Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8
    Bu səhifədəki naviqasiya:
  • Qazax

 

23

Aşıq Məhəmməd Qocayev  isə bir  hərf üzərində  dodaqdəyməz 



yazmışdır. Lakin onun şeirində bir az uyğunsuzluqlar vardır. Belə ki, 

şeirin  təkcə  birinci  bəndi  “s”  hərfi  üzərində  qurulmuşdur.  Digər  iki 

bənddə  isə  ən  çox  “s”  hərfi  işlənsə  də  başqa  hərflərdən  də  istifadə 

olunmuşdur. Məsələn: 

Sənin sərin sərsərlərdən sərindi, 

Sərdən sini, sini sərdən sən gətir. 

Sinin sehri səhralara sehr edər, 

Sal sərini səhərdən sən gətir.

27

 

Qazax  aşıq-şairlərinin  yaradıcılığında  təcnis  janrına  da  çox 



üstünlük  verilir.  Demək  olar  ki,  aşıq-şairlərin  hər  birinin  yaradıcılı-

ğında  təcnisin  bütün  növlərindən  istifadə  edilib.  Təcnis  ümumilikdə 

aşıq  yaradıcılığında ən  geniş  müraciət  olunan şeir növüdür. Təcnisin 

“Bayatı təcnis”, “Gəraylı təcnis ”, “Xətəngi təcnis”, “Ayaqlı təcnis”, 

“Cığalı  təcnis”,  “Nəfəsçəkmə  təcnis”,  “Dodaqdəyməz  təcnis”, 

“Zəncirləmə  təcnis”,  “Öyüdnamə  cığalı  təcnis”,  “Əvvəl–axır  hərf 

üstə təcnis” kimi növləri olsa da, Qazax aşıq-şairlərinin yaradıcılığın-

da “Bayatı təcnis ” və “Xətəngi təcnis ” növündən başqa hamısından 

geniş  istifadə  etdiklərini  müşahidə  etdik.  Əslində  təcnis  janrı  da 

şairdən böyük məharət, ustalıq, dilə bələdlik tələb edir. E.Məmmədli 

cığalı təcnisə belə tərif  verir: “Məzmunca  müxtəlif, formaca  eyni  və 

yaxın sözlər qafiyə quruluşunu yaratdıqda həmin şeir təcnis adlanır”

28

  

 Şair  Temrazın  yaradıcılığı  daha  geniş  və  rəngarəngdir.  Onun 



şeirləri arasında cığalı müxəmməsi daha diqqətəlayiqdir: 

Salmısan eşqin gölünə,  

Gəl atma ümmana, gəlin. 

Leylisən insaf eylə, 

Mən yazıx Məcnuna, gəlin, 

Yanıram atəşinə, 

Olmuşam pərvanə, gəlin. 

O mah camalın, 

Üzündə xalın, 

Ay qadan alım, 

Nədir xəyalın.

29

 



                                                

27

 Yenə orada, s.136 



28

 Məmmədli E. Təcnis sənətkarlığı. Bakı: Naftapres, 1998, 150 s. 

29

  XX  əsr  Qazax  aşıqları  və  el  şairləri  / toplayanı  və  tərtib  edəni  Qəsəbova  İ. Bakı: 



Nurlan, 2009, s.302-303 

 

24



Təcnisin  “nəfəsçəkmə  təcnis-müsəddəs”  forması  da  vardır  ki, 

aşıq  poeziyasında  nadir  hallarda  rast  gəlinir.  M.Həkimov  yazır  ki, 

“nəfəsçəkmə təcnis müsəddəsi şeirə görə təhlil etmək bir növ naqislik 

əlaməti sayılır. Burada şeiri saz havası ilə oxumaq  əsas şərtdir. Belə 

ki,  birinci  bəndin  2-ci,  4-cü  və  6-cı  misralarından  sonra  ifaçı  aşıq 

nəfəsini  çəkir. Sonra nəfəsini  dərib  yenidən  hava axınını ağız boşlu-

ğundan  sərbəst  buraxır  və  növbəti  misraları  saz  havasının  müşayiəti 

ilə  oxuyur”.

30

  Aşıq  Cəlal  Qəhrəmanov,  Şair  Qulu  Məşədiyev,  Aşıq 



Sadıq  Avdıoğlu  təcnisin  bu  növündə  şeir  yazmışlar.  Lakin  onlar 

nəfəsçəkmə  təcnis  deyil,  gedər  gəlməz  təcnis  deyiblər.  Aşıq  Cəlalın 

və Aşıq Sadıqın şeirləri eyni “off” kəlməsi ilə deyilsə də mahiyyətcə 

tamamilə fərqlidir. Aşıq Cəlal yazır: 

Yağış təzə olar buludlar qarı, 

Yazda gün əridər dağlarda qarı. 

Közü yığıb ocaq qalayan qarı 

Əlin yandırsa eyləməzmi of... 

Soyuqdan üşüyüb titrəyən canı 

Oda qızınanda ay eylər...

31

 

 



Dissertasiyanın  üçüncü  fəslinin  ikinci  yarımfəsli  “Qazax 

aşıqlarının  yaradıcılığında  dil-üslub  xüsusiyyətləri”  adlanır.  Aşıq 

poeziyası  ana  dilinin  tarixi  inkişaf  mərhələlərinin  öyrənilməsi  üçün 

ən  mötəbər  mənbələrdən  biridir.  Özünü  xalqın  bədii  təfəkkürünün 

ifadəçisi kimi təsdiq edən aşıq, həm də şifahi xalq sənətinin çoxəsrlik 

inkişaf  yolunda  cilalanaraq  yüksək  kamillik  səviyyəsinə  çatmış,  dil 

sərvətinin qoruyucusu və daşıyıcısı olmuşdur. Qazax bölgəsinin aşıq-

şairlərinin  ədəbi  irsinə  nəzər  yetirib,  tədqiq  edəndə  onların  zəngin 

türk  xalq  ədəbiyyatına  və  dilinə  möhkəm  bağlılığının  şahidi  oluruq. 

Bu  bölgənin  sənətkarlarının  əsərlərindəki  forma,  məzmun  və  dil 

zənginliyi, axıcılıq, yığcamlıq, fikir gözəlliyi, bədii ifadə vasitələrinin 

rəngarəngliyi xüsusilə fərqlənir. Odur ki, bu bölgənin sənətkarlarının 

nümunələri  uzun  müddət  digər  bölgələrdə  də  dillər  əzbəri  olmuş, 

yaddaşlara  iz  sala-sala,  zəmanəmizə  qədər  gəlib  çatmışdır.  Prof. 

V.Vəliyev  yazır  ki,  “1917-ci  ildən  başlayaraq  Azərbaycanın  Gəncə, 

Ağdam,  Qazax,  Şəmkir,  Şamaxı,  Naxçıvan  və  başqa  qəzalarında 

ölkədə davam edən çarpışmanın xarakterini anlamağa nisbətən şərait 

                                                

30

  M.Həkimov.  Azərbaycan  aşıq  şeri  şəkilləri  və  qaynaqları.  Bakı:  Maarif,  1999, 



s.344 

31

 Aşıq Cəlal. Sədəfli saz məni dindir. Bakı: Sabah, 1992, s.87 




 

25

var  idi.  Həmin  illərdə  Qazax  qəzası  kəndliləri  arasında  oxunan  xalq 



mahnılarının məzmununa diqqət yetirək: 

Allah-allah amandı, 

Xanlar, bəylər yamandı. 

Bərk durun, a yoldaşlar, 

Bu bir yaxşı zamandı. 

 Qazax qəzasında  məşhur  el şairi Mirzə Səmədə aid  edilən bu 

mənzumənin əslində kim tərəfindən qoşulduğu məlum deyil”. 

32

 



Klassik  aşıq  ədəbiyyatının  əsasları  üzərində  ərsəyə  çatan,  saz-

söz sənəti ənənələrini layiqincə davam və inkişaf etdirən Qazax aşıq-

şairlərinin  ədəbi  irsi  bu  bölgədə  aşıq  şeirinin  zəngin  bir  qolunun 

mövcudluğundan xəbər verir. Araşdırılması son dərəcə vacib olan bu 

irs,  ümumiyyətlə,  Azərbaycan  xalq  ədəbiyyatının  indiyə  qədər  qis-

mən  araşdırılmış  bir  sahəsini  əhatə  edir.  Müxtəlif  illərdə  yaşamış 

aşıq-şairlər zəngin çalarla aşıq şeirinin aşağıdakı şəkillərində  dəyərli 

bədii  nümunələr  yarada  bilmişlər:  bayatı,  gəraylı,  qoşma,  təcnis, 

cığalı  təcnis,  gedər-gəlməz  təcnis,  dodaqdəyməz,  divani,  dodaqdəy-

məz  divani,  müxəmməs,  cığalı  müxəmməs,  deyişmə,  güllü  qafiyə, 

zəncirləmə,  eyni  hərflə  yazılan  və s.  Aşıq şairlərin  dastan yaradıcılı-

ğını  və  aşıq  rəvayətlərini,  aşıq  qaravəllilərini  də  bu  siyahıya  əlavə 

etsək  çalarlıq  daha  qabarıq  görünər.  Qazax  bölgəsi  gözəl  adət-

ənənələri  özündə  qoruyub  saxlamaqla  ən  vacib  olan  dil  saflığının 

təbiiliyi  ilə  seçilir.  Qazax  şair  və  yaradıcı  aşıqlarının  müəyyən 

anlamda özünəməxsusluğu özünü daha çox onunla ifadə edir ki, onlar 

canlı  xalq  dilinə,  danışıq  dilinə,  xalq  şeiri  dili  və  üslubuna  üstünlük 

vermişlər.  Bədii  fenomenliyin  mühüm  şərtlərindən  biri  də  əsərlərin 

kamil  dildə  olmasıdır.  Qazax  aşıqları  sadə  xalq  dilində  yazıb 

yaratsalar da ərəb-fars mənşəli sözlərdən də istifadə etmişlər. Onların 

yaradıcılığında  gövhər-kan,  şəhri-əntəri,  imsirəti,  kimi  ifadələrə  də 

rast  gəlmək  mümkündür.  Çoban  Əfqan,  Mirzə  Səməd,  Aşıq  Avdı 

Qaymaxlı, Aşıq Məhəmməd Qocayev (Dərya Məhəmməd), Şair Hacı 

Qaracayev  və.s  aşıqlar  ərəb  əlifbasında  yazmışlar.  Məsələn  Aşıq 

Avdı  Qaymaxlının  şeirlərində  daha  fərqli  xüsusiyyətlər  vardır. 

R.Kamal  yazır  ki:  “Avdı  sözünün  ritm-intonasiyası,  vəzni  ilk 

növbədə ləhcəyə-şivəyə tabedir. Aşığın şirin ləhcəsi heca düzümünü, 

məna  məntiqini  nizamlayır.  Ozan  şeiri  nitq  hadisəsi,  alliterasiya 

                                                

32

 Vəliyev V. Qaynar söz çeşməsi. Bakı: Yazıçı, 1981. s.71  



 

26

hadisəsidir  (“Yoruldum  yolunda  qaldım  piyada”,  “Qoyma  Avdı 



yaralansın yadınan”, “Əyilib yığvalım yaman yan gəlib” və s.)”

33

 



 

Dissertasiyanın  üçüncü  fəslinin  üçüncü  yarımfəsli  “Qazax 



aşıqlarının  məxsusi  saz  havacatları”  adlanır.  Dissertasiyanın  bu 

yarımfəslində əsasən Qazax mahalının Sovet dönəmində yaşam tərzi,  

sənətkarlıq  və  yaradıcılıq  üslubu  diqqət  mərkəzində  olmuşdur. 

Tədqiqat  zamanı  daha  çox  Qazax  aşıqlarının  yaradıcılığında  XX 

yüzilin  30-40-cı  illərində  ifaçılıqda  xor  aşıq  lirikası  üstünlük  təşkil 

etdiyi  nəzərə alınmışdır. Həmin tarixlərdə sovet rejimi Qazax maha-

lının  aşıqlarına  da  öz  təsirini  göstərmişdir.  Belə  ki,  aşıqlar  tədbir-

lərdə,  el  şənliklərində,  üzüm  tarlalarında,  mövsüm  mərasimlərində 

iştirak  edirdilər.  Xorla  icra  edilən  havacatlar  da  elə  bu  səbəbdən 

yaranmışdır. Belə tədbirdə adətən 30-40 aşıq birgə xorla oxuyarmış-

lar. 50-ci illərdən sonra xor lirikası demək olar ki, daha peşəkar şəkil 

almışdır.  Qazax aşıqlarının  xor  lirikasında  yüksək  peşəkarlıq  göstər-

mələrində  ustad  Aşıq  Ədalət  Nəsibovun  və  ustad  Aşıq  Şəadət 

Gülməmmədovun  əvəzsiz  xidmətləri  olmuşdur.  Tədqiqat  zamanı 

ustad aşıqlara müraciət olunub bəzi məlumatlarda onların söylədikləri 

fikirlərə 

əsaslanılmışdır. 

Ustadlardan 

aldığımız 

məlumatlara 

əsaslanıb  deyə  bilərik  ki,  “Şahsevəni”,  “Paşa  köçdü”,  “Vaqif  gözəl-

ləməsi”, “Qəmərcanı”, “Gödək donu” və s. kimi havacatlardan xorda 

daha  yaxşı  istifadə  edilir.  Aşıqların  ifa  etdikləri  “Gilanar”  adı  ilə  ta-

nınan  havacatın  əsl  adının  “Qazax  səbzəsi”  olduğu  da  tədqiqat  za-

manı  təsdiqini  tapmışdır.  Bundan  əlavə,  onu  da  deyək  ki,  Qazax 

mahalının  özünəməxsus  saz  havacatları  zaman-zaman  yaranmışdır. 

“Vaqif gözəlləməsi” aşıqların dilində məclislərdə bu gün də ifa edilir. 

Bu havacatların mahir ifaçılarından aşıq Aslan Aslanov, Aşıq Hüseyn 

Xaloğlu,  Aşıq  Mahmud,  Aşıq  Kərəm,  Aşıq  Cəlal,  Aşıq  Şəadət  Gül-

məmmədov,  Aşıq  Ədalət  Nəsibov  olmuşlar.  Ümumiyyətlə,  havacat-

ların  düzgün  ifa  tərzində  bu  ustadların  əməyini  yüksək  qiymət-

ləndirmək  lazımdır.  Qazax  aşıqlarının  yaratmış  olduqları  Ədhəm 

Ərəbovun  “Ərəbi”,  Aşıq  Cəlal  Qəhrəmanovun  “Cəlaloğlu”,  Ədalət 

Nəsibovun “Vurğunu” , "Ədalət təranələri" havacatları müasir dövrdə 

də aşıqlar tərəfindən məclislərdə ifa edilir. 

 Hər bir havacatın  yaranma səbəbi  və tarixi olduğu kimi,  Aşıq 

Avdının  şagirdlərinin  dediyinə  görə,  “İncə  gülü”  havası  da  1948-ci 

                                                

33

Aşıq Avdı Qaymaqlı. İncəgülü. Bakı: Nurlan, 2009, s.8 



 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə