Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

______________________Milli Kitabxana_______________________ 
49 
 
Mərhəba, insani-kamil, canımın cananəsi, 
Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi? 
 
Vəchini səb’ül-məsani oxuyan gündən bəri, 
Gör ki, nə divana düşmüş aşiqin divanəsi. 
 
Ta səqahüm şərbətindən içdi bu xəstə könül, 
Seyri-öv ədnayı buldu, qaynadı xümxanəsi. 
 
Çün bizə mə’lum olubdur mə’niyi-ümmül-kitab, 
Arifəm, səm’imə sığmaz zahidin əfsanəsi. 
 
Şol Xızır biçarə içmiş abi-heyvan dedilər, 
Ta ləbin eyninə irməz, yoxdur onun xanəsi. 
 
Əhsəni-təqvim bilən nəçük ənəlhəq deməsin? 
Bəs nədən bərdar olubdur Mənsurun divanəsi? 
 
Kafirin bütxanəsi var, mö’minin – Beytülhəram, 
Aşiqin yar eşigidir Kə’bəvü bütxanəsi. 
 
Şəm’i-vəhdətdir camalın, söhbəti rövşən qılır, 
Qarşıda xoş-xoş yanadır Seyyidin pərvanəsi. 


______________________Milli Kitabxana_______________________ 
50 
 
Bəhri-mühit imiş könül, yoxdur anın kənarəsi, 
Lə’l ilə səlsəbil imiş, ab ilə səngi-xarəsi. 
 
Faniyi-mütləq olmuşam, həqqiləyəm, həq olmuşam, 
Kim ki, həqi dilər, budur çarəsi, üştə çarəsi. 
 
Şə’şəəsində məhv olur ay ilə gün bu Zöhrənin, 
Gör ki, nə afitabmış şol fələkin sitarəsi. 
 
Kirpiginin xədənginə uğradı xəstə yürəgim, 
Ey bu oxa inanmayan, uş cigərimdə yarəsi. 
 
Sirri-ələsti-rəbbikum çünki götürdü pərdəyi, 
Zahidə assi eyləməz xirqeyi-parə-parəsi. 
 
Türrəsinin cəfaları sağişə gəlməz, ey könül, 
Sən bu şümara düşmə kim, mən bilirəm şümarəsi. 
 
Canü cahana zülfünün tarəsin alü vermə kim, 
Gər verəsən, ucuz ola canü cahana tarəsi. 
 
Qanğı həzarədəndürür qəmzələri bölükü kim, 
Durmaz anın xədənginə min çərinin həzarəsi. 
 
Eşqə əzəldə vermişəm ücrətə könlüm evini, 
Şər’ ilə kimsə ta əbəd fəsx edəməz icarəsi. 
 
Qaşlarının rümuzuna əql irəməz, Nəsimiya, 
Gör nə qədər dəqiq imiş qaşlarının işarəsi. 


______________________Milli Kitabxana_______________________ 
51 
 
Məqalindir bu rəncurun şəfası, 
Şəfaül-qəlb məhbubun liqası. 
 
Qaşındır vəhy, eynin ayətüllah
Nəharü leyl anın ağü qarası. 
 
Vüsalın şövqünü şol can bilir kim, 
Anın canındadır eşqin bəlası. 
 
Cəm ol arifdir, ey dilbər kim, oldu 
Üzün ayineyi-geytinüması. 
 
Gəl, ey aşiq, şəhid ol eşq içində 
Ki, həqdir ol şəhidin qanbəhası. 
 
Riyayi-zahid eylər eşqə inkar, 
Bəladır zahidin zərqü riyası. 
 
Fəqih adəmdən ürkər, səcdə qılmaz, 
Məgər şeytandır ol şumun xudası. 
 
Qiyamət qopdu, ey tacir, zərülbi’ 
Ki, yoxdur ol günün bey’ü şərası. 
 
Əgər safisən, ey sufi, gey ətləs 
Ki, biqədr oldu tamatın libası. 
 
Nəsimidir vücudi-fərdi-mütləq
Bu tövhidin əhəddəndir əsası. 


______________________Milli Kitabxana_______________________ 
52 
 
Nə tubadır boyun, yarəb kim, irdi ərşə balası, 
Nə sünbüldür saçın gör kim, cahanı tutdu sevdası. 
 
Günəş təl’ətli üzündür bu gün aləmdə, ey dilbər 
Ki, hər mə’nidə kamildir, bulunmaz mislü həmtası. 
 
Nə yəğmaçı moğolçindir gözün, yarəb ki, dövründə 
Yayılmışdır yasağından yedi iqlimə yəğması. 
 
Sədəfdən gərçi, ey dilbər, çıxar qiymətli incular, 
Vəlakin özgə cövhərdir dişin lö’löi-lalası. 
 
Camalın vəslini həqdən dilər aləmdə hər aşiq, 
Vəli şol dürri-məknunun bulunmaz qə’ri-dəryası. 
 
Qaradır geydigi ya gög həmişə zahidin, yarəb, 
Nə matəm düşmüş ana kim, tükənməz heç anın yası? 
 
Şərabü şahidin zikri dilimdən getmədi ta kim, 
Məni sevdadan əsritdi nigarın eyni-şəhlası. 
 
Riyalı zahidin daim işi təzvirü iğvadır, 
Vəli kar etməz ol divin mana təzvirü iğvası. 
 
Qül Allahümmə malik çün mana tə’vizi-hirz oldu, 
Xilas oldum yüvəsvisdən, gedir sən də bu vəsvası. 
 
Bu gün-fərdadan, ey vaiz, məni qorxutma, əbsəm dur 
Ki, qorxusuzdur ol arif ki, imruz oldu fərdası. 
 
Üzün lövhündə, ey huri, ilahı görməyən qafil, 
Yəqin kim, güzgüsü anın üzündən getməmiş pası. 
 
Nəsimi çün səni buldu, irişdi cümlə məqsuda, 
Muradı cümlə xətm oldu, tamam oldu təmənnası. 


______________________Milli Kitabxana_______________________ 
53 
 
Ey üzün nuri-zati-yəzdani, 
Vey rüxündür süfati-rəhmani. 
 
Kirpigin, qamu zülfü rüxsarın, 
Həq kəlamıdır, oxu Qur’anı. 
 
Lövhi-məhfuzi-həq ələt-təhqiq, 
Adəmi bil, əgər zi insani. 
 
Qabü qövseyn ilə müsəlman ol, 
Allah, Allah, budur müsəlmani? 
 
Küfri zülfün savadına iman 
Gətirən buldu nuri-imanı. 
 
Ləbi-lə’lindən içən abi-həyat, 
Nedə zülmətdə abi-heyvanı. 
 
Yerü gög, xüldü rövzeyi-rizvan, 
Cənnəti-ədn imiş gülüstanı. 
 
Uyma şeytana, nəfsini öldür, 
Oda buraxma cavidan canı. 
 
Cana gir gör camali-cananə
Qalmayan cana, buldu cananı. 
 
Sirri-sübhanəlləzi-əsra 
Yazdı vəchində dəsti-rəbbani. 
 
Səcdə qıl adəmə firiştə kimi, 
Sən təkəbbürdən olma şeytani. 
 
Gəl bu gün fani ol, bəqa bulasan, 
Danla sud eyləməz peşimani. 


______________________Milli Kitabxana_______________________ 
54 
 
Ayü gün səcdə qıldılar üzünə, 
Ey camalilə Yusifi-sani. 
 
İxtiyar eylə fəqri, dərviş ol, 
Fəqri bil tacü təxti-sultani. 
 
Fəzli-həqdən Nəsimi, yetdi sana 
Mülkətü xatəmi-Süleymani. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə