Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə119/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   115   116   117   118   119   120   121   122   ...   168

 

405 


“Bitməmiş” simfoniyasının, F.Listin “Prelüdlər”inin, H.Berlio-

zun “Fantastik simfoniya”sının, R.Vaqnerin “Riyentsi”, “Loen-

qrin”, “Tangeyzer” opera uvertüralarının, M.Ravelin “Bolero” 

uvertürasının, P.Dükanın “Sehirbazın şagirdi” simfonik poema-

sının, rus və Qərbi Avropa bəstəkarlarının instrumental konsert-

lərinin ifaçılıq baxımından dərk olunması prosesi bəstəkar-diri-

jor Niyazi üçün gərgin əmək şəraitində keçirdi. 

Bu məqsədyönlü və ciddi iş öz gözəl nəticəsini verdi. 1946-

cı ilin iyul ayında Niyazi Leninqradda (Sankt-Peterburqda) diri-

jorların ümumittifaq baxışında uğur qazandı. Həmin baxış sovet 

ifaçılıq mədəniyyətinin inkişafına yeni təkan verməli (dirijorla-

rın 1938-ci ildə keçirilmiş I ümumittifaq müsabiqəsinin ardınca) 

idi. Bu baxış şərtlərinin mürəkkəbliyini və D.Şostakoviçin başçı-

lıq etdiyi münsiflər heyətinin tələbkarlığını belə bir fakt təsdiq 

edir ki, müsabiqənin ikinci (yekun) dövrəsində çıxış etmək hü-

ququnu 40 dirijordan yalnız səkkiz nəfəri qazanmışdı. Niyazinin 

ifaçılıq məharəti yüksək qiymətləndirildi. O, dirijorların II 

ümumittifaq baxışının laureatı adını aldı. 

Niyazi 1947-ci il sentyabr aynının 27-də Azərbaycan Dövlət 

Filarmoniyasında Azərbaycan şairi və mütəfəkkiri Nizami Gən-

cəvinin 800 illiyi münasibətilə respublika bəstəkarlarının yarat-

dıqları yeni əsərlərə – Üzeyir bəy Hacıbəylinin “Kantatası”na, 

Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasına və F.Əmi-

rovun “Nizami” simli simfoniyasına yüksək səviyyədə dirijorluq 

etdi. 

Bu dövrdə Niyazinin rəhbərliyi altında onun “Xosrov və Şi-



rin” lirik-dramatik operası M.F.Axundov adına Azərbaycan 

Dövlət Opera və Balet teatrının səhnəsində yeni il tamaşası oldu. 

Qeyd edək ki, Niyazi Q.Qarayevin “Leyli və Məcnun” sim-

fonik poeması yarandığı vaxtdan bəri bəstəkarın bütün sonrakı 

simfonik  əsərlərinin ilk və  ən yaxşı  təfsirçisi olmuşdur. Niyazi 

və Q.Qarayev yaradıcılıq yolunda əsl həmfikirlərə çevrilmişdi-

lər. Halbuki bədii yaradıcılıqla məşğul olan iki böyük sima gö-

rüşəndə artıq fərdi dünya görüşünə malik fərqli  şəxsiyyət kimi 

formalaşmışdılar. Onların “qarşılıqlı anlaşması və rəğbəti” başlı-

ca – estetik görüşlərində və təfəkkür bənzərliyində olmuşdu.  




 

406


 

 

1947-ci ilin sonlarında Niyazi yeni əsərlərlə (C.Hacıyevin 



Üçüncü simfoniyası, M.Əhmədovun “Simfonietta”sı, Ə.Abbaso-

vun fortepiano ilə orkestr üçün konserti, F.Əmirovun “Şur” və 

“Kürd ovşarı” simfonik muğamları) çıxış etdi. 

Niyazi həmin dövrdə SSRİ-nin digər şəhərlərində konsertlər-

lə  çıxış etdi. Moskva, Sankt-Peterburq, Tbilisi, Yerevan, Daş-

kənd, Kislovodsk, Qaqra, Soçi şəhərlərində rus və Qərbi Avropa 

klassiklərinin, rus sovet və Azərbaycan bəstəkarlarının əsərlərini 

ifa edir, görkəmli sovet musiqiçiləri ilə birgə çıxış edir, cəsarətli 

və orijinal təfsirçi kimi öz şöhrətini artırırdı. 

1948-ci ilin aprel ayının 23-də Niyazi İttifaqlar evinin Sütun-

lu salonunda SSRİ  Bəstəkarlarının qurultayının proqram kon-

sertlərində Moskvanın musiqi ictimaiyyətini və dinləyicilərini 

Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, Üzeyir bəy 

Hacıbəylinin eyniadlı (tamamlanmamış) operasından Firuzənin 

ariyası, özünün “Xosrov və Şirin” operasından Şirinin ariyası ilə 

tanış etdi. 

1948-ci ilin may ayında Niyazi Daşkəndə səfər etdi. Dirijo-

run konsertlərində sovet bəstəkarlarının simfonik əsərləri səslən-

di. Həmin konsertlərin birində  bəstəkar R.M.Qliyer Niyaziyə 

özünün “Fərqanə bayramı” adlı uvertürasının partiturasını  təq-




 

407 


dim etmiş və onun üzərində bu sözləri yazmışdı: “Əziz Niyazi-

yə. Bu əsərin əla ifası üçün səmimi minnətdarlıq hissilə”. 

1949-cu ilin mart ayının 12-də Niyazi Moskva konservatori-

yasının böyük salonunda P.Çaykovskinin “Romeo və Cülyetta” 

uvertüra-fantaziyasının və F.Əmirovun “Kürd-ovşarı” simfonik 

muğamının ifasına dirijorluq etdi. Martın 15-də isə görkəmli 

violonçel ifaçısı S.Knuşevitski və SSRİ Dövlət simfonik orkestri 

ilə birgə D.Kabalevskinin violonçel ilə orkestr üçün konsertini 

ilk dəfə səsləndirdi. 

1949-cu ilin sentyabr və oktyabr aylarında Niyazi Azərbaycan 

bəstəkarlarının yaradıcılığına baxış günlərində son dərəcə mü-

rəkkəb, gərgin və ağır bir iş apardı. O, M.Əhmədovun “26 Bakı 

komissarının xatirəsi” simfoniyasını, S.Ələsgərovun “Vətən” sim-

foniyasını, C.Hacıyevin “Oratoriya”sını, F.Əmirovun “Şur” və 

“Kürd-ovşarı” simfonik muğamlarını, Q.Qarayevin “Leyli və 

Məcnun” simfonik poemasını, S.Hacıbəyovun “Gülşən” baletin-

dən süitanı, C.Cahangirovun “Arazın o tayında” vokal-simfonik 

poemasını, A.Babayevin “Uvertüra”sını, Ə.Abbasovun “Konserti-

no”sunu, B.Zeydmanın violonçel ilə orkestr üçün konsertini usta-

lıqla, ilhamla ifa etdi. Baxışın konsertlərində ilk dəfə olaraq Niya-

zinin “Rast” simfonik muğamı da səsləndirildi. Bu əsərdə o, qə-

dim muğamın epik cəhətdən silsilə formasında, bütün hissələrini 

səsləndirdi. 

1949-cu ilin noyabr ayında Niyazi yenidən Moskvada çıxış 

etdi. SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin Üçüncü plenumu-

nun konsertlərində o, öz çıxışının proqramına Q.Qarayevin 

“Yeddi gözəl” baletindən süitanı, C.Cahangirovun “Arazın o ta-

yında” vokal-simfonik poemasını  və özünün “Rast” simfonik 

muğamını daxil etdi. 

Niyazi Moskva Dövlət Filarmoniyasının abonement konsert-

lərində T.Xrennikovun İkinci simfoniyasını, A.Rubinşteynin 

fortepiano ilə orkestr üçün konsertini (solist P.Serebryakov) və 

F.Blümenfeldin səs ilə simfonik orkestr üçün “Bahar” süitasını 

(solist A.Aleksandroviç) səsləndirdi. 

1949-cu ilin sonlarında və 1950-ci ilin əvvəllərində Niyazi 

gərgin iş aparmış, əvvəllər ifa etdiyi simfonik əsərlərə müraciət 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə