I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
92
Başharfleştirme/Kısaltma. Ş.Akalın yazır ki, Türkiyə türkcəsinin qrammatika kitablarındavə
qaynaqlardabaşharfleştirme/kısaltma (initialism/acronym) yoluyla söz yaradıcılığı dedikdə
göstərilən nümunələr əsasən bunlardır: TDK, ODTÜ, TÜBİTAK, GAP kimi təşkilat, idarə adları
olur. Lakin qurum, təşkilat, şirkət adlarının qısaldılması yalnız xüsusi adların ixtisarıdır. Söz
yaradıcılığında idarə, təşkilat, şirkət adları qısaldılması yerinə sözlərin baş hərflərindən istifadə
edilərək edilən qısaltmalar yeni söz yaradılmasına xidmət edir (13, s.47) və son illərdə meydana
çıxan AVM (alışveriş merkezi), STK (sivil toplum kuruluşu), FM (kütləvi danışıqda efem), MR
(kütləvi danışıqda emar) və başqa nümunələr verilməlidir. Bu abreviaturalar, bir söz kimi istifadə
olunmaqda və sayları hər gün artmaqdadır. Ş. Akalın abreviaturanın bir növü kimi “Kırpma”nı
göstərir. “Kırpma” ya Ş. Akalın belə tərif verdi. “ Mənasında dəyişiklik olmadan bir sözün
müəyyən bir parçasının atılması yoluyla yaranan ixtisar növü” . Kırpma (clipping) yoluyla Türkiyə
türkcəsində milim[etre], santim[etre], tel[graf], foto[ğraf] və s. az sayda nümunə daxil olmuşdur.
Ş. Akalın ixtisarın 3- cü növü kimi “Karma”nı göstərir. İki ayrı hissənin birləşdirilərək bir hissə
yaradacaq şəkildə edilən abreviatura növü karmadır (blending) sunta, arge kimi az saydakı
nümunələr Türkiyə türkcəsinin lüğət tərkibində karma yoluyla yaradılmış sözlər vardır (1, s.27).
2015-ci ildə Ankarada çap olunan “Yeni türk dili” kitabında da abreviasiya hadisəsi
“kısaltma” adı ilə sözyaratma üsulu kimi verilmişdir. Kitabın müəllifləri Türkiyə türkcəsində 11
sözyaratma üsulu göstərmişlər ki, bunlardan biri də “kısaltma” dır. Abreviaturaya belə tərif verilir:
“Birden fazla kelimeden oluşarak bir anlam alanını karşılayan kelimelerin baş herflerinin bir araya
getirilmesiyle oluturulan kısaltmalar başlı başına kelime gibi kullanabilmektedir”(14,s. 429).
Türkiyə türkcəsində elə ixtisarlar var ki, onlar artıq tam yeni söz kimi formalaşıblar. Bu tip
ixtisarlar özü də iki yerə bölünür:
1.İngilis sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, ERASMUS-
European Region Action Scheme for the Mobility of University Students (Üniversite Öğrencilerinin
Hareketliliği İçin Avrupa Bölgesi Eylem Tasarısı);ALES-Akademik Personel ve Lisansüstü Eğitimi
Giriş Sınavı; BBC- British Broadcasting Corporation (İngiliz Radyo Televizyon Kurumu);FİFA-
Fédération Internationale de Football Association (Uluslararası Futbol Federasyonu); UEFA-
Union of European Football Associations (Avrupa Futbol Federasyonları Birliği); TOEFL - Test of
English As a Foreign Language (Yabancı Dil Olarak İngilizce Testi); Interpol -International
Criminal Police Organization (Uluslararası Polis Örgütü); CAO-Civil Aviation Organisation
(Uluslararası Sivil Havacılık Örgütü);
2.Türk sözlərinin baş hərflərinin qısaldılması ilə yaranan yeni sözlər. Məsələn, İETT-İstanbul
Elektrik, Tünel, Tramvay İşletmesi; GAP- Güneydoğu Anadolu Projesi; YÖS-yabançı uyruku
öğrenci sınavı;
TÖMER
-Türkçe Öğretim Merkezi; ABD- Amerika Birleşik Devletleri; AKM-
Atatürk Kültür Merkezi; CHP-Cumhuriyet Halk Partisi;GUAM -Gürcistan, Ukrayna, Azerbaycan,
Moldova ülkelerine verilen ad; ODTÜ -Orta Doğu Teknik Üniversitesi;TRT- Türkiye Radyo
Televizyon Kurumu;BOTAŞ- Boru Hatları ile Petrol Taşıma Anonim Şirketi;
Yuxarıda qeyd etdiyimiz ixtisarları dedikdə artıq baş hərflərin arxasında gizlənən sözlər deyil,
yeni yaranan abreviaturanın daşıdığı məna önə keçir. Məsələn, bu gün Türkiyə türkcəsindən
Azərbaycan dilinə keçmiş YÖS-sözü abituriyentlər, təhsil işçiləri arasında geniş işlənməkdədir.
Lakin bəlkə də çox az adam bu sözün mənasını anlayır. Bu söz dedikdə yalnız bir imtahan növü
düşünülür.
Tatar dilində ixtisarların böyük qismi rus dilindən alınmışdır. Lakin bununla belə F. Qəniyev
bildirir ki, tatar dilinin öz sözləri hesabına da yaranmış ixtisarlar mövcuddur. Məsələn,
AKŞ(Amerika Kuşma Ştatları), BMO( Berleşken Milletler Oyışması), KDU( Kazan Devlet
Universiteti), KDPU( Kazan Devlet Pedagogiya Universiteti) və s. (9. s.51).
F.Qəniyev tatar dilində ixtisarların aşağıdakı növlərini göstərir:
1. Baş hərflərə görə qısaltma. Bunun da tatar dilində 3 növü mövcuddur. a)Sözlərin ilk
hərflərindən ibarət ixtisarlar: FRG-Federativnaya Respublika Germaniya; GDR -Germanskaya
Demokratiçeskaya Respublika; b)Sözlərin ilk səslərini əlavə etmək yoluyla yaranan ixtisarlar
KDPU-Kazan Devlet Pedagogiya Univerisiteti; c) Sözlərin ilk səslərinin və ilk hərf adlarının əlavə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
93
etmək yoluyla yaranan ixtisarlar: BASSR-Başkort Avtonomiyalı Sovyet Sotsyalistik Respublikkahı
və s.
2.Hissələri bitişdirilərək yaranan abreviaturalar. Bunlar da iki yerə ayrılır: a)Sozlərin ilk
hissələrinin birləşməsi ilə yarananlar; Məsələn, raymag(rayon mağazası).
Bu cür ixtisarlar tatar
dilində azdır. b)Mürəkkəb adın ilk sözünün başlanğıc hissəsinin və ikinci sözün əlavə olunması ilə
yaranan ixtisar sözlər. Məsələn, dramtügerek(amatör tiyatro topluluğu), profhereket(ustalıqla edilən
iş, hərəkət)və s. Bu cür ixtisarlar Türkiyə türkcəsində də çoxdur(9. s.52).Tatar dilində
abreviaturaları yaratmaq üçün hər hansı bir meyar yoxdur.
Müasir qazax dilindəki abreviaturalar haqqında tədqiqat aparmış D. Tursınbaeva da
abreviaturaları sözyaratmanın bir növü kimi təqdim edir. Məsələn, ҚҚХҚИ-Қазақ құқықтану
жəне халықаралық қатынастар институты, МББҚБА-Мемелекеттік жəне білім беру
қызметкерлерінің білік, ҚҰБ -Қазақстан Ұлттық Банкі, ЕКПА -Еуропа Кеңесі Парламенттік
Ассамблеясы, ҚазТАГ -Қазақ телеграф агенттігі və s. ( 15,s.214).
Araşdırmamızdan belə nəticəyə gəldik ki, abreviasiya hadisəsi müasir Azərbaycan dilində və
Türkiyə türkcəsində türk dillərində sözyaratma üsullarından biri kimi təzahür edir. Abreviasiya
hadisəsi türk dillərində sözyaratma üsullarından biri kimi göstərilir və abreviaturalar müstəqil bir
leksik vahid kimi dilin aktiv fondunda iştirak edirlər.
Mahmudova Gatiba Chingiz kizi
Abbreviation as the method of word formation in the Azerbaijan and Turkish
languages
Summary
Abbreviation as the method of word formation is considered in the article. Today we can not
imagine any language without an abbreviation.The formation оf the abbreviation in any language is
characterized with special characterization and the grammatical structure, but there are general
principles of the abbreviation in all Turkic languages. The investigation of these general principles
and the functions of word formation in abbreviation are considered. Various scientific articles and
internet sources are used in the writing of this article.
Key words: abbreviation, word creativity, method, Turkish languages
Qurban Qurbanlı, f.ü.f.d., dos.
Naxçıvan Dövlət Universiteti
HEYDƏR ƏLİYEV DİLINİN (NİTQİNİN) LEKSİKOQRAFİK TƏSVİRİ
TÜRK LÜĞƏTÇİLİYİNİN AKTUAL PROBLEMİ KİMİ
Böyük fransız mütəffəkiri Volterin (1694-1778) təbirincə, lüğət əlifba sırası ilə təqdim
olunan kainatdır. Bu “kainatla” - lüğətlərin tərtibi təcrübəsi və nəzəriyyəsi ilə məşğul olan dilçilik
bölməsini leksikoqrafiya (lüğətçilik) adlandırırlar. Nəzərə alaq ki, müasir leksikoqrafiya təkcə
lüğətlərin təribi ilə məşğul olmur, o həm də bu “ elm-sənət-peşə”nin nəzəri əsaslarını işləyib
hazırlayır. Rusiyalı mütəxəssislər P.Denisov və V.Morkovkinə [1,5] görə, “leksikoqrafiya”
anlayışının tərkib hissələri aşağıdakılardır: leksikoqrafiya nəzəriyyəsi, leksikoqrafiya tarixi və
praktik leksikoqrafiya. Hazırda ümumi leksikoqrafiyada tədris, dialekt, elmi-texniki və digər
istiqamətlərlə yanaşı müəllif leksikoqrafiyası da öz predmeti, məqsədləri, funksiyaları və adresatı
olan müstəqil bir sahədir. Bu elm sahəsinin əsas predmeti ayrı-ayrı müəlliflərin, əsasən yazıçıların,
habelə məhşur elm, sənət, siyasətçi və digər peşə sahələri nümayəndələrinin dilinin lüğətidir. Bu
lüğətlərin yaradılması (praktik və həm də nəzəri cəhətdən) müəllif leksikoqrafiyasının əsas