I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
104
a)
Dəmirdən hazırlanmış alət adları.
b)
Ağacdan hazırlanmış alət adları.
c)
Daşdan hazırlanmış alət adları.
Naxçıvanın rayonlarında alət əvəzinə hacat//həcət//həcəd sözü
ümumiləşmiş termin kimi
özünü göstərir. -İşi həcət görər, höcət yox. Dialektoloji lüğətlərdə də hajat (Marneuli)
şeyləri>(1, s.218); həjət (Cəbrayıl, Laçın) ; həcət (1, s.218) mənalarında qeydə
alınmışdır. İraqda yaşayan soydaşlarımızın şivələrində də hacat (5, s.364) mənasında
işləndiyi göstərilir.
Çaqqı. -Bir kəsərri çaqqım vardı, çoban Kərim aldı, hələ də qəytərəcəx’.
Çaqqı (1, s.88) Ordubad dialekti və Meğri şivələrində “cib bıçağı” mənasında qeydə alınmışdır.
Qəməlti. Bu leksik vahid dialekt və şivələrimizin bir çoxunda
“qəmaltı
i
”, “qəməlti”, “qəməti” şəklində “balta”, “qatlanmayan bıçaq”, “mətbəx bıçağı”, “böyük
bıçaq” (1, s.321) mənalarında qeydə alınmışdır. Bizə belə gəlir ki, qəməlti sözünün kökü
Azərbaycan dilində xəncərin bir növü olan qəmə sözündəndir.
Çapacax. -Çapacağı qəssablar işdədər, cəmdəyi onnan şaqqalallar. Bu
söz düzəltmə sözdür, çapmaq, doğramaq felindən düzəlmişdir.
Nacax. -Nacaxnan ət doğrarıx.
Lənpə//ləmpə ; xəçirgət//xəçirdəx'
qoyulan yastı dəmir>; sünbə//sümbə; kündəgir <ərsin>; sajayağı//sacəyağı<üstünə sac
qoymaq üçün hazırlanmış dəmir əşya>; açar//haçar; qəvərə//qəvrə; şiş və s.
Ağacdan hazırlanan alət adları nehrə; duvax//dŭax<üstündə xəmirdən müxtəlif un məmulatı,
çörək növləri hazırlamaq üçün istifadə edilən dairəvi taxta>. Bu leksik vahidin doax//duax; do:ax
fonetik şəklində Bolnisi, Qazax, Tovuz rayonlarında hən həmin mənada, həm də qabın ağzını
örtmək üçün dairəvi taxta qapaq (1, s.147) mənasında işlənməsi göstərilmişdir;
irəfətə//əppəx’yapan. Bu leksem
dialektoloj lüğətlərdə Culfa və Qarakilsə şivələrində ilfidə; Zəngilan şivəsində ilfitə; İmişli, Şərur,
Zəngilan şivələrində irəfətə (1, s.256, 259) fonetik şəklində eyni mənada verilmişdir. Kürsü,
toxmax, ətkötüyü, ayaxlı//əyaxlı//çörəx' taxtası//taxta<üzərində lavaş açmaq üçün hazırlanmış alət>;
oxlav//oxlov; vərdənə; çatma. -Çatmanı üş
dənə düz ağaşdan elərix’. Çanax.
c) Daşdan hazırlanan alətlər.
Azərbaycan dilinin başqa dialekt və şivələrində olduğu kimi, Naxçıvan dialektində də keçmiş
zamanlarda daş və torpaqdan hazırlanmış alətlərin bir çoxu məişətdə bu gün də işlənməkdədir. Bir
qrup bu qəbildən olan əşyaların isə özləri məişətimizdən çıxsa da, onların adları şivədə
qalmaqdadır. Belə arxaikləşmiş dialektal vahidlərə aşağıdakıları nümunə göstərmək olar:
xart//xartdaşı
. –Hər daşdan xart daşı olammaz. Xartdaşı
yumşax, yağlı daşdan olar. Xart Şəki dialektində “dəryaz itiləyən daş”, Borçalı, Şərur şivələrində
“kəsici alətləri itiləmək üçün daş” (1, s.238) mənalarında işlənir.
Savdaşı//kərənti daşı
. Şivədə itiləmək sözü ilə sinonim olan savlamax feli də savdaşı
sözü ilə bağlıdır. Ətdaşı
<üstündə ət döyülən daş>; dibəx
′
; dibəx
′
daşı
döymək üçün işlədilən daş
>; kırkıra//əldaşı<əl dəyirmanı>. Bu mənanı Ordubad, Quba
dialektlərində, Astara, Cəlilabad, Lənkəran və Culfa şivələrində dasdar//dassar//dastar (1, s.125)
sözləri ifadə edir. Qeyd edək ki, kırkıra//kirkirə səs təqlidi ilə yaranan sözdür.
Çaxmaxdaşı
. Qədimdə insanlar bu daşa dəmir vurmaqla çıxan qığılcımdan istifadə
etmişlər. –Əşi, indi kimdi qav qəyirən, çaxmaxdaşı, çaxmaxdəmiri qəyirən, hərə bir jajqalqa de:llər,
nə de:llər onnan əmrin aşırır.
Sudaşı
. –Sudaşını aran kətdərində işdədəllər. Daha çox Şahbuz
rayonunda rast gəldiyimiz bu vahidin mənasinda Naxçıvanda kəfər leksemi işlənir.
Naxçıvanın Şahbuz rayonunda daşdan müxtəlif məqsədlər üçün əşyalar düzəldib, həmin
əşyanın adlanmasında daş sözünü əlavə etmişlər. Məs: daşyalax
içərisi oyulmuş daş
>; daştəx
′
nə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
105
hazırlanan təknə
>; daşşırran. Bundan bulağın suyunu bir yerə yığmaqda
istifadə etmişlər. Ərazidə Təx
′nəli bulax//Təx′nəli bılax, Şırrannı bılax adları var.
Duzdaşı
; pendir daşı
daş
>. –Dələməni torbuya töküb, pendirdaşını qoyǔrux torbanın üssünə, həm suyu tez süzülür, həm
də kin, başpendir yaxcı alınır.
Dünyanın hər yerində olduğu kimi, Naxçıvanda da elektrik geniş şəkildə məişətə daxil
olmuşdur. Burada elektrik cərəyanı mənasında tok leksemi işlədilir. Naxçıvan dialektində elektriklə
işləyən alət adlarını aşağıdakı kimi təsnif edə bilərik:
1) Fonetik dəyişikliyə uğrayan alınmalar.
2) Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edərək
ikinci növ təyini söz birləşməsi yolu ilə formalaşanlar.
3) Birinci tərəfi qeyri-müəyyən təsirlik halda olan isim, ikinci tərəfi feli sifətin birləşməsi yolu
ilə formalaşanlar:
Fonetik dəyişikliyə uğrayan alınmalar: lampuşqa//lənpuşqa
;
xaladelnix
′
;
televizir//tilivizr
; iradiyo;
piryomnix
′
;
pilastinqa//bilastinka
;
qaset
;
duxofka; lüsdür//lüstür
;
qıramafon
; qansene , pulvizator və s.
Birinci tərəfi qeyri-müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edərək
ikinci növ təyini söz birləşməsi yolu ilə formalaşanlar: tok çaydanı, ət maşını, süd maşını, paltar
maşını, tok səmavarı.
Birinci tərəfi qeyri-müəyyən təsirlik halda olan isim, ikinci tərəfi feli sifətin birləşməsi yolu ilə
formalaşanlar: paltar yuyan, tozsoran, üz qırxan, sok çəkən//şirə çəkən, saç quruluyan.
Ümumiyyətlə, Naxçıvan qrupu dialekt və şivələrinin leksikası olduqca zəngindir. Burada digər
qohum Türk dilləri ilə həm oxşar, həm də fərqli cəhətlər olduqca çoxdur. Buna görə də məhz
dillərin bir-birinə təsiri altında dilçiliyin bu qolu istiqamətində inkişaf gedir, dialekt və şivələrin
lüğət tərkibi zənginləşir. Eyni zamanda ədəbi dil də buradan bəhrələnərək öz leksikonun
zənginləşdirir.
Naxçıvan qrupu dialekt və şivələrinin lüğət tərkibi digər dialekt və şivələrimizdə olduğu kimi,
uzun əsrlərin məhsuludur və burada xalqımızın dilinin keçdiyi inkişaf yolu, həyatı, məişəti, və.s ilə
bağlı olan çoxlu miqdarda qədim söz və ifadələri müşahidə edirik ki, bunlar da dilimizin tarixini
özündə əks etdirir.
Dialekt və şivələrimiz dilimizin ən qədim vəziyyətini, dil tariximizi özündə əks etdirən
mənbələrdən biridir. Dildə elə leksik vahidlər var ki, onlarda xalqın tarixinin izləri, adət-ənənələri,
milli ruhu yaşayır. Cəmiyyətin inkişafı, həyatının, məişətinin dəyişilməsi ilə əlaqədar olaraq bu
sözlərin bir qismi dilin lüğət tərkibindən çıxsa da, onun tarixinin canlı şahidi kimi xalqın dilində-
dialekt və şivələrdə yaşayır. Ona görə də dilin tarixini tədqiq edərkən ilk növbədə onun qədimliyini
özündə qoruyub saxlayan yazılı mənbələrə və canlı xalq dilinə müraciət etmək lazım gəlir.
ƏDƏBIYYAT
1.
Azərbaycan dialektoloji lüğəti. II cilddə. I cild. Ankara, Türk Dil Kurumu yayınları, 1999,
374 s.
2.
Azərbaycan dialektoloji lüğəti. II cilddə. II cild. Ankara, Türk Dil Kurumu yayınları, 2003,
279 s.
3.
Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Bakı, Azərbaycan SSR EA
nəşriyyatı, 1962, 326 s.
4.
Əliyev Ə. Azərbaycan dilinin Meğri şivələri. Bakı, Elm, 2003, 580 s.
5.
İraq-türkman ləhcəsi. Bakı, Elm, 2004, 422 s.
6.
Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, Öndər, 2004, 376 s.
7.
Vəliyev A. Azərbaycan dilinin keçid şivələri. Bakı, Elm, 2005, 335 s.