qırğız), öz soluma (Altay), aylanıs 

orındızı (xakas), “pot potu” tep todarqay todarqay at ornu (tuva),  karçı orunqu (şor) [17.S.56]. 

Azərbaycan dilində milli mənşəli sözlə ifadə olunan bu kateqoriya müasir dilçilər tərəfindən 

müstəqil kateqoriya kimi qəbul olunmamış və o, qeyri-müəyyən əvəzliklə birləşdirilmişdir. 

6)

  Təyini əvəzlik (Azərbaycan). 



Qumuq dilində belqilevçü mestoimeniya terminindən istifadə olunur. Göründüyü kimi, 

tərəflərdən biri milli, digəri isə rus mənşəlidir. Qədim türk yazılı abidələrində qeydə alınmış “nişan, 

əlamət” semantikalı belgü sözü [23.S.93] qumuq dilində eyni mənada belqi fonetik tərkibində 

qorunmuşdur. [25.S.70]. 

Özbək dilində anoloji olaraq belgilaş olmoşları terminindən istifadə olunur. [11.S.85]. 

Tatar dilində də söz birləşməsi şəklində olan terminin birinci tərəfi eyni mənbəyə söykənir: 

bilgeləü almaşlıqları [18.S.62].İkinci tərəf haqqında isə bir qədər irəlidə məlumat verilmişdir. 

Başqırd dilində buna bənzər bildələü almaştarı ifadəsi işlənir ki, bu da aşağıdakı yolla 

yaranmışdır: bildə “işarə, nişan”>bildəle “məlum, təyin olunmuş”>bildəleü “təyini” [24.S.99]. 

Türkiyə türkçəsində mənbə kimi qədim türkcə əsas götürülmüşdür: belirlee adılları/ 

zamirleri 

Tuva dilində todarılqanın at ornu ifadəsi işlənilir. Bu terminin birinci tərəfi todara “təyin 

olunmaq” kökündəndir [20.S.414 ]. 

7)

  İnkar əvəzliyi (Azərbaycan), yokluk çalışması (türkmən), bolışsızlık olmoşları (özbək) 



Azərbaycan dilində ərəb mənşəli inkar “danma, boynuna almama; qəbuletməmmə” 

[19.S.243] sözündən istifadə olunur. Bu gün əvəzliyin bu növü qeyri-müəyyən əvəzliyə daxil 

edilmişdir. 

 

Nəticə olaraq qeyd etmək istərdik ki, aparılan qısa ekskurs türk dillərində əvəzliyin bir 



kateqoriya olaraq o qədər də fərqli olmadığını sübut etdi. Bu araşdırma, eləcə də bu istiqamətdə 

olan araşdırmalar həm türk dillərinin lüğət tərkibinin, həm də qrammatikasının daha asan 

öyrənilməsinə yadımçı ola bilmək baxımından əhəmiyyətlidir. 

 

 



ƏDƏBIYYAT 

1.

  Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya. 2006. 



2.

  Kazımov Q.Ş. Müasir Azərbaycan dili.Bakı, “Elm və təhsil”, 2010. 

3.

  Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası.  Bakı, Azərbaycan Dövlət Tədris-



Pedaqoji ƏDƏBIYYATı nəşriyyatı, 1962. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



75

4.

  Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə. (Adlar). Bakı, ADU nəşri, 



1974 

5.

  Ergin M. Türk dil bilgisi. Sofya, 1967. 



6.

  Kononov A.N. Qrammatika sovremennoqo tureçkoqo literaturnoqo yazıka. Moskva-

Leninqrad, İzd. Akademii Nauk SSSR, 1956 

7.

  Qrammatika qaqauzskoqo yazıka. Fonetika i morfoloqiya. Moskva.1964 



8.

  Qrammatika sovremennoqo başkirskoqo literaturnoqo yazıka. Moskva.Nauka, 1981. 

9.

  Baskakov N.A. Karakalpakskiy yazık. Fonetika i morfoloqiya. Ç.1., Moskva, 1952.  



10.

  Kononov A.N. Qrammatika sovremennoqo uzbekskoqo literaturnoqo yazıka. M.-L., 

1960. 

11.


  Rasulov R., Mırazızov A. Ozbek tılı. 2013 

12.


  Baskakov N.A. Noqayskiy yazık i yeqo dialektı. Moskva-Leninqrad, İzd. Akademii Nauk 

SSSR, 1940 

13.

   Sovremennıy kazakskiy yazık. Fonetika i morfoloqiya. Alma-Ata.1962. 



14.

  Qrammatika karaçayevo-balkarskoqo yazıka. Nalçik, 1976  

15.

  İsxakov F.Q., Palmbax A.A. Qrammatika tuvinskoqo yazıka. Fonetika. Morfoloqiya. 



Moskva, 1961. 

16.


  Dırenko N.P. Qrammatika oyrotskoqo yazıka. Moskva-Leninqrad, 1940. 

17.


  Gürsoy-Naskali E. Türk Dünyası Gramer Terimleri Kılavuzu. Ankara, 1997. 

18.


   Rəximova A. Törek grammatikası. Türk Dilbilgisi. Qazan, 2002 

19.


  Ərəb- fars sözləri lüğəti, Bakı, Yazıçı, 1985 

20.


   Tuvinsko-russkiy slovar. Moskva, 1968 

21.


   Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962 

22.


  Uzbeksko-russkiy slovar.Moskva, 1959. 

23.


  Drevneturkskiy slovar. Leninqrad,Nauka, 1969  

24.


   Başkirsko-russkiy slovar. Moskva, 1958. 

25.


   Kumıksko-russkiy slovar.Moskva,1969. 

 

The category of pronoun in Turkic languages: tradition and contemporaneity 



Summary 

 

Pronoun is the words used in the place of  noun, adjective, numeral, adverb and verb. In the 



article differing from each other or even the opposite of each other considerations around the 

pronouns have been reflected. Also analyzed the types of pronouns, have a look at the ways of their 

naming.  

          In a brief excursion proved that as a category,  pronouns is not so different in Turkic 

languages. This investigation, as well as researches in this area, in order to be more easily learning 

of vocabulary of the Turkic languages and also the study of grammar is important. 

 

     Key words: Turkic languages, pronoun, term, category, comparison 



 

 

 



Flora Namazova, fil.ü.f.d., dos. 

Mingəçevir Dövlət Universiteti 

 

İLYAS ƏFƏNDİYEV DRAMATURGİYASINDA EKSPRESSİV-EMOSİONAL LEKSIKA 



 

İlyas Əfəndiyevin dramaturgiyası Azərbaycan ƏDƏBIYYATı tarixində xüsusi bir mərhələ 

təşkil edir. Bu dramaturgiya C.Cabbarlı ədəbi məktəbi, qabaqcıl sənət ənənələri əsasında boy ata-ata 

mənalı yol keçmiş, ideya-estetik vüsət tapmış, dərin müasirlik və yüksək emosionallıq keyfiyyəti ilə 

seçilmişdir. Aktual həyat problemləri qaldırmaq cəsarəti, hadisələrə ayıq, fəal sənətkar münasibəti, 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə