Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   ...   66

______________________Milli Kitabxana_______________________ 
31 
 
Bu nə bərgüzidə candır ki, gəzər bu can içində? 
Bu nə qiyməti gühərdir ki, yatar bu kan içində? 
 
Səni kimdir adəm oğlu deyən, Allah, Allah, Allah, 
Bu sifətdə kim, görübdür bəşəri-cahan içində? 
 
Məgər uy verür ləbindən, irəməz yəqin bu sirrə, 
Nə xəyal imiş bu, yarəb, xəbəri güman içində? 
 
Qara qaşının, gözünün adı Qövsü Müştəridir, 
Bu sitarənin oxun gör ərəbi kaman içində. 
 
Üzünü niqab içində, yaşır, ey qəmər surətlü 
Ki, rüxün qiyamət eylər bu axırzaman içində. 
 
Səni məndən iraq, ey can, necə ayıra zəmanə, 
Gözüm ilə görmüşəm çün səni hər məkan içində. 
 
Yenə mey fəğanə gəldi, cigərim tutuşdu yandı, 
Nəyə uğradı, nə gördü bu tühimiyan içində? 
 
Dilərəm zaman-zaman kim, səni faş edəm cahana, 
Necə bir yana bu şəm’in cigəri düxan içində? 
 
Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi, 
Fələkin dili tutuldu bu ulu bəyan içində. 


______________________Milli Kitabxana_______________________ 
32 
 
Ey qılan də’va ki, şaham, ədlü insafın qanı? 
Çün səfa əhlindən oldun, məşrəbi-safın qanı? 
 
Hər quşun olmaz səadətli hümatək kölgəsi, 
Çünki simurğam deyərsən, laməkan Qafın qanı? 
 
Əhli-irfanın yeri mə’nidə çün ə’raf imiş, 
Çün sən ariflərdən oldun, ürfü ə’rafın qanı? 
 
Möhtəsib bazara girdi, həqqi batildən seçər, 
Qəlbim aridir deyən, şol doğru sərrafın qanı? 
 
Başımı top eylərəm, meydana girdim, oynaram, 
Ey bu meydandan qaçan, şol urduğun lafın qanı? 
 
Lütf əgər həqdən umarsan, göstər ehsan, lütf qıl, 
Lütfü ehsanından uman yara əltafın qanı? 
 
Kafü nun əmrindən oldu mayəkun məkan ilə, 
Gər bu lövhün əbcədisən, nun ilə kafın qanı? 
 
Ey Nəsimi, çün ulaşdın şeş cəhətdən yar ilə, 
Bicəhət oldu hüdudun, həddü ətrafın qanı? 


______________________Milli Kitabxana_______________________ 
33 
 
Gər bəyan edəm sana əsmayi-ruhəfzamızı, 
Çün Məsiha seyr edərsən aləmi-balamızı. 
 
Adəmi-xakidən əsma öyrənənlərdir mələk, 
Divin əsli od idi, öyrənmədi əsmamızı. 
 
Andan əsma oxuduq, əsmayi-küll derlər bizə
Qəm degil div ər müsəlləm tutmasa də’vamızı. 
 
Biz xəlifəzadəyiz, yer mülkümüzdür ta əbəd, 
Heçə dəyməz kimsədir, kim bilməsə mövlamızı. 
 
Gəl sən andan elmi-əsma öyrən, ey dil, lacərəm, 
Aləm içrə gör müqabil bu tamam ə’zamızı. 
 
İstivanın gərdişindən gər verirsən sən xəbər, 
Görəsən əşyada, bişək, qamu istivamızı. 
 
İnşirahi-sədr hasil qılmayan Musa kimi, 
Kəsri-əlvah etmədi, görməz yədi-beyzamızı. 
 
Tis’ə ayat atəşi Musavü lövhün sirrini 
Anlayım dersən, gəl oxu sən bizim turamızı. 
 
Xeymeyi-mir’ati-Israfilü Isa hikmətin 
İstər isən gəl təvaf et məscidi-Əqsamızı. 
 
Tə’n edərsə gər bizə nadanü ə’ma qəm degil, 
Divi-zahirbin nə bilsin sirri-napeydamızı. 
 
Səcdə edənlər mələkdir adəmə, ey adəmi, 
Səcdə qıl ixlas ilə, ta görəsən simamızı. 


______________________Milli Kitabxana_______________________ 
34 
 
Kəştiyi-Nuha ki, hər kim girmədi, oldu həlak, 
Gər nicat istərsən, istə sən bizim dəryamızı. 
 
Gəl səvadil-vəchini bil, fərdi-mütləqdir adı, 
Rövşən anla qabü qövseyn ilə öv-ədnamızı. 
 
Nəfyi isbat əslidir, lakin nə assi, müddəi 
Lada qaldı, gəlmədi ta kim, görə illamızı. 
 
Kafü nundur kainatın əsli, leyk kimsənin, 
Yox macalı oxuya əsma, görə əczamızı. 
 
Anların kim, həq taala gözün açdı dünyada, 
Gördülər ə’lavü əsfəldə qədi-balamızı. 
 
Ləzzətən lil-şaribin, xəmri-həqayiq içə gör, 
Ola ki, eyb etməyəsən şurü şər qovğamızı. 
 
Aliməm dedin vəlakin cəhlin oldu aşikar, 
Gördülər cümlə xəlayiq mə’niyi-də’vamızı. 
 
Nərrəşiri-bişeyi-tövhidi-sahibqüdrətəm, 
Tülkülər qaçan biləsidir bizim mə’vamızı?! 
 
Sirri-əhlin gər mütəvvəldir, yetər tənbeh, əgər 
Anlar olursan bu rəmzin nükteyi-qərramızı. 
 
Ey Nəsimi, çün Süleyman oldu quş dilin bilən, 
Qafa varıb görmək istərsən bizim ənqamızı. 


______________________Milli Kitabxana_______________________ 
35 
 
Qanı bir əhdü peymanı bütün yar? 
Qanı bir qövlü gerçək, doğru dildar? 
 
Qanı həqqi bilən bir gerçək ər kim, 
Ola doğru anın dilində göftar? 
 
Qanı dil ilə iqrar eyləyən kim, 
Həqə yoxdur anın könlündə inkar? 
 
Qanı bir incuyi-ari sədəf kim, 
Buluna anda min lö’löi-şəhvar? 
 
Qanı Mənsurləyin bir əhli-həq kim, 
Asıla eşq içində başı bər-dar? 
 
Qanı gerçəkləyin bir həqqə aşiq
Qanı görmüş həqi bir əhli-didar? 
 
Qanı qəflət şərabından bir ayıq, 
Qanı əsrüklərin cəm’ində huşyar? 
 
Qanı əhdində bir sabitqədəm kim, 
Qoyam adın anın doğru vəfadar? 
 
Qanı sadiqlərin razına məhrəm, 
Qanı aşiqlərin rəncinə timar? 
 
Qanı dünyada, yarəb, şol əmin kim, 
Kim, anda gizlənə min dürlü əsrar? 
 
Yar ilə çünki bir oldu Nəsimi, 
Nə qəm, gər cümlə aləm olsa əğyar. 


______________________Milli Kitabxana_______________________ 
36 
 
Ənəlhəq söylərəm həqdən, ələl-ərş istiva gəldi, 
Üzündür sureyi-rəhman, ələl-rəhman əla gəldi. 
 
Misali-Kə’bədir üzün fəla tə’du məəlallah, 
Çü yetmiş yeddi hərf oldu, üzündən kafü ha gəldi. 
 
Otuz iki hürufu kim, üzündən həq əyan etdi, 
Bəşarət bu idi həqdən, xətindən tavü ha gəldi. 
 
Üzündə gərçi həft ayət oxuram mən kəlamüllah, 
Səlat ansız qəbul olmaz ki, həqdən bu nida gəldi. 
 
ücuda gəlmədi şeytan, hidayət bulmadı nura, 
Sənə hər kim sücud etdi, ana həqdən səna gəldi. 
 
Mən ol Mənsuram, ey arif ki, daim söylərəm yahu, 
Məni bər-dar edən həqdir, bu dar uş Mənsura gəldi. 
 
Dəmi-İsa kimi nitqim, həyati-can derəm hər dəm, 
Həqə minnət ki, vəslindən həyati-canfəza gəldi. 
 
Saçından ətr olur hər dəm mana əhdü vəfa buyu, 
Saçın əhdü vəfasından mana əhdü vəfa gəldi. 
 
Nəsimi buldu vəslindən həyati-çeşmeyi-heyvan 
Ki, Xızr abı içən, bişək, həyati-canbəqa gəldi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə