I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
94
məqsədidir. Müəllif lüğətlərinin başlıca xüsusiyyəti ayrıca götürülmüş yaradıcı şəxsiyyətin dil
şüurunu, dünyanın fərdi dil mənzərəsini əks etdirməsindədir. Müəllif leksikoqrafiyası
nəzəriyyəsinin məşğul olduğu problemlər sırasında bu elmi istiqamətin statusu, onun həcm vvə
məzmununun müəyyənləşdirilməsi, müəllif lüğətlərinin pramatik xüsusiyyətləri, bu cür sorğu
əsərlərinin makro- və mikrostrukturunun, onun izahat aparatının, sistem-tipoloji təsnifatı və
digərləri qeyd olunmalıdır. Müəllif leksikoqrafiyasının tarixi məsələləri də bu bölümün hüdüdları
daxilindədir [2,11]. Müasr dünya dilçiliyində müəllif leksikoqrafiyasının nəzəri və praktik
məsələlərinə tədqiqatçılar geniş fikir verirlər. Rusiyada O.M. Karpova, L.P.Stupin, L.L.Şestakova,
O.V.Korobeynikova, O.A.Melenteva, H.C.Utkina, M.V.Lutseva, M.A.Kirillov və başqaları bu
sahədə xüsusi fəalliq göstərirlər. Avropa leksikoqraflarından isə M.Benson, S.Rennie və digərlərini
göstərmək olar. Azərbaycanda bu işə yenicə başlandığından başda prof. İ. Məmmədov olmaqla
AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Lüğətçilik şöbəsi əməkdaşlarının hazırladıqları bir-iki
lüğəti də (məsələn, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”) göstərə bilərik. [7]
Məşhur şəxsiyyətlərin dilinin nəzəri cəhətdən öyrənilməsi və müəllif lüğətlərinin tərtibi
təcrübəsi dil şəxsiyyəti konsepsiyası ilə sıx bağlıdır. Məşhur rus dilçiləri V.V. Vinoqradov və Y. N.
Karaulov
[ 3,18 ] tərəfindən işlənilmiş bu konsepsiyaya görə, bu tipli sorğu əsərləri müəllifin
(yazıçı, siyasətçi və s.) fərdi üslubunu əks etdirməklə yanaşı, onun dünyagörüşü, əqidə və dəyərlər
sistemlərini də əks etdirir. Dilçilikdə “dil şəxsiyyəti” dedikdə dil daşıyıcısı kimi nitq fəaliyyəti
qabiliyyətləri dəyərləndirilən insan nəzərdə tutulur. Dil şəxsiyyəti həmçinin dil şüurunun
daşıyıcısıdır. Dil şüuru isə insanı əhatə edən varlığın bilavasitə dil tərəfindən əks etdirilməsi kimi
başa düşülür. Məşhur insanların (yazıçı, alim, siysətçi və mədəniyyət xadimlərinin) dili ən müxtəlif
leksik-frazeoloji, qrammatik, söz yaradıcılığı və üslubu vasitələrlə ədəbi-yazılı dilin zənginləşməsi
prosesinə əhəmiyyətli təsir edir. Dil şəxsiyyətinin dil-mədəniyyət məkanının öyrənilməsi
bütövlükdə millətin dil-mədəniyyət məkanını daha dərindən anlamaq deməkdir. Ümumən
Qərbi
Avropada, xüsusən də ingilis, fransız və digər cəmiyyətlərin milli leksikoqrafiya tarixində görkəmli
şəxsiyyətlərin dili lüğətlərini hazırlamaq sahəsində çoxəsrlik ənənə mövcuddur. Bu günə kimi
ingilis müəllif leksikoqrafiyasının hesabından 60-dan çox söz ustasının dili üzrə 300-dən çox bu
tipli çap məhsulu mövcuddur
[4, 38 ]. Qeyd etdiyimiz kimi, müasir dünya leksikoqrafiyasında dil
şəxsiyyəti lüğətləri təkcə bədii söz ustalarının dilini əks etdirən sorğu məhsulları ilə kifayətlənmir.
Müəllif leksikoqrafiyasın çərçivəsində siyəsətçilərin dili lüğətləri də öz yerini tutmaqdadır. Bu,
cəmiyyətdə dil və siyasətin qarşılıqlı təsirinə olan güclü maraqdan irəli gəlir. Günümüzün
reallıqlarından biri budur ki, müasir dünyada cəmiyyətin həyatı günü-gündən daha çox
ideologiyalaşdırılmaqda və siyasiləşdirilməkdədir. Siyasi xadimlərin dil xüsusiyyətlərinin əks
olunması meylinə rus leksikoqrafiyasında da çoxdan rast gəlinir. Qeyd edək ki, hələ sovet
dönəmində V.V.Vinoqradov adına Rus Dili İnstitutu əhəmiyyətli bir layihə - V.İ.Leninin dilinin
lüğəti üzərində işlərə ilk olaraq başlanılmışdır. V.İ.Lenin kimi keşməkeşli bir həyat yaşamış insanın,
siyasətçinin, o dövr üçün yeni tipi dövlətin qurucusunun, mütəfəkkirin, publisistin və s. dili, sözsüz
ki, böyük maraq kəsb edirdi. Planlaşdırılmışdı ki, janr-üslubi yönlülüyündən asılı olmayaraq
V.İ.Leninə məxsus bütün mətnlər qeydə alınıb işlənilməli idi. Layihə bu siyasətçinin dilini təşkil
edən elementlərin hamısını ehtiva etməli idi. Təəssüf ki, bu möhtəşəm ilk növbədə siyasi-ideoloyi
və o qədər də tarixi-filoloji, mədəni-linqvistik ideya axıracan reallaşmadı. Böyük zəhmətlər
bahasına (müasir İKT olmadığı bir şəraitdə) başa gəlmiş nəhəngsitatlar kartotekası birbaşa məqsədə
olmasa da, bu gün müxtəlif tipli lüğətlərin hazırlanmasına xidmət etməkdədir. Digər ölkələrin tarixi
şəxsiyyətlərinin dilinə aid müxtəlif tipli lüğətlər mövcuddur və yeniləri hazırlanmaqdadır.
[5, 211-
212
].
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, türk dünyasının və
bütövlükdə sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Azərbaycan tarixinin son əlli illik
mərhələsi bu və ya digər dərəcədə bu dahi şəxsiyyətin adı ilə bağlıdır.
XX yüzilliyin ikinci yarısında – Azərbaycan tarixinin təkrarolunmaz çağında – iki ictimai-
siyasi formasiyanın bir-birini əvəzləməsi ərəfəsi və keçid mərhələsində onun gedişatını aktiv
şəkildə izləmiş, ona müdaxilə edib yön vermiş, milyonlarla insanı öz arxasınca aparmaq missiyasını
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
95
qalibiyyətlə başa vurmuş bir tarixi şəxsiyyətin dilini (nitqini) kompleks şəkildə öyrənmədən baş
verən tarixi prosesləri adekvat şəkildə dərk etmək mümkünsüzdür. Sözü ilə minləri, milyonları bir
meydana toplamaq, onları Vətən naminə savaşa yönəltmək və yaxud savaşan insanları barışa vadar
etmək və ən ümdəsi, bunlara parlaq şəkildə nail olmaq bütün digər məziyyətləri ilə yanaşı, şəksiz ki,
Heydər Əliyev dilinin (nitqinin) qüdrəti ilə şərtlənirdi.
Heydər Əliyev dilinin öyrənilməsi tarixinə nəzər saldıqda bu sahədə müəyyən işlərin
görüldüyü müşahidə olunur. Bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, xeyli mükəmməl
ümumiləşdirmələr aparılmışdır.Bununla belə, qeyd etmək lazımdır ki, “Heydər Əliyev və
Azərbaycan dili” problemi bundan sonrada ən azı üç aspekrdə sistemli şəkildə tədqiq edilməlidir.
Birinci aspekt ümummilli liderin Azərbaycan dili uğrunda illərlə apardığı çoxşaxəli
mübarizəsinin fəlsəfi-tarixi təhlilidir. İkinci aspekt Heydər Əliyevin elmi-nəzəri görüşləri
sistemində özünəməxsus yeri olan dilçilik görüşlərinin fundamental araşdırılmasıdır. Heydər Əliyev
dilinin (nitqinin) elmi-konseptual tədqiqi isə üçüncü aspekti təşkil edir. Çoxcəhətliliyi ilə
seçilənproblemin tədqiqinin dörd əsas istiqamətdə aparılması, zənnimizcə, daha vacibdir. Bu: a)
Heydər Əliyevin nitq mədəniyyəti və natiqlik məharəti məsələlərinin dərindən və kompleks şəkildə
öyrənilməsi; b)Heydər Əliyev dilindəki ictimai-siyasi leksikasının son yüzilliyin Azərbaycan ədəbi
dilinin tarixi kontekstində tədqiq olunması;c) yaradılması qaçılmaz olan Azərbaycan dilinin milli
korpusuna Heydər Əliyev dilininin (nitqinin) materiallarının bütünlüklə daxil edilməsi; c) Heydər
Əliyev dilinin leksikoqrafik təsvirinin reallaşdırılamasıistiqamətləridir.
Belə hesab edirik ki, Heydər Əliyev dilinin öyrənilməsinin başlıca və ilkin istiqaməti
leksikoqrafik istiqamət olmalıdır. Məlum olduğu kimi, XXI əsr dünya dilçilik elmi indiyəcən
toplanılmış və hər gün əldə edilən bütün informasiyanı – kainat və söz haqqında olan bilgiləri –
bütün aspektləri ilə ənənəvi və elektron lüğət formasında təcəssüm etdirmək məramında və həm də
iqtidarındadır. Ölkə dilçiliyinin hazırkı səviyyəsi və kompüter texnologiyasının tətbiqi imkan verir
ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb lüğət istifadəçilərinə təqdim edilsin. Eyni
zamanda müasir lüğət istifadəçilərinin dörd qrupa bölündüyünü
[6, 125 ] ( 1) ümumən dil
daşıyıcıları, 2) dili öyrənənlər (ana və xarici dil kimi), 3) dili tədqiq edənlər və 4) aid sahələrin
peşəkarları) nəzərə alaraq demək olar ki, Heydər Əliyev dilinin ən müxtəlif janrlı lüğətlərinin
işlənib hazırlanması zəruri və mümkündür. Ölkə dilçiliyinin hazırkı səviyyəsi və kompyuter
texnologiyasının tətbiqi imkan verir ki, ən müxtəlif ünvanlı lüğətlər operativ şəkildə hazirlanıb
lüğət
istifadəçilərinə
təqdim
edilsin.
Mükəmməl mütəffəkir müdrikliyi və nadir nitq fenomenliyi ilə seçilən Heydər Əliyev
dilinin Azərbaycan tarixində ilk kompleks lüğətinin hazırlanması son dərəcə aktual məsələlərdəndir.
Zənnimizcə, öncə və operativ şəkildə Heydər Əliyev dilinin tezlik lüğəti hazırlanıb
oxucularına (tədqiqatçılara) çatdırılmalıdır. Məkumdur ki,
tezlik lüğəti, ilk növbədə, dili tədqiq
edənlər üçündür. Məlum oldugu kimi, tezlik lüğətləri nisbətən yeni tipli leksikoqrafik nəşr olub, bir
sıra ümumnəzəri və əməli problemlərin həllinə yardımçı olur. Sonrakı tədqiqatlar üçün baza rolunu
oynadığına görə əsas istifadəçisi dilçilər olan bu tipli lüğətlərin ölkəmizdə hazırlanması üzrə
müəyyən təcrübə də vardır. “Azərbaycan qəzet dilinin tezlik lüğəti” (Bakı, “Nurlan”, 2004, 204 s.),
“Kitabi-Dədə Qorqud”un statistik təhlili (Bakı, “Elm”, 1999, 248 s.) və başqalarını göstərmək olar.
Hazırda Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin böyük tezlik
lüğətinin tərtibi işi tam şəkildə başa çatmaq üzrədir. Əgər adi lüğətlərdə lüğət vahidi kimi söz
götürülürsə, tezlik lüğətlərində bu, başqa dil vahidləri (söz-forma, leksem, morfem və s.) də ola
bilər. Yəni, tədqiqatın məqsədindən asılı olaraq göstərilən vahidlərdən birinin və yaxud hər birinin
ayrılıqda seçilib götürülməsi mümkündür. Lüğətdə ilk növbədə mütləq tezliyin hesablanması həyata
keçirilməlidir. Bu göstərici tədqiq olunan vahidin mətndə işlədilməsinin əsas, vacib və minimal
zəruri səciyyəsi sayılır. Mütləq tezlik əsasında əlavə hesabatlar vasitəsilə başqa törəmə səciyyələr
də əldə etmək olar. Aşağıdakı əsas göstəricilər – ranq, tezlik, eyni tezliyə malik sözlərin miqdarı,
toplanmış mütləq tezlik, toplanmış nisbi tezlik və digər zəruri göstəricilərin bu lüğətdə əksini
tapması gələcək tədqiqatlar üçün xüsusi əhəmiyyət kəsb edərdi.
Məlumat üçün bildirək ki, Heydər Əliyev dilinin tezlik lüğətinin ilkin layihəsi Naxçıvan
Dövlət Universitetində artıq hazırlanmışdır. Ulu öndərin 1991-2003-cü illəri əhatə edən şifahi və