Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə133/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   129   130   131   132   133   134   135   136   ...   168

 

451 


də çalışması, solistlər, xor və orkestr arasında harmonik ünsiy-

yətin yaranmasına imkan verirdi. 

Azərbaycan dirijorunun müxtəlif illərdə İstanbul, Ankara və 

Konyada verdiyi konsertlər, qoyduğu tamaşalar Türkiyənin mə-

dəni həyatında əlamətdar hadisə idi. Niyazinin idarə etdiyi kon-

sertlərdə görkəmli sənətçilər: Türk pianoçuları Ayşegül Sarıca, 

İdil Biret, opera sənətçisi Suna Korad, skripkaçı Suna Kan, Oq-

tay Dalaysel və əcnəbi solistlər iştirak edirdilər. Simfonik or-

kestrin ifasında Volfqanq Amadey Motsart, Rixard Vaqner

Lyudviq van Bethovenin əsərləri ilə yanaşı Fikrət  Əmirovun 

“Azərbaycan kapriççiosu”, Soltan Hacıbəyovun “Orkestr üçün 

konsert”i, Niyazinin “Rast” simfonik muğamı  və “Tərəkəmə” 

simfonik rəqsi də ifa olunurdu. 

Teatr səhnələrində Türkiyədə çox sevilən Pyotr Çaykovski-

nin “Yevgeni Onegin”, “Qaratoxmaq qadın” və Cüzeppe Verdi-

nin “Aida” operalarının təfsiri ölkənin musiqi ictimaiyyətinin və 

musiqisevərlərin diqqət mərkəzində dururdu. Niyazidən öncəki 

illərdə İstanbul səhnəsində İtaliya dirijoru və İsveçrə rejissoru tə-

rəfindən “Yevgeni Onegin” operası tamaşaya qoyulsa da uğursuz 

alınmışdı. Bu barədə İstanbul mətbuatında mənfitənqidi rəylər 

dərc olunmuşdu. 1965-ci ildə,  İstanbulda, bu operanın yeni ta-

maşasında Niyazi əsərin musiqi dramaturgiyasını qavramaq, 

musiqinin səciyyəvi xüsusiyyətlərini təsirli  şəkildə  təqdim et-

mək bacarığını göstərdi. 1966-1967-ci illərdə Niyazi yenə Ankara 

opera teatrına dəvət olundu. Bu dəvət P.Çaykovskinin “Qaratox-

maq qadın” operasının tamaşaya qoyulması ilə əlaqədar idi. Bö-

yük uğur qazanan tamaşaya həmin dövrdə Türkiyənin preziden-

ti olan Cevdet Sunay da baxıb, Niyazini və yaradıcı kollektivi 

təbrik etmişdi. Mətbuat bu tamaşanı Türkiyənin teatr həyatında 

böyük bir hadisə, Türkiyə ilə Sovet İttifaqı arasında mədəni əla-

qələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi işində önəmli 

tədbir kimi dəyərləndirdi. Bu uğurlu qastroldan sonra Niyazi də-

fələrlə Türkiyəyə dəvət olundu. 1973-cü ildə o, ilyarım ərzində An-

kara Opera teatrının bədii rəhbəri və dirijoru vəzifələrində çalışdı. 

1973-cü ildə Niyazinin rəhbərliyi altında dünya opera sənəti-

nin incisi, İtaliya bəstəkarı C.Verdinin “Aida” operasının tama-




 

452


şası gerçəkləşdi. Niyazinin bu işi mətbuatda “mövsümün ən yax-

şı tamaşası” adına layiq görüldü

1

. Yeri gəlmişkən qeyd etmək la-



zımdır ki, operanın baş qəhrəmanı – Radames rolunda həmyerli-

miz, opera müğənnisi Lütfiyar İmanov çıxış etmişdi. 

Bu tamaşalar və konsertlər Türkiyənin musiqi həyatının zən-

ginləşməsində, dinləyicilərin dünyanın gözəl musiqi nümunələri 

ilə tanış olmasında, ümumiyyətlə, musiqi mədəniyyətinin inkişa-

fında müsbət rol oynayırdı. Niyazi ilə birgə çalışmalar türk ifaçı-

ları üçün də böyük əhəmiyyət kəsb edirdi. Onların özlərinin də 

etirafına görə, Niyazinin məşq zamanı verdiyi izahatları, ifaçılıq 

göstərişləri peşəkar təkmilləşmə, ustalıq məktəbi idi. Niyazinin 

böyük bir psixoloq, müəllim olmasını Türkiyənin bir çox mədə-

niyyət xadimləri, bəstəkar və ifaçıları yazılı  və  şifahi  şəkildə 

qeyd etmişlər. Bunların arasında bəstəkarlar Adnan Sayqun, 

Necil Kazım Akses, Bülent Tarcan, dirijor Gürer Aykal, opera 

solistləri Ayhan Baran, Yıldız Tumbul, Müfidə Özgür, Sona Ko-

rad, Erol Uraş, pianoçu İdil Biret, skripkaçı Suna Kan, skripka 

və viola (alt) ifaçısı Özər Sezgin, jurnalist Hayati Asılyazıcı və 

başqalarının adını çəkmək olar. 

Ümumiyyətlə, 1973-cü il Türkiyənin musiqi mədəniyyətində 

baş verən əlamətdar hadisələrlə zəngin bir dönəm idi. Həmin ilin 

iyul ayında İstanbulda Türkiyə Cümhuriyyətinin 50 illiyi müna-

sibəti ilə Beynəlxalq musiqi festivalı keçirilirdi. Festivalda türk 

bəstəkarı Adnan Sayqunun yeni yazdığı “Koroğlu” operasının 

ilk tamaşası və Ankara ilə Konya şəhərlərində onun “Yunis İm-

rə” (“Yunus Emre”) oratoriyası Niyazinin rəhbərliyi altında ifa 

olundu. 

 

                                                 



1

  Гусейнов  А.  О  маэстро  Ниязи. “Маэстро  Ниязи”.  Воспоминания, 

статьи, письма / Составители Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, c. 173. 



 

453 


 

 

Niyazinin rəhbərliyi altında Ankarada gerçəkləşən “Yunus Emre” 

oratoriyasının afişası. Niyazi ev-muzeyinin arxivi. 

 

Müsahibələrin birində A.Sayqun öz operası haqqında bu söz-



ləri demişdi: “Koroğlu bizim ortaq qəhrəmanımızdır. Mən bu 

operanı yazanda həmişə Niyazi haqqında düşünürdüm, bilirdim 

ki, yalnız o, bu operanı ən yaxşı  şəkildə  təqdim edə bilər.  İndi 

böyük bir sevinc hissi ilə təsdiq edə bilərəm ki, mənim bu arzum 

gerçəkləşdi”

1

. Sayqunun söylədiyinə görə, Niyazinin opera üzə-



rində çalışma tərzi heyrət doğurucu idi. Daha öncə heç görmədi-

yi 800 səhifəlik opera notlarını çox diqqətlə incələyən, bir çox 

yerdə işarələr qoyan Niyazi, sanki notları əzbərləmişdi. 

Səhnələşdirmə, məşqlər zamanı o, orkestr və ifaçılarla parti-

tura üzərində çox diqqətlə, müfəssəl  şəkildə çalışırdı. Gərəksiz 

təlaşa qapılmadan o qısa zamanda bütün operanı tamaşaya hazır-

lamışdı

2



                                                 

1

  Гусейнов  А.  О  маэстро  Ниязи. “Маэстро  Ниязи”.  Воспоминания, 



статьи, письма / Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, c. 173. 

2

 1986-cı ildə A. Sayqun Sovet İttifaqına gəlmişdi. Moskvada, o vaxt 



radionun baş musiqi redaksiyasının baş redaktor müavini N.Ələkbərovanın 

bəstəkarla müsahibənin Niyaziyə aid olan hissəsi “İnsan həyatdan izsiz keç-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə