Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə116/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   112   113   114   115   116   117   118   119   ...   168

 

396


diqqəti cəlb edir. Burada müəllif musiqidə melodiya, təksəslilik, 

çoxsəslilik və s. kimi anlayışları işıqlandırır, öz izahatlarını Azər-

baycan, rus, Avropa bəstəkarlarının  əsərlərindən, həmçinin folk-

lordan nümunələrlə əsaslandırır. Onun Azərbaycan mədəniyyətinin 

mühüm problemləri barədə  məqalələri maraqlıdır. Bu məqalələr 

aşağıdakılardır: “Azərbaycan musiqisinin inkişafı haqqında”, “Mu-

siqi mədəniyyətimiz yeni vəzifələr qarşısında” və s. 

“Azərb. SSR EA Xəbərləri”ndə çapdan çıxmış (1945, № 9) 

“Leyli və Məcnun”un Azərbaycan operası tarixində yeri” məqaləsi 

diqqəti cəlb edir. Burada o, Üzeyir Hacıbəylinin Azərbaycan ope-

rasının yaradılmasında xüsusi rolunu qeyd edir. “Elm və həyat” jur-

nalının redaksiya heyətinin üzvü kimi o, çoxlu rəylər, xatirələr, tən-

qidi məqalələr, oçerklər yazmışdır. Onun Çaykovski, Rimski-Kor-

sakov, Musorqski, Prokofyev kimi bəstəkarların opera tamaşalarına 

jurnalın səhifələrində verdiyi qiymət əsas məsələ ilə yanaşı, oxucu-

ları bu müəlliflərin dahi əsərləri ilə tanış etmək məqsədi güdürdü. 

Onun Motsart haqqında məqaləsində müşahidələri maraqlıdır. Üze-

yir Hacıbəyli tərəfindən Motsartın  irsinə verilən yüksək qiyməti 

qeyd edən müəllif eyni zamanda Motsart sonatasının (c-dur № 15) 

xalq orkestri üçün musiqisinin ilk nümunələrinə, Üzeyir Hacıbəyli-

nin “Çargah” və “Şur” fantaziyalarına təsirinə də toxunmuşdur. Əs-

rin üçdə iki hissəsini (70 il) yaşamış Əfrasiyab Bədəlbəyli həyatı-

nın yarısından çoxunu musiqiyə  sərf etmişdir. Onun bir bəstəkar, 

dirijor, musiqişünas, mühazirəçi, publisist kimi çoxcəhətli fəaliyyə-

ti yaradıcı şəxsiyyətin böyük istedadından xəbər verir.  

Onun televiziya ilə musiqi haqda söhbətləri, musiqinin müx-

təlif problemlərinə həsr edilmiş çıxışlari geniş tamaşaçılar tərə-

findən böyük marağa səbəb olmuşdur. 

 

*** 


 

Azərbaycan musiqisində ilk balet (“Qız qalası”) janrının 

banisi  Əfrasiyab Bədəlbəylidən sonra, bu janrda artıq başqa 

xalqın (hind yazıçısı Rabindranat Taqorun eyniadlı poemasının 

motivləri əsasında) mövzusuna müraciət etmiş məşhur bəstəkar 

və dirijor, “Çitra” baletinin müəllifi Niyazinin həyat və yaradıcı-

lığının xasiyyətnaməsinə keçid alırıq.  



 

397 


 

 

XI HİSSƏ 

 

NİYAZİ 

 

(1912-1984) 

 

 

 



I fəsil 

 

Həyat və yaradıcılığı 

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında  əhəmiyyətli 

rolu olmuş görkəmli sənətkarlardan biri də dirijor və  bəstəkar 

Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadədir (1912-1984). 

Onun yaradıcı fərdiliyi özündə ali dirijorluq və bəstəkarlıq iste-

dadını üzvi şəkildə birləşdirməsindədir. Niyazinin həyatı və ya-

radıcılıq yolu fitri istedad və fədakar əməklə səciyyəvidir. Diri-

jorluq sənəti ifaçılığın  ən yüksək zirvələrindən biri kimi qəbul 

olunur. Niyazinin ifaçi kimi istifadə etdiyi, daha doğrusu idarə 

etdiyi musiqi aləti nəhəng, çoxsəsli simfonik orkestrdir. Bir mu-

siqi ifaçısı kimi müxtəlif ölkələrdə təqdim etdiyi konsertlər, ope-



 

398


ra və balet tamaşaları, ifa etdiyi simfonik əsərlər Niyazinin hə-

yatının önəmli hissəsini təşkil edir. Məhz buna görə də onun di-

rijorluq fəaliyyətinin təqdimatı bir çox hallarda xronoloji şəkildə 

sıralanan konsertlərin təsvirindən ibarət olur. Azərbaycan mu-

siqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazinin 

milli simfonizmin təşəkkülü və inkişafında mühüm rolu olmuş-

dur. Niyazi kimi böyük şəxsiyyətin fəaliyyətini dürüst dəyərlən-

dirmək üçün onun ifa etdiyi əsərlərin, qastrol səfərlərinin sada-

lanması kifayət etmir. Niyazinin yaradıcılığı ayrıca geniş, çoxşa-

xəli tədqiqat movzusudur. Bu araşdırma prosesində bir çox amil-

lərin nəzərə alınması  zəruridir. Həmin amillərin arasında aşa-

ğıdakılar diqqəti cəlb edir: 1. Dirijorun repertuarının təşkili və 

əsərlərin seçilməsində  əsas meyarların müəyyənləşdirilməsi. 2. 

Azərbaycan bəstəkarlarının  əsərlərinin ifası  və  təbliği. 3. Əsər-

lərin təfsiri, yozumu məsələsi. 4. Qastrol səfərləri. 5. Niyazinin 

musiqili tamaşaların bədii rəhbəri kimi fəaliyyəti. 6. Bəstəkarlıq 

yaradıcılığı. 7. Sənətkarın maarifçilik və içtimai fəaliyyəti. 8. İn-

cəsənət dünyasında sənətkarın yeri, onun musiqi sənəti haqqında 

düşüncələri və s.  

Təqdim etdiyimiz yazıda Niyazinın həyatının və yaradıcılığı-

nın bir neçə əsas cəhəti işıqlandırılır.  

 

*** 



 

Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə 1912-ci il avqust 

ayının 20-də Tiflis şəhərində anadan olmuşdur. O dövrdə, 1911-

1912-ci illərdə, Niyazinin atası Zülfüqar Hacıbəyov (1884-1950) – 

teatr xadimi, “Aşıq Qərib” və bir neçə operettaların müəllifi, XX 

əsr Azərbaycan musiqi mədəniyyətinin qurucusu dahi Üzeyir Hacı-

bəylinin qardaşı və həmkarı – Tiflisdə Azərbaycan opera truppası-

nın çıxışlarına başçılıq edirdi. 

Zülfüqar Hacıbəyovun Bakı şəhərindəki evi uzun müddət ər-

zində Azərbaycanın görkəmli ziyalılarının görüş yeri olmuşdur. 

Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Ə.Haqverdiyev, 

C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid, S.Axundov, A.Şaiq, 

S.Qənizadə, H.Ərəblinski, C.Zeynalov, A.Şərifzadə, M.Əliyev, 



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə