533
çaya böyük həvəsi var idi. Ailənin yaxın dostu olan Üzeyir
Hacıbəyli, həmdə İsmayıl kişinin qızlarının musiqiyə həvəsi ol-
duğunu eşitdiyindən, onlara qulaq asmaq istədiyini bildirir.
Ataları qızlarını yanına salıb, bir gün Üzeyir Hacıbəylinin evinə
gəlir. Ağabacı tarda Üzeyir bəy üçün “Kürd-şahnaz” muğamını
çalır. Ruqiyyə bacısı isə atasının müşayiəti ilə “Şahnaz” mu-
ğamını oxuyur. Üzeyir bəy qızları dinlədikdən sonra çox məm-
nun qalır. Artıq o vaxtlar musiqi ilə məşğul olan azərbaycanlı
gənclərə böyük ehtiyac var idi. Qızların ifalarını bəyənən Üzeyir
bəy onları musiqi məktəbinə götürərək deyir: “Qoy özümü-
zünkilər çalsın ki, özgələri də onlara baxıb həvəsə gəlsinlər.
Yoxsa məktəbə qızlar gəlmir.”
Hər kəsə məlumdur ki, Azərbaycanda musiqi təhsilinin ya-
ranması və inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə
bağlıdır. Üzeyir bəy milli kadrların yetişdirilməsi, möhkəm tə-
mələ bağlı təhsil sisteminin qurulması üçün uzun bir yol keçməli
olmuşdu. Hələ 1895-ci ildə Bakıda ilk musiqi təhsilinin rüşeym-
ləri atılmışdı.
Moskva Konservatoriyasının məzunu, pianoçu Antonina Yer-
malayeva adlı ziyalı bir qadın Bakıda özünün şəxsi musiqi məktə-
bini açır. Məktəbdə təhsil alan tələbələr varlı zümrənin uşaqları,
əsasən də qızlar idi. Bir nəfər də olsun azərbaycanlı bu məktəbdə
təhsil ala bilmirdi. Məktəbdə təhsil pullu idi. Daha sonra bu şəxsi
musiqi məktəbi “Rus İmperatoru Musiqi cəmiyyətinin Bakı şöbə-
si”nin siniflərinə çevrilir. Faktiki olaraq bu siniflər musiqi məktə-
bi statusunda idi və məktəbin müdiri də A.Yermolayeva idi. Mək-
təbin Azərbaycanın musiqi həyatında böyük rolu olmuşdur. Mək-
təbin müəllim və tələbələrinin iştirakı ilə konsertlər təşkil edilir,
kənardan musiqiçilər dəvət olunurdu. Lakin bütün bunlarla ya-
naşı, məktəbdə qeyd etdiyimiz kimi, yenə də azərbaycanlı uşaqlar
yox idi. Sadəcə rus elit ailələrinin və Bakıda çalışan xarici neft
maqnatlarının uşaqları burada təhsil ala bilirdi.
Əlbəttə ki, bu hal Azərbaycan ziyalılarını, ələlxüsus da
Ü.Hacıbəylini narahat etməyə bilməzdi. Ü.Hacıbəyli “Azərbay-
canda musiqi təhsili” məqaləsində yazırdı ki, “Bu məktəb Bakı-
da iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb müntəzəm bir
534
surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda bu-
lunan türk balaları üçün daim bağlı saxladı.”
O dövrlər Azərbaycanda musiqi təhsilinin inkişafı üçün gecə-
gündüz çalışan Üzeyir Hacıbəyli 1922-ci ildə Bakıda Azərbaycan
Dövlət Türk Musiqi məktəbini açmışdı. Məktəbin yaradılmasında
məqsəd, musiqi sənəti sahəsində, xüsusilə də, şərq musiqisi sa-
həsində milli kadrların yetişdirilməsi idi. Məktəb açılanda forte-
piano, vokal, muğam, musiqi nəzəriyyəsi və milli alətlər şöbələri
fəaliyyət göstərirdi. Sonralar məktəb, 1924-cü ildə orta-ixtisas
musiqi təhsili müəssisəsi statusunu qazanaraq Azərbaycan Dövlət
Türk Musiqi texnikumu adlanır. Üzeyir Hacıbəyli ilk əvvəl texni-
kumda dərs demək üçün Rusiyadan yüksək ixtisaslı musiqiçiləri
dəvət edir. Texnikumun tələbələri respublikanın həyatında yaxın-
dan iştirak edir, klublarda, müəssisələrdə konsertlər verirdilər.
Nəhayət, 1926-cı ildə texnikum Azərbaycan Dövlət Konservatori-
yası ilə birləşir və beləliklə Üzeyir Hacıbəylinin uzaqgörənliyi nə-
ticəsində respublikada musiqi təhsilində üçpilləli sistem yaranır.
İbtidai musiqi təhsili, orta və ali musiqi təhsili. Üzeyir Hacıbəyli
millətçi damğasından çəkinməyərək məhz azərbaycanlı uşaqları-
nın, gənclərinin musiqi təhsili almaları üçün xüsusi təhsil müəssi-
səsi yaradır. O, çox gözəl bilirdi ki, milli musiqinin inkişafı üçün
ilk növbədə savadlı azərbaycanlı kadrlar lazımdır. Buna görə də
Üzeyir bəy “Qoy özümüzünkülər çalsın” deyəndə məhz milli
kadrların məktəbə cəlb olunmasının əhəmiyyətini kəsb edirdi.
Beləliklə, Ağabacını texnikumun tar sinfinə, Ruqiyyəni bacı-
sı isə kamançaya qəbul edirlər. Ağabacının muğam müəllimi
Mirzə Mansur, notla çalmaq üzrə müəllimi Səid Rüstəmov olur.
Üzeyir bəy isə ona musiqi nəzəriyyəsindən dərs deyir. Oxumaq-
la yanaşı o, 44 saylı məktəbdə müəllimlik etməyinə davam edirdi.
Musiqi texnukumunda oxumağa başlamaqla Ağabacı Rzaye-
vanın həyatında əsaslı dönüş olur. Əvvəla sevimli müəllimi Üze-
yir Hacıbəylinin onun üzərində nəzarəti və daha sonrakı illərdə
himayəsi Ağabacıya qol-qanad verirdi. Musiqi tarixindən bəlli-
dir ki, Üzeyir Hacıbəyli bütün tələbələrinə qarşı olduqca qay-
ğıkeş bir müəllim olmuşdu. Ağabacı Rzayeva da onun sevimli
tələbələrindən biri idi.
535
Üzeyir bəy isə Azərbaycan incəsənəti üçün yorulmadan çalışır,
professional musiqinin Azərbaycanda inkişaf yollarını axtarırdı.
Azərbaycan professional musiqi yaradıcılığının inkişafı ilə bağlı
olan mühüm problemlərdən biri də musiqidə çoxsəsliyin tətbiqi idi.
Çoxsəsli düşünmə tərzinin tətbiqi isə böyük ifaçı kollektivlərinin ya-
radılmasında önəmli idi. Hələ 1920-ci ildə “Şərq konsert ansamlı”
yaradılmışdı ki, həmin ansambl notsuz, hafizə ilə çalırdı. Bu illərdə
Üzeyir Hacıbəyli tarın yenidən qurulması üzərində iş aparırdı və tar
üçün tədricən notlu repertuar yaradırdı. Tarın yenidən qurulması,
onda temperasiya quruluşunun yaradılması, orkestrdə əsas yeri tutan
bu alətdə Avropa musiqi əsərlərini çalmağa imkan verirdi.
Tez bir zamanda Xalq çalqı alətləri orkestri üçün klassik mu-
siqidən çoxlu köçürmələr edilirdi, orijinal əsərlər bəstələnir, əsa-
sən xalq mövzularında fantaziyalar, mahnılardan, rəqslərdən
çevrilmələr yazılırdı.
Sonralar bu kollektivin rəhbərliyinə Üzeyir Hacıbəyli öz tə-
ləbəsi olan Səid Rüstəmovu gətirir. Səid Rüstəmov da 30 ildən
artıq bu kollektivin rəhbəri və dirijoru kimi fəaliyyət göstərir.
1935-ci ildə Üzeyir Hacıbəyli Ağabacını bu orkestrə qəbul edir
və onu birinci tarlar qrupunda oturdur. Artıq Ağabacı Rzayeva tam
professional bir musiqiçi kimi ömrünü sevdiyi sənətinə həsr edir.
1936-cı ildə Ağabacının Musiqi Texnikumunun kamança sinfində
oxuyan bacısı Ruqiyyəni də Üzeyir bəy orkestrə qəbul edir.
Azərbaycanın musiqi həyatında 1938-ci ilin çox böyük əhə-
miyyəti vardır. Bu ildə Moskvada Azərbaycan incəsənətinin on-
günlüyü keçirilir. Bu ilk ongünlük idi ki, Azərbaycan musiqisi,
Azərbaycan sənəti paytaxt tamaşaçıları qarşısında öz hesabatını
verməli idi. Ən gözəl əsərlər, ən möhtəşəm kollektivlər, solistlər
bir sözlə, Azərbaycanın qaymaqları Moskva şəhərində toplan-
mışdı. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tama-
şası, unudulmaz sənətkarlarımız Bülbülün çıxışları, Şövkət
Ələkbərova, Xan Şuşinski kimi xanəndələrin bu ongünlükdə iş-
tirakı, Moskva dinləyicilərinin qəlbini fəth edə bilmişdi. Bütün
bu proqramların içində Azərbaycan radiosunun Xalq çalğı alət-
ləri orkestrinin konsertləri əsas yerlərdən birini tuturdu. Konsert-
lərdə bu kollektiv Üzeyir Hacıbəylinin orkestr üçün bəstələdiyi
Dostları ilə paylaş: |