Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

______________________Milli Kitabxana_______________________ 
72 
 
Həqqin rizasın istə, qüfranə qabil ol kim, 
Şol uca qədrü bəxtin kəsbi degildir asan. 
 
Əbd olma, ey Nəsimi, fani cahana çün kim, 
İmanü din içində sənsən əmirü sultan. 
 
Olmazsa mülkü malın, andan nə qəm, nə qüssə, 
Övladi-təyyibinsən, həm adəmü həm insan. 


______________________Milli Kitabxana_______________________ 
73 
 
Cahanı tərk edib bezdim cahandan, 
Cahan oldum, cahan oldum haçandan. 
 
Əgər məhbuba istərsən ulaşmaq, 
Gəlib keçmək gərəksən kün-fəkandan. 
 
Cahanın səhl imiş sudü ziyanı, 
Qo anın assisin, qurtar ziyandan. 
 
Əgər cinni degilsən, adəmi bil
K’anın əsli nədəndir, söylə andan. 
 
Gümandan bilmədi heç kimsə həqqi, 
Yəqindir kim, yəqin bitməz gümandan. 
 
Gülü bitməz tikənsiz dünyanın çün, 
Gülü tərk eylə, keç cövri-tikandan. 
 
Dodağı candır ol şirindəhanın, 
Məgər qafildir ol şirindəhandan? 
 
Əyan oldu üzün, yarəb, saqınsın 
Camalın fitneyi-axırzamandan. 
 
Qamudan keçmişəm lillahi-fillah, 
Məgər şol türreyi-ənbərfəşandan. 
 
Əleyna cəm’əhü bəs latəhərrik, 
Günəş müstəğnidir şərhü bəyandan. 
 
Yerü gög dolu həqqin ayətidir, 
Vəli gözsüz xəbərsizdir nişandan. 
 
Nəsiminin muradı çün sən oldun, 
Nəzər qət’ eylədi kövnü məkandan. 


______________________Milli Kitabxana_______________________ 
74 
 
Ey bərgüzidə surət, cansan, vəli nə cansan! 
Həm ism ilə müsəmma, həm cism ilə rəvansan. 
 
Abavü ümühatdan sənsən xülasə, şəksiz, 
Ey kainata məqsəd, məqsudi-kün-fəkansan. 
 
Çeşmü rüxün süfatı kövnü məkana sığmaz, 
Ey gövhəri-yeganə, sən gənci-laməkansan. 
 
Leylü nəhar içində şəmsü qəmər kimi uş, 
Hər yana kim, baxarsam eynül-yəqin əyansan. 
 
Qərq eylədi camalın nurunda kün-fəkanı, 
Ey gövhəri-həqiqət, şərh eylə kim, nə kansan? 
 
Ərzü səmada yoxdur bir zərrə səndən ayru, 
Ey cümlənin vücudu, bacümlə dərmiyansan. 
 
Hər şeydə gərçi sənsən, ey məh, günəşdən əzhər, 
Ə’ma sanır ki, gözdən laşey kimi nihansan. 
 
Üzün kitabi-münzəl, zülfü rüxündür ayət, 
Ey xaliqin kəlamı, dilimdə tərcümansan. 
 
Həq surətində insan sənsən gələn cahana, 
Ey Tanrının süfatı, aləmdə cavidansan. 
 
Canü cahanı sənsiz neylər mühübbi-sadiq, 
Ey aşiqin həyatı, həm canü həm cahansan. 
 
Sevdalı nərgisindən düşdü cahana qovğa
Ey hüsn içində fitnə, sərfitneyi-zamansan. 


______________________Milli Kitabxana_______________________ 
75 
 
Qandırdı kainatı qəndü nabata lə’lin, 
Ey xosrovi-məlahət, şirin, şəkərdəhansan. 
 
Hüsnün təcəllisindən gəldi vücuda aləm, 
Ey vaiz, əbsəm ol kim, yalançı qissəxansan. 
 
Həqdən gələn kəlamın mö’cüzdür, ey Nəsimi, 
Sənsən ki, küntü kənzin əsrarına bəyansan. 


______________________Milli Kitabxana_______________________ 
76 
 
Gəl, ey dilbər, iki aləmdə cansan
Gəl, ey ruhi-rəvanım, sən nə cansan?! 
 
Fələk üstündə heyrandır, mələk mat, 
Nə dəryasan, nə gövhərsən, nə kansan? 
 
Həyati-Xızr axar daim ləbindən, 
Anınçün çeşmeyi-abi-rəvansan. 
 
Gözündən fitnə yayıldı cahana, 
Məgər kim, fitneyi-axırzamansan! 
 
Saçın buyu Xətavü Rumu dutdu, 
Bu buy ilə məgər ənbərfəşansan?! 
 
Saçından çün bəlirdi küntəkənzən, 
Bəyan eylə, bəyan, şərhi-bəyansan! 
 
Cahan oldu bu gün hüsnündə mə’mur, 
Məgər ki, hüsn ilə kişvərsitansan! 
 
Cahanın səhl imiş sudü ziyanı, 
Ziyansız aşiqə sən biziyansan! 
 
Bəladır qamətin, amma və lakin 
Bu qədd ilə bəlayi-nagəhansan. 
 
Camalındır bu gün aləmdə, ey can, 
Əyan oldu cahan, həqdən əyansan. 
 
Dəmadəm hüsnünə heyran olur can, 
Məgər kim, sən həyati-cavidansan! 


______________________Milli Kitabxana_______________________ 
77 
 
Cahan yandı bu gün eşqin oduna, 
Yaxarsan aşiqi, atəşzəbansan! 
 
Səba zülfün tozunu yelə verdi, 
Məgər kim, sünbüli-ənbərnihansan! 
 
Mana sən nəqlini ərz etmə, vaiz, 
Anınçün kim, yalançı qissəxansan! 
 
Nəsimi çün səni buldu əzəldən, 
Həqiqət bildi ki, sən laməkansan! 


______________________Milli Kitabxana_______________________ 
78 
 
Əgərçi candasan, candan nihansan
Degilsən candan ayrı, bəlkə cansan. 
 
Kişi verməz nişan səndən əgərçi, 
Yerü gög dopdolu külli nişansan. 
 
Necə gizlədəyim məndən səni kim, 
Nəyə kim baxıram, andan əyansan. 
 
Xəcil eylər rüxün hüsn ilə ayı, 
Məgər sən fitneyi-axırzamansan? 
 
Ərəb nitqi dutulmuşdur dilindən, 
Səni kimdir deyən kim, türkmansan? 
 
Canı tərh eylədim, bezdim cahandan, 
Səni bildim ki, can ilə cahansan. 
 
Görən sənsən, görünən sən gözümdə, 
Nə var söyləmisən, külli lisansan. 
 
Həqiqət, vəhyi-mütləqdir bu sözlər
Bu sözü bil kim, andan tərcümansan. 
 
Nəsimi, çün bu gün dövran sənindir, 
Cahanda xosrovi-sahibzamansan. 
 
Ətəgin silk, əlin çək kün-fəkandan, 
Nə axır zübdeyi-kövnü məkansan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə