Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə124/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   120   121   122   123   124   125   126   127   ...   168

 

420


munəsi idi. Dirijor bu operanın musiqisinin dramatik təzadlarını, psi-

xoloji çalarları və təsirli lirizmini ən dolğun şəkildə dinləyicilərə çat-

dırdı. P.Çaykovskinin “Yatmış gözəl” baletinin partiturasını da Ni-

yazi böyük ilhamla açmışdı. O, baletin əsasına qoyulan folklordan 

qaynaqlanan nağılın ideya dərinliyini, lirikasını  və fantastikasını, 

onun yüksək əxlaqi məzmununu aşkar etmişdi. Bu baletin yeni ta-

maşası Niyazinin təfsirində özünün əla təcəssümünü tapmışdı. 

1962-ci ilin iyul ayının 1-də Niyazi Leninqrad (Sankt-Peter-

burq) Dövlət Akademik Opera və Balet teatrının balet truppası ilə 

birlikdə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletini Moskvada ke-

çirilən Leninqrad incəsənəti günlərində Kremlin Qurultaylar sarayı-

nın səhnəsində böyük uğurla nümayiş etdirdi. Həmin ildə Niyazi 

görkəmli violonçel ifaçısı S.Knuşevitski və pianoçu E.Malinin ilə 

birlikdə Çin Xalq Respublikasında Y.Qlinkanın, P.Çaykovskinin, 

S.Raxmaninovun, L.Bethovenin, A.Dvorjakın, A.Xaçaturyanın, 

Q.Qarayevin əsərlərindən ibarət olan səkkiz konsert verdi.  

 

 

 



 


 

421 


1963-cü il Niyazinin Türkiyə bəstəkarları və ifaçıları ilə sıx ya-

radıcılıq və dostluq əlaqələrinin bağlanması ilə səciyyələnmişdir

1



Əhməd Adnan Sayqun (1907-1991) və Ülvi Cemal Erkinin (1906-



1972) Bakıda keçirilən konsertlərinin ardından 1963-cü ilin sonla-

rında Niyazi Türkiyə Cümhuriyyətinə  səfər etdi, Ankara Dövlət 

simfonik orkestrinin, opera teatrının kollektivləri ilə uzunmüddətli 

yaradıcılıq ünsiyyətində oldu. Həmin ilin iyul-avqust aylarında Ni-

yazi böyük hazırlıq işlərindən sonra M.F.Axundov adına Azərbay-

can Dövlət Opera və Balet teatrının Tbilisidə qastrolları proqramı-

na daxil olan “Koroğlu”, “Sevil”, “İldırımlı yollarla”, “Yeddi gö-

zəl” və “Məhəbbət əfsanəsi” tamaşalarına dirijorluq edir. 

1964-cü ilin ərzində Niyazi Moskvada Azərbaycan musiqisin-

dən ibarət bir neçə konsert proqramları ilə  çıxış edir. Burada o, 

F.Əmirovun yenidən redaktə etdiyi “Sevil” operasını Ümumittifaq 

radiosu solistlərinin, xorunun və simfonik orkestrinin ifasında rus 

dilində səsləndirir. Qastrol proqramlarına Q.Qarayevin “Yeddi gö-

zəl”, A.Məlikovun “Məhəbbət əfsanəsi”, Ə.Bədəlbəylinin “Qız qa-

lası” baletləri də daxil olmuşdur. Dünya şöhrətli balerina Maya Pli-

setskaya bu konsertləri “böyük sənətkarın məharəti ilə fərəhli, hə-

yəcanlı görüş” kimi adlandırdı

2

. Həmin ilin sentyabr ayında Leyp-



siq konqreslər sarayında Niyazinin idarəsilə Leypsiq radiosunun 

simfonik orkestri L.Bethovenin Birinci simfoniyasını, P.Çaykov-

skinin Altıncı simfoniyasını  və Q.Qarayevin “İldırımlı yollarla” 

baletindən süitanı  səsləndirdi. Bir neçə gün sonra isə P.Çaykov-

skinin Altıncı simfoniyası, L.Bethovenin skripka konserti (solist 

Georq Qaray) və Q.Qarayevin “İldırımlı yollarla” baletindən süita 

ifa olundu. L.Bethovenin musiqisi Niyazinin təfsirində melodik 

xəttin ifadəliliyi, lazımi ritm və tembr nöqtələrinin seçilməsi, obraz 

müxtəlifliyi və digər mürəkkəb xüsusiyyətlərin həqiqi ustalıqla ye-

rinə yetirilməsi baxımından xüsusi qeyd edilməlidir. Böyük uğurla 

keçən konsertlərdən sonra Leypsiq radiosunun rəhbərliyinin xahişi 

ilə Niyazi P.Çaykovskinin Altıncı simfoniyasının ifasını yazdırdı. 

Almaniyanın müxtəlif şəhərlərində qastrol səfərində olduğu zaman 

                                                 

1

 Bu mövzuya ayrı bir bölüm həsr olunub  (bax: s. 32). 



2

 “Правда” qəzeti, 1964, 7 iyun. 




 

422


Niyazi ölkənin musiqi mədəniyyəti ilə yaxından maraqlandı. O, 

İ.S.Baxın  əlyazmaları ilə tanış oldu, L.Bethovenin “Fidelio” ope-

rasını, R.Vaqnerin “Tristan və  İzolda” və “Nürnberq meyster-

zingerləri” operalarını dinlədi. Veymar şəhərində Niyazi məşhur 

bəstəkar F.Listin, alman şair və mütəfəkkirləri  İ.Götenin, F.Şillerin 

evlərini ziyarət etdi. Karl-Marks-Ştadt şəhərində isə Niyazi, şəhər 

opera teatrında P.Çaykovskinin Altıncı simfoniyasını, Motsartın 

Skripka konsertini (solist Karl Zuske) və özünün “Rast” simfonik 

muğamını  səsləndirdi. Səmərəli fəaliyyətinə görə Niyaziyə Karl-

Marks-Ştadt şəhərinin fəxri medalı təqdim edildi. 

Gərgin qastrol səfərindən Bakıya qayıtdıqdan sonra Niyazi 

həmişə olduğu kimi yenə də yorulmadan fəal işləyir. O, əvvəllər 

çalınmış bəzi əsərlərin fərqli yozumu üzərində orkestr ilə məşq-

lər aparır,  Azərbaycan bəstəkarlarının yeni əsərləri üzərində ça-

lışır. İstedadlı dirijorun simfonik orkestrin bütün ifadə imkanla-

rının istifadə etmə qabiliyyəti, müxtəlif ifaçı qrupları, solistləri 

və  nəhayət bütün orkestri  yaradıcılıq təşəbbüsünə sövq etmək 

və eyni zamanda istiqamətləndirmək bacarığı  əsərlərin həm 

emosional,  həm də intellektual səslənməsini təmin edirdi. Buna 

örnək olaraq Niyazi tərəfindən Q.Qarayevin “Don Kixot” simfo-

nik qravürlərinin ifasını ustalıq nümunəsi kimi göstərmək müm-

kündür. Sənətkar müxtəlif səciyyəvi musiqi obrazlarını  təqdim 

edərkən valehedici əyaniliyə nail olmuşdu. Dirijor ən incə ifa-

çılıq üsullarını  məharətlə istifadə edirdi. 1965-ci il mart ayının 

11-də Niyazi F.Əmirovun müəllif konsertində də bəstəkarın mu-

siqisinin məzmununu dərindən dərk edərək  əsərlərin fərqlən-

dirici xüsusiyyətlərini yüksək səviyyədə üzə çıxarmışdı. Həmin 

konsertdə “Kürd-ovşarı” simfonik muğamı, “Azərbaycan kapriç-

çiosu” və “Sevil” operasından parçalar ifa olunmuşdu.  

Niyazi həmin dövrdə Fransa pianoçusu Monik De Lya Brü-

şolri ilə birgə çıxış etdi. Onlar Bakıda ilk dəfə səslənən K.Sen-

Sansın 5 №-li və V.A.Motsartın 20 №-li konsertlərini ifa etdilər.  

1965-ci ilin iyun ayında Niyazi “Zaqafqaziya baharı” festivalı-

nın açılışında mürəkkəb və zəngin bir proqramla çıxış etdi. O, Üze-

yir bəy Hacıbəylinin “Koroğlu” operasının uvertürasını, Q.Qaraye-

vin “Don Kixot” simfonik qravürlərini, F.Əmirovun “Azərbaycan 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə