Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə44/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   40   41   42   43   44   45   46   47   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



90

 

Qətibə Mahmudova, fil.ü.f.d., dos. 



AMEA Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi 

 

AZƏRBAYCAN DİLİNDƏ VƏ TÜRKİYƏ TÜRKCƏSİNDƏ ABREVİASİYA HADİSƏSİ 



SÖZYARATMA ÜSULU KİMİ 

 

Bildiyimiz kimi dildə hər vaxt müxtəlif üsullarla yeni sözlər yaranır. Məhz buna görə də 



bütün dünya dillərində olduğu kimi türk dillərində də müxtəlif sözyaratma üsulları mövcuddur. 

“Son illərdə nəşr olunan qrammatika kitablarında morfoloji və sintaktik yolla sözyaratma üsulları 

ilə bərabər qəlipləşmə, ixtisar(abreviaturalar), arxaik sözlərin dirilərək yenidən dilə qayıtması, 

semantik mənanın dəyişməsi, digər dillərdən sözalma, fonetik yolla sözyaratma və bəzi digər söz 

yaradıcılığı yollarından bəhs edilir” (1,s.5). Sadalanan bu sözyaratma yollarının hamısının yer 

aldığı, araşdırıldığı bir mənbə yoxdur. Marsel Erdal türk dillərində söz yaradıcılığını geniş şəkildə 

tədqiq etmişdir(2). Düzdür, əsərin əsasını morfoloji yolla söz yaradıcılığı təşkil edir. Lakin bununla 

belə əsərdə sintaktik yolla söz yaradıcılığından, digər dillərdən örnək götürməklə, geriyə və önə 

assimilasiya ilə yeni söz yaratmadan da bəhs edilmişdir. 

“Dil tarixinin bütün mərhələlərində təsadüfən, necə deyərlər, göydəndüşmə kimi, yeni söz 

əmələ gələ bilər, yaxud kimsə nə etdiyini dəqiqliklə bildirmək istədikdə, könüllü olaraq yeni söz 

yarada bilər”(3, s. 71). 

Abreviasiya dildə sözlərə qənaət etmək məqsədi ilə yaranmış ixtisar hadisələrindən biridir. 

Digər ixtisarlardan fərqli olaraq, abreviasiyanın obyekti söz və ya söz birləşməsinin bütöv 

strukturudur. Abreviasiya əsasında yeni və daha qısa formalı sözlər yaradır. Abreviasiyanın 

məhsulu abreviaturdur. Abreviasiyanın coğrafiyasına nəzər saldıqda onun bütün dünya dillərini bu 

və ya digər dərəcədə əhatə etdiyinin şahidi oluruq. Türk dillərində ixtisarların işlənmə tarixi 

qədimdir. İxtisar sözlər haqqında ilk məlumat Azərbaycan dilçiliyində 1930-cu illərdən verilməyə 

başlayıb. Türk dillərində abreviasiya bir dil hadisəsi kimi özünü XX əsrin 40-cı illərində təsdiqlədi.  

Lakin son zamanlar türk dillərində abreviaturaların sayı xeyli çoxalmışdır. Ümumiyyətlə, türk 

dillərində ixtisarların işlənmə tarixinə nəzər saldıqda görürük ki, qədim zamanlardan dildə bu 

ixtisarlar işlənsə də, sovet dönəmində bunların sayı xeyli çoxalmışdır. Buna da səbəb rus dilindən 

hazır şəkildə keçən ixtisarlar olmuşdur. Əlbəttə, Türkiyə türkcəsi burada istisnalıq təşkil edir. Lakin 

XX əsrin 90-cı illərindən sonra rus abreviaturaları yerini Avropa dillərindən keçən ixtisar sözlərə 

verdi. Sovet dönəmində Azərbaycan dilindəki ixtisar sözləri həcminə görə bütün türk dillərindən 

çox olub. 1990-cı ildən sonra isə bunun yerini Türkiyə türkcəsindən və Avropa dillərindən keçmiş 

abreviaturalar tutdu. 

Qeyd etdiyimiz kimi türk dillərində müxtəlif sözyaratma üsulları mövcuddur. Abreviasiya 

hadisəsinin bir sözyaratma üsulu olması haqqında o qədər də geniş danışılmayıb.  

Abreviasiyanın söz yaradıcılığının bir üsulu kimi götürülməsi baxımından dilçilər iki qrupa 

bölünür. Rus dilçisi M. S. Maleyeva da abreviasiyanın sözyaratma üsulu hesab olunmasının 

əleyhinədir. O yazır: “....ixtisar yeni sözlərin yaradılması üsulu deyil, yeni sözün yaradılması 

prosesində həmin yeni sözün maddi bazasını hazırlayan başlanğıc mərhələdir”(4,s.111). 

Abreviaturaların yaranma üsulu olan abreviasiya hadisəsinin bir sözyaratma üsulu olub olmaması 

haqqında alimlərin müxtəif fikirləri mövcuddur. Bəzi alimlər abreviaturanı sözyaratma üsulu hesab 

etmirlər. Onların fikrincə “....abreviaturlar(məntiqi cəhətdən yanaşdıqda aydın olur ki)dildə yeni 

mənalı leksik vahidlər düzəltmir, yalnız dildə əvvəlcədən mövcud olan hazır leksik vahidlərin 

qısaldılmış şəkildə işlənərək, terminin, sözün tələffüzünün işlədilməsini asanlaşdırır”(5, s.99). S. 

Sadıqova bu üsulu sözyaratma yolu kimi qəbul etməsə də, M. Qasımov abreviasiya hadısəsini 

sözyaratma üsullarından biri kimi qəbul edərək, bu üsulla terminlərin yaradılmasından bəhs edir(6, 

s.140).  “Öz yaranma və formalaşma tarixinə görə çox-çox qədimlərə gedib çıxan, özünütəsdiq 

yolunda bir sıra maneələri dəf edən və nəhayət, bu gün hər hansı bir dili onsuz təsəvvür edə 

bilmədiyimiz ixtisar yolu ilə (abreviasiya) söz yaradıcılığı yeni sözlərin meydana gəlməsində 

özünəməxsus rol oynayır. Hazırda bu dil hadisəsi söz yaradıcılığının gərəkli üsullarından biri hesab 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



91

olunur”(7, s. 3,). Abreviaturlar əslində XX əsrin əvvəllərindən söz yaradıcılığının bir növü kimi 

tanınır. Lakin     M. Adilovun da dediyi kimi o illərdə abreviaturaların yaranması ümumdil 

məhsuldar söz yaradıcılığna çevrilməmişdir (7, s. 26). 

Abreviasiya söz yaradıcılığı üsulu kimi ibtidai formada türk dillərinin hamısında daha 

qədimlərdən məlum olmuşdur. Lakin bu ibtidai ixtisar hadisəsi bütün türk dillərində leksik 

vahidlərin yaradılmasına xidmət etmirdi. Azərbaycan dilində latın əlifbasına, bir qədər sonra isə 

kiril əlifbasına keçid dilimizdə abreviasiyanın imkanlarını genişləndirmş, yalnız bundan sonra 

ixtisar yolu ilə söz yaradıcılığı Azərbaycan dilində özünə vətəndaşlıq hüququ qazanmış və şüurlu 

dil hadisəsinə çevrilmişdir”(7. s. 160). 

R. İ.Mogilyovski ixtisarların tədqiqatçılarını üç qrupa bölür: birinci qrup abreviaturaların 

fenomoloji tərəflərini; ikinci qrup dilçilər linqvistik və ekstralinqvistik amillərin abreviatur 

yaradıcılığındakı rolunu, üçüncü qrup alimlər isə ixtisar sözlərinin söz yaradıcılığında iştirakı 

məsələlərini araşdırmışlar(7, s. 5). Bizi məhz 3-cü qrup alimlərin fikirləri maraqlandırır.  

Bu gün abreviasiyanın bir sözyaratma üsulu olub olmaması özü də birmənalı şəkildə qəbul 

edilmir. Lakin hələ XX əsrin əvvəllərində F. Suxotin yazırdı: “Abreviasiya söz yaradıcılığıdır. 

Abreviaturlar dilin lüğət tərkibinin zənginləşməsində böyük rol oynayır. Leksik abreviaturlar dilin 

digər sözlərinə aid bütün xüsusiyyətlərə malikdir. Abreviaturlar təkrar söz yaradıcılığında iştirak 

edir, (yəni, leksik şəkilçi qəbul edirlər)qrammatik kateqoriyaları vardır, sintaktik birləşmə əmələ 

gətirilməsində rol oynayır(8, s.56). 

Türkoloqların da böyük əksəriyyəti abreviaturanı sözyaratmanın bir üsulu kimi göstərir. Tatar 

dilçisi F. Qəniyev tatar dilində sözyaratmanın üsulları kimi müxtəlif yollar göstərir ki, onlardan biri 

abreviasiya hadisəsidir. Alim ixtisarları yeni sözlər kimi təqdim edir (9). 

Abreviaturaların söz yaradıcılığı olmasını tənqid edənlər söyləyirlər ki, abreviaturaların daxili 

mənasını geniş xalq kütlələri bilmirlər. Əslində bu vahidlərin daxili mənası dil daşıyıcılarının gərəyi 

belə deyildir. Onsuz da gündəlik eşitdiyimiz sözlərin səs tərkibi heç kimə lazım deyil. Bəlkə də 

BMT, TİKA, NATO, SOCAR, TOFEL  kimi ixtisarların daxili mənasını heç kimi bilmir. Ancaq bu 

abreviaturlar səslənən kimi hamı söhbətin hansı anlayışdan getdiyini anlayır. Gənc tədqiqatçılardan 

da abreviaturaları söz yaradıcılığının məhsulu kimi qəbul edənlər vardır. “Dilçilik terminlərinin 

yaranmasında istifadə olunan üsullardan biri də abreviaturalardır” (11, s.18) yazan E. Atakişiyev 

abreviatura üsulu ilə yaranan dilçilik terminlərini iki qrupa ayırır:1. Hərfi ixtisarlar. Məsələn, FDM-

Funksional Dilçilik Məktəbi, BFB-Beynəlxalq Fonetik Transkripsiya və s. 2. Heca-termin ixtisarlar. 

Məsələn, etnolinqvistika, paleoqrafiya, transformasiya, sinsematika və s. (11.s.19). 

Türk dillərində abreviaturaların yaranma üsulları müxtəlifdir. Azərbaycan dilinin özündə belə 

abreviaturaların yaranma yolları fərqli göstərilir: 

1. sözlərin baş hərfləri ilə müxtəsər yazılışı; məsələn: BDU – Bakı Dövlət Universiteti, 

TQDK-Tələbə Qəbulu üzrə Dövlət Komissiyası; 

2.

 



iki və daha çox sözdən ixtisarla düzəldilmiş bir söz; məsələn: hidroleksem, hipersema, 

hiperurbanim, subordinativ, desemantikləşmə, transformasiya və s. 

3.

 

 dildə çox işlənən "və s.", "və i. a.", "və. b." kimi ixtisarlar da abreviaturaya daxildir. 



AMEA-nın 1960-cı il nəşrində abreviaturalar mürəkkəb ixtisarlar adı ilə öyrənilir və onların 2 

növü göstərilir: 

 1. Mürəkkəb ixtisarların tərkbindəki sözlərin hər birinin ilk hissəsi götürülüb, böyük və 

nöqtəsiz yazılır. Bunlar bütöv söz kimi oxunur. Məsələn, sinsemantika, metro, Azərneftmaştəmir və 

s. 

2. Mürəkkəb ixtisarların tərkibindəki sözlərdən hər birinin baş hərfini götürüb böyük və 



nöqtəsiz yazırlar(11, s. 52). Məsələn. AMEA-Azərbaycan Milli Elmlər Akademiyası.  

AMEA-nın 1980-ci il nəşrində yazılır “Mürəkkəb ixtisarlar sintaktik yolla düzələn isimlərin 

xüsusi tipidir”(12,s. 91). Bu kitabda mürəkkəb ixtisarların 7 tipi göstərilir. Bu tiplərə ixtisarların 

quruluş özəllikləri ilə bərabər, tələffüz şəkilləri də aid edilmişdir. 

Türkiyə dilçiləri də abreviaturanı sözyaratma üsullarından biri kimi qəbul edir. Türkiyə 

türkcəsində abreviatura “Kısaltma”  termini ilə verilir. Professor Ş. Akalın Türkiyə türkcəsində 

kısaltma-abreviatura yolu ilə yaranan sözləri üç qrupa bölmüşdür: Baş hərflərlə qısaltma- 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə