Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə127/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   123   124   125   126   127   128   129   130   ...   168

 

429 


Dövlət simfonik orkestrinin yaradılmasının 60 illiyini təntənə ilə 

qeyd etdi. Ulu öndərimiz H.Ə.Əliyev bu yığıncaqda demişdi: 

“Ölkədə ilk orkestrlərdən biri olan Azərbaycan Dövlət simfonik or-

kestri respublikada genişlənən mədəni inqilabın fəal iştirakçısı ol-

du, Azərbaycan simfonik musiqisinin təbliği, xalqımızın estetik tər-

biyəsi, onun dünya musiqi mədəniyyətinin topladığı mənəvi sərvət-

lərə qovuşması sahəsində böyük iş apardı... Orkestrin səmərəli işi 

onun rəhbəri, görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niya-

zinin yorulmaz fəaliyyəti ilə bağlıdır. 40 il ərzində Niyazinin rəh-

bərliyi altında orkestr professional ustalığın zirvələrinə yüksəlmiş, 

parlaq, fərdi ifaçılıq dəsti-xətti kəsb etmişdir”

1



 

 

 

                                                 

1

 “Kommunist” qazeti. 18 iyul 1982-ci il. 




 

430


 

 

II fəsil 

 

“Rast” simfonik muğamı 

 

“Rast” simfonik muğamı Niyazinin monumental əsəridir. Hə-

min əsərdə vətən mövzusu böyük emosional qüvvə ilə səslənir. Bu 

çoxobrazlı əsər epik xalq əfsanəsi ilə səsləşir. Bu simfonik muğam-

da dərin düşüncələrlə qəhrəmanlıq, incə lirika ilə sevinc, dərin qüs-

sə ilə şadlıq motivləri bir-birini əvəz edir. “Rast” simfonik muğamı 

Azərbaycan musiqisinin ənənəvi, klassik janrının Niyazi yaradıcı-

lıq süzgəcindən keçirilərək simfonik inkişaf məcrasına yönəldilmə-

sinin mükəmməl nümunəsidir. “Rast” muğamının poetik ruhundan 

ilhama gələn Niyazi əslində onun ənənəvi improvizasiya bölmə-

lərinin özünəməxsus variantlarını yaratmış, onları mahnı (təsnif) və 

rəqs (rəng) epizodları ilə yoğurmuşdur. Niyazi “Rast” simfonik 

muğamında eyniadlı ənənəvi muğamın təqribən bütün improvizasi-

ya bölmələrini,  şöbələrini (“Mayə”, “Hüseyni”, “Vilayəti”, “Şi-

kəsteyi-fars”, “Əraq”) və guşələrini ustalıqla əks etdirmişdir. Sadə-

cə “Qərai” şöbəsini istifadə etmədən onu “Mayə” musiqisinin əsa-

sında səslənən koda ilə əvəz etmişdir.  

“Rast” simfonik muğamı mərdlik, qəhrəmanlıq səciyyəsi da-

şıyan asta müqəddimə ilə başlanır.  

 

 



 

Niyazi. “Rast” simfonik muğamı. Giriş. 


 

431 


Sonrakı inkişaf prosesində bu tematik “özək” çox zərif ornamen-

tal melodik xəttləri və müxtəlif rəngli tembrləri ilə zənginləşir, xü-

susilə solo çalan fleytanın, qoboyun və klarnetin səsləri ilə seçilir. 

“Rast” simfonik muğamının giriş hissəsi xalq musiqisi ənənələri 

üzərində qurulmuş kadensilyalarda tamamlanır. Klarnetə  həvalə 

edilən bu kadensiyaların ardınca əsərin ana şöbəsi olan “Maye” şö-

bəsinə keçilir. “Şikəsteyi-fars” bölməsinin ardınca “Yar bizə qonaq 

gələcək” adlı məlahətli xalq mahnısı əsasında tərtib olunmuş “Rəng” 

gəlir. Bu zaman mahnının mövzusu formaca dəyişir və rəqs səciyyə-

si daşıyır. Əsərin kulminasiya hissəsi giriş hissənin tematik materia-

lına əsaslanan “Əraq” şöbəsi ilə bağlıdır. “Şikəsteyi-fars” şöbəsi ilə 

həmhüdud olan “Pəncgah” şöbəsi birləşdirici rolunu oynayır. Həmin 

bölmənin yığcamlığı  və  məqsədyönlülüyü də bununla əlaqədardır. 

Təsnif hissəsi üçün Niyazi “Əlində sazın” adında gözəl Azərbaycan 

xalq mahnısının mövzusunu istifadə etmişdir. 

 

 

 



Təntənəli son bölmə (koda) “Rast” simfonik muğamının yekun 

mərhələsini təşkil edir: bu koda müqəddimə bölməsinin əsas mate-

rialı olan “Mayə”nin dinamikləşdirilmiş materialından yaranır, or-

kestrdəki bütün səslərin rəngarəngliyini özündə birləşdirir. Niyazi-

nin “Rast” simfonik muğamı incəliyi, əzəməti, formasının bitkinli-

yi ilə fərqlənən dərin mənalı, özünəməxsus bir əsərdir. Bu əsər din-

ləyiciləri həyati qüvvə və temperamentlə, melodikanın və harmo-

nik quruluşunun zənginliyi ilə valeh edir. Niyazinin “Rast” simfo-




 

432


nik muğamının musiqi-dramaturji konsepsiyası daha çox bölmələ-

rin təzadlı şəkildə qarşılaşdırılması prinsipi əsasında qurulmuşdur. 

Bütün ifadə vasitələri sisteminin təbii vəhdəti və məqam (“modus”) 

quruluşunun vəhdəti simfonik əsərin kompozisiya bütövlüyünün 

qurulmasında mühüm rol oynayır. “Rast” simfonik muğamının 

“improvizasiyalı” bölmələri və mahnı-rəqs epizodları duyğuların 

xüsusi quruluşu, obraz-mövzu inkişafının məntiqi ilə fərqlənir. Me-

lodiyanın variantlı inkişaf prinsipi əsərin “improvizasiyalı” bölmə-

lərinin üstün, aparıcı prinsipidir. “Rast” simfonik muğamının musi-

qisinin vahid axarının yaradılmasında daimi metro-ritmik dəyişik-

liklərin rolu böyükdür. 

 

 



Niyazi. “Rast” simfonik muğamı. “Əlində sazın” 

 

 “Rast” simfonik muğamının müəllifi klassik xalq musiqisi-

nin  ən dərin qatlarından  əsərin simfonik inkişafı üçün təməl, 

əsas kimi istifadə etmişdir. Niyazi musiqinin sekvensiya şəklin-

də gedişatı, qısa motivlərin və ritmlərin zənginliyi, məqam (mu-

ğam) özünəməxsusluğu kimi xüsusiyyətlərini özünün yaradıcılıq 

məqsədlərinə xidmət etməyə yönəltmişdir. Bəstəkarın təcrübəsi 

ənənəvi musiqi prinsiplərində simfonik işləmə metodunun axta-

rışlarının məhsuldar olduğunu təsdiq etmişdir.  



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə