Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə125/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   121   122   123   124   125   126   127   128   ...   168

 

423 


kapriççiosu”nu, A.Məlikovun “Metamorfozalar” simfonik poema-

sını, R.Mustafayevin “Vaqif” və “Polad” operalarından parçaları, 

V.Adıgözəlovun skripka konsertini (solist – Azərbaycanın Xalq 

artisti A.Əliyev) ifa etdi və F.Əmirovun “Simfonik rəqslər” əsəri-

nin ilk tamaşasını təqdim etdi. SSRİ Bəstəkarlar İttifaqının I katibi 

T.Xrennikov demişdi: “Festivalın açılışında görkəmli dirijor Niya-

zinin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət 

simfonik orkestri əla səsləndi”

1



 



Sonrakı illərdə də Niyazi Azərbaycan bəstəkarlarının və ifa-

çıların yaradıcılığının təbliği ilə  məşğul idi. 1966-ci ildə o, 

Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasını xüsusi bir 

coşğunluqla təfsir etmiş, onun ən təsirli səhifələrini qabarıq şə-

kildə təqdim etmişdir. F.Əmirovun “Nizami” simli simfoniyası-

nın təfsiri də dramaturji dinamikliyi ilə  fərqlənir, Nizami möv-

zusundan ifadəli  şəkildə  bəhs edirdi. Konsertdə H.Berliozun 

“Roma karnavalı” uvertürası  və K.Sen-Sansın Fortepiano kon-

serti (solist F.Bədəlbəyli) yüksək virtuozluq və nyuansların zən-

ginliyi ilə səciyyələnirdi. Qeyd edək ki, o zaman gənc (hal-hazır-

da Azərbaycanın və SSRİ-nin Xalq artisti) F.Bədəlbəylinin Niya-

zi kimi təcrübəli və həssas musiqiçi ilə davamlı yaradıcılıq ünsiy-

yəti gələcəkdə Praqada və Lissabonda beynəlxalq müsabiqələrdə 

onun uğurlu çıxışlarının nəticələrinə öz təsirini göstərmişdi.



 

Niyazinin qastrol konsertlərindən bəhs edərkən onun üç dəfə 

Monqolustan Xalq Respublikasına (1963, 1966, 1967 illərdə) sə-

fər etməsini qeyd etmək zəruridir. Burada Niyazi konsertlərlə 

yanaşı böyük maarifçilik işi də aparmışdır. O, MXR-ın dövlət 

simfonik orkestri ilə birgə yaradıcılıq prosesində bədii və texno-

loji səciyyəli bir çox vacib məsələləri həll etdi. Niyazinin kömə-

yi ilə o zaman yeni təşkil olunmuş və az təcrübəli musiqiçilər-

dən ibarət olan MXR-ın Dövlət simfonik orkestri ilk xarici səfə-

rinin proqramını hazırladı. Proqrama Monqolustan bəstəkarları-

nın simfonik əsərləri, klassik rus, Qərbi Avropa və sovet musiqi 

nümunələri də daxil edilmişdi. 1966-cı ilin may ayında Niyazi 

Monqolustanın Dövlət simfonik orkestri ilə çox səmərəli işlə-

                                                 

1

 Kərimov S. Niyazi. B., 1982. s. 61. 




 

424


miş, Monqolustan dirijorlarına məsləhətlər vermiş, konsertlərdə 

çıxış etmişdi. O, monqol bəstəkarları Mordorjun, Damdin-Sure-

nin, Qonçik Sumlanın, Luvsanşaravın, Çulonun simfonik əsərlə-

rinin redaktəsində və nəşrə hazırlanmasında iştirak etmişdi. Hə-

min səfərləri xatırlarkən, Niyazi “Vışka” qəzetində  dərc olun-

muş  məqaləsində yazırdı: “Məni hər gün əhatə etmiş  səmimi 

mehribançılıq və dostluq mühiti məni  şair Badraanın sözlərinə 

“Azərbaycan və Monqolustan” mahnısını bəstələməyə ilhamlan-

dırdı. Bu mahnı konsertlərimiz zamanı ilk dəfə ifa edildi və din-

ləyicilər tərəfindən coşğunluqla qarşılandı”

1



1967-ci ildə Niyaziyə Üzeyir bəy Hacıbəyov adına Azərbay-



can SSR Dövlət mükafatı təqdim edildi və o, Qırmızı Əmək Bay-

rağı ordeni ilə  təltif edildi. Bu, dirijorun coşğun ifaçılıq fəaliy-

yətinin, musiqiyə vurğunluğunun, geniş dinləyici kütlələrini mu-

siqiyə qovuşdurmaq istəyinin bariz surətdə dəyərləndirilməsi idi.  

1964-1967-ci illərdə Niyazinin ifa etdiyi simfonik konsertlə-

rini müəyyən mənada onun apardığı böyük musiqi təbliği işinin 

yekunu hesab etmək olar. Həmin proqramlar dirijorun bədii əqi-

dəsini və yaradıcılıq istiqamətini əks etdirirdi. 

Niyazi 1967-ci ilin noyabr-dekabr aylarında Parisdə sovet 

musiqisi və P.Çaykovskinin musiqisi festivalında, məşhur “Ko-

lonna” və Fransa radiosunun simfonik orkestrləri ilə uğurla çıxış 

etdi. İfa etdiyi proqrama Q.Qarayevin “Leyli və Məcnun” sim-

fonik poeması, “Don Kixot” simfonik qravürləri və Niyazinin 

“Rast” simfonik muğamı da daxil edilmişdir. 

Niyazi musiqi maarifçiliyi sahəsinə çox diqqət yetirirdi. Mü-

təmadi olaraq o, hər il, Azərbaycanın gənc nəsli, orta məktəb şa-

girdləri, ali məktəb tələbələri, ümumiyyətlə dinləyicilər üçün res-

publikanın müxtəlif şəhər və rayonlarında öncədən planlaşdırılmış 

abonement simfonik konsertlərini böyük həvəslə  həyata keçirirdi. 

Məsələn, 1968-ci ildə Niyazi abonement konsertlərini Sumqayıt şə-

hərində gerçəkləşdirdi. Niyazinin bütün fəaliyyətinin əsas məqsədi 

Azərbaycan xalqının estetik cəhətdən zənginləşməsinə, dünya mu-

                                                 

1

  Ниязи.  Монгольские    музыканты  перенимают  опыт    советских 



коллег//газета “Вышка”. 1963, 14 fevral. 


 

425 


siqi klassikasının və müasir musiqinin uğurlu əsərləri ilə tanış edil-

məsi idi. Həmin il Niyazi Ümumittifaq müsabiqəsinin laureatı, 

Əməkdar kollektiv Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Döv-

lət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında 

R.Kerer, A.Sarıca kimi məşhur sovet və xarici ölkə musiqiçiləri ilə 

çıxış etmiş, Türkmənistana qastrol səfərinə getmişdi.  

Niyazi 1968-ci ilin oktyabr ayında Azərbaycan bəstəkarlarının 

III qurultayını Üzeyir bəy Hacıbəylinin (“Koroğlu” operasının uver-

türası), S.Hacıbəyovun (Orkestr üçün konsert), A.Məlikovun (“Me-

tamorfozalar” simfonik poeması), H.Xanməmmədovun (Tar ilə or-

kestr üçün 2 №-li konsert), C.Cahangirovun (“Sabir” oratoriyası) 

əsərlərindən ibarət proqramla açmışdı. Burada da dirijorun bəstəkar-

ların üslubunu dərindən başa düşməsi və eyni zamanda müəllifin üs-

lubundan məharətlə  kənara çıxılması ilə  fərqlənirdi. Niyazinin bu 

təfsirini böyük, “ilhamlı improvizasiya” adlandırmışdılar

1

.  



1969-cu ildə böyük bədii hadisəyə çevrilmiş Cənubi Qafqaz 

respublikalarının simfonik orkestrlərinin festivalında Niyazi rəh-

bərlik etdiyi orkestr ilə çıxış etmişdi. Həmin ildə o, abonement 

konsertləri verir, görkəmli ifaçı musiqiçilər ilə – L.Koganla, 

R.Kererlə,  əslən bakılı olan beynəlxalq müsabiqələrin laureatı 

pianoçu Bella Davidoviç ilə və başqaları ilə çıxış etmişdir. 

 

 

 

 

Niyazi və pianoçu Bella Davidoviç  

                                                 

1

 Kərimov S. Niyazi. s. 67. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə