Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

______________________Milli Kitabxana_______________________ 
60 
 
Dil bazarçısı yalandır, varmazam bazarına, 
Gerçək olmaz əgridil, inanmazam iqrarına. 
 
Sadiq oldur, dilini könlü ilə bir eyləyə, 
Əgri dildən nəsnə gəlməz, durmuşam inkarına. 
 
Varı möhnətdir cahanın, nə umarsan, ey könül, 
Lə’nət olsun bu cahana, həm cahanın varına! 
 
Dilbəri oldu kimin kim, fani dünya, aqibət 
Keçdi ömrü, doymadı, irişmədi dildarına. 
 
Taxta çıxmaq istəməz Mənsur olan, ya minbərə, 
Hər ki, Mənsur oldu, çıxdı şahi-eşqin darına. 
 
Dünyanın nazü nəimi cifədir, yə’ni nəcis, 
Ey könül, tahirsən axır, sunma əl murdarına. 
 
Həq bilir işini, səbr et, fariğ ol, qüssə yemə, 
Vəqti yetsin bu cahanın, qoy və qatlan karına. 
 
Hiç gül olmaz dikənsiz, hiç şadi qüssəsiz
Dərmə gülündən anın, çün gülü dəgməz xarına. 
 
Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür, 
Qəm degil gər kimsə olmaz müttəle’ əsrarına. 


______________________Milli Kitabxana_______________________ 
61 
 
Şol şəm’i gör ki, nuruna pərvanəyəm yenə, 
Baş oynamaqda yoluna mərdanəyəm yenə. 
 
Saqi, ləbindən əsrəmiş əvvəl qədəhdən uş, 
Məstanə gözlərin kimi məstanəyəm yenə. 
 
Qalu bəlada kuyi-xərabat idi yerim, 
Şol mə’nidən mücaviri-meyxanəyəm yenə. 
 
Bəzmi-əzəldə həmnəfəsim gərçi cam idi, 
Şükr eylərəm ki, həmdəmi-peymanəyəm yenə. 
 
Ey bilməyən bu cani-əzizin həqiqətin
Canı bilənə sor ki, nə cananəyəm yenə. 
 
Eşqində ay camalilə əfsanə, filməsəl, 
Xəlqin dilində gör ki, nə əfsanəyəm yenə. 
 
Əndişənin imarətini qılmışam xərab, 
Şol gənci-binəhayətə viranəyəm yenə. 
 
Yarəb, nə sehr edər şu pərişəklü şivə kim, 
Zəncir-cə’di-zülfünə divanəyəm yenə. 
 
Ey gövhərin bahasını, miqdarını bilən, 
Əsdaf içində gör ki, nə dürdanəyəm yenə. 
 
Üzündə, ey sənəm, görəli zülfü xalını, 
Dami-bəlada danə kimi danəyəm yenə. 
 
Kəşf eylədi Nəsimi dəhanın rümuzunu, 
Müftahi-qeybə gör ki, nə dəndanəyəm yenə. 


______________________Milli Kitabxana_______________________ 
62 
 
Kim ki, aldandı cahanın ağulu ləzzatına, 
Düşdü şol mənsubəsi çox dünyanın şəhmatına. 
 
Divi-məl’undur, saqın, əmmarə nəfsin mərkəbi, 
Minmə, gər azğun degilsən nəfsi-şumun atına! 
 
Də’va eylərsən ki, həqqi bilmişəm, sadiq degil
Çün dəlilin yoxdur, ey münkir, anın isbatına. 
 
Zülfü qaşın, kirpigindir tilkə ayatül-kitab, 
Üştə müshəf, gəl bax anın surəvü ayatına! 
 
Taətü zikrü namazı məkrü fəndir zahidin, 
Arif ol, aldanma billah, zahidin tamatına! 
 
Nəfxeyi-surun sədası dutdu afaqı, eşit, 
Ey olan aşiq, həmirin ənkərəl-əsvatına! 
 
Kafirin bütxanəsidir dünyanın kaşanəsi, 
Yoxdur imanı anın kim, səcdə qıldı latına. 
 
Cami-Cəmşid oldu hər şey, surətindən uy verür
Ey günəş, feyzin irişdi aləmin zərratına! 
 
Zatının eynidir Allahın süfatı, ey bəşər, 
Leykin ol bildi bu rəmzi kim, irişdi zatına. 
 
Surətin gör kim, nə müğləqdir anın mə’nisinə, 
Kimsənin əqli irişməz kəndi idrakatına. 
 
Çün camalından Nəsimi əbcədin qıldı tamam, 
Eynü mimin əmməsindən irdi vəssafatına. 


______________________Milli Kitabxana_______________________ 
63 
 
Əlhəmdülillah, Əhmədin girdik əbavü şalına, 
Bu-fəzli-rəbbülaləmin oldu əliyyü alına. 
 
Fani cahana qalmadıq, əmmarə nəfsə uymadıq, 
Aldandılar, aldanmadıq dünyavü məkrü alına. 
 
Aşiqləriz, qıldıq nəzər yarın camalü vəchinə, 
K’ol vərdi-həmra çiçəgin səllü əleyhü alına. 
 
Alnında çün şəqqül-qəmər açıldı iman əhlinə, 
Əşrat saət hökmilə basıldı xatəm alnına. 
 
Şeytan siratı görmədi üzündə yarın müstəqim, 
Yalğunə qeyyəndir cəza divi-ləinin zallına. 
 
Oxur yəqövlül-kafirun, ya leytəni küntü türab, 
Nari-cəhimi duymayan yananda narın yalına. 
 
Anlar ki, nar əshabıdır, çıxmaz tamudan ta əbəd, 
Qalə xəsu fiha cəvab anlar necəkim yalına. 
 
Ey istivayı bilməyən, doğru yolunu yanılan, 
Ə’ma degilsən aç gözün, bax innəməl-amalına. 
 
Cananə üzü qiblədir, mehrabi-məscid qaşları, 
Div olma, candan səcdə qıl şol qiblənin iqbalına. 
 
Qalu bəladan sidq ilə canım dolaşdı zülfünə, 
Dövlətlü canim bəndədir həşmətli zülfü xalına. 
 
Nəfsini bunda bilməyən Allah nurun görmədi, 
Həqqini nisyan eylədi, baxmaz həq anın halına. 


______________________Milli Kitabxana_______________________ 
64 
 
Tövhidi-xalisdir mana görmək camalın, ey sənəm, 
Ölsün həsəddən müşrikin, lə’nət qamu dəccalına. 
 
Qopdu qiyamət fitnəsi, uruldu surun nəfxəsi, 
İştə nəfirin seyhəsi, çalındı sanma çalına. 
 
Məcmərdə udi-zülfünün, mişkin qoxusu bəs mana
Hacət degildir, ey pəri, ud üzrə ənbər salına. 
 
Həqqə yəqin ixlas ilə çün niyyətül-mö’min gərək, 
Eşqə mühübb ol, ey könül, bax innəməl-ə’malına. 
 
Can ilə dilbər yoluna verdi Nəsimi könlünü, 
Adəmdə rəhman surətin kim görsə könlü alına. 


______________________Milli Kitabxana_______________________ 
65 
 
Yoxdur vəfası dünyanın, aldanma anın alına, 
Rəngindən oldu münfəil, hər kim boyandı alına. 
 
Nəqdi dəğəldir dünyanın, anınla bazar eyləmə, 
Niçün ki, hər kim qəlb ilə eylərsə bazar, alına. 
 
Çün cümlə qiylü qal imiş darül-qürurun hasili
Şol bisəbatın düşməgil bihudə qiylü qalına. 
 
Arısı yalandır, saqın, dadlusına aldanma kim, 
Acıdır anın şəkkəri, ağu qatılmış balına. 
 
Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif, 
Tərkibinə gəl bax anın, şol yavü nunü dalına. 
 
Fani cahanın sevgisi damu odudur yandırır, 
Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına. 
 
Möhnətdir anın dövləti, zəhmətdir anın həşməti, 
Müdbirdir ol kim, bağladı qəlbin anın iqbalına. 
 
Təzvirü böhtandır işi, həm qövlü fe’li müxtəlif, 
Halın sana şərh eylədim, fikr eylə anın halına. 
 
Divi-rəcimin atıdır əmmarə nəfsin mərkəbi, 
Tərk eylə divin atını, yapışma anın yalına! 
 
Möhkəm oyunçudur fələk, mənsubəsindən gəl saqın, 
Ey bibəsirət, bax anın şol surəti-əhvalına. 
 
Şol bimisalın eşqinə verdi Nəsimi könlünü, 
Dünya nola, ya axirət kim, qala mülkü malına? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə