Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə134/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   130   131   132   133   134   135   136   137   ...   168

 

454


Açıq səhnədə tamaşaya qoyulan operanın dekorasyalarına da 

Niyazi biganə qalmamışdı. Sayqunun dediyinə görə Niyazinin bu 

sahədə də verdiyi tövsiyələr bir peşəkar rəssam səviyyəsində idi.  

Tamaşanın müvəffəqiyyəti ilə əlaqədar Sayqun Ankara və İs-

tanbul Televizyasına bunları söyləmişdi: “Bütün demək istədik-

lərimi mən notlarla əks etdirdim. Sonrakı bütün əmək mənim 

böyük dostum Niyazi və başqa yoldaşlara aiddir. Qeyd etmək is-

tərdim ki, Niyazi mənim əsərimi məndən yaxşı anlamış, mənim 

düşünmədiyim şeylərə diqqət yetirmişdir”. 

 

 



 

Niyazi və türk bəstəkarı Ə.A.Sayqun 

 

Niyazi də, öz tərəfindən, bu opera üzərində çalışmaqdan zövq 



aldığını bildirmişdi. Onun bu operaya qarşı olan xüsusi marağı 

“Koroğlu” dastanının Azərbaycan və Türkiyə xalqlarına eyni dərə-

cədə doğma olmasından irəli gəlirdi. Türkiyə  mətbuatına verdiyi 

                                                                                                         

mir” adlı məqalədə, “Maestro Niyazi” (rus dilində) kitabında dərc olunmuş-

dur. Bax: Алекперова Н. Человек не проходит без следа из жизни. “Ма-

эстро Ниязи”. Воспоминания, статьи, письма. Составители: Х.Гаджибе-

кова, А.Гусейнов. Баку, 1987. 




 

455 


müsahibədə o deyirdi: “Bu yaxınlarda biz dahi bəstəkar Üzeyir Ha-

cıbəyovun eyniadlı “Koroğlu” operasının 1000-ci tamaşasını qeyd 

edəcəyik, hazırda isə mən Türkiyədə Sayqunun “Koroğlu” operası-

nın ilk tamaşasını hazırlayıram. Bu tamaşanı türk izləyiciləri və fes-

tivalın qonaqları  səbirsizliklə gözləyirlər.  İndidən kassalarda artıq 

bütün tamaşalara biletlərin satılıb bitməsi operaya göstərilən ma-

rağın sübutudur.” A.Sayqun ilə Niyazinin digər uğurlu birgə  işi 

“Yunis İmrə” (“Yunus Emre”) oratoriyası oldu. 1946-cı ildə yazı-

lan bu əsər 13-cü əsrin sufi-şairi Yunis İmrənin həyatı, onun fəlsəfi 

görüşlərini əks etdirən şeirləri əsasında bəstələnmişdir. Uğurlu tale-

yi olan oratoriya müxtəlif vaxtlarda Amerika, Fransa, Macarıstan 

və Türkiyədə ifa olunmuşdur. Onu ifa edən dirijorların arasında 

məşhur Amerika dirijoru Leopold Stokovskinin adını xüsusi qeyd 

etmək lazımdır. L.Stokovski əsəri çox bəyəndiyindən, öz gözəl or-

kestri ilə onu dəfələrlə səsləndirmişdi. Bu müvəffəqiyyət, əsəri öz 

anasına həsr edən A.Sayqunu, “Anama” sözlərinin yanına “və Sto-

kovskiyə” sözlərini də  əlavə etməsinə sövq etdi. Bununla yanaşı 

Sayqun əsərin redaktəsinə bir neçə dəfə qayıtmış, onu öz dirijorluğu 

ilə ifa etmiş, amma oratoriyanın ifası onu tam olaraq qane etməmiş-

di. Azərbaycan dirijoru Niyazinin yozumu isə bu əsərə “yeni bir 

həyat verdi”. O dövrdə Ankara Opera teatrının direktoru, türk opera 

müğənnisi, oratoriyanın solo ifaçılarından Ayhan Baranın bu söz-

lərini müxtəlif qəzetlərdə dərc olunan müsbət rəylər də təsdiqləyirdi. 

Ankaradakı konsertdən sonra Adnan Sayqun AzərTAc-ın müxbiri 

Əsildar Hüseynova demişdi: “O zaman ki, əsərim Niyazinin əlində-

di, mən çox rahatam. O, nəinki əsərlərimi çox düzgün yozumlayır, 

hətta onları zənginləşdirir. Bu gün də mən eyni şeyin şahidi oldum”.  

L.Stokovski və Niyazinin yozumları arasında olan önəmli bir 

fərqi bəstəkar belə izah etdi: “Stokovski istedadlı bir musiqiçi 

olaraq əsərin ən yaxşı səslənməsi üçün əlindən gələni edirdi. Ni-

yazi isə yalnız bir musiqiçi olaraq deyil, həm də bir insan kimi 

əsərə yanaşdı”

1

. O,Yunis İmrənin şeirlərinin dərin mənasını, fəl-



səfəsini dərk edərək onu öz ifasında təcəssüm etdirdi. Sayqun 

                                                 

1

 Алекперова Н. Человек не проходит без следа из жизни. “Маэстро 



Ниязи”.  Воспоминания,  статьи,  письма.  Составители:  Х.Гаджибекова, 

А.Гусейнов. Баку, 1987, с. 163. 




 

456


Niyazi ilə ruhca çox yaxın olduqlarını söyləmişdi. Onun dediyi-

nə görə, Niyazi oratoriyanı (digər əsərlərdə olduğu kimi) o qədər 

ürəylə ifa edirdi ki, onu artıq öz əsəri kimi duyur və istər-istə-

məz oratoriyaya öz şəxsi dünyagörüşünü, yozumunu daxil edir-

di. Belə ki, əsərin son – xoral hissəsində Niyazi Sayqunun yaz-

dığı  səsin gurluq dərəcələrini dəyişdirərək bu hissəni fərqli bir 

tərzdə ifa edirdi. O, Yunis İmrənin və ümumiyyətlə insanın ölü-

münü “çarəsizlik”, “həyatın sonu” olaraq deyil, “əbədiyyətə qo-

vuşması” kimi təqdim etməyə çalışır və maraqlı musiqi həlli ta-

paraq bunu ustalıqla dinləyicilərə çatdırırdı. 

Niyazi yozumunun digər önəmli fərqi haqqında “Yunis İmrə” 

oratoriyasının solistlərindən biri, hal-hazırda vokal sənəti mü-

əllimi işləyən, professor Müfide Özgüç mənimlə söhbətində de-

di ki, oratoriyanın solo ifa edilən partiyalarında çox qısa sərbəst 

ritmli motivlər var. Niyazi orta əsr ənənəvi musiqi sənətinin ru-

hunu daha qabarıq şəkildə əks etdirmək üçün partiturada göstə-

rilməyən, ifaçıların geniş improvizə etmələrini istədi. O, sənətçi-

lərə  sərbəst yaradıcılıq imkanı verdi. Eyni zamanda, Niyazinin 

qüvvətli ritm və forma hissi, möhkəm ustad dirijor əli əsərin bü-

tövlüyünü qoruyurdu. Müfide xanımın dediyinə görə, məşqlər 

ciddi peşəkar tələbkarlıqla yanaşı xeyirxahlıq şəraitində keçirdi, 

bu yaradıcılıq  əhval-ruhiyyəsi məhsuldar uğurlu nəticələrə  zə-

min yaratdı. 

M.Özgüç təəssüflə bildirdi ki, Niyazinin bu gözəl yozumunu 

digər dirijorlar təkrarlaya bilmədilər. Qeyd etmək lazımdır ki, 

Niyazi yüksək səviyyəli peşəkar sənətçi olduğu üçün oratoriya-

nın yalnız musiqi hissəsiylə deyil, bütün əsərin quruluşu ilə məş-

ğul olurdu. O dövrdə Ankara Opera teatrının bədii rəhbəri vəzi-

fəsində çalışan Niyazi xor və solistlərin zahiri görünüşünə  də 

diqqət yetirirdi. Müfide Özgüçün söylədiyinə görə, Niyazi incə 

zövqlü bir insan idi. O, xor və solistlərin səhnə geyimlərinin tər-

zini, rəngini özü təyin edirdi, tamaşanın bütövlükdə tam təəssü-

rat yaratmasına çalışırdı.  

Türkiyənin qədim şəhəri Konyada oratoriyanın ifasını bütün 

kollektiv xüsusi həyəcanla gözləyirdi. Konyada belə bir tədbirin 

keçirilməsi heç də asan iş deyildi. Bir tərəfdən dini və mühafizə-




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə