Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   ...   66

______________________Milli Kitabxana_______________________ 
37 
 
Vücudi-Müstafa əsma degilmi? 
Bu sirri bilməyən ə’ma degilmi? 
 
Müsəmmadır xəfi, ey kənzi-məxfi, 
Şühudu kənzi-həq ixfa degilmi? 
 
Kitabi-həl-ətavü sirri-tənzil 
Qaşınla zülfün öv ədna degilmi? 
 
Təqərrüb, ya həbibülhəqq mənə, 
Vücudun məscidül-əqsa degilmi? 
 
Səmavat ilə ərziyyət bil kim, 
Mədari-lamü bey ə’la degilmi? 
 
Zühuri-nuri-Ibrahimü Haşim, 
Bədini-Müstafa əzha degilmi? 
 
Təcəlliyi-cəmali-laməkanı 
Müsafi-həq üzün əsva degilmi? 
 
Təmənnayi-liqayi-həq-təala, 
Məzahir qibləsi ula degilmi? 
 
Camali-Mustafa gördü Nəsimi, 
Üzük övhavü ma-övha degilmi? 


______________________Milli Kitabxana_______________________ 
38 
 
Üzündür gülsitan, billah, degilmi? 
Sözündür kün-fəkan, billah, degilmi? 
 
Ələl-ərş istiva rəhman yəqin kim, 
Üzündür ol məkan, billah, degilmi? 
 
Rüxün bağında, ey hurisifətlü, 
Cahan oldu cinan, billah, degilmi? 
 
Saçındandır Xətavü Çinü Ruma, 
Səba ənbərfəşan, billah, degilmi? 
 
Dodağındır ki, sirri-küntə kənzən 
Bəyan eylər, bəyan, billah, degilmi? 
 
Xətindən buldum ərrəhmanü taha, 
Budur səndən nişan, billah, degilmi? 
 
Ləbin abi-həyatındandır, ey can 
Ki, Xızr oldu rəvan, billah, degilmi? 
 
Sana Şirindəhan, ey Xosrovi-hüsn, 
Deyən şirindəhan, billah, degilmi? 
 
Qaşınla kirpigin, üzün günündə, 
Əcəb tirü kaman, billah, degilmi? 
 
Səni həq görməyən zahirdə ə’ma, 
Gözündən həq nihan, billah, degilmi? 
 
Üzündən çün cahan gəldi vücuda
Gözündən həq nihan, billah, degilmi? 


______________________Milli Kitabxana_______________________ 
39 
 
Ləbin eşqində can vermək həmişə 
Həyati-cavidan, billah, degilmi? 
 
Dəhanından hədisi qılmayan guş, 
Sözü qeybü güman, billah, degilmi? 
 
Üzündür, ey qəmərsurətli fitnə, 
Zaman axırzaman, billah, degilmi? 
 
Həq oldu könlümün şəhrində zahir, 
Zəhi Mazandaran, billah, degilmi? 
 
Vüsalın kişvərin fəth eyləyən can, 
Şəhi-kişvərsitan, billah, degilmi? 
 
Qılından incə gördüm, incədir həm, 
Belin nazikmiyan, billah, degilmi? 
 
Səvadi-ə’zəmilə Misri-came’ 
Üzündür, ya filan, billah, degilmi? 
 
Saçınla arizin can müshəfidir, 
Adı nurü düxan, billah, degilmi? 
 
Üzündür Kə’bəsi əhli-səlamın, 
Mübarək xanədan, billah, degilmi? 
 
Məni vaiz bu gün-fərdaya salar, 
Yalançı qissəxan, billah, degilmi? 
 
Mana can sordu kim, zülfün nə yerdir, 
Dedim, darül-aman, billah, degilmi? 
 
Üzündən ta qəmər fərqü təfavüt 
Zəminü asiman, billah, degilmi? 
 
Deyən kim, nöqtədir adı dəhanın, 
Əcaib xürdədan, billah, degilmi? 


______________________Milli Kitabxana_______________________ 
40 
 
Cahanı dutdu hüsnün dasitanı, 
Zəhi xoş dasitan, billah, degilmi? 
 
Qiyamət qamətindən oldu zahir, 
Bəlayi-nagəhan, billah, degilmi? 
 
Nəsimi cövhəri-fərd oldu, anın 
Məkanı laməkan, billah, degilmi? 


______________________Milli Kitabxana_______________________ 
41 
 
Ey mana nahaq deyənlər, qandadır bəs yaradan? 
Gəl gətir isbatını, kimdir bu şeyni yaradan? 
 
Odu su, torpağü yeldən böylə surət bağlayan, 
Böylə dükkan yasıyan kəndi çıxarmı aradan? 
 
Gəl mana bir söyləgil, kimdir sənin nitqində kim, 
Söyləyən, söylətdirən, eşitdirən hər yanadan? 
 
Çünki bir şəhrin içində məscidü meyxana var
Əhli-həq fərq eyləməz məscidləri meyxanadan. 
 
Ol kim, özün bilmədi, düşdü cahana dərbədər, 
Varlığın həq bilmədi, qurtarmadı əmmarədən. 
 
Avara tək nə gəzirsən, ey özündən bixəbər, 
Gəl həqin sirrini istə aşiqi-biçarədən. 
 
Oynaram rəqqas olub çəngü dəfü tənbur ilən, 
Çünki məndə şeş cəhət var, dönməzəm çarparadan. 
 
Çün Nəsimi on səkiz min aləmin məqsududur
Kim bu dövrü bilmədi, sür ta çıxa dəvvarədən. 


______________________Milli Kitabxana_______________________ 
42 
 
Nari-cəhimə tə’n edər eşq odunun hərarəti, 
Arif isən gəl, ey könül, bil bu dəqiq işarəti! 
 
Dünyada cavidan evi kimsə üçün yapılmadı, 
Keç bu keçən xərabədən, qoy bu fəna imarəti. 
 
Süflü cahana vermədi könlünü hər ki, bildi kim, 
Möhnətü rəncimiş anın təntəneyi-vəzarəti. 
 
Səltənətü əmarətə eşq ilə təkyələnmə kim, 
Beş gün imiş bu dünyanın səltənətü əmarəti. 
 
Kə’bə içində görməyən şol sənəmi müayinə, 
Heç imiş ol səfasızın sə’y iləvü ziyarəti. 
 
İncədən incədir bu söz fətəbərukə kəndudan, 
Dəxl edəməz bu məntiqə hər kişinin ibarəti. 
 
Xəlq ilə əmri kün-fəkan zatü süfatıdır anın, 
Həqqi bu rəsmə görməyən bağlı imiş bəsarəti. 
 
Kim ki, bu bəhrə dalmadı, ma’i-təhuru bulmadı, 
Təyyibü tahir olmadı, yoxdur anın təharəti. 
 
Zərqü riya təriqinə düşməvü nəfsə uyma kim, 
Kimsəyə assı eyləməz şol səfərin ticarəti. 
 
Verdi Nəsimi canını vəsli-rüxün bahasına, 
Gör bu şəravü bey’i kim, yoxdur anın xəsarəti. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə