Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə135/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   131   132   133   134   135   136   137   138   ...   168

 

457 


kar bir mərkəzdə sufi Yunis İmrəyə həsr olunmuş əsərin səslən-

məsi məkana uyğun bir mövzu kimi görünürdü, digər tərəfdən 

isə buradakı dinləyici auditoriyası müasir, çoxsəsli, Avropa tər-

zində yazılmış musiqi əsərinin ifasına o vaxt hələ alışmamışdı 

ki, bu da gərginlik yaradırdı. Niyazi hər zaman olduğu kimi bu 

konsertə də böyük məsuliyyət hissi ilə hazırlaşır, Sayqunla bəra-

bər əsərin dramaturji yozumunu dəqiqləşdirirdi. İmrənin müasiri 

XIII əsr sufi Mövləvi təriqətinin banisi, böyük filosof və şair Cə-

laləddin Ruminin məqbərəsinin ziyarəti dirijora Yunis İmrənin 

yaşadığı dövrə daha dərindən nüfuz etməyə kömək etdi. Konya-

da “Yunis İmrə” oratoriyasının dinləyicilər tərəfindən hərarətlə 

alqışlanması Sayqun-Niyazi sənətinin böyük uğuru idi. 

Niyazinin Türkiyə musiqi xadimləriylə  uğurlu yaradıcılıq 

əlaqələri çox vaxt aralarında yaranan şəxsi dostluq, ailəvi müna-

sibətləri ilə möhkəmlənirdi. Bir çox bəstəkarlar, sənətçilər dahi 

dirijorun və onun mehriban, sadiq həyat yoldaşı Həcər xanımın 

səmimiliyinin, qonaqpərvərliyinin şahidi idilər. Bunların arasın-

da A.Sayqunla dostluğu xüsusilə seçilirdi. Niyazi Sayqunu bir 

bəstəkar və insan olaraq yüksək qiymətləndirirdi. O, hətta hesab 

edirdi ki, Sayqun öz xidmətlərinə uyğun, yetərli dərəcədə dəyər-

ləndirilmir

1

.  



1977-ci ildə  İstanbulda A.Sayqunun 70 illik yubileyi qeyd 

olundu. Şəxsən iştirak edə bilmədiyi bu tədbirdə Niyazi Sayquna 

təbrik teleqramı göndərmişdi. Bu teleqramın mətni Sayqunun 

yubiley konsertinin proqramında dərc olunmuşdu:

2

 

“Sənət dostum, can qardaşım, türk musiqisinin ağsaqqalı! 



Kim deyir ki, “yetmişdir”? Mən deyirəm: “yetməmişdir”! Bir 

dörd simfoniya daha yaz, çünki sənin hər bir simfoniyan Anado-

lunun bir parçasıdır: onun tarixi, onun qəhrəmanlığı, onun həya-

                                                 

1

 Гаджибекова Х. Воспоминания о моём муже // Маэстро Ниязи. Вос-



поминания,  статьи,  письма / Составители:  Х.Гаджибекова,  А.Гусейнов. 

Баку, 1987, с. 36. 

2

 Bu mətni mənə 2007-ci ilin mart ayında Bursa şəhərində A.Sayqunun 



100 illiyinə həsr olunmuş beynəlxalq konfransda vaxtı ilə Türkiyədə Niyazi-

nin orkestrində çalışan skripka və viola (alt) ifaçısı, hal-hazırda İstanbul Kül-

tür Üniversitesinin professoru Özər Sezgin təqdim etmişdir.  



 

458


tı, onun mənəvi xəzinəsidir. Bu musiqi xəzinəsini musiqisevən-

lərə geniş ürəyinlə bağışla, insanlara sevinc gətir. Onu bil ki, sə-

nin partituralarına dağılmış incilər dünyanın qabaqcıl musiqiçi-

lərinə yeni bir musiqi səhifəsini açır. Səni candan təbrik edirəm 

və sevgimi “Koroğlu”nda göstərərəm. Yenə də “Hey, hey!” 

Qeyd edək ki, Niyazinin Türkiyə  səfərləri onun yalnız diri-

jorluq fəaliyyəti ilə deyil, eyni zamanda orada verdiyi müsahibə-

lərilə, müxtəlif rəsmi və qeyri-rəsmi görüşlərdə, toplantılarda iş-

tirakı və çıxışları ilə diqqəti cəlb edir.  

Dirijorun həmin çıxışlarında toxunduğu mövzular – Azər-

baycan və Türkiyənin musiqi mədəniyyətinin keçdiyi inkişaf 

yolları və ortaq tarixi mərhələləri, xalq musiqisinin bəstəkarların 

yaradıcılığında tutduğu mövqe, xalq mahnılarının  əsərlərdə  iş-

lənməsi, bəzi çağdaş cərəyanların tənqidi və tövsiyyələri, musiqi 

tədrisi sistemi, dirijorluq sənətinin xüsusiyyətləri və digər aktual 

məsələlər idi. Bu çıxışlar əsasən qısa olsa da öz dərinliyi ilə se-

çılir və bir musiqişünas məruzəsi qədər əhəmiyyət daşıyırdı. 

Niyazinin arzu etdiyi, amma təəssüf ki, həyata keçirə bilmə-

diyi işlərdən biri A.Sayqunun “Koroğlu” operasını (təkrarən) və 

Ü.Hacıbəylinin “Arşın mal alan” operettasını Türkiyənin səhnə-

sində tamaşaya qoymaq və “Ankara – İstanbul – Ankara” adlı 

kitabını tamamlamaq idi. 

SSRİ Xalq artisti dirijor Veronika Dudarova Niyazi haqqın-

da xatirələrində belə yazırdı: “Türkiyədə olduğum zaman türk 

həmkarlarım biləndə ki, mən əslən bakılıyam, mütləq Niyazidən 

söz açırdılar, onun böyük maestro, Türkiyədə çox sevilən dirijor 

və gözəl bir insan olduğunu qeyd edirdilər”.

1

 



Türk jurnalisti və teatr tənqidçisi Hayati Asılyazıcı, ruscadan 

türk dilinə  tərcümə olunmuş “Olağanüstü Yetenekli Bir Büyük 

Sanatçı” adlı kitabın girişində Azərbaycan dirijoru haqqında bu 

sözləri yazmışdır: “Sovet sənətkarı Azərbaycanlı Niyazi müasir 

orkestr dirijorları arasında bir çox özəllikləriylə öndə yer tutan 

dirijorlardandır. Bir psixoloqdur. Bir pedaqoqdur. Bir böyük us-

                                                 

1

 Дударова В. Талант – это главное в Ниязи. “Маэстро Ниязи”. Вос-



поминания,  статьи,  письма.  Составители:  Х.Гаджибекова,  А.Гусейнов. 

Баку, 1987, с. 68-69. 




 

459 


taddır. Böyük istedadı var. Klassik və modern bəstəkarların 

əsərlərini müasir yozumlarla ifa edən böyük virtuozdur. Elə dü-

şünürəm ki, Şərq və Qərb musiqisini ən yaxşi bilən dirijordur.” 

Son olaraq bir daha vurğulayaq ki, bu gün “bir millət – iki 

dövlət” adlandırdığımız Azərbaycan və Türkiyə münasibətləri-

nin belə yüksək səviyyədə qurulmasında Niyazinin rolu müstəs-

nadır. Türkiyədə böyük uğurla çalışan ilk Azərbaycan dirijoru 

və bəstəkarı  məhz Niyazi olmuşdur. O, xüsusən 1963-73-cü il-

lərdə, Türkiyədə çalışdığı dövrdə dost ölkənin musiqi mədəniy-

yətinin zənginləşməsində, inkişafında, eləcə  də  əlaqələrimizin 

möhkəmlənməsində böyük xidmətlər göstərmişdir. Bir sözlə, 

Niyazi yalnız dahi dirijor deyil, həm də böyük bir insan kimi ta-

rixin yaddaşında  əbədi yer tutan Azərbaycan və dünya musiqi 

mədəniyyətinin elçisi olmuşdur. 

 

*** 


 

Azərbaycan simfonik orkestrinin “mayestro”su Niyazidən 

sonra, xalq çalğı alətləri orkestrinin “mayestro”su Səid Rüstə-

movun həyat və yaradıcılığının xasiyyətnaməsinə keçid alırıq. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə