Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə123/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   119   120   121   122   123   124   125   126   ...   168

 

417 


1960-cı ilin əvvəllərində Bakıda ifaçı musiqiçilərin birinci 

Zaqafqaziya müsabiqəsi keçirildi. Niyazi bu müsabiqədə mün-

siflər heyyətinin nüfuzlu sədri və gənc istedadların aşkara çıxa-

rılmasına yardım edən həssas müşayiətçi kimi çıxış etdi. Qeyd 

edək ki, Niyazi Azərbaycan Dövlət Konservatoriyasının tələbləri 

ilə çoxsaylı çıxışlar edirdi, opera və balet tamaşalarına gənc ifa-

çıların daxil edilməsinə  səy göstərirdi, musiqi məktəblərində 

təhsil alan gənc istedadları simfonik konsertlərə cəlb edirdi. 

1960-cı ilin aprel ayında Niyazi Macarıstanda P.Çaykovskinin 

Dördüncü simfoniyasından, M.Ravelin “Bolero” əsərindən, Q.Qa-

rayevin “İldırımlı yollarla” baletinin süitasından, Y.Bramsın forte-

piano konsertindən (solist İ.Jukov), V.A.Motsartın və L.Bethove-

nin skripka konsertlərindən (solist L.Koqan) ibarət konsert proqra-

mı ilə çıxış etdi. Macarıstanın nüfuzlu musiqi tənqidçisi Breyer Ya-

noş aylıq “Muzıka” jurnalındakı böyük məqaləsində Niyazinin 

yüksək ifaçılıq istedadını qeyd etmişdir. Macarıstanda Niyaziyə 

görkəmli macar bəstəkarı Bela Bartok adına medal təqdim olundu. 

1960-cı ilin iyun ayında Niyazi Tbilisidə Azərbaycan və Gür-

cüstan incəsənət ustalarının konsertində uğurlu çıxışlarından sonra 

Amerika pianoçusu Van Klibern ilə birlikdə konsert verdi. R.Şu-

manın və S.Raxmaninovun fortepiano konsertlərinin V.Klibern və 

Niyazi tərəfindən təkraredilməz təsirli ifası ən böyük ilhamın ifadə-

si idi. Həmin ildə Niyazinin Yerevanda Ü.Hacıbəylinin “Koroğlu”, 

Q.Qarayevin “Yeddi gözəl” tamaşalarına dirijorluq etməsi və 

Q.Qarayevin “İldırımlı yollarla” baletindən İkinci süita və Amerika 

bəstəkarı E.Mak-Douellin İkinci “Hindi süitası”ın fraqmentlərin-

dən ibarət olan konserti böyük bədii hadisəyə çevrildi.  

Niyazi yazırdı ki, o, müxtəlif ölkələrdə Q.Qarayevin istedad-

la bəstələnmiş novator musiqisini mütləq öz proqramına daxil 

edirdi. Q.Qarayevin “İldırımlı yollarla” baletindən  İkinci süita 

Niyazinin həmin dövrdə M.F.Axundov adına Azərbaycan Döv-

lət Opera və Balet teatrının səhnəsində Q.Qarayevin eyniadlı 

musiqili-xoreoqrafiya dramının tamaşaya hazırlanması üzərində 

işindən xəbər verən ilk uğurlu nəticəsi idi.  

1961-ci il də Niyazinin çoxcəhətli yaradıcılıq fəaliyyətinin coş-

ğun bir mərhələsi idi. O, Hindistanın görkəmli mədəniyyət xadimi, 




 

418


yazıçı Rabindranat Taqorun (1861-1941) eyniadlı poemasının mo-

tivləri  əsasında “Çitra” baletini yazdı, o zaman gənc Azərbaycan 

bəstəkarı A.Məlikovun “Məhəbbət  əfsanəsi” baletinin musiqisini 

məşhur Leninqrad Dövlət Akademik Opera və Balet teatrında (in-

diki  Sankt-Peterburqun Mariinski teatrında)  ifa etdi, Parisdə 

“Qrand-opera” və Londonda “Kovent-Qarden” teatrlarlarının or-

kestrləri ilə P.Çaykovskinin və S.Prokofyevin baletlərinin musiqisi-

ni səsləndirdi. Bütün bu tamaşalar böyük uğurla keçdi.  

D.Şostakoviçin fikrincə, Leninqrad teatrının rəhbərliyi 

P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” 

tamaşalarına, yeni teatrın balet truppasının Fransada, sonra isə 

İngiltərədə göstəriləcək qastrol tamaşalara dirijorluq etməyi Ni-

yaziyə tapşırmaqla “çox ağıllı  iş görür”. Fransa və  İngiltərənin 

musiqi tənqidçiləri həmin tamaşaların musiqi rəhbəri Niyazinin 

məharətini geniş  şərh etdilər, təriflə dolu fikirlər söylədilər, 

onun idarəsilə ifa edilmiş baletlərin alqışlarla qarşılanmasını 

vurğuladılar. London mətbuatında Niyazinin geniş musiqi biliyi 

və parlaq istedadı qeyd edilmiş, onu “London teatrının pultu ar-

xasında çıxış etmiş ən yaxşı dirijorlardan biri” adlandırmışdılar

1

.  



İkipərdəli “Çitra” baleti öncə Kuybışev (Samara) Opera və Ba-

let teatrında tamaşaya qoyuldu, sonra isə Moskvada, Kreml te-

atrının səhnəsində göstərildi. Bu balet böyük uğurla bir çox şəhər-

lərdə nümayiş etdirildi. “Çitra” baletinin ilk tamaşasına R.Taqorun 

qız nəvəsi Nandita Kripalani də baxdı. O, qeyd etdi ki, “baletin 

musiqisində Rabindranat Taqorun əsl poetik yaradıcılıq ruhu hökm 

sürür”. Azərbaycan bəstəkarlarının II qurultayında Q.Qarayev 

Azərbaycan bəstəkarlarnın balet musiqisi sahəsində  uğurlarından 

danışarkən Niyazinin də balet yaradıcılığını yüksək qiymətləndirdi. 

1961-ci ilin mart aynının 23-də Niyazinin idarəsi ilə A.Məliko-

vun “Məhəbbət əfsanəsi” baletinin tamaşası göstərildi və həmin ba-

let musiqi-xoreqrafiya sənətinin görkəmli hadisəsinə çevrildi

2



A.Məlikovun istedadlı, emosional musiqisi, N.Hikmətin qüdrətli ya-



radıcılıq fantaziyası, Y.Qriqoroviçin novator xoreoqrafiyası, S.Virsa-

                                                 

1

 Kərimov S. Niyazi. B., 1982. s. 53. 



2

  Həmin balet sonralar dünyanın bir çox səhnəsində 60 dəfədən çox 

tamaşaya qoyulmuşdur. 



 

419 


ladzenin gözəl bədii tərtibatı bu tamaşada üzvi vəhdət təşkil edib, 

əsərin böyük həyati qüvvə kəsb etməsinə səbəb oldu. “Məhəbbət əf-

sanəsi” tamaşasının yaradılmasına Niyazi də öz ilhamı ilə yardım et-

di. O, kamil sənətkar kimi baletin musiqisinin gözəl təfsirini verdi. 

D.Şostakoviç bu barədə yazırdı: “… Musiqinin yozumunda və tama-

şanın yaradılmasında Niyazinin diqqətəlayiq rol oynadığını qeyd et-

mək lazımdır. O, orkestr ilə əsl yekdilliyə nail olmuş, həm hər bir 

alətin, həm də ümumən bütün kollektivin misilsiz ifasını təmin et-

mişdir”

1

. “Məhəbbət  əfsanəsi” baletinin ilk tamaşası  ərəfəsində 



N.Hikmət demişdir: “Niyazi əla dirijorluq edir, böyük istedada və 

incə zövqə malik musiqiçidir. Onun rəhbərliyi altında Kirov (Mariin-

ski) teatrının orkestri fövqəladə səslənir”

2

. Teatrşünas Y.Lutskaya isə 



yazmışdır: “Bu dirijorun sənətkarlığı heykəltəraşlığa bənzəyir. Bə-

zən insana elə gəlir ki, musiqi heç yazılmamışdır, o bizim gözümü-

zün qarşısında, dirijorun əllərinin amiranə hərəkəti ilə yaranır”

3



Niyazi M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet 

teatrının direktoru və bədii rəhbəri kimi teatrın bir sıra vacib prob-

lemlərinin həlli ilə də məşqul idi. Niyazi orkestrin və xorun tərkiblə-

rini möhkəmləndirdi, solistlərin arasında iş bölgüsünü dəyişdirdi, is-

tedadlı gəncləri baş partiyaların ifaçısı kimi tamaşalara cəlb etdi, te-

atrda yeni tamaşaların hazırlanması məsələsini qaldırdı. Opera və ba-

letlərin ideya-emosional mahiyyətinin düzgün əks etdirilməsi məsə-

lələri Niyazinin başlıca vəzifəsinə çevrildi. Onun təşəbbüsü və bila-

vasitə iştirakı ilə teatrda qısa zaman ərzində C.Verdinin “Trubadur”, 

İ.Dzerjinskinin “İnsanın taleyi”, İ.Məmmədovun “Tülkü və alabaş” 

operaları, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti və başqa yeni ta-

maşalar səhnəyə qoyuldu. Həmin tamaşalar musiqi ictimaiyyəti və 

tənqidçilər tərəfindən yüksək rəğbətlə qarşılandı. Teatrın repertu-

arında J.Bizenin “Karmen” operası, P.Çaykovskinin “Yatmış gözəl” 

baleti də öz layiqli yerlərini tutdu. Niyazi tərəfindən J.Bizenin “Kar-

men” operasına verilmiş yozum müəllif fikrini, əsərin musiqi drama-

turgiyasını, mahiyyətini anlamağın və aşkara çıxarmağın gözəl nü-

                                                 

1

  Шостакович  Д.  Несколько  слов  о  балете //  газета  “За  советское 



искусство”. 1961, 4 апреля.  

2

 Kərimov S. Niyazi. B., 1982. s. 52. 



3

 Yenə orada. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə