Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə48/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   44   45   46   47   48   49   50   51   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



98

Maraqlıdır ki, Yardımlı rayon şivəsində məsdərin –məh (5,77) morfeminə təsadüf 

olunmuşdur. Buradaca məsdərin bəzi şivələrdə hansı səbəbdən birvariantlı olması barədə 

düşünməyə dəyər. Birvariantlı məsdər morfeminin qeydə alındığı şivələrin əhali tərkibinə nəzər 

salsaq, burada  azərbaycanlılarla bərabər həm də qeyri- türk mənşəli etnik qrupların yaşadığını 

görmək mümkündür. Görünür ki, həmin əhali üçün –ma və yaxud –mə məsdər əlamətini tam ifadə 

edə bilir. Qapalılığı təmin edən h, q, ğ, x, g, k, y, x səsləri heç bir fonematik mahiyyət daşımır. 

Deməli, -ma –mə morfemini məsdər formanın ən qədim variantı kimi qəbul edən türkoloqların 

fikrində bir həqiqət vardır. Azərbaycan dilində tarixən –ma –mə çox qədim leksik morfem kimi 

mövcud olmuşdur. Ma/–mə Azərbaycan dilinin müxtəlif dialekt və şivələrində həm “vermək”, həm 

də “almaq; götürmək” mənasında çıxış edir: -Ma, bu kitabı qardaşına ver (Balakən) (2, 341); - Ma, 

aparım çatdırım (danışıqdan) (Füzuli). 

Maraqlıdır ki, xüsusən Muğan qrupu şivələrində isə eyni anlamda “mənə” əmr şəkilli feil 

kimi işlənir: -Mənə, öyə gedirəm, aparım öyə.(danışıqdan) (Neftçala).  

Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbi dilinin nə qədim, nə də müasir dövründə 

ma/mənə sözünə rast gəlinmir. Bəhs olunan –ma (al, götür mənasında) əmr şəklində olan feilin 

dialekt və şivələrimizdə gələ/gala şəklində sinonimi də işlənir:-Gələ, apar, uşağlar yisin! (Neftçala) 

(danışıqdan). Fikrimizcə, istər ma/mənə, istərsə də gələ/gala fellərini əmr ədatları kimi də 

mənalandırmaq mümkündür. Burada məqsədimiz –ma morfeminin geniş mənada hərəkətə 

gətirmək, təhrik etmək kimi semantik çalarlar daşımasını nəzərə çatdırmaqdan ibarətdir. Çox 

maraqlıdır ki, M.Kaşqari məşhur lüğətində “ma” sözündən bəhs etmişdir. Böyük alim bu sözü “al, 

aha, bu da” mənasında izah edir. Müəllifə görə, bəzən əlif hərfi h hərfinə çevrilir və “mah” deyilir. 

Alim “mah” sözünü “buyur, aha, al” mənasında bir şey təklif edildiyi zaman söyləndiyindən bəhs 

edir (14,127).  

Beləlilə, M.Kaşqarinin tədqiq etdiyi “mah” sözünü –maq –mək məsdər əlamətinin arxetipi 

kimi də qiymətləndirmək olar. Müasir ədəbi dildəki –ma-maq dialekt və şivələrdəki –max –məx (-

mağ-məg) –max/mah-məy –məh əlamətinin normativ variantıdır. Ba, bah, vah kimi nidaların da al, 

aha, bi da anlayışını bildirməsini nəzərə alsaq, sözün sadəcə m-b səs dəyişməsinə məruz qalmasının 

şahidi olarıq:- Bah! Bu imiş dərsi-üsuli cədid?! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir)  

Məsdər şəkilçisinin örtülü-qapalı – maq -mək şəklinin orfoqrafiyası da hələ XI əsrdə 

müəyyən olunmuşdur. M. Kaşqari bu barədə bəhs edərkən yazır:  “Məsdər bütün feillərdə vahid 

qayda üzrə yaranır. Kökündə ka və ğ olan sözlərlə tox və ya qalın ahəngli sözlərdə kökə -maq 

şəkilçisi artırılır. Tərkibində ke olan və hər üç hərəkəsi ilə ahəngi incə olan sözlərdə ka əlavə olunur 

(13,62). 

Yeri gəlmişkən, biz yuxarıda –maq –mək məsdər əlamətinin şivə variantlarından bəhs 

etmişik. Lakin bir məqamı unutmaq olmaz ki, əksər şivələrdə və canlı şifahi nitqdə -maq

2

 məsdər 


əlaməti həm də -ma: –mə: -ma x kimi də işlənir: - Bu qədə böyg sözi eşitməmə olməz; -Çörəg 

yapbə bi çətin iş dögü; - Əyin-öyin eləmə lazım olsə, mənə qədəğə elə (xəbər elə); (5, 88); -

Pəhlivan yemə x-işmə x dan düşip; - Pul qazanma x u vadalar hasat dəyildi. (8, 266).  

Aparılmış elmi araşdırmaların demək olar ki, əksəriyyətində -maq

2

 –maq+lıq;- ma



2

 

məsdərin formal əlaməti kimi qəbul olunmuşdur. Lakin bununla bərabər, məsdərin formal əlamətinə 



görə ayırmağı fərqləndirməyi məqbul hesab edən dilçilər də olmuşdur. Qeyd etmək lazımdır ki, 

məsdəri müxtəlif növlərə bölmək məsələsi ilk dəfə M.Kaşqari tərəfindən aparılmışdır. 

Nümunələrdən də göründüyü kimi, -ma-mə məsdər əlaməti sanki xüsusi məntiqi vurğu ilə ayrılır. 

Meğri rayon şivəsindən gətirilən misallar da bu fikri təsdiq edir. Qeyd etmək lazımdır ki, M.Kaşqari 

–maq vasitəsilə düzəlmiş sözləri həm isim, həm də məsdər adlandırır(12,456).  

XIII –XVIII əsrlər Azərbaycan dili və yazılı abidələrində məsdəri tədqiq etmiş R.Mədətova 

əsərində bir hissəni sırf isimləşmiş məsdərlərə ayırmışdır. Müəllif burada yemək, içmək, barmaq, 

başmaq, əkmək/ətmək,yaşmaq, yarmaq(pul.-Q.Q.), çaqmaq, irmaq (çay- Q.Q.) toxmaq, çomaq, 

bağdama, boğma, qavurma, qıyma və s. sözləri araşdırır (16, 56-72)və bu nəticəyə gəlir: -maq/-mək 

və -ma –mə leksik şəkilçisi sözlərdə aət, əlamət və müəyyən hərəkətin icrasına yönəlmiş məqsəd 

məzmununu mühafizə etmişdir (16,72). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



99

M. Kaşqari yazır: “Məsdərin başqa bir növü də var. Bu məsdər isim yerində işlənir və failin 

həmin işi gördüyü zaman failə izafə edilmiş formasıdır(12, 63). Qeyd edək ki, M.Kaşqari burada –

ıq –qı, -ig –gi şəkilçilərindən bəhs edir. Məsələyə müasir ədəbi dil prizmasından baxdıqda feildən 

düzəlmiş isim ortaya çıxır: məninq yorıkım nətək; səninq yorıkınq nətək, anınq yorıkı nətək(mənim 

gedişim, sənin gedişin,onun gedişi (13, 64).  

Məsdərin isimləşməsi barədə bəhs olunarkən ən qədim bir forma kimi –maq+lıq, -mək+lik 

morfeminin də rolunu unutmaq olmaz. M.Kaşqari bu haqda yazır ki, sözlərin sonuna –löğ/-luğ və -

lağ şəkilçisi əlavə edilsə, onlarda üç keyfiyyət əmələ gəlir: 1) həmin əşyaya mənsubiyyət, sahiblik, 

yiyəlik məzmunu yaradır 2) məful (feil- Q.Q.) mənası əmələ gətirir 3) bu cür sözlər yer adı olur (12,  

477-478). 

Qədim və orta əsr yazılı mənbələrində də bu morfemin işlənməsi müşahidə olunur: - 

Ögünməklik övrətlərə böhtandır (KDQ);-Axirətçün duruşmaqlıq gərək indi (Qul Əli);-Susadım 

vəsfinə irməkliyə, ey cani siyah (Nəsimi) və s. 

-maq-lıq; –mək-lik Azərbaycan dilinin cənub qrupuna məxsus Təbriz, Dərbənd, Naxçıvan, 

Bakı, Qazax dialektinin Köçəsgər şivəsində, eləcə də Lerik rayon şivəsində qeydə alınmışdır: - 

Molla məmbərə çıxdı və başdadı xütbə oxumaxlığa; -Xə:x başdadılar ka:z yazmaxlığa. (18,135); -

Sözü deməxlix hasandı, subut eləməlixlix çətindi (4,111); - Daluzcən bi ağləməğlığ elədi, gəl 

görəsən: (5,88); - Güləmegim/gülemegligim gələdü; əsirmeg/əsirmeglig (sərxoşluq etmək) (3,120); 

-almağlığ/almeglik; oxımağlığ/oxımeglik (20,123). 

Bakı dialektinin Kürdəxanı, Ramana, Nardaran kənd şivələrində -lığ şəkilçisi vasitəsilə -mağ 

+lığ morfeminin semantik-qrammatik cəhətdən əvəz olunması qeydə alınmışdır: - Yaxşı yolluğu 

vardur  (Yaxşı yoldaş olmağı bacarır) (Ramana); - Yaxçi məçlisdiyi vardu rəhmətdiyin (Yaxşı 

məclis aparmağı bacarır) (Kürdəxanı) (danışıqdan). Deməli,  təkcə -lığ morfemi vasitəsilə 

bütövlükdə feili birləşməni əvəz etmək olur.Başqa sözlə, -lıq

4

 ellipsisə məruz qalmış sintaktik 



birləşməni tam mənası ilə qarşılayır. –ma - ma(q)

2

 – lı(q)



4

 – (ma


2

) –lıq –lı. M.Kaşqaridə müzaəf 

məsdər kimi təqdim olunan –dıq+mənsubiyyət əlaməti Müasir Azərbaycan ədəbi dili baxımından 

feili sifət hesab olunur: -anınq bardukı barmadukı bir – onun varnası iləvarmaması eyni şeydir” 

deyilir (13, 64) 

Məsdərlə əlaqəli məsələlər arasında –dı

4

 şühudi keçmiş zamanın bəzən məzmunca məsdəri 



əvəz edə bilməsidir. M.Kaşqari yazır ki, feil köklərinə n, d, y hərfləri (yəni indi şəkilçisi) artırmaqla 

onlardan isim düzəldilir. Bu halda sözün mənası “bir şeyin artığı” demək olur, yaxud ismi-məful 

(ismi feil) mənasına gəlir. Bu da ərəb dilinin feil babına uyğundur. Bunun başqa bir variantı da 

vardır. (12, 440). 

Hər halda, M.Kaşqarinin məşhur lüğətində də feillərin şühudi keçmiş zamanda verilməsi 

çox maraqlı görünür. “Öldü var, döndü yox” xalq deyimində öldü – ölmək, döndü – dönmək kimi 

başa düşülür. Eyni zamanda canlı danışıqda “yedi var, apardı yox” (Neftçala) ifadəsi də “yemək 

olar, aparmaq olmaz” kimi qəbul olunur. Fikrimizcə,-dı morfemi bu halda heç bir zaman 

bildirmədiyindən onun tarixi-dialektoloji aspektlərinə nəzər yetirmək vacibdir. Azərbaycan dialekt 

və şivələrində -dı suffiksli feil köklü leksemlər mövcuddur. Məsələn, kərdi – lək (2,250), kəsdi – gil 

sac (2,252); gəlti – palaz (2, 117); Azərbaycan dialekt və şivələrində elə etnoqrafik terminlər vardır 

ki, burada –dı affiksinin sözyaratma imkanını açıq nümayiş etdirir: “əlgördi”, “yeryığdı”, “şirnişdi”, 

“paltarkəsdi”, “üzəçıxdı”, “ayağaşdı” və s. Muğan qrupu şivələrində toy mərasimlərinin, “Orucaşdı” 

dini mərasimə aid addır. “Kimvurdu”, “Əlverdi”, “Qaçdı-tutdu”, “Topaldıqaç”, “Çilədi”, 

“Adamallatdı” kimi sözlər uşaq oyun adlarını bildirir. Göründüyü kimi, qeyd olunan şivələrdə -dı 

suffiksi  tam mənası ilə -maq məsdər əlamətini əvəz etmişdir. Bütün deyilənlər bir daha təsdiq edir 

ki, -dı  şühudi keçmiş zaman şəkilçisi olmaqdan başqa, həm də ad bildirmək cəhətini bu gün də 

qoruyub – yaşadır. Bəzi onomastik vahidlərin tərkibi bu fikri də təsdiq edir.Belə ki, “Gəlinatdandı”, 

“Elköçdü” saz havalarının, eləcə də yuxarıda bəhs etdiyimiz bəzi mərasim və uşaq oyunlarının 

adlarında adlandırma – ada çevrilmə  aydın müşahidə olunur.  Lakin Qaryağdı, Tanrıverdi, 

İmamverdi, Allahverdi antroponimlərində isə şahidlik anlayışı daha çox büruzə verilir. Bu hal  da 

onu sübut edir ki, -dı ən qədim anlamda hərəkət adı bildirmiş, zaman keçdikcə, ədəbi dildə şühudi 

keçmiş zaman əlaməti kimi qəbul olunmuşdur. Hər halda, M.Kaşqarinin də bəhs etdiyi feillərin 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə