Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   ...   66

______________________Milli Kitabxana_______________________ 
24 
 
Mən xərabati-əzəldən məstü heyran gəlmişəm, 
Eşq ilə yekrəng olub şadanü xəndan gəlmişəm. 
 
Saqiyi-inni-ənəllah cür’əsindən ta əbəd 
Məstü məstan, xəlvətindən məstü məstan gəlmişəm. 
 
Həqdürür qövli-ənəlhəq də’visi həqqa ki, mən 
Şahi-sultan məclisindən şahi-sultan gəlmişəm. 
 
Yaxmışam, yandırmışam, kül qılmışam zərratımı, 
Lacərəm külli kül olub məhrəmi-can gəlmişəm. 
 
Mövc ilə, eşq ilə canım dürlü-dürlü dür saçar, 
Bu giransız eşq ilə dəryayi-ümman gəlmişəm. 
 
Tahiri qüdsi deyən ruhül-əmindir məntiqim, 
On səkiz min aləmin sirrinə pünhan gəlmişəm. 
 
Məqsədi-kövnü məkan sənsən, Nəsimi, çün bu gün 
Nə əcəb gər derisəm mən sirri-sübhan gəlmişəm. 


______________________Milli Kitabxana_______________________ 
25 
 
Mən mülki-cahan, cahan mənəm mən! 
Mən həqqə məkan, məkan mənəm mən! 
 
Mən ərş ilə fərşü kafü nunam, 
Mən şərhü bəyan, bəyan mənəm mən! 
 
Mən kövnü məkanü kün-fəkanam, 
Bilgil ki, nişan, nişan mənəm mən! 
 
Mən surəti-mə’nidə həqəm həq, 
Mən həqqi-əyan, əyan mənəm mən! 
 
Bir gövhərəmü qədim əzəldən, 
Ey gövhəri-kan, kan mənəm mən! 
 
Mən atəşi-nuri-eşqi-həqqəm, 
Musaya zəban, zəban mənəm mən! 
 
Mən cümlə cahanü kainatam, 
Mən dəhrü zaman, zaman mənəm mən! 
 
Mən ayəti-müshəfü kitabam, 
Ey nöqtədəhan, dəhan mənəm mən! 
 
Mən qövs ilə həm kamanü tirəm, 
Ey tirü kaman, kaman mənəm mən! 
 
Cəmşidi-zamani-aləm oldum, 
Cəmşidi-zaman, zaman mənəm mən! 
 
Mən nəqşü xəyalü xəttü xalam, 
Mən hərfü lisan, lisan mənəm mən! 


______________________Milli Kitabxana_______________________ 
26 
 
Mən gənci-nihani, küntə kənzəm, 
Mən gənci-nihan, nihan mənəm mən! 
 
Mən zatü sifati-kün-fəkanam
Mən ruh ilə can, can mənəm mən! 
 
Mən kafirə mövt, müsibət oldum, 
Mö’minə iman, iman mənəm mən! 
 
Mən cənnətü abi-kövsər oldum, 
Ey səhni-cinan, cinan mənəm mən! 
 
Mən bəhri-mühitü həm giranam, 
Ey bəhri-giran, giran mənəm mən! 
 
Mən sirrəmü tövhidəm, hədisəm, 
Həm qeybü güman, güman mənəm mən! 
 
İnsanü bəşərsən, ey Nəsimi
Həq der ki, haman, haman mənəm mən! 


______________________Milli Kitabxana_______________________ 
27 
 
Bavü sin mim üçün bəşarətdir, 
Əlifü lamü ha işarətdir. 
 
Ərrəhim oxu, anla Ərrəhman, 
Bişü kəm yoxü gənci-rəhmətdir. 
 
Bil ki, mə’nası: münzil oldu kitab, 
Bu, banın nöqtəsində surətdir. 
 
Əvvəl ümmül-kitab fatihədir 
Ki, müəyyən bilindi xilqətdir. 
 
Xilqətin qeylü-qala vaqif ol, 
Qeylü qalın çü halü alətdir. 
 
Qanda var isə mə’niyü surət, 
Mə’niyi bildilər ki, kisvətdir. 
 
Surətin daxi canı mə’nidir, 
Dadana sor anı, nə şərbətdir. 
 
Nə mürəkkəb düzər gör ol ustad, 
Hər kim içər, doluca hikmətdir. 
 
Əsli xud zat imış hər əşyanın, 
İkilik nəstər anda, vəhdətdir. 
 
Ol iki uş bu yerdə oldu diri, 
Beynə zalik başında qəflətdir. 
 
Yedi ayətlə yeddi xətt tamam 
Yedi ə’za ki, yeddi ümmətdir. 


______________________Milli Kitabxana_______________________ 
28 
 
Yedi qat yer, yedi dəxi gökdür, 
Anla bu yeddiyi ki, külfətdir. 
 
Nə durar yeddi bildiyin vadi, 
Vəz’i nədir, bu ya nə hey’ətdir? 
 
Kişi şəkli müsəvvər etməklik, 
İki aləm içində şöhrətdir. 
 
Der müvəhhidlərü mühəqqiqlər, 
Bilməgü işləmək risalətdir. 
 
Alim olandurur qəvi insan
Divü ifritü cin cəhalətdir. 
 
Divi-heyvani-natiqin həqinə, 
Qövli-Qur’an bəlhüm ayətdir. 
 
İstilah, istima insana 
Zəfərü fəth, daxi nüsrətdir. 
 
Tamunun odunu şüasından 
Əz-təfi şəm’ kimi taqətdir. 
 
Şərbətin təşnəsi üçüncüsü, 
Yə’ni sevda ki, ol fəsahətdir. 
 
Adəmi yandıran hərarətdən 
Dəxi dördüncüsü hərarətdir. 
 
Çün Süleyman xatəmi buldu, 
Bəs ana cinnü ins rəğbətdir. 
 
Nərdiban buldu Iseyi-Məryəm, 
Günbədi-zərnigar qamətdir. 
 
Gəldi sonra Məhəmmədin nuru, 
Görə axır şu kimsə k’ ümmətdir. 


______________________Milli Kitabxana_______________________ 
29 
 
Mustafanın ruhuna incigəz 
Ver salavat ki, şərtü adətdir. 
 
Kərəmüllahi-vəchəhu ki, Əli 
Nə ki, dedi cahanda xidmətdir. 
 
Həm təkəbbürlük adəm oğlunda 
Ki, əzim ol bəlavü afətdir. 
 
Bir günəşdir Nəsimi kim, anın 
Neçələr zərrəsinə həsrətdir. 


______________________Milli Kitabxana_______________________ 
30 
 
Aşiq qatında küfr ilə islam birdir, 
Hər qanda məskən eyləsə aşiq əmirdir. 
 
Mə’şuqənin nəziri bulunmaz cahanda çün, 
Tanı anı bu vəchilə kim, binəzirdir. 
 
Bütxanə ilə Kə’bəyi surətdə fərq edən, 
Mə’nidə baliğ olmamış ol, gərçi pirdir. 
 
Ey qanıma təfail üçün qür’əyi salan, 
Döndərmə falını ki, mübarək zəmirdir. 
 
Eşqin yolunda üzünü xak eyləyən fəqir, 
Adı cahanda xosrövi-sahibsərirdir. 
 
Dünyada mülkə, mala sən aldanma, ey məlik 
Kim, dünyanın mətahi bəğayət həqirdir. 
 
Tozlu cahana silkin ətək kim, nəiminə 
Hər bibəsər kim, oldu müqəyyəd əsirdir. 
 
Ey Kə’bənin camalına aşiq, niyaz ilə 
Meydani-eşqə gəl ki, müğilan hərirdir 
 
Müştaqa dilpəzirdir anın cəfaları, 
Mə’şuqədən həmişə cəfa dilpəzirdir. 
 
Hər kimsənin ki, üzünə açıldı gözləri, 
Sahibbəsirət olduvü adı bəsirdir. 
 
Afaqa düşdü ğülğülə hüsnündən, ey qəmər, 
Afaqa baxü gör ki, nə ahü nəfirdir. 
 
Tərh eylədi Nəsimi yolunda vücudunu, 
Gör anı kim, nə möhtəşəm olmuş fəqirdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə