Microsoft Word Ilhame-qesebova



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.07.2018
ölçüsü0,71 Mb.
#55559
1   2   3   4   5   6   7   8

 

15

dinlə  əlaqəsinin  olduğunu  göstərmişdir.  Azərbaycanda  geniş  yayılan 



əhli-haqlar kimi Novruzlu da Allaha aid edilən min bir adı Hz. Əliyə 

şamil edir. Dini məzmunu o qədər də dərin olmayan bu şeirdə fəlsəfi-

poetik dərinlik, hiss və duyğuların axıcılığı diqqət çəkir. Şeirin ruhu, 

canı pоеtik-fəlsəfi intonasiyası fərqli anlam  qazanır. Aşıqlarda pirin, 

vergi  verənin, ustadın Hz. Əli olması bir ənənədir. Qazax aşıqları da 

yeri gəldikcə ustadlarının Hz. Əli olduğunu söyləyirlər. Aşıqların Hz. 

Əlidən  badə  aldığı,  aşıqlıq  sirrini  ondan  öyrəndiyi  məlumdur.  Aşıq 

Məhəmmədin “Əlidi, Əli” adlı qoşması bu cəhətdən daha maraqlıdır. 

Bu  qoşmada  dini-irfani  rəmzlər  bir-bir  sadalanır,  irfani  dəyərlər 

təqdim  edilir. Aşıq Məhəmməd (Dərya Məhəmməd) burada Allahla, 

peyğəmbərlə  bərabər  Hz.  Əlini  tərifləyir,  onun  şəhərlər  fəth  etdiyin-

dən, tilsim qırdığından, vəliyullah olduğundan bəhs edir: 

   Yetmiş iki dildə dörd kitab əhli, 

    Dinlərin sərdarı Əlidir, Əli. 

    Dünya qərar tutub beş adın üstə 

    Göylərin ləngəri Əlidir, Əli. 

Göründüyü  kimi,  haqq  aşıqlığı  aşıq  sənətinin  inkişafında 

xüsusi  bir  mərhələ  təşkil  etməklə,  bu  sənətin  əsas  məzmununu 

özündə əks etdirir. Şeirlərində təsvvüfi istilahları, qavramları özündə 

əks etdirən Dirili Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cüma, 

Növrəs  İman,  Aşıq  Hüseyn  Bozalqanlı  və  b.  Azərbaycan  aşıq 

ədəbiyyatının  başlanğıcdan  sufi  yönlü  olduğunu  təsdiq  edir.  Bəşəri 

еşqdən  ilаhi  еşqə  qədər  yüksələn  аşıqlаrdа  sаz  çаlıb,  söz  qоşmаğı 

оnlаrа  ərşi-kürsü  yаrаdаn  Ucа  Аllаh  vеrmişdir.  Vеrgini  оnlаrа 

verənin Hz. Əli, qırхlаr, Хızır, nurаni qоcа оlmаsı dа bu ilhаmın sufi 

mənşəli  оlduğunu  göstərir.  Hаqq  аşığının  sadə  şаirdən  üstünlüyü  də 

оnun  Hаqqın  dili  ilə  söyləməsi,  bədаhətən  şеirlər  qоşmаsı,  qıfılbənd 

kimi  sоruşulаn  təsəvvüfi  sirləri  ilаhi  bir  qüdrətlə  аçmаsındаdır. 

Аşıqlаr  аşiqlikdən  аşıqlığа  gеdən  yоl,  ilаhi  vеrgi,  dərvişlik,  ərənlik 

məqаmlаrı  hаqqındа  qоşduqlаrı  еşq  dаstаnlаrındа  uzun-uzаdı 

məlumаt  vеrirlər.  Qazax  aşıqlarından  bəziləri  butadan,  vergidən, 

pirdən də danışmaqla dinə yad olmadıqlarını göstərmişlər. Bu aşıqlar 

dünyaya  aldanmamağı,  zərə,  qiymətli  daş-qaşa  məhəl  qoymamağı 

tövsiyə 


edirlər,  nəfsə 

qalib  gəlməyi  bu  şəkildə–nəsihətlə 

dinləyicilərinə  çatdırırlar.  Aşıq  Bəhrəmin  şeirlərində  buna  daha  çox 

rast gəlmək mümkündür: 

   

 

Qəm yemə divana könlüm 



   

 

Bir gün olar sizə yaz gələr-gələr. 



 

16

   



 

Yaxşı otur, yaxşı dolan, yaxşı dur 

   

 

Bu fani dünyadı söz gələr-gələr.



9

  

Haqq  aşıqlığının  yuxuda  verilməsi,  yuxunun  sufizmdə  önəmli 



yer  tutması  da  diqqətdən  kənarda  qalmamalıdır.  Haqq  aşıqlığının 

yuxuda  verilməsi  C.Bəydilinin  araşdırmasında  daha  fərqli  və 

dəqiqliyi ilə izah olunmuşdur. 

10

 



Dissertasiyanın  ikinci  fəslinin  üçüncü  yarımfəsli  “Qazax  aşıq 

və  el  şairlərinin  yaradıcılığının  mövzu  dairəsi”  adlanır.  Qazax  aşıq 

və el şairlərinin əsərlərinin mövzu dairəsi olduqca zəngindir. XX əsr 

Qazax  aşıqlarının  yaradıcılığının  kamilləşdiyi  bir  dövrdür.  Əsrlər 

boyu  Qazax  bölgəsi  sazın-sözün,  şeiriyyətin  sənətkarlıq  qüdrətini 

özündə qoruyub saxlaya bilmişdir. Vaqifdən, Vidadidən sonra Səməd 

Vurğun  poeziyasının  təsiri  ilə  aşıq  və  el  şairlərinin  yaradıcılığında 

sənətkarlıq  cəhətləri  inkişaf  etmişdir.  Birinci  onu  qeyd  etmək 

vacibdir  ki,  bu  mahalın  qələm  sahibləri  ustadnamələrə  daha  çox 

üstünlük  verib,  çünki  öyüd-nəsihət,  ibrətamiz  fikirlər  mənəvi 

dəyərləri  səciyyələndirən  amil  kimi  məclislərdə  ilkin  olaraq 

səslənirdi. Ustadnamələr Yunis Əmrə, Aşıq Veysəl, Aşıq Alı, Abbas 

Tufarqanlı,  Aşıq  Ələsgər  yaradıcılığında  daha  aktualdır.  Mirzə 

Səmədin, Aşıq Məmmədyarın, Canallı Məmmədin, Şair Hacı Qaraca-

yevin,  Qocayev  Məhəmmədin,  Aşıq  Avdının,  Şair  Temrazın,  Şair 

Qulunun,  Aşıq  Cəlal  Qəhrəmanovun,  Aşıq  Kərəm  Nəsibovun,  Aşıq 

Şəmistan  Dərgahquliyevin,  Aşıq  Zəkəriyyə  Mehmanın,  Aşıq  Ədalət 

Nəsibovun və s. yaradıcılığında ustadnamələrə xüsusi yer ayrılıb.  

El şairi Çoban Qulu belə deyir: 

Qədəm qoyub bir məclisə varanda  

Əyləş öz yerində dur deməsinlər. 

Dindirsələr kəlmə-kəlmə cavab ver,

 

Yağ olan sözünə şor deməsinlər



11

.  


Şair  Qulunun  ustadnaməsi  Ululu  Kərimin  ustadnaməsi  ilə 

mahiyyət etibarilə eynidir:  

            Salam verib bir məclisə varanda 

            Yaxşı əyləş, yaxşı otur, yaxşı dur 

 

                                                



9

  XX  əsr  Qazax  aşıqları  və  el  şairləri  / toplayanı  və  tərtib  edəni  Qəsəbova  İ.  Bakı: 

Nurlan, 2009, s.357 

10

 Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, s.142 



11

 Məşədiyev Q. Karvanlar qocalır, yollar qocalmır. Bakı: Nurlan, 2007, s.46 




 

17

Dindirəndə kəlmə-kəlmə cavab ver, 



Görən desin: bərəkallah yaxşıdır

12

.



 

Hər iki müəllifin şeirində məclis əhlinə, eləcə də cəmiyyətdəki 

insanlara  bir  ustad  nəsihəti  verilir.  Qazax  aşıqlarının  nəsihətamiz, 

hikmətli şeirlərinin sevilib  məclislərdə  yayılmasının başlıca səbəblə-

rindən  biri  də,  bu  bölgədə  el  şairlərinin  və  aşıqların  el  ağsaqqalı, 

müdrik  insan  kimi  dəyərləndirilməsi,  onların  məsləhətlərinə  əməl 

edilməsi  olmuşdur.  Qazax  mahalında  elçi  gedəndə,  iki  gəncin  və  ya 

ailənin  arasına  nifaq  düşüb  küsüşəndə  aşıq  və  ya  el  şairlərini  apa-

rarmışlar  ki,  işlər  düzəlsin.  Çünki,  onlar  o  qədər  nüfuza  malik  idilər 

ki, xalq onların sözündən çıxmazdı.  

Qocayev Məhəmmədin  yaradıcılığında  Allaha  inam,  hər şeyin 

yaradana  məxsusluğu,  “bu  dünyadan  neçə-neçə  canların  gəlib 

keçdiyini”  xatırladan,  insanlığın  daim  qalar  olduğunu  ifadə  edən 

misralar səciyyəvidir.  

Yerin alar qisas qiyama qalmaz, 

Bir gün cana bir nişanə düşəcək. 

Yaman günü hər kim kimə göstərib, 

Həmən gündən bir gün danə düşəcək

13



Qazax şairlərinin məhəbbəti tərənnüm edən şeirləri də özəlliklə 



seçilir.  Qazax  aşıqlarının  tərənnüm  etdikləri  gözəllər  asta  yerişli, 

kəklik  gülüşlü,  ceyran  baxışlı,  gül  camallı,  şirin  dilli,  ismətli,  həyalı 

Azərbaycan qızlarıdır. Onların ifadələrində əsl sevgi, ismətli gözəllə-

rin  vəsfinə  həsr  edilmiş  şeirlərdə  isə  səmimilik  duyulur.  Aşıq  Sadıq 

Avdıoğlunun  yaradıcılığında  sevgi  şeirləri  daha  qabarıqdır.  Onun 

sevgilisinə  həsr  etdiyi  şeir  bütövlükdə  sevgi  yolunda  nələr  baş  verə 

bilərsə o hisslər istisna deyildir. Şeirlərinin birində Aşıq deyir:  

Sevirəm yaz başı güllər içində, 

Bir lalə-nərgizi, bir bənövşəni. 

Oxuyar aşıqlar bir qızılgülü, 

Bir lalə-nərgizi, bir bənövşəni

14



Qazaxda ana vətən, torpaq, ata yurdu müqəddəs tutulur. Bu qa-

zaxlıların  yurd  qeyrəti  hisslərinin  daim  olması  ilə  bağlı  psixoloji 

keyfiyyətdən  irəli  gəlir.  Aşıqların  eləcə  də  el  şairlərinin  aparıcı 

                                                

12

 Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992, s.182 



13

  XX  əsr  Qazax  aşıqları  və  el  şairləri  /  toplayanı  və  tərtib  edəni  Qəsəbova  İ  Bakı: 

Nurlan, 2009, s.132 

14

 Yenə orada, s.581 



 

18

mövzularından  ən  başlıcası  vətən,  yurd  sevgisidir.  Ş.Məmmədli 



Borçalı  aşıqlarının  vətən  mövzusunu  iki  yöndə  büruzə  verdiyini 

yazır: 


1)ümumiyyətlə, vətən mövzusu 

2) bilavasitə Borçalı mövzusu 

Ümumiyyətlə,  vətən  mövzusu  və  bilavasitə  yaşadığı  bölgəyə 

olan  sevgi  təkcə  Borçalıda  deyil,  Göyçədə,  Gədəbəydə,  Şirvanda  və 

eləcə  də  digər  bölgələrdə  geniş  şəkildə  əhatə  olunmuşdur.  Qazax 

aşıqlarının  yaradıcılığında  geniş  yayılmış  mövzularından  biri  də 

təbiət  gözəli  “ceyran”dır.  Ceyrana  bir  çox  şairlər  söz  qoşub  tərif 

yazmışlar.  Qazax  bölgəsində  Vurğunun  ölümündən  sonra  Vurğun 

əmanəti kimi baxılan ceyran məclislərdə tez-tez söylənilirdi. 

Aşıq  Ayaz  Zülfüqarov  ceyrana  Vurğun  əmanəti  olaraq  belə 

deyir: 

Ovçusan gəzirsən dağlar başında, 



Amandır endirmə düzə ceyranı. 

Vurğunun izi var torpaq daşında, 

O, tapşırıb getdi bizə ceyranı.

15

 



Aşıq  Cəlal  Qəhrəmanov  ceyranın  gözəlliyinin  qarşısında 

bəxtinin qara olmasını bu cür dəyərləndirir: 

Deyirlər “Ahutək”, düzdür bu misal, 

Ondadır gözəllik, ondadır camal. 

Hayıf ki, yaradan ay Aşıq Cəlal, 

Yaradıbdır baxtı qara ceyranı.

16

 

 Qazax  aşıqlarının  ən  çox  müraciət  etdikləri  mövzulardan  biri 



də  sazla  bağlı  şeirlərdır.  O  baxımdan  hər  hansı  bir  aşığın 

yaradıcılığına  baxılırsa  baxılsın,  onun  yaradıcılığında  saza  həsr 

olunmuş  şeirə  rast  gəlməmək  mümkün  deyil.  İslam  dininin 

qəbulundan  əvvəl  türklərin  qopuza  müqəddəslik  vermələri,  orta 

əsrlərdə  sazın  üzərinə  keçirildi.  Ona  görə  də  Azərbaycanın  bütün 

bölgələrində  aşıqlar  sazı  müqəddəsləşdirmişlər.  Qazax  bölgəsinin 

aşıqları  saza  daha  həssas  yanaşırlar.  Onlar  sazla  danışır,  dərdləşir, 

nakam sevgilərini, sirlərini paylaşırlar. Necə ki, Aşıq Avdı deyir: 

Sən ki, eşqin yoldaşısan, 

Gümüş telli, sədəfli saz. 

                                                

15

  XX  əsr  Qazax  aşıqları  və  el  şairləri  / toplayanı  və  tərtib  edəni  Qəsəbova  İ. Bakı: 



Nurlan, 2009, s.510 

16

 Aşıq Cəlal Q. Sədəfli saz məni dindir. Bakı: Sabah, 1992, s.32 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə