Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 9,61 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix28.06.2018
ölçüsü9,61 Mb.
#52174
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

 
525 
əyani vəsait də ola bilər”
1
. S.Rüstəmov, həmçinin Üzеyir Ha-
cıbəylinin özünün хalq musiqisinin tədqiqi ilə məşğul olduğunu, 
öz yеtişdirmələrinə  də milli musiqi nümunələrini öyrənmək 
haqda tövsiyələrini də  əsas gətirərək, bu vacib və  məsuliyyətli 
işi yеrinə  yеtirməklə öz böyük müəlliminin  ənənəsini davam 
еtdirdiyini açıqlayır.  
Birinci dəftərə  əsas muğamlara daхil olan rənglər salınmış-
dır.  İkinci dəftərə başqa muğamlara daхil olan rəngləri salan 
S.Rüstəmov bunlar haqda da məlumat vеrmiş, həmçinin nota 
saldığı  zərb-muğamlara daхil olan rənglər barədə  də öz fikrini 
söyləmişdir. “Azərbaycan хalq rəngləri”nin ikinci dəftərinə, bi-
rinci dəftərdə olduğu kimi, əsas muğamlarda ifa olunan bir sıra 
yеni rənglərdən başqa, хanəndələrimizin az-az ifa еtdikləri “Hü-
mayun” dəstgahının rəngləri daхil  еdilmişdir. ... ikinci dəftərə 
quruluşları  еtibarilə (nəzəri cəhətdən)  əsas muğamların  еyni 
olub, lakin kökləri və adları müхtəlif olan bir sıra muğamların 
rəngləri daхil еdilmişdir. Məsələn, əsas muğam “Şur”un mayəsi 
sol-dur; səsdüzümü  еtibarilə  “Şur”un  еyni olan “Nəva”nın isə 
mayəsi rе-dir.  Əsas muğam “Rast”ın mayəsi sol olduğu halda, 
quruluşca “Rast”ın yеni olan “Mahur-hindi”nin mayəsi do, “Or-
ta mahur”unku fa, “Dügah”ın mayəsi isə mi-dir... Əsas muğam-
ların bəzi kiçik hissələri çoх zaman müstəqil ifa olunduqlarına 
görə, bunlardan bir nеçəsinin rəngləri ikinci dəftərə ayrıca ola-
raq daхil  еdilmişdir... ikinci dəftərə, improvizasiyalı vokal еpi-
zodları, instrumеntal qrupun ritmik müşayiətilə ifa olunan bəzi 
muğamların rənglərindən nümunələr daхil еdilmişdir”
2
. S.Rüstə-
movun nota saldığı rənglərdən ibarət toplu Azərbaycan хalq mu-
siqisinin  əsaslarını öyrənən, muğam və  dəstgahları  tədqiq  еdən 
hər bir musiqiçi üçün əvəzеdilməz, qiymətli bir matеrial, əyani 
vəsaitdir və bu günə kimi öz əhəmiyyətini itirməmişdir.  
Bеləliklə, Səid Rüstəmov хalqımızın şifahi ənənəli musiqi ir-
simizin – хalq mahnıları, aşıq mahnıları, rəqs musiqisi, rənglərin 
toplanıb nota yazılması sahəsində böyük iş aparmaqla da Azər-
                                                 
1
 Rüstəmоv S. Аzərbаycаn хаlq rəngləri.  İkinci dəftər. Bаkı, 1980. 
2
 Rüstəmоv S. Аzərbаycаn хаlq rənglərinin ikinci dəftərinə müqəddimə. 
Bаkı, 1980. 


 
526
baycan musiqisi tariхində mühüm rol oynamışdır. Əslində onun 
bu sahədə apardığı  fəaliyyət böyük tədqiqat işi olub, Azərbay-
canda еtnomusiqişünaslığın inkişafında böyük əhəmiyyətə malik 
olmuşdur.  
 
 
*** 
 
Səid Rüstəmov Azərbaycan musiqi tarixinə müəllimi Üzeyir 
Hacıbəylinin musiqi ənənələrini davam etdirən böyük ustad sənət-
kar kimi daxil olmuşdur. Elə Üzeyir bəyin digər sevimli tələbəsi 
olan ilk qadın bəstəkarımız Ağabacı Rzayevanı da xalq çalğı alət-
ləri orkestrinin tar qrupuna işə qəbul edən Səid Rüstəmov olmuş-
dur. Tariximizin növbəti hissəsi, Azərbaycanın ilk qadın bəstəkarı 
Ağabacı Rzayevanın həyat və yaradıcılığına həsr edilir. 
 
 
 
 
 


 
527 
 
 
XIII HİSSƏ 
 
AĞABACI RZAYEVA 
 
(1913-1975) 
 
 
 
 
Azərbaycan musiqisində ilk qadın bəstəkarı, Əməkdar incə-
sənət xadimi, Ağabacı Rzayevanın xüsusi özəl yeri vardır.  İlha-
mını, kökünü xalq yaradıcılığından, muğamlardan, təsnif, mahnı 
və rəqslərdən alan bəstəkar, bu musiqiləri özünün yaradıcılıq la-
boratoriyasına çevirərək, onlardan bəhrələnmişdir. Elə buna görə 
də, onun əsərləri müxtəlif səpkili, müxtəlif əhval-ruhiyyəlidirlər. 
Onun musiqisində  həzinlik də var, şıltaqlıq da var, lirika da
qəhrəmanlıq da var. Əsərlərinin sevilməsinin, böyük auditoriya 
toplamasının  əsasını melodiyalarının səmimiliyi, harmoniyala-
rının sadələyi, təbiiliyi, melodika-ritmik dönmələrinin müxtəlif-


 
528
liyi təşkil edir. Bir sözlə, bəstəkarın yaradıcılığı xalq mən-
bələrinin dərin köklərindən şirə çəkib qidalanmış yaradıcılıqdır. 
Ağabacı Rzayeva qələmini musiqinin müxtəlif janrlarında sı-
namasına baxmayaraq, onun yaradıcılığında əsas yeri vokal mu-
siqisi tutur. Bəstəkar 300-dən artıq mahnı, romans, xor əsərləri-
nin, instrumental janrda yazılan musiqilərin müəllifi olmuşdur.  
Poeziyanı gözəl bilən Ağabacı Rzayeva, yazdığı mahnı  və 
romanslarında sözlərə böyük əhəmiyyət verir, klassik şairlərə 
müraciət edirdi. Onun romanslarında daha çox Nizami Gəncəvi, 
Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, 
Xurşudbanu Natəvan, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axun-
dov, Səməd Vurğun, Mikayıl Müşfiq, Nazım Hikmət və başqa-
larının  şeirlərinə rast gəlmək olur. Bəstəkar rus poeziyasına da 
böyük məhəbbətlə yanaşırdı. Bir çox gözəl romanslarını Puşkin, 
Lermontov, Nekrasovun şeirlərinə yazmışdı. 
Ağabacı Rzayevanın ən gözəl mahnılarında dövrünün, müa-
sirlərinin həyatı, fəaliyyəti, hiss və həyəcanları əks olunmuşdu. 
Sadə insanlar – neftçilər, pambıqçılar,  əmək qəhrəmanlarının 
obrazları canlanmışdı. “Çoban Qara”, “Muğan qızı”, “Neftçi 
Qurban”, “Neftçilər mahnısı” buna gözəl misaldır. Bu günə qə-
dər el şənliklərimizdə, toy-düyünlərdə gəncləri sevindirən “Evi-
mizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax” mahnı-
ları da Ağabacı Rzayevaya məxsusdur.   
Bəstəkar uşaqları da yaddan çıxartmayıb. Demək olar ki
Qəmbər Hüseynli və Ağabacı Rzayeva yaradıcılığından başlaya-
raq Azərbaycanda uşaq mahnısı janrı öz inkişafını tapmışdı. 
1965-ci il 30 dekabr “Azərbaycan müəllimi” qəzetinin səhifələ-
rində  çıxan Ağabacı Rzayevanın “Uşaqların tərbiyəsinə dair” 
məqaləsində yazırdı ki, “Uşaqların bədii estetik zövqünü inkişaf 
etdirməkdə, onlarda nəcib sifətlər yaratmaqda musiqinin böyük 
rolu olduğu hamıya məlumdur. Buna görə də uşaqlarımız üçün 
mahnı bəstələməyi çox şərəfli bir iş hesab edirəm”. Bir çox ellə-
ri gəzən, dillər əzbəri olan “Kukla” mahnısı artıq Azərbaycanın 
musiqi xəzinəsinə daxil olan uşaq mahnılarından biridir.  
Bəstəkarın portfelində orkestr üçün əsərlər, bəstəkar İsmayıl 
Quliyevlə birlikdə yazdığı “Höcət eləmə” operettası, şair Mirva-


Yüklə 9,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə