Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   2   3   4   5   6   7   8   9   ...   66

______________________Milli Kitabxana_______________________ 
18 
 
Ey əlləzi-yüvəsvis, taətlərin həbadır, 
Əgri yolun zəlalət, çürük sözün xətadır. 
 
Zənnü güman içində qalmışsan, ey yəqinsiz, 
Məşkuk ilən kim aydır qılmaq əməl rəvadır? 
 
Cüm’ə namazı niçün şərt oldu Misrü came’ 
Şərtin bil əvvəl, andan məşrutun et, səladır. 
 
Ey bilməyən bu Misri, itirmə cüm’əyi kim, 
Cüm’ə bu Misr içində məqbuli-kibriyadır. 
 
Yusif kimi əzizəm Misrin içində daim, 
Həqqi bilən həmişə aləmdə müqtədadır. 
 
Adinə surətindən endi Rəsula cüm’ə, 
Tanıq bu həq hədisə uş qövli-Mustafadır. 
 
Adinə neçin oldu, adinənin adın bil, 
Bu sirri ol bilir kim, həq ilə aşinadır. 
 
Adinədir qiyamət, ol gündədir nədamət, 
Ol gündə həşr olisər, ol gündə macəradır. 
 
Ol gündədir hesabın, həm rahətü əzabın, 
Ol gündə həq qatında icmai-ənbiyadır. 
 
Adinəyi bilənlər məğfurü nacidirlər, 
Məğfur olan cahanda hadiyü pişvadır. 
 
Ey cüm’ədən xəbərsiz, cüm’ə gününü bil kim, 
Ol gündə və’deyi-həqq uçmaq ilə liqadır. 


______________________Milli Kitabxana_______________________ 
19 
 
Cüm’ə günün süfatı şərhü bəyana sığmaz, 
Mə’nidə cüm’ə gərçi cami-cahannümadır. 
 
Çün cüm’ə yövmi-dindir ərzü səmada həqdən, 
Dinin itirmiş ol ki, adinədən cüdadır. 
 
Ol müşriki-nəcisdir cüm’əyi qılmayan kim, 
Qövlivü fe’li anın təqlid ilən riyadır. 
 
Çün höccətül-məsakin cüm’ə günüdür, ey can, 
Miskinə sor ki, miskin ayinəsi səfadır. 
 
Came’də cüm’əyi uş hər gün qılan mənəm bil, 
Qur’an imamım oldu, daim yönüm həqadır. 
 
Adinə həcci-əkbər hüccaca həqdən endi, 
Ol bibəsər nə bilsin bu sirri kim, ə’madır. 
 
Peyğəmbərin sözüdür, həm tanrının kəlamı, 
Şol əhdü şol əmanət gör kim, nə iddiadır. 
 
İmanı yoxdur anın kim, oldu biəmanət, 
Dinin itirmiş ol kim, əhdində bivəfadır. 
 
Şol əhdü şol əmanət gər səndə varsa xoşdur, 
Yoxsa, yalan imansız, həm dinsiz ol dəğadır. 
 
Ey küfrü şirk içində sanan özünü mö’min, 
İslamü şər’ü iman məxsusi-övliyadır. 
 
Dəccal tə’nəsindən xövf eyləməz Nəsimi, 
Niçün ki, ruhi-qüdsə övnü müin xudadır. 


______________________Milli Kitabxana_______________________ 
20 
 
Əya, mö’min, gər istərsən səadət, 
Özünə peşə qıl daim se adət. 
 
Əvvəl təb’i-lətifü xülqi-niku, 
İkinci həm kərəm, cudü səxavət. 
 
Üçüncü, olma hərgiz bivüzu sən, 
Yeri, həq buyruğun tut, qıl ibadət. 
 
Xoşa ol mö’mini-pakü müvəhhid 
Ki, ola anda həm bu üç xəsalət. 
 
Həyadır birisi, biri ədəbdür
Biri dəxi nədir: xövfi-qiyamət. 
 
Dəxi üç nəsnə könlü rövşən eylər, 
Həqiqət bil sən əz ruyi-iradət. 
 
Biri müshəf, biri axar su derlər, 
Bu iki nəsnəyə baxsan kifayət. 
 
Üçüncü, sün’i-həqdi hüsni-ziba, 
Təsərrüfsüz təfərrüc qıl fərağət. 
 
Dəxi könlü edər üç nəsnə qəmgin, 
Qulaq ur kim, edəm sana hekayət. 
 
Yaman qonşu, yaman yoldaşi-bədxu, 
Yaman övrət siyasətddir, siyasət. 
 
Yəqin cənnət üzün görməz bir adəm 
Ki, var canında anın üç əlamət. 


______________________Milli Kitabxana_______________________ 
21 
 
Biri kəzzablıq, birisi qeybət, 
Biri olmaq bəxil, əhli-ədavət. 
 
Gəlir üç nəsnədən azari-mərdüm, 
Var, etmə özünə anı sənaət. 
 
Biri böhtan, biri kəcgəngəl etmək, 
Biri küstaq olub, qılmaq zərafət. 
 
Nəsimi, sən yəqin əhli-nəzərsən, 
Bu üç nəsnəyi qıl kəndunə adət: 
 
Biri lütfü kərəm, həm xülqi-niku, 
Biri – heç kimsəyə baxma həqarət. 
 
Bu sözlər xoş nəsihətdür bilənə, 
Seadətdir, vəli eyni-səadət. 


______________________Milli Kitabxana_______________________ 
22 
 
Bir şaha sən qulluq eylə, söhbətindən can bitər
Bir sədəfdən çaşnı dadgil, dürr ilə mərcan bitər. 
 
Söhbət etmə, söhbət etmə dəgmə hər nadan ilə, 
Nadanın tərbiyətindən həm yenə nadan bitər. 
 
Qafil olma əhli-dillər söhbətindən bir zaman, 
Əhli-dillər söhbətindən şö’leyi-iman bitər. 
 
Məskənətdən sən qaçarsan, gizli gəncdir bilmədin, 
Lacərəm bu məskənətdən nisbəti-sultan bitər. 
 
Ol əli kəsgil, buraxgil, xeyri yoxdur, şərri çox, 
Dutgil imdi ol əli kim, xeyr ilə ehsan bitər. 
 
Zalım oldun, zülm əkərsən yenə kəndi tarlana, 
Zalımın zülmü şərindən tarlada üsyan bitər. 
 
Bağçaya varma, varırsan sorma dapusu nədir, 
Barı bir bağçaya girgil, gül ilə reyhan bitər. 
 
Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar, 
Balta zəxmindən əmindir anda kim, rümman bitər. 
 
Ey Nəsimi, dürlü-dürlü dərdlər ol canındadır, 
Bir eşik yastana gör kim, dərdinə dərman bitər. 


______________________Milli Kitabxana_______________________ 
23 
 
Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm, 
Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm. 
 
Həm Lövhü Tovratü Zəbur, Incilü Qur’anü Sühəf, 
Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’an gəlmişəm. 
 
Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm, 
Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdən gəlmişəm. 
 
Musa kimi didarına müştaqsan, gəl üştə gör, 
Anəstünaram, həm şəcər, Musi-bin-Imran gəlmişəm. 
 
Sevdan ilə məst olmuşam, həm içmişəm qəmdən müdam, 
Məsti-ələstin camıyam niçün ki, tüğyan gəlmişəm. 
 
Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd təcridəm, 
Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm. 
 
La-reybə-illa vəchəhu gəldi anın vəchində uş, 
Aləmdə hüsnün vəchinə mən vəchi-bürhan gəlmişəm. 
 
Hüsnü camalın nəqşini gördü əzəldə gözlərim, 
Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm. 
 
Mişkin saçın zülmatına yol bulmaq istər, Xızrı gör, 
Lə’lin şərabın içmişəm, mən abi-heyvan gəlmişəm. 
 
Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün, 
Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə