Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

______________________Milli Kitabxana_______________________ 
151 
 
Fatihə ümmül-kitabın göstər ayası nədir? 
Bistü həştü sivü dü hərfin xülasası nədir? 
 
Doqquz ata, yeddi ana, dörd tayadan ver xəbər, 
Dü çəharü pəncü şeşin saqü bünyası nədir? 
 
Üç yüz altmış altı mənzil, qırx səkiz yerdə mizan, 
Ey ki yetmiş yeddi hərfin on iki xası nədir? 
 
Çöhrənin şövqü nədən, məhəbbətin qullabı nə, 
Aşiqü mə’şuq nə demək, eşqin əsası nədir? 
 
Sidrəvü kövsər nədəndir, nöh fələkin gərdişi, 
On iki bürcü kəvakib cayı, mə’vası nədir? 
 
Yeddi yerdir, yeddi gögdür, yeddi dərya, yeddi xət, 
Yeddi müshəf, yeddi ayət, yədi-beyzası nədir? 
 
Küllü şey’ün halikə çün rəbb ayıtdı yəqin, 
Ey Nəsimi, arifin qəlbində çerası nədir? 


______________________Milli Kitabxana_______________________ 
152 
 
Dörd müxalif cəm olanda bil ki, əsması nədir, 
Elm ilə bilgil anın ismü müsəmması nədir? 
 
Arif isən, nəfsini qurtar məqami-suflidən
Dəgmə əhvəl nə bilür mənzili-ə’lası nədir? 
 
Şöhrətü zərqü riyadır zahidin əfsanəsi, 
La deyər hər dəmbədəm bilməz ki, illası nədir. 
 
Mən münacat eylərəm hər dəmbədəm dər-kuyi-dust, 
Çün vücudun Tur olanda bil ki, Musası nədir. 
 
Əhli-həq hər yerdə məskən dutsa həqdir mənzili, 
Kə’bəvü bütxanəvü məscid, kəlisası nədir? 
 
Dünyanın qalü qilindən keç, Nəsimi, fariğ ol, 
Aləmi-vəhdəti gözlə, bunca qovğası nədir? 


______________________Milli Kitabxana_______________________ 
153 
 
Camalın, yarəb, ey dilbər, nə taban mahi-ənvərdir 
Kim, anın afitabından iki aləm münəvvərdir. 
 
Üzün xəttindən, ey huri, bəyani-küntü kənz eylər, 
Təaləllah, zəhi dəftər, bu dəftər qanğı dəftərdir? 
 
Rüxün xəttilə xalından çəri çəkmişdir, ey dilbər, 
Zəhi şahzadəyi-ə’zəm ki, xoş uğurlu ləşkərdir. 
 
Nə rə’na sidrədir, yarəb, boyun aləmdə, ey huri 
Kim, anın qəddi-balası yedi iqlimə sərvərdir. 
 
Yedi xəttin kitabından, səkiz cənnət əyan oldu
Bu vəch ilə yəqin oldu ki, ol zati-mütəhhərdir. 
 
Xəyalımdan deyil xali xəyalın xeyli bir saət, 
Həmişə surətin nəqşi bərabərdə müsəvvərdir. 
 
Ləbin camından ol can kim, Xızırtək irdi məqsuda, 
Çıxa gəldi çü zülmətdən, bu gün adı Skəndərdir. 
 
Bəbəktək bəslədim daim gözümdə xali-hindunu, 
Bəbək şoylə əziz olmaz kim, ol xali-müdəvvərdir. 
 
Nəsimi, Fəzlin-Allahın üzün nurunda çün gördü, 
Təvafi-Kə’bə xətm oldu, səfavü həcci-əkbərdir. 


______________________Milli Kitabxana_______________________ 
154 
 
Həmdüllillah kim, camalından cahan pürnurdur, 
Şol cəhətdən mülki-can viranəsi mə’murdur. 
 
Yeddi ayətdir ki, yazmış dəsti-paki-ləm-yəzəl, 
Xətti-mişkin rəqqi-mənşur üstünə məsturdur. 
 
Oxuyan hərfü kitabü xəttin, ey can, bildi kim, 
Əhmədə tahavü yasin, Musaya vət-turdur. 
 
Qibləyi əhli-səfa dedi əmini-ənbiya, 
Səcdə bil kim, qibləsiz cayiz degil, məşhurdur. 
 
Kim ki, can tərk etmədi yolunda gerçək dilbərin, 
Gər ənəlhəq söyləsə sən sanma kim Mənsurdur. 
 
Fatihə, sövmü səlatü rövzeyi-Darüssəlam, 
Xazini-əbvabi-cənnət həm nəimü hurdur. 
 
Qaməti sərvü sözü şəkkər, ləbi abi-həyat, 
Surəti həqdir, üzü gör kim, nə xoş mənzurdur. 
 
Həqqə minnət, çün Nəsimi buldu vəslindən bərat, 
Şol cəhətdən dəmbədəm bu suz ilə məsrurdur. 


______________________Milli Kitabxana_______________________ 
155 
 
Üzün mehrindən, ey dilbər, həqin ənvarı-lame’dir 
Ki, anın məzhəri, yeri ilaha Misri-came’dir. 
 
Camalın yeddi ayatı ki, zülfü qaşü kirpikdir, 
Qılır izhari-həq zahir, bəyanı gör ki, vaqe’dir. 
 
Müdəvvər nöqteyi-ağzı ki, sövtü nitqidür bürhan, 
Əyandır hər kəlamından, bu höccət bil ki, qate’dir. 
 
Dönər həqdən yəqin zahid ki, qılmaz adəmə səcdə, 
Yəqinsiz əbləhi gör kim, necə şeytana tabe’dir! 
 
Çü əhli-mə’rifət qədri bu yerdə qalmadı, arif, 
Rəvan ol bir yerə daxi ki, ərzüllah vase’dir. 
 
Rümuzi-əlləməl-əsma hər əhvəl bilmədi həqqa 
Ki idrakatı mə’nidə gümanü zənn mane’dir. 
 
Hicabı rəf’ edən arif görər mir’atı vəchində, 
Camali-həqqi bişübhə kim, ol işbaha rafe’dir. 
 
Nəsiminin sözü həqdir, gətir iqrar, ey münkir, 
Kitabi-vəch ilə, üştə, dəlil – ayati-sabe’dir. 


______________________Milli Kitabxana_______________________ 
156 
 
Şirin hədisin hər sözü min gövhəri-yekdanədir, 
Ənvarına şəm’i-rüxün ay ilə gün pərvanədir. 
 
Üzündür ol taban qəmər, k’ənvari-tabından anın 
Xurşidü mahın məş’əli daim tutuşmuş, yanədir. 
 
Dövründə eynin sağəri sahibtəriqət salikin, 
Piri-muğan oldu adı, sərhəlqeyi-meyxanədir. 
 
Təsbih ilə səccadəyi əldən burax, ey müttəqi, 
Şol zülfü xala bax, anı gör kim, nə damü danədir. 
 
Aşiqlərin cananəsi həqdir, həqə ver canını, 
Neçin ki, cansız qalısər ol can ki, bicananədir. 
 
Eşqin hədisin gəl eşit, əfsanəyə aldanma kim, 
Qur’an satan hər vaizin nəqli uzun əfsanədir. 
 
Düşməz xumarın rəncinə vəhdət meyindən ta əbəd, 
Şol məsti-həq kim, saqisi ol nərgisi-məstanədir. 
 
Şirin ləbidir dilbərin vəhdət meyin peymanəsi, 
Ey zahid, ol peymanədən məst ol ki, xoş peymanədir. 
 
Şol surəti-rəhmana ol sacid ki, mərdud olmadı 
Ol əhli-həq kim, səcdəsi şol surəti-rəhmanədir. 
 
Arif biləndir rəbbini, gəl rəbbini gör, arif ol, 
Həqdən bu gün məhcub olan şeytan kimi biganədir. 
 
Mişkin saçın zəncirinə düşdü Nəsimi, ey sənəm, 
Zənciri-zülfün qeydinə seyd olmayan divanədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə