Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   ...   66

______________________Milli Kitabxana_______________________ 
11 
 
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməz, 
Küfrün sözünü dünyada iman dəxi bilməz. 
 
Buldum vücudun sübhi-əzəl vəhy ilə münzil, 
Vəchin sözünü dünyada bürhan dəxi bilməz. 
 
İblis əzəli lə’nət olub lə’nətə qaldı, 
Lə’nət sözünü dünyada şeytan dəxi bilməz. 
 
Musa əzəli qıldı vücudimi əsa çün, 
Musa sözünü dünyada Imran dəxi bilməz. 
 
Muşkil oluban çün bu sözü bilmədi kimsə, 
Müşkil sözünü dünyada asan dəxi bilməz. 
 
İnsan oluban camə geyib dünyaya gəldim, 
İnsan sözünü dünyada ehsan dəxi bilməz. 
 
Lö’löi-əzəl şöylə könül dopdolu oldu, 
Lö’lə sözünü dünyada mərcan dəxi bilməz. 
 
Düxan əzəli kim, sözünü vermədi yarə, 
Düxan sözünü dünyada düxan dəxi bilməz. 
 
Gənci-əzəli şöylə könül daşdı töküldü 
Gəncüm sözünü dünyada viran dəxi bilməz. 
 
Ey badi-səba, var, xəbəri yarə ilət kim
Hüdhüd dilidir bunu Süleyman dəxi bilməz. 
 
Zülfünə başın top edibən qoydu Nəsimi, 
Zülfün sözünü dünyada çövkan dəxi bilməz. 


______________________Milli Kitabxana_______________________ 
12 
 
Ey əzəli can ilə cananımız! 
Eşqi-rüxündür əbədi şanımız. 
 
Kə’bə üzündə bizə, ey Fəzli-həq, 
Zülfü rüxün qibləvü imanımız. 
 
Vəchinə yazdı otuz iki hüruf, 
Hikmət ilə münşiyi-ərkanımız. 
 
Surəti çün əhsəni-təqvim imiş, 
Səndə zühur eylədi sübhanımız. 
 
“Səvvərəkəllahü əla şəklihi” 
Üştə nəbinin sözü bürhanımız. 
 
Mö’minə həq dünyanı zindan dedi, 
Möminə çox qalmaya zindanımız. 
 
Uymadı arif sözünə vaizin, 
Divə müti’ olmadı insanımız. 
 
Əvvəlü axırda üzündür, üzün, 
Sün’i-xuda, qüdrəti-yəzdanımız. 
 
Kim ki, sücud eyləmədi hüsnünə, 
Divi-lə’in olduvü şeytanımız. 
 
Can necə tərk eyləsin, ey can, səni, 
Çünki canın canısan, ey canımız! 
 
Pərdə üzündən götür, ey surətin 
Fəzli-ilahi ilə rəhmanımız. 


______________________Milli Kitabxana_______________________ 
13 
 
Eynimə sənsiz tikan oldu cahan, 
Qandasan, ey tazə gülüstanımız? 
 
Ta biləsən kim, necədir, ey fəqih, 
Adəmi-xaki ilə ehsanımız. 
 
Hüdhüdü Bilqeysə rəsul eylədi, 
Naməni göndərdi Süleymanımız. 
 
Cövr ilə yandırdı Nəsimiyi dust, 
Həm bu idi dust ilə peymanımız. 


______________________Milli Kitabxana_______________________ 
14 
 
Var bu cahandan özgə bizim bir cahanımız, 
Surət bu aləm oldu bizə, ol məkanımız. 
 
Zatına həyyü baqi demişlər bu cövhərin, 
Şol kim, bizim-cahanımız olmuş bu canımız. 
 
Ey də’vət eyləyən bizi firdövsə, eylə bil, 
Cənnətdən özgə vardurur ə’la məkanımız. 
 
Cövhər ki, dutdu aləmi rövşən günəş kimi, 
Andandır aşikara bu gənci-nihanımız. 
 
Cövhərləri zühura gətirdi çü nitqi-həq, 
Gör kim, nə feyzə gəldi yenə bəhrü kanımız. 
 
Ol kim, bizim həqiqətimizdir xəyalımız, 
Yoxdur nişanı qılca, nə bilsin nişanımız. 
 
Sən bu Nəsiminin dilini anla, bil sözün 
Kim, var bu dildən özgə bizim bir lisanımız. 


______________________Milli Kitabxana_______________________ 
15 
 
Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir? 
Günbədi-çərxi-fələk, gərdişi-dəvvar nədir? 
 
Bu doquz çərxi-müəlləq nədən oldu tərtib, 
Fələk altında dönən kövkəbi-səyyar nədir? 
 
Musiyü Tür nədir, Şibliyü Mənsur nədir, 
Əjdəha olan ağac, riştə ilən dar nədir? 
 
Fələkin əsli nədəndir, mələkin nəsli nədən
Adəmin surətinə bunca tələbkar nədir? 
 
Kə’bəvü deyr nədir, qeyr nədir, seyr nədir? 
Məscidü bütkədəvü xirqəvü zünnar nədir? 
 
Elmü-Qur’anü hədisü xəbərü və’z ilə dərs, 
Cümlə bir mə’ni imiş, bunca bu təkrar nədir? 
 
Dinü imanü namazü həcü ərkanü zəkat, 
Zöhdü təqvavü şəriət, qamu göftar nədir? 
 
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir
Ol nə bilsin özünü, bilmədi kim, nar nədir? 
 
Bir məgəs təb’inə bax, bal nədən, zəhr nədən
Yenə bir yerdə əcəb, mal nədir, mar nədir? 
 
Odü su, torpağü yel adı nədəndir adəm? 
Ana səcdə nə üçün, iblisə inkar nədir? 
 
Günəşin qürsü nədən yer üzünə şö’lə verir, 
Ya bu bir məş’ələdə nur nədir, nar nədir? 


______________________Milli Kitabxana_______________________ 
16 
 
Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü, 
Kəndisin anlamayan bilmədi hər kar nədir. 
 
Gəlgil, ey dust, qamu müddəilər korluğuna, 
Sana asan qılayım, bunca bu düşvar nədir? 
 
Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir, 
Surəti-şəm’idə bu pərtövi-ənvar nədir? 
 
Tərk evində sən əgər həmçü Nəsimi olasan, 
Bir gün ola deyəsən, cübbəvü dəstar nədir? 


______________________Milli Kitabxana_______________________ 
17 
 
Dərdü qəm ilə yandı könül, yar bulunmaz, 
Çox darü diyar istədi, dəyyar bulunmaz. 
 
Yaram, deyici çoxdurur, amma bəhəqiqət
Fürsət gəlicək, yari-vəfadar bulunmaz. 
 
Adət budurur kim, dili dildara verərlər, 
Dil getdi əlimizdənü dildar bulunmaz. 
 
Neçə kişilər də’viyi-islam edər, amma 
Tək arada bir xaç ilə zünnar bulunmaz. 
 
Hər bihünər, insafı yox uş mənsəbi tutdu, 
Sahibhünərə mənsəbi-idrar bulunmaz. 
 
Hər kişidə bir cübbəvü dəstar olur, amma 
Min başda biri layiqi-dəstar bulunmaz. 
 
Çün çərxi-fələk cahilü nadan sevər oldu, 
Pəs lacərəm uş fəzlə xəridar bulunmaz. 
 
Tərrar gər aparsa qamu rəxti rəvadır, 
Çün qafilədə bir kişi bidar bulunmaz. 
 
Xəlqin əməli azdı, könül yıxıcı öküş, 
Bir xəstə könül yapıcı me’mar bulunmaz. 
 
Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya, 
Çün dil diləyi əndəkü bisyar bulunmaz. 
 
Zərq işi, riya üştə kasad eylədi fəzli, 
Elm əhlinə bir rövnəqi-bazar bulunmaz. 
 
Var özüni faş etmə, Nəsimi, kişiyə kim, 
Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə