Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8

 

13

başqasının,  hətta  tanımadığı  bir  kəsin  mahnısını  oxumağa  məcbur 



edilirdi”.

5

  



XX əsrin ortalarından başlayaraq Aşıq Avdı, Aşıq Məhəmməd, 

Aşıq  Temraz,  Aşıq  Bəhrəm,  Aşıq  Cəlal  kimi  aşıqlar  zəngin  ədəbi 

irsləri  və  klassik  ənənələrə  sədaqətləri  ilə  Azərbaycan  aşıq  sənətinin 

çağdaş  nümayəndələrinə  örnək  olurlar.  Ə.Eldarovanın  qeyd  etdiyi 

kimi,  “aşıqlar  tarixin  ən  ağır  keşməkeşli  dövrlərində  belə  özlərinin 

zəngin  ədəbi  musiqi  irsinin  qorunması,  daha  geniş  yayılması, 

nəsildən-nəslə keçməsi, ən yaxşı ənənələr əsasında inkişaf etdirilməsi 

qayğısına qalmışlar.”

6

 

Dissertasiyanın ikinci fəslinin ikinci yarımfəsli “Qazax aşıq və 



el şairlərinin yaradıcılığında dini motivli şeirlər” adlanır. Bu yarım-

fəsildə  XX  əsr  Qazax  aşıqlarının  yaradıcılığında  dini  dünyagörüşün 

mövcudluğu  o  dövrün  sosialist,  kommunist  ictimai  quruluşu  ilə 

qətiyyən  uyğun  gəlmədiyi  göstərilir.  Və  nəticə  etibarilə  dinlə  bağlı 

şeirlərin  çox  az  yer  tutduğunun  səbəbi  aydınlaşdırılır.  Konkret 

nümunələr əsasında bu tendensiyanın səbəbinin aşıqların dini dünya-

görüşü  ilə  sovetləşən  və  ateistləşən  sosial-siyasi  mühit  arasındakı 

ziddiyyətlər olduğu aşkar olmuşdur. Digər tərəfdən, çox tez də sovet 

rejiminə uyğunlaşmağa çalışan Borçalı, Göyçə, Gəncəbasar və Şirvan 

aşıqları repressiyaya qurban getməmək üçün dini mövzulara müraciət 

etməməyə  başladılar.  Buna  paralel  olaraq  yeni  quruluşla  bağlı  yeni 

mövzular ortaya çıxdı.  

 Dini  mövzuların,  terminlərin,  ideyaların,  simvolların  XX  əsr 

Qazax  aşıq  ədəbiyyatında  az-çox  qorunması  yenə  də  Aşıq  Ələsgər, 

Növrəs  İman  və  başqa  aşıqların  şeirlərinin  təsiri  ilə  olmuşdur.  Dini 

təhsil  almış  bəzi  Qazax  aşıqlarının  rəsmi  ideologiyanın  aşıqları 

sovetləşdirməyə  məcbur  etdiyi  bir  dövrdə  bu  ideyaların  tənəzzülə 

uğramasının  qarşısının  alınmasında  xüsusi  xidmətləri  olduğunu  da 

qeyd  etmək  lazımdır.  Bunlardan  Aşıq  Məhəmməd,  Aşıq  Avdı,  Şair 

Temraz,  Aşıq  Bəhrəm  və  başqalarını  göstərmək  olar.  Lakin  Qazax 

aşıqlarının demək olar ki, hamısı bu və ya digər dərəcədə dini termin 

və  rəmzlərdən  istifadə  etmişlər.  Bunu  aşıqların  və  el  şairlərinin 

yaradıcılığının təhlili bir daha əyani şəkildə təsdiq edir. 

 Aşıq ədəbiyyatında son dövrlərdə geniş araşdırılmağa çalışılan 

sufi  rəmzləri,  təsəvvüf  mövzuları  aşıq  sənətinin  yeni  mərhələyə 

                                                

5

 Allahmanlı M. Ozan, aşıq və aşiq. Bakı: Ağrıdağ, 1997, s.119 



6

 Eldarova Ə. Azərbaycan aşıq sənəti. Bakı: Elm, 1996, s.33 

 

14

qədəm  qoyduğu  ilə  deyil,  aşıq  ədəbiyyatının  öyrənilməsinin  yeni 



mərhələyə  keçməsi  ilə  əlaqədardır.  Ancaq  bir  çox  tədqiqatçılar 

faktlardan  deyil,  görmək  istədiklərindən  yazırlar.  Burada  aşıq-aşiq, 

təriqət-şəriət,  hal  elmi  və  s.  haqqında  yazmaqla  aşıqları  təriqət  şairi 

kimi  araşdırırlar.  Aşiq-aşıq,  dərviş-aşıq  münasibətini  prof.  F.Bayat 

bir  qədər  fərqli  şəkildə  izah  etmiş  və  aşıqların  təsəvvüf  əhli 

olmadığını isbatlamışdır: “Təbii ki, bаşlаnğıcdа аşığа çеvrilən аşiqlər 

təriqət  əhli  idilər  və  sоnrаdаn  müstəqil  bir  təşkilаt  kimi  fоrmаlаşаn 

аşıqlаr  təхəllüs  оlаrаq  “Qul”,  “Miskin”,  “Аbdаl”,  “Хəstə”,  “Şаh”, 

“Sultаn”  və  s.  kimi  tеrminləri  qəbul  еtməklə  özlərinin  təsəvvüfü 

аxınа  bаğlılıqlаrını  qoruyub  saxlamışlar.  Аşıqlıq  bir  sənət  növünə 

çеvrildikcə  təхəllüslər  də  аrха  plаnа  kеçməyə,  dаhа  çох  “aşıq” 

təyinеdici  аdı  ilə  işlənməyə  bаşlаdı.  Sufizmin  еşq  аnlаyışı,  vəhdəti-

vücudun  оntоlоji  və  epistemoloji  köklərini  аçıqlаyаn  şеirlər  bu 

ədəbiyyаtdа  sеyrəlməyə  bаşlаdı.  Аşıq  ədəbiyyаtının  yaranmasından 

dövrümüzə  qədər  dəyişməz  qаlаn  əsas  ünsürü  ilhаmın  vеrgi  ilə 

verildiyinə,  aşıqlığın  ilаhi  mənşəli  оlduğunа  inаm,  bir  də  sufi 

rəmzləri оldu. O halda aşıq hər nə qədər mənşəi baxımından təsəvvüf 

ideologiyası  ilə  əlaqəli  olsa  da  həm  divan,  həm  də  təkkə  şairindən 

fərqlənir,  çünki  XVII  yüzildən  müstəqil  bir  təbəqə  kimi  formalaşan 

aşıqların  şeirlərində  daha  çox  bəşəri  mövzular,  bəşəri  eşq,  təbiət 

gözəllikləri,  gözəlləmələr,  daha  sonra  ictimai  mövzular  əsas  yer 

tutmağa başladı”.

7

 Burada təbii ki, M.F.Köprülünün və Ə.Cəfəroğlu-



nun

 

Anadolu  və  Azərbaycan  aşıq  sənəti  ilə  bağlı  araşdırmalarında 



aşıq sənətinin təşəkkül və təkamül dinamikası ilə bağlı düşüncələrini 

də xatırlamaq lazımdır. Bu alimlərə görə, aşıqlar əski türk dini-mifik 

görüşləri  ilə  orta  əsrlərin  dini-təsəvvüfi  görüşləri  qovşağında  ortaya 

çıxmış, aşıqlıq bu aspektdən öyrənilmişdir.

8

  

El  arasında  Şair  Temraz  adı  ilə  tanınan  və  qoşmalarını, 



gəraylılarını, divanilərini daha çox Novruzlu tapşırması ilə yazan aşıq 

pirinin Hz. Əli olduğunu, onun əlindən badə alıb içdiyini bildirməklə 

                                                

7

 Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011, s.341-342 



8

  Köprülü  M.F.  Türk  edebiyatında  aşık  tarzının  menşe  ve  tekamülü  //  Milli 

tetebbular mecmuası, İstanbul, h. (1331), No. 1; Köprülü M.F. Azeri aşıklarından 

Tufarkanlı  Abbas  //  Türk  Amacı  dergisi,  İstanbul,  yıl  1,  s.1,  Temmuz,  1942; 

Köprülü  M.F.  Türk  saz  şairleri.  Ankara:  1992;  Caferoğlu  A.  XVI  asır  azeri 

sazşairlerinden  Tufarganlı  Abbas //  Azerbaycan  yurt  bilgisi  dergisi, Mart,  1932, 

sayı  3;  Caferoğlu  A.  Terekeme  ağzile  hudut  boyu  saz  şairlerinden  Kurbani  ve 

şiirleri // TDED, III, İstanbul, 1948, No.112 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə