Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8

 

19

Məhəbbətin sirdaşısan, 



Gümüş telli, sədəfli saz.

17

 



 

M.Allahmanlı  yazır  ki,  “XIX  əsr  və  XX  əsrin  əvvəllərində 

Qazaxda ən geniş yayılan musiqi aləti saz olmuşdur. Bu məhz həmin 

dövrdə  aşıq  ədəbiyyatının,  aşıq  sənətinin  geniş  təşəkkül  tapması  və 

xalqın  sənətə  marağının  nəticəsi  idi.  O  səbəbdəndir  ki,  hər  bir  evdə 

demək olar ki, divardan tüfəng, xəncərlə yanaşı, saz da asılmışdır”.

18

 

Beləliklə,  Qazax  aşıqlarının  şeirlərindən  göründüyü  kimi,  saz 



obrazlaşdırılaraq  simvola  çevrilməklə  yanaşı,  daha  çox  canlı  varlıq 

kimi  aşıq  poeziyasının  mövzusuna  çevrilmişdir.  O,  aşığın  sirdaşı, 

yoldaşı,  varı,  dövləti  və  nəhayət,  qədəri,  taleyidir.  Təbii  ki,  Qazax 

aşıqlarının,  eləcə  də  el  şairlərinin  ədəbi-bədii  irsi,  sənətin  ideya-

estetik  məzmunu  və  əxlaqi-etik  mündəricəsi  ilə  birləşərək  məlum 

mövzularla bərabər yeni orijinal mövzular da yaratmışdır.  

Dissertasiyanın  ikinci  fəslinin  dördüncü  yarımfəsli  “Ustad-

şagird  münasibəti”  adlanır.  Bu  yarımfəsildə  aşıqlığın  ortaya  çıxdığı 

tarixdən  bu  günə  qədər  ustad-şagird  münasibəti  baxımından  çox  şey 

dəyişsə  də,  dəyişməz  qalan  aşıqlıq  sənətinin  musiqi,  avaz  və  şeir 

üçlüyündə bir başqasına  öyrədilməsi  qeyd  olunmuşdur. Ustad-şagird 

münasibətini  ilk  araşdıran  F.Köprülüdən  üzü  bəri  ustad  aşıqların 

ərkana  görə  on  iki  aşıq  yetişdirməsi,  onların  ustad  aşığın  yolunu 

davam  etdirməsi  məsələləri  üzərində  durulmuşdur.  Təbii  ki,  az-çox 

bu  mövzuya  toxunan  tədqiqatçılar  F.Köprülüdən  daha  artıq  fikir 

söyləyə bilmədiklərindən ustad-şagird münasibəti hələ də öyrənilməli 

mövzulardan  biridir.

19

  Burada  on  iki  rəqəmi  reallıqdan  daha  çox 



məcazi məna ifadə edir. Necə ki, Aşıq Ələsgər deyir:

  

Adım Ələsgərdi, mərdü mərdana, 



On iki şəyirdim işlər hər yana 

20

 



 Artıq qeyd olunduğu kimi, aşıq sənətinin ən ümdə xüsusiyyət-

lərindən  biri  də  ustad  aşıqların  şagird  hazırlamasıdır.  Sənəti  davam 

etdirmək  üçün  ustad  aşıq-şagird  münasibəti  aşıqlıq  sənətinin  ən 

mühüm  məsələsi  kimi  vacib  problemlərdən  biridir.  Bəri  başdan 

demək  lazımdır  ki,  ustad-şagird  münasibəti  qədim  zamanlarda  daha 

                                                

17

Aşıq Avdı Qaymaqlı. İncəgülü. Bakı: Nurlan, 2009, s.48 



18

Allahmanlı  M.  Azərbaycanın  Qərb  bölgəsinin  mənəvi  mədəniyyətindən.  Bakı: 

Nurlan, 2011 s.74 

19

  Köprülü  F.  Türk  ədəbiyyatında  aşıq  tarzının  menşe  ve  tekamülü  //  Türk  saz 



şairləri. Ankara: 1992  

20

 Aşıq Ələsgər. Bakı: Yazıçı 1988, 66 



 

20

sistemli  və ənənəvi  olmuşdursa, bu ənənə  zaman  keçdikcə  dəyişmiş, 



əvvəlki  şəklindən  bir  xeyli  uzaqlaşmışdır.  F.ü.e.d.

 

M.İmanov  ustad-



şagird münasibətini bir “ənənə” olaraq dəyərləndirərək Aşıq Şəmşirin 

ustad-şagird  ənənəsinin  davam  etdirməsini  belə  ifadə  edir: 

“Doğrudan  da, şagird illər uzunu ustaddan  dərs alıb Qurbani,  Abbas 

Tufarqanlı,  Xəstə  Qasım,  Aşıq  Alı,  Aşıq  Valeh...  kimi  sənətkarların 

adı ilə bağlı saz və söz ənənəsini mənimsəmiş olur. Sonralar bir ustad 

kimi Aşıq Şəmşirin də otuzdan artıq şagirdə aşıladığı həmin ənənədə 

bir  çox  tələblərlə  yanaşı,  bir  səciyyəvi  cəhət  də  var:  şeirlərin 

dinləyiciyə  yurd  yeri  ilə  birlikdə  çatdırılması”

21

.  Ustad-şagird 



münasibəti  aşıqlarda  deyil,  hətta  sazbəndlikdə,  qalayçılıqda, 

dəmirçilikdə, papaqçılıqda, çəkməçilikdə, dulusçuluqda və s. kimi bir 

çox  peşə  sahələrində  də  olmuşdur.  Buna  bir  növ  sənətin  varisliyi  də 

demək  olar.  Ancaq  aşıqlıq  sənətinin  təməl  qanunlarından  biri  olan 

ustad-şagird  münasibəti  digər  sənət  növlərinin  bu  tip  varislik 

ötürməsindən fərqlənir. XX yüzilin əvvəllərində hələ də ustad-şagird 

ənənəsi  qorunmaqda,  ustad  aşığa  xidmət  göstərmək  mərifət 

sayılmaqda  idi.  Göyçə  aşıq  mühitinin  görkəmli  saz  ustası  Aşıq 

Növrəs İman ustadlığın önəmi haqda yazırdı:  

Mərifət lazımdır əzəl binadan, 

Öyüt nəsihət gərək ata-babadan. 

Yüz il cəhd etsən də qalarsan nadan,  

Xidmətin olmasa kamil ustada

22

.  



Ustad aşıq Qul Allahqulu da aşıqlıq sənətinin öyrənilməsi üçün 

ustadın olmasının vacibliyini xüsusi vurğulayırdı: 

Könül, qulluq eylə kamil ustada, 

Ustad görməyənin işi xam qaldı. 

Neçə danəndələr köçdü dünyadan, 

Yerində bir neçə ağlı kəm qaldı.  

Deyilənə  görə,  ustad  aşıqlar  hər  adamı  özlərinə  şagird  götür-

məzlərmiş.  Onlar  o  şagirdlə  demək  olar  ki,  ömürlərinin  xeyli 

hissəsini  birgə  yaşayırlar.  Onlarla  yol  yoldaşı,  məclis  ortağı  olurlar. 

Bəzən  “ustada  qulluq”  sözünü  təkcə  sənət  qulluğu  kimi  izah  edirik. 

Ancaq  el  arasında  deyilənlərə  və  ustadların  söylədiklərinə  əsasən 

deyə bilərik ki, şagirdlər günlərlə ustadın evində qalar, ona hər işində 

                                                

21

 İmanov M. Ustad aşıq və tarixi ənənə (II yazı) / 525-ci qəzet, 23.12.2013 



22

 Növrəs İman. Bakı: Səda, 2004, s.37 

 



 

21

kömək edərmişlər. Qapıda-bacada, evdə-eşikdə nə iş varsa görərmiş-



lər.  Ona  görə  də  qulluq  etmək  sözü  həm  konkret,  həm  də  məcazi 

mənada  işlədilmişdir.  Şagird  ustadına  o  qədər  bağlı  olur,  onun 

dediklərinə o qədər inanır ki, yalnız öz ustadını təbliğ edir. 

Burada  ustad-şagird  münasibəti  üçün  mühüm  olan  bir  cəhətə 

də  nəzər  salmaq  lazımdır.  Ustadlar  şagird  olmaq  istəyən  uşaqları 

müxtəlif  üsullarla  sınağa  çəkərmişlər.  Onun  aşıqlıq  sənətinə  ötəri 

həvəsi olub-olmadığını yoxlayarlarmış.  

Ustadsız  aşıqlar  məclislərdə  çox  da  hörmətlə  qarşılanmazlar-

mış, belə ki,  hər aşıq  öz ustadı  ilə bilinərmiş. Keçmişdə şagird usta-

dın  evində aylarla qalarmış. Öyrətdiyinin əvəzində ustad aşıq, şagir-

dindən  təmənna  gözləməzmiş.  Ancaq  bunun  müqabilində  ustada 

kimisi  inək,  kimisi xalça  verərmiş.  Ustad  yanına  gedən şagird bütün 

aşıq  yaradıcılığını  tam  öyrənib  qurtarandan  sonra  ustadından  xeyir-

dua alır, ustadı  ilə  halallaşarmış. Bəzən  deyirlər ki, halallıq almamış 

məclisə  getməzmişlər.  Keçmişdən  üzü  bu  yana  xalq  aşıqların  məc-

lisdə  özlərini  neçə  aparmaları,  ədəb-ərkanları,  aşıq  yaradıcılığını 

mükəmməl  bilmələri,  hazırcavablığı  əsasında  ustadına  afərin 

söyləyir.  Prof.  M.Həkimov  yazır  ki,  “Burada  şagird  ana  südünün 

halallığı ilə ustad bərəkallahı eyni məxrəcdə birləşir”. Əslində “ustad 

bərəkallahı”  deyil,  şagird  ustad  halallığı  ana  südü  qədər  halal 

olmalıdır, – desək daha məntiqə müvafiq olar

23

. Şagird ustada 5, 10 il 



qulluq  etməli  imiş,  hətta  ustadların  dediyinə  görə,  şagird  məclislər 

aparsa belə, ömrünün sonuna qədər ustadın yanına gedib-gələrmiş.  

Buraya  qədər  deyilənlərdən  ustad-şagird  münasibətinin  üç 

cəhəti  olduğunu  görmək  mümkündür.  Həm  ustad  aşıqların  yaxşı 

şagird  sorağında  olmaları,  həm  gənc  aşığın  məclis  aparmağa  tam 

hazır  olmayanda  ustadın  yenidən  onu  hazırlaması,  həm  də  ustad 

sözünün,  məsləhətinin  dəyərli  tutulması.  Bir  sözlə,  aşıq  mühitlərin 

formalaşmasında  əsaslı  rol  oynayan  ustad  aşıqlar  sənətin 

həmişəyaşarlığını  təmin  etmək  üçün  şagird  yetişdirməyi  də 

unutmamışlar.  Qazax  aşıq  mühitindən  çıxan  ustad  aşıqlar  da  bu 

ənənəni  davam  etdirərək  aşıqlıq  sənətinə  yeni  ruh,  yeni  estetik 

kriterilər gətirmişlər.  

 Üçüncü fəsil “Qazax aşıq və el şairlərinin bədii sənətkarlıq 

özəllikləri”  adlanır  və  dörd  yarımfəsildən  ibarətdir.  Birinci 

yarımfəsil  “Qazax  aşıqları  və  el  şairlərinin  yaradıcılığında  janr 

                                                

23

 Həkimov M. Aşıq sənətinin poetikası. Bakı: Səda, 2004, 606 s. 



 

22

özünəməxsusluğu”  adlanır.  Bu  bölmədə  Qazax  aşıq  və  el  şairlərinin 

fərdi  yaradıcılıqlarına  daha  çox  yer  verilir.  Belə  ki,  aşıq  və  şairlərin 

aşıq  şeir  şəkillərindən  istifadə  qaydaları,  az  işlənən  şeir  növlərindən 

istifadə olunduğu tədqiqat zamanı aşkarlanmışdır. Məlumdur ki, xalq 

şeirinin  ən  geniş  və  ən  qədim  şeir  şəkillərindən  biri  də  qoşmadır. 

Qazax aşıq-şairləri  də bu növdən  məharətlə istifadə  etmişlər. Miskin 

Əli, Şeyda Əziz, Mirzə Səməd, Aşıq Məmmədyar Eminov kimi şair-

aşıqların qoşmaları bu gün də məclislərdə aşıqlar tərəfindən ifa olun-

maqdadır.  Miskin  Əli  Qazax  rayonunda  uzaq  dağ  kəndində  1881-ci 

ildə anadan  olmuşdur. Onun bir çox  gözəlləmə  və gəraylıları  olmuş, 

lakin  dövrümüzədək  çox  az  şeiri  gəlib  çatmışdır.  O,  ən  çox  qoşma 

janrının gözəlləmə növündə yazmışdır. Bir gözəlləməsində deyirdi: 

Gözəl, sənin həsrətini çəkirəm, 

Üzünə tökülən teli görmüşəm. 

Bir busə lütf edib, eyləsən kərəm, 

Zənəxdanda qoşa xalı görmüşəm.

24

 



 

Aşıq  şeir  şəkillərinin  bir  çox  növlərindən  məharətlə  istifadə 

edən  aşıq  ruhlu  şairlərdən  biri  də  şair  Qulu  Məşədiyevdir. 

Yaradıcılığında özünəməxsus üsluba malik olan şairin yaradıcılığında 

bir  hərf  üzərində  yazılan  şeir  növünə  də  rast  gəlmək  mümkündür. 

“D”  hərfi  üzərində  yazılmış  şeir  əslində  qoşmanın  bir  növüdür. 

Çünki, şeir 11 hecalıdır: 

Dolaşdım dağları dəli divanə,  

Danışdım dərdimi dağa, dözmədi. 

Dağdakı dağlara dayanan döşüm, 

Dünənki düyünə dağa dözmədi.

25

  



Bu  şeir  növündən  təkcə  şair  Qulu  deyil,  bir  çox  şairlər,  o 

cümlədən, Allahverdi Hacalıyev (Şair Həvəskar) də istifadə etmişdir. 

Onun da yaradıcılığında “B” hərfi üzərində yazılmış şeirə rast gəldik: 

 

          Bismillahla bərkimişəm, bişmişəm, 



          Belə bəd başlama, bədə bədəm, bəd. 

          Bəşər bəndəsiyəm başdan binadan, 

          Barışmaram, bedasıla bədəm bəd.

26

  



                                                

24

 Aşıqlar / toplayanı H.Əlizadə. I c. Bakı: Azərnəşr, 1935, s.287 



25

 Şair Qulu. Karvanlar qocalır, yollar qocalmır. Bakı: Nurlan, 2007, s, 58 

26

  XX  əsr  Qazax  aşıqları  və  el  şairləri  / toplayanı  və  tərtib  edəni  Qəsəbova  İ. Bakı: 



Nurlan, 2009, s.432 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə