Microsoft Word II cild -meruze metnlerin toplusu son2



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə52/229
tarix16.11.2017
ölçüsü5,08 Mb.
#10432
1   ...   48   49   50   51   52   53   54   55   ...   229

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



106

 

 



Məhəbbət Əsədova, fil.ü.f.d., dos. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti 

mehi-a-n@rambler.ru 

 

TÜRK DİLLƏRİNDƏ  ƏVƏZLİKLƏRİN MƏTN YARADICILIĞI FUNKSİYASI  



(PROBLEMƏ KOQNİTİV- LİNQVOPRAQMATİK ASPEKTDƏN YANAŞMA) 

 

Müasir dilçiliyin ən maraqlı tədqiqat sahələrindən olan mətn dilçiliyinin tədqiqat obyekti 



mikromətnlər sintaktik bütövlər, yaxud mürəkkəb  sintaktik bütövlər adı ilə Türk dillərində də 

linqvistik araşdırmaların hədəfi olmuşdur [2,199].  Mətn sintaksisində nəzərdə tutulan mikromətnlər 

hər hansı bir təhlil üçün götürülən mikromətnlər olmayıb “xüsusi səciyyəvi əlamətləri olan 

linqvistik vahid” kimi dəyərləndirilir [6, 433] və özündə danışanın, nitq aktı iştirakçısının ya da 

müəllifin savadı, biliyi, dünyagörüşü və intensiyası sayəsində koqnisiya imkanlarını təcəssüm 

etdirir. Mürəkkəb sintaktik bütövü formalaşdıran, onun təşkil edən cümlələr mürəkkəb sintaktik 

bütövün komponentləri adlanırlar.   Belə ki, mürəkkəb sintaktik bütövün tərkibinə daxil olan 

cümlələr struktur- semantik cəhətdən bir- birinə bağlanaraq əlaqəli şəkildə onu formalaşdırırlar. 

Belə quruluş və məna baxımından bağlılıq səbəbindən həmin cümlələrdə nitq aktı iştirakçısının 

kommunikasiya prosesində idrakı fəaliyyəti sayəsində ifadə etdiyi mənanın dəqiqliyini yalnız 

sintaktik bütövün daxilində müəyyən etmək olar. “Formal və semantik əlaqələrin məzmunundan 

ibarət möhkəm sistemə malik” olan  [2,111] mürəkkəb sintaktik bütövlər “...əlaqəli nitqin (mətnin) 

cümlədən böyük elə bir bitkin mənalı parçasıdır ki, onu bir daha bitkin mənalı parçalara ayırmaq 

olmaz.” [6,434]. Bu təhlillərdən aydın olur ki, mürəkkəb sintaktik bütövü şərtləndirən əsas 

səciyyəvi cizgilər onun möhkəm sistemə malik olması və bir daha bitkin mənalı hissələrə 

parçalanmaması onun komponentlərini təşkil edən və bağlayan elementlərdən birbaşa asılıdır. 

Mətni təşkil edən cümlələrin “sintaqmatik substitusiya prinsipi üzrə- yəni bir dil ifadəsinin digəri 

tərəfindən əvəz edilməsilə bir- birinə bağlanması” [1, 94] qeyd olunur ki, bu əvəzlənmə birbaşa 

insan idrakının bilgilərinə əsaslanan intensiya sayəsində reallaşır. Mürəkkəb sintaktik bütövlərin 

formalaşmasında mətnyaradıcı faktor kimi K. Abdullayev təkrarların rolunu xüsusilə vurğulayır: 

“mürəkkəb sintaktik bütövlərin təşkilində, qurulmasında təkrarlar möhkəm bir sistemə 

əsaslanır”[2,111].  Görkəmli alim təkrarlar nəticəsində yaranan əlaqə vasitəsinin iki hissədən -1. 

Təkraredilən hissə; 2. Təkraredən hissədən ibarət olduğunu göstərir [2,115]. Mətnin təşkil 

olunmasında güclü amil kimi çıxış edən təkrarlar bir-birinə bağlı olan cümlələrdə mənanı 

aktuallaşdıraraq qabartmaq, oxucuya, dinləyiciyə daha yaxşı çatdırmaq üçün  ən yaxşı vasitədir, 

çünki, təkrar edən hissə  təkrar edilən hissədəki sözün, söz birləşməsinin açılmasını təmin edir 

[2,115], beləliklə, nitq aktı iştirakçısı işarələr sisteminin köməyi ilə söylənilən fikrə öz münasibətini 

bildirir və “mətnin semantikası həmin mətni təşkil edən dil işarələri vasitəsilə verilir” [6, 48]. 

Mətnin ifadə etdiyi semantikanın müəyyənləşməsində həmin mətni təşkil edən komponentlərin 

aktual üzvlənməsi, başqa sözlə desək tema- rema əvəzlənməsi  böyük əhəmiyyət daşıyır. Belə ki, 

cümlələr arasında məna bağlılığı tema sayəsində reallaşır və əvvəlki cümlədə qeyri- müəyyən olan 

sonrakı cümlədə yeni informasiya rema ilə müəyyənləşir. Əvvəlki cümlənin reması sonra gələn 

cümlənin teması kimi işlənərək mürəkkəb sintaktik bütöv daxilində tematik proqressiyanın 

inkişafını təmin edir. Mikromətnin komponentləri arasında olan bağlılıq- koqeziya təkrarlar 

sayəsində yaranır və təkrarlar mürəkkəb sintaktik bütövün komponentlərinin struktur- semantik 

cəhətdən bağlanmasını təmin edir. Koqeziya əlamətlərindən olan təkrarlar fonetik, leksik, morfoloji 

və sintaktik   səviyyələrdə fərqləndirilir. Təkrarların növlərindən olan leksik təkrarlar da tam leksik 

təkrarlar, natamam leksik təkrarlar, əvəzlikli (pronominal) leksik təkrarlar və sıfır (elliptik) 

təkrarlara [2,119-141; 5,10] ayrılır. Mürəkkəb sintaktik bütövün komponentlərinin əlaqələnməsində 

quruluş və məna baxımından bir bütöv kimi bağlanmasında əvəzlikli, yaxud da pronominal 

təkrarların rolu böyükdür. Digər nitq hissələri ilə müqayisədə say baxımından az olmalarına 

baxmayaraq dildə, yazılı və şifahi nitqdə sürəkli, tez- tez  işlənmələri ilə fərqləndirilən əvəzliklərin 




I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə) 



 

 

 



 

 

 



107

bu cür intensiv işləkliyini “onların  cümlələr arasında əlaqə yarada bilmə imkanlarının  genişliyi ilə 

izah  etmək olar” [2,131].  Deyiktik, anaforik və katoforik xüsusiyyətli əvəzliklərin “rabitəli nitqin 

sintaksisində  böyük rolu onların hətta yeganə möhkəmləndirici vasitə  hesab olunması”  qənaətinə  

gətirib çıxarır. [2,131].  Bildiyimiz kimi əvəzlik komponentli cümlələr tam müstəqil cümlə sayıla 

bilməz, çünki,  belə cümlələrdə verilən əvəzliklər ya əvvəlki, ya da sonrakı cümlələrdə verilən 

müəyyən bir  leksik vahidi əvəzləyir. Bu baxımdan da  mürəkkəb sintaktik bütövün komponentləri 

arasında əlaqə yaradan əvəzliklər təkrar kimi çıxış edən əsas vasitələrdən biridir. 

Leksik təkrarların bir qolu olan əvəzlikli təkrarlar mürəkkəb sintaktik bütövün ilk 

komponentində iştirak edən hər hansı bir leksik vahidin sonrakı cümlədə uyğun əvəzliklə əvəz 

olunması deməkdir. Əvəzlikli təkrarın sintaktik  mahiyyətinin “əvəzlikli əlaqə leksik təkrar və 

zəncirvari sinonimik əlaqədən fərqlənmədiyindən” ibarət olduğu dilçilik ƏDƏBIYYATında 

göstərilir [2,132]. Mürəkkəb sintaktik bütöv daxilində cümlələrin struktur əlaqəliliyi əvəzlikli 

əlaqənin əsasıdır. “Onaların arasındakı fərq müstəsna rolun əvəzliklərə məxsus olduğu struktur 

əlaqəliliyin ifadə üsulundadır”[2,132]. Əvəzlikli təkrarların  mürəkkəb sintaktik bütövün 

komponentləri arasında necə sıx əlaqə yaratdığını, həmin mətn parçasının mütəşəkilliyini təmin 

edən ən mühüm üsullardan biri olduğunu Azərbaycan türk dili və Türkiyə türkcəsindən götürülmüş 

nümunələrlə nəzərdən keçirək: 

Türkiyə türkcəsində: “Allah bizi sevgisindən, ilgisindən yarattı... Onu arama və ona 

yakınlaşma gorevimizi unuttuğumuz için en olmadık zamanlarda şeytan yolumuza oturuyor, iman 

karvanımızı soyuyor.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”, 182). Bu nümunədə birinci 

cümlədə verilən “Allah” kəlməsi sonrakı cümlələrdə təsirlik və yönlük halda olan “o” III şəxs tək 

əvəzliyi ilə əvəzlənərək təkrar olunmuş və mikromətni təşkil edən komponentlər arasında bağlılıq 

anaforik əlaqə əsasında, yəni “sonra gələn semantemin artıq adı çəkilmiş semantemlə əlaqələnməsi” 

[1, 94] sayəsində yaranmışdır. 

Başqa bir nümunə: “Urfalı gazelhan, Kazançı Bedih; katalitik soba zehirlenmesi sebebiyle vefat 

ettiği güne kadar, bakir kazan yapma sanatını elindən burakmadı. O, sesini geliştirirken şan 

dersleri almadı, nota öğrenmedi. O, sesini çekicin altında inleyen bakir levhalarla birlikte ateşle 

eğitti.” (Bülent Akyürek “İçinizdeki öküze oha deyin”,). Bu sintaktik bütövün komponentləri 

arasında koqeziya anaforik əlaqə əsasında yaranıb, belə ki, birinci cümlədə verilən “Urfalı gazelhan, 

Kazançı Bedih”  xüsusi ismi sonrakı cümlələrdə “o” əvəzliyi ilə əvəzlənərək aktuallaşmış və 

komponentlərin əlaqələnməsinə səbəb olmuşdur. 

Azərbaycan türk dilində: “Kimsə haçansa demişdi ki, bu Mürşüd yaman baməzə oğlandır və 

bu sözlərlə onun evini yıxmışdı. Məzəlilik, necə deyərlər, ağır bir yük kimi onun  boynuna 

düşmüşdü...” (Anar, Seçilmiş əsərləri 2).  Verilən bu nümunədə də komponentlər arasında bağlılıq 

anaforik əlaqə ilə mümkünləşmişdir, belə ki, birinci cümlədə verilən “Mürşüd” xüsusi ismi sonrakı 

cümlələrdə yiyəlik halda olan “o” şəxs əvəzliyi ilə təkrarlanaraq komponentləri əlaqələndirmişdir. 

Başqa bir nümunəyə diqqət yetirək: “Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən 

heç bilmirəm o nə deyən sözdür”. (Anar, Seçilmiş əsərləri 1). Azərbaycan türk dilindən verilən bu 

nümunədə də sintaktik bütövü təşkil edən komponentlər arasında bağlılıq anaforik  əlaqə əsasında, 

yəni birinci cümlədə verilən “güzgü” sözünün sonrakı cümlələrdə “o” şəxs əvəzliyi ilə əvəzlənərək 

təkrar olunması sayəsində təşəkkül tapmışdır. 

Türkiyə türkcəsində:“İki qurbağa ayran kovasına dustu. Kurbağalardan biri korkuyordu ve 

derin bir aşağılık duyğusuna sahipti. Önce yüzmeye çalıştı ama çok geçmeden vazgeçerek 

nefessiz kalıp öldü ama kişisel gelişimden geçmiş diger kurbağa kurtulacağına olan inancını 

yitirmedi. Onu izlerken “Bu, benim başıma gelmeyecek, kurtulacağım.” dedi...” (Bülent Akyürek 

“İçinizdeki öküze oha deyin”). Bu sintaktik  bütövün ikinci, üçüncü, dördüncü və beşinci 

cümlələrində verilən mətn  sonuncu cümlədə təsirlik halında olan “o” və adlıq halda olan “bu” işarə 

əvəzliyi ilə əvəzlənmiş və anaforik əlaqə ilə komponentlər bir- birinə bağlanmışlar. Burada “bu” 

işarə əvəzliyi aktuallaşaraq işləndiyi cümlədən əvvəldə verilən bütöv mətni əvəz edir və əvəzliyin 

mətnyaratma potensialını ortaya qoyur. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə