Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8

 

9

izah  edilmişdir.  Göyçə-Qazax  aşıq  mühitlərinin  bir  çox  xüsusiy-



yətlərini  bir-birindən  ayrı  təsəvvür  etmək  mümkün  deyildir.  Çünki 

ərazi  etibarilə  yaxın  olan  Qazax  və  Göyçə  tarix  boyu  saz-söz  sənəti 

ilə  eyni  ənənələr  üzərində  formalaşmış  inkişaf  etmişdir.  Göyçə  aşıq 

mühiti  inzibatı  ərazi  baxımından  da  ona  yaxın  olan  bölgələri  əhatə 

etmiş  və  bunun  nəticəsində  Qərb  aşıq  mühitinin,  eləcə  də  Qazax 

mahalının  bir  hissəsində  formalaşan  ustad  sənətkarlar  yetişmişdir. 

Tədqiqatda  Qazax-Göyçə  mahalının  aşıq  sənətinin  eyni  ənənələr 

üzərində  inkişaf  edərək,  bu  bölgələrin  saz-söz  sənəti  daim  vəhdətdə 

olduğu da göstərilmiş, qeyd edilmişdir ki, Qazax mahalı coğrafi-ərazi 

baxımından  iki  hissədə  inkişaf  etmişdir.  Bir  hissəsi  yəni  I-II  Şıxlı 

kəndi,  İncə  dərəsinin  üç  kəndi  –  Qaymaxlı,  Kəmərli,  Aslanbəyli  və 

Daşsalahlı  kəndləri  Borçalı  aşıq  mühitinin,  Qazaxbəyli,  Çaylı, 

Canallı,  Ağköynək  kəndləri  (yaxın  keçmişdə  –  Ağstafa  Qazağın 

tabeliyində  olan  dövrlərdə  Ağstafanın  kəndləri  də  bu  siyahıya 

daxildir)  Göyçə  aşıq  mühitinin  mövqeyindən  inkişaf  edirdi.  Bunlar 

əsas verir deyək ki, Qazax-Göyçə aşıq yaradıcılığı ayrılmaz olduqları 

üçün  həm  də  burada  el  sənətkarları  və  ustad  aşıqların  yetişməsində 

həmin  bağlılıq  mühüm  rol  oynamışdır.  Aşıq  Məmməd  (Canallı 

Məmməd),  Aşıq  Məmmədyar  Eminov,  Aşıq  Hüseyn  Sarıyev,  Aşıq 

Hüseyn  Piriyev,  Aşıq  Ədalət  Nəsibov,  Aşıq  Cəfər  Eyvazov,  Aşıq 

Şəadət Gülməmmədov Göyçə aşıq mühitinin yetirmələridir.  

 XX  əsrdə  Qazax  bölgəsinin  aşıq  və  el  şairləri  günü-gündən 

daha  da  dərinləşir,  aktual  mövzulara  toxunurlar.  Bu  bölgə  coğrafi 

baxımdan  bir  çox  sənət  məkanları  ilə  həmsərhəddir,  desək  daha 

doğru  olar.  Borçalı,  Göyçə,  Tovuz,  Gədəbəy  kimi  bölgələrin  tam 

ortaq bir hissəsi olan Qazax hərtərəfli inkişaf etmişdir. Hətta 1927-ci 

il  may  ayının  1-də  Qazaxda  aşıqlar  konfransı  da  keçirilir.  Tovuz 

mahalından başda Bozalqanlı Hüseyn olmaqla, ustad aşıqlardan Aşıq 

Mirzə  Bayramov,  Aşıq  Əsəd  Rzayev,  Aşıq  Məmmədyar  da 

(Ağköynəkli) bu konfransda  iştirak ediblər. Hətta Göyçə mahalından 

ustad Aşıq Növrəs İman da bu konfransda iştirak etmək üçün Qazağa 

gəlmişdir.  Deyilənə  görə,  böyük  coşğu  ilə  keçirilən  bu  konfransda 

ustad  Aşıq  Növrəs  İman  buyurub  ki,  ay  Söyün  əmi  (Hüseyn 

Bozalqanlı)  gün  Qazağa  tərif  deməsəm  olmaz.  Cavabında  Aşıq 

Söyün – “buyur, oğul” deyib: 

 

 



 

 

10



Bir mayın günündə, oldu bir parad, 

Bu sövqə baxanlar tamam oldu mat. 

Alsınlar nəzərə qalmasın həsrət, 

Gəlifdi Növrəs İman Qazağa.

2

 

Bu  ikitərəfli  sənət  əlaqələri  Qazax  aşıqlarının  yaradıcılığında 



spesifik  xüsusiyyətlər  yaratmışdır.  M.Allahmanlı  yazır  ki,  “Qazax 

aşıq  yaradıcılığı  Göyçə, Tovuz  və Borçalı aşıq  mühitləri ilə təmasda 

daha çox uğur qazanmışdır. Məsələn T.Miralay ustad aşıq Ələsgərin 

Qazağa gəldiyini söyləyir. Sonra müəllif ustad aşığın 1924-cü ilədək 

Gəncə  və  Qazax  qəzalarında  dəfələrlə  səfərdə  olduğunu  yazır.  Eyni 

zamanda, Ağ Aşığın və Aşıq Alının əsərlərindən aydın olur ki, onlar 

da  Qazaxda  olmuş,  heç  şübhəsiz  ki,  məclislər  keçirmişlər.  Bu 

təmaslarda Qazax aşıq yaradıcılığının  özünün spesifik xüsusiyyətləri 

yaranmışdır.  Burada  balabansız  məclis  aparan  aşıqlarla  yanaşı, 

balabanla  da  məclis  aparan  aşıqlara  da  təsadüf  edilir.  Başqa  bir 

tərəfdən  Qazax  aşıq  sənətində  yaradıcı  aşıqlar  deyil,  peşəkar  aşıqlar 

çoxluq təşkil  edirdi. Çox təəssüf  ki,  onların çoxunun adı bizim üçün 

naməlum qalmışdır”.

3

 



 

 

Birinci fəslin üçüncü yarımfəsli "Borçalı aşıq mühiti ilə sənət 



əlaqəsi” adlanır. Azərbaycan aşıq sənətinin aparıcı qollarından birini 

təmsil  edən  Qazax  və  Borçalı  sənətkarları  zəngin  ənənələri,  ifaçılıq 

tərzi  ilə  eyni  mühitin  nümayəndələri  olublar.  Müxtəlif  dövrlərdə  bu 

mahalın  aşıq  sənətini  paylaşan  bölgələr  olan  Borçalı,  Göyçə, 

Şəmşəddil  (Tovuz),  Gədəbəy,  aşıqlardan  Aşıq  Canallı  Məmməd, 

Aşıq  Məmmədyar,  Mirzə  Səməd,  Şair  Temraz,  Aşıq  Avdı,  Aşıq  

Məhəmməd,  Aşıq  Ədhəm  Ərəbov,  Şeyda  Əziz,  Miskin  Əli,  Çoban 

Əfqan, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Ayaz Zülfüqarov, Aşıq Kərəm 

Nəsibov,  Aşıq  Yəhya  Məmmədov,  Aşıq  Zəkəriyyə  Mehman  və  s. 

aşıq  sənətini  qoruyub  saxlayıblar.  Tədqiqatın  bu  hissəsində  Borçalı 

aşıqları ilə Qazax aşıqlarının sənət əlaqələrindən danışılmışdır. Qazax 

mahalının  aşıqlarının  müəyyən  dərəcədə  formalaşmasında  və 

inkişafında  Borçalı  aşıq  mühitinin  rolunun  olduğu  və  ümumilikdə, 

Qazax  mahalının  –  “İncə  Dərəsi”  nahiyəsi  demək  olar  ki,  aşıq 

                                                

2

 Söyləyici: Çaylı kənd sakini Murad Novruzov (1928-2008)  



3

Allahmanlı  M.  Azərbaycanın  Qərb  bölgəsinin  mənəvi  mədəniyyətindən.  Bakı: 

Nurlan, 2011, s.26  

 



 

11

sənətində  bütövlüklə  Borçalı  aşıq  ənənəsindən  bəhrələnməsi  barədə 



geniş izahlar verilmiş və lazımi tədqiqatlar aparılmışdır. 

 

 Vaqifdən,  Vidadidən  üzü  bu  yana  XVIII  yüzildə  də  Qazax 



mahalının  şairlərinin  şeirləri  Borçalı  ədəbi  mühitinin  bəzəyi 

olmuşdur.  Ş.Məmmədli  yazır  ki,  “XIX  əsrdə  və  XX  əsrin 

əvvəllərində  qazaxlı  şairlərdən  Molla  Hüseyn  Sabit,  Şıxlı  Mustafa 

Ağa  Arif,  Dağkəsəmənli  Mustafa  ağa  Nasir,  Əbdürrəhman  ağa 

Dilbazi  Şair,  İsgəndər  Ağa  Şair,  Xanlıqlardan  Hacı  Rəhim  ağa 

Vəhidi, Şahnigar Rəncuri, Kəsəmənli Çoban Əfqan, Qıraq Kəsəmənli 

Məhəmməd,  Köçəsgərli  Əli,  Misgin  Əli,  Ağstafalı  Mirzə  Səməd, 

Məhəmmədəli,  Şıxlı  Səməd,  Qaymaqlı  Avdı,  Daşsalahlı  Tapdıq, 

Canallı Məmməd  və başqaları Borçalı  elində ağır  məclislər  keçirmiş 

və  sevilmişlər”

4

.

 



Gəlin  bu  bilgiyə  bir  az  dəqiqlik  gətirək.  Əvvəla 

aşıqlardan aldığımız bilgiyə görə Qazax şairləri Borçalı elində məclis 

aparmayıblar,  onların  sözləri  daim  məclislərdə  aşıqların  sazında  ifa 

edilib. Çoban Əfqanın özünü götürsək, savadsız el şairi olub ki, daim 

Ceyrançöldə ağasının sürülərini otarıb. Miskin Əli və Köçəsgərli Əli 

də həmçinin şair olublar, onların da Borçalı məclislərində özləri yox, 

sözləri  səslənib.  Mirzə  Səməd  ağstafalı  yox,  Qazağın  Daşsalahlı 

kəndindən  olub,  söz  qoşub,  dastan  yaradıb.  Ümumilikdə,  Canallı 

Məmməd, Aşıq Avdı Qaymaqlıdan başqa adları çəkilən sənətkarların 

heç  birinin  Borçalı  aşıq  məclislərinin  aparılmasında  rolları  olmayıb. 

Qazax  mahalında,  deyilənə  görə,  adı  çəkilən  Məhəmmədəli, 

Daşsalahlı  Tapdıq  adlı  sənətkar  olmayıb.  Aşıqlardan  aldığımız 

bilgiyə  görə,  ustad  Aşıq  Canallı  Məmməd,  Dərya  Məhəmməd,  Aşıq 

Avdı, Aşıq Bəhram, Aşıq Cəlal Qəhrəmanov, Kərəm Nəsibov çağdaş 

dövrün  ustadı  Aşıq  Ədalət  Nəsibov,  şagirdlərindən  Məhəmmədəli 

Məşədiyev Borçalı mahalında ağır məclislər keçiriblər.  

Bunlarla  yanaşı,  demək  lazımdır  ki,  Aşıq  Sadıq  Sultanov, 

Hüseyn  Saraclı,  Xındı  Məmməd,  Əmrah  Gülməmmədov,  Kamandar 

Əfəndiyev,  Məhəmməd  Sadaxlı  kimi  Borçalının  ustad  aşıqları  da 

daim Qazax mahalında ağır məclislər aparıblar.  

 

Dissertasiyanın  ikinci  fəsli



 

Qazax  aşıq  və  el  şairlərinin 



yaradıcılığında  klassik  sənət  ənənələri"  adlanır.  Bu  fəsil  dörd 

yarımfəsildən  ibarətdir.  Tədqiqatın  bu  fəslində  Qazax  aşıq  və  el 

                                                

4

  Məmmədli  Ş.  Azərbaycan  ədəbiyyatının  Borçalı  qolu (1920-ci  ilə  qədər).  Tbilisi: 



Kolori, 2003, s.134 

 

 



12

şairlərinin  yaradıcılıqlarında  klassik  poetik  ənənələr  araşdırılmış, 

klassik aşıq şeirinin yaşamasında, yeni nəsillərə ötürülməsində Qazax 

aşıqlarının da əvəzedilməz rolu olduğu xüsusi vurğulanmışdır. Qazax 

aşıq  mühiti  klassik  ənənələrə  söykənərək  spesifik  yaradıcılıq  və 

ifaçılıq  yolu  ilə  fərqlənən  aşıqlar  yetişdirmişdir  ki,  bunların 

yaradıcılığında  təkcə  Qazax  aşıqlarının  deyil,  Göyçə,  Borçalı, 

Gədəbəy-Şəmkir  aşıqlarının  klassik  ənənələrə  sadiqliyi  ilə  yanaşı, 

yeni  çalarlarda  da  özünü  qorumuşdur.  Bu  fəsildə  Qazax  mahalı 

coğrafi  baxımdan  Göyçə,  Borçalı,  Gədəbəyə  yaxın  yerləşdiyindən 

aşıq  sənəti  də  bu  üç  bölgənin  spesifik  xüsusiyyətlərini  özündə 

daşıdığı ortaya çıxmışdır.  

Bu  fəslin  “XX  əsr  Qazax  aşıq  yaradıcılığında  klassik  poetik 

ənənə” adlanan birinci yarımfəslində göstərilir ki, mövzu baxımından 

rəngarəng  olan  Qazax  aşıqlarının  yaradıcılığında  şeirlər  demək  olar 

ki,  klassik  ənənəyə  daxil  olan  bütün  mövzuları,  şeir  şəkillərini, 

deyimləri  qoruyub  saxlamışdır.  Klassik  aşıq  mövzularının  işlənmə 

dərəcəsini və ənənəsinin Qazax aşıq mühitində yaşadılmasını araşdır-

madan öncə aşıq sənətinin XX əsrdə, xüsusən də sovetləşmədən son-

ra  əsaslı  dəyişikliyə  uğradığını,  klassik  ənənəni  “qoruya  bilmədiyi” 

vurğulanmışdır.  Bu  yarımfəsildə  əsas  məqsəd  Qazax  aşıq  mühitinin 

milli folklor mədəniyyətində  yerinin  müəyyənləşdirilməsindən, onun 

müasir  nümayəndələrinin  yaradıcılığının  müqayisə  və  paralellər  əsa-

sında  filoloji  yöndən  araşdırılmasından,  sənətkarlıq  və  ifaçılıq  mə-

sələlərinin 

öyrənilməsindən, 

klassik 


ənənənin 

bu 


mühitin 

sənətkarlarının  yaradıcılığında  tutduğu  yeri,  mühitin  özünəməxsus 

sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdan ibarət olmuşdur. Çünki bu 

aşıq  mühitinin  nümayəndələri  yaradıcılıqlarında  klassik  ənənəni 

qorumaqla  yanaşı,  spesifik  yaradıcılıqla  aşıq  sənətinin  müxtəlif  janr 

və  şəkillərində  yaradıb  yaşatmışlar.  Qazax  aşıqları  zincirləmə, 

dodaqdəyməz,  qıfılbənd,  cığalı  təcnis,  gedər  gəlməz  təcnis,  güllü 

qafiyə,  qoşma,  gəraylı,  divani,  müxəmməs,  cığalı  müxəmməs  ilə 

yanaşı  eyni  hərf  üzərində  qurulmuş  şeir  və  ümumiyyətlə,  aşıq 

sənətinin bütün növlərində şeirlər yazmışlar. 

 El  sənətkarlarının  zorla  klassik  sənətin  məcrasından  çıxmağa 

vadar  edildiyi  bir  vaxtda  klassik  aşıq  mövzularının  yaşadılması, 

inkişaf etdirilməsi təqdirəlayiq hadisə idi. M.Allahmanlının da dediyi 

kimi,  “aşıq  bu  dövrdə  öz  nəğməsini  oxumalı  olduğu  halda, 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə